Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə78/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   74   75   76   77   78   79   80   81   ...   89

236 

nəsrdə M.F.Axundov ənənələri”, “U.Hacıbəyovun satirik heka-

yələri”, “A.Şaiqin hekayələrində satirik hədəflər”“Y.V.Çəmənzə-

minlinin satirik hekayələri”, “Zənğin xarakterlər müəllifi” məqa-

lələri satiranın fərqli inkişaf mərhələlərinin nümayəndələrinin elmi 

portretini yaratmaq missiyasından, mənsub olduğu mərhələnin 

ədəbiyyatında onun yerini müəyyənləşdirmək məqsədindən başqa, 

satirik poetikanın fərdi üslublarını aşkarlamaq tendensiyasını gerçək-

ləşdirir. Müasir elmi ədəbiyyatşünaslıqda satiraya müstəqil bir ədəbi 

növ kimi yanaşmaq tendensiyası da vardir. (Akademik İ.Həbib-

bəylinin “Satira ədəbi növ kimi” məqaləsini xatırlamaq olar). 

Bununla belə,  ədəbiyyatşünaslığımızda satiradan üslub - üslub 

təmayülü səviyyəsində danışmaq tendensiyası da qüvvətlidir. 

Fikrimizcə, bu daha davamlı elmi yanaşmadır. Professor T.Hüseyn-

oğlu doğru bir elmi qənaətə gəlir ki, müasir bədii nəsrimizdə epik-

analitik, lirik-romantik, şərti-metaforik üslublarla bərabər “satirik 

üslub da aydın bir şəkıldə nəzərə çarpmaqdadır” (Hüseynov T. Söz - 

tarixin yuvası. Bakı, 2000, s.143). Əgər nəzərə alsaq ki, bunda 

sohbət üslubi təmayüldən gedir, eyni zamanda “ədəbi prosesin 

simasını müəyyənləşdirən ayrı-ayrı üslublar öz dominant 

xususiyyətləri ilə birlikdə üslubi təmayül yarada bilər» (V.Quliyev), 

onda B.Babayevin tədqiqatlarında M.F Axundov, S.Hüseyn, 

Ü.Hacıbəyov, Y.V.Çəmənzəminli,  Ə.Haqverdiyev, A.Şaiqin fərdi 

satira üslublarını  aşkarlamaq cəhdı  və  hər sənətkarın bədii təsvir 

üsuluna məxsus “dominant xüsusiyyətləri” meydana çıxarmaq 

təşəbbüsləri satirik üslubi təmayülün nəsrimizdəki dayanıqlılığını 

şərtləndirən elmi axtarışlar kimi qiymətləndirilə bilər. 

Fikrimizcə, kitabda özünə yer alan “Adların gülüş doğuracaq 

təbiəti”, “Satirik detalın müxtəlifliyi”, “Bədii nəsrdə satiranın 

çalarları”, “Satirik nəsrin poetik komponentləri”, xüsusən “Satirik 

nəsrin üslub xüsusiyyətləri” məqalələri bədii nəsrimizdə satirik 

ifadə üsulunun  hərəkət və inkişaf trayektoriyasını, onun tipo-

logiyasını, maarifçi realist nəsrdən tənqidi realist nəsrə, ən nəhayət 

isə 20-30-cu illər nəsrinə  qədər keçdiyi təkamül yolunda meydana 

çıxan keyfiyyət fərqlərini aşkarlamaq məqsədi daşıyır.  Ədəbiy-

yatşünaslığımızda maarifçi realizmlə  tənqidi realizmi ayıran və 

birləşdirən  əsas estetik xüsusiyyətlərə kifayət qədər aydınlıq 



237 

gətirilmişdir. (Y.Qarayevin tədqiqatlarını xatırlamaq kifayət edər). 

Kitabda bədii nəsrimizdə satirik məzmun, tip, süjet, komik situasiya 

və  vəziyyətlərin yaradılması, satirik detalın funksiyası, satirik 

janrların tipologiyası  və s. məsələlərlə bağlı  əhatəli  şərhlərə rast 

gəlirik. 

İnanırıq ki, B.Babayevin kitabının müasir Azərbaycan  ədəbiy-

yatşünaslığında bu sahə ilə bağlı  ərsəyə  gələn tədqiqatlar arasında 

özünəməxsas yeri olacaq.  

 

Təyyar Salamoğlu 

 filologiya üzrə elmlər doktoru, professor 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



238 

Ədəbiyyatşünaslığa yeni töhfə 

 

XX  əsrin  əvvəllərindən satira, satirik ədəbiyyat, satirik 



sənətkarlarımızın bədii nəsrin çeşidli janrlarında yazdıqları əsərlər, 

satirik mətbuat  ədəbiyyatımızın vacib problemləri kimi alim-

lərimizin diqqət mərkəzində olmuşdur. Müstəqillik dövründə bu 

problemlərin işlənilməsinə daha çox ehtiyac duyulur. XIX əsrin 

sonu, XX əsrin  əvvəllərində Azərbaycan  ədəbiyyatında yeni bir 

mərhələnin formalaşması elmi və içtimai fikir tərəfindən haqlı 

olaraq təsdiq edilir, ədəbiyyatşünasların nəzərində bir-mənalı 

şəkildə infibah dövri kimi qəbul olunur. Ədəbi prosesdə baş vərən 

yeniləşmə  nəzəri məsələlərin qoyuluş  və  təhlili metodologiyasında 

da müşahidə olunur. Lakin yeniləşmə heç də  bədii təfəkkürdə 

təsbitləşmiş klassik ədəbi  ənənələrin inkarı yox, onların bu və ya 

digər istiqamətdə  dəyişmələrə  uğraması, təkmilləşməsi deməkdir. 

Ona görə də klassik və poetik vasitələrin XX əsr ədəbi prosesində 

davam etdirilməsi, hətta bu gün - XXI əsrin əvvəllərində də fayda 

verməsi təbii qəbul edilməlidir. Etiraf etmək lazımdır ki, Azərbay-

can klassik nəsrində satira və yumordan, digər komizm vasi-

tələrindən, gülüş üsullarından bəhs edilsə  də, bütövlükdə, 1920-ci 

ilə  qədərki dövrün satirası bir mərhələ, problem kimi indiyədək 

ədəbiyyatşünaşlığımızda sistemli şəkildə öyrənilməmişdir.  

Filologiya elmləri namizədi, dosent Baba Babayev yeni nəşrdən 

çıxmış monoqrafiyasında (“Azərbaycan realist nəsrində satira”, Bakı, 

Elm, 2008) haqlı olaraq belə nəticəyə gəlir ki, XIX əsrdən başlayaraq 

XX  əsrin  əvvəllərində satira tam formalaşaraq yüksək mərhələyə 

çatmışdır.  Ən kəskin satirik əsərlər də  məhz bu dövrdə meydana 

gəlmişdir. Beləliklə,  ədəbiyyatımızda, sözün həqiqi mənasında, 

satira məktəbi yaranınışdır. Monoqrafiyada Azərbaycan klassik 

ədəbiyyatında 1920-ci ilə  qədər yazıb- yaratmış M.F.Axundov, 

N.Nərimanov, C.Məmmədquluzadə,  Ə.Haqverdiyev, Ü.Hacıbəyov, 

Y.V.Çəmənzəminli, A.Şaiq, S.S.Axundov, S.M.Qənizadə, T.Şahba-

zi, S.Hüseyn, B.Talıblı, Qantəmir və başqa yazıçıların satirik nəsr 

əsərlərindən bəhs edilir. Müəllif yeri gəldikcə Q.Zakir, S.Ə.Şirvani, 

M.Ə.Sabir və başqa  şairlərin satirik şeirlərinə  də toxunubdur. 

Folklor və  qədim dövr ədəbiyyatımızdakı  bəzi satirik, yumoristik 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə