202
zılmış dərsliyi xüsusi qeyd etməliyik . Kitabın müəllifi Bakı Dövlət
Universitetinin Türk və Qafqaz xalqlarının tarix kafedrasının
professoru Nisbət Mehdiyevadır.
Təhsil səviyyəsinin artırılması üçün əsas amillərdən biri də
fundamental və orijinal, elmi, milli dəyərlərə söykənən dərsliklərin
yazılması və tədris prosesində onlardan istifadə olunmasıdır. Heç
şübhəsiz, bu milli dərsliklərin yazılması, nəşri bütöv bir nəslin
təhriklərə, ideoloji müdaxilə və “redaktələrə” məruz qalmış tarixi
zamanda qohum xalqların bir-birini yaxından tanımasında zəminə,
mənbəyə çevrilir.
Vacib inamlardan biri professor Nisbət Mehdiyevanın kitabının
bu və digər dərəcədə iki profili, aspekti özündə birləşdirməsidir.
Türk xalqlarının yeni dövrünün tarixini müəllif həm dərslik, həm
də monoqrafik tədqiqat səviyyəsində araşdırmışdır. Türk xalqlarının
yeni dövrünün öyrənilməsində və tədrisində ilk təcrübə, ilk təşəbbüs
olduğundan haqqında söhbət gedən əsər ikiqat əhəmiyyət kəsb edir,
növbəti dərsliklər və tədqiqatlar üçün örnək və ənənələrin təməli
qoyulur. Burada ədəbi-elmi ictimayyətə məlum bir həqiqəti də qeyd
etmək lazımdır. Belə ki, çar Rusiyası və sovet dönəmində
Azərbaycan müstəmləkiçilik siyasətinə qarşı mübarizədə, milli
mənlik şüurunun gücləndirilməsi, etnik milli özünəməxsusluqların
qorunmasında, azadlıq, türkçülük ideyalarının hər bir vətəndaşın
amalına çevrilməsində öndə gedərək mühüm rol oynamışdır.
Bunları biz N.Mehdiyevanın dərsliyinin timsalında da görə bilərik.
Müstəqillik qazandıqdan sonra keçmiş SSRİ məkanında türk
xalqlarının tarixi və ədəbiyyatını öyrənmək istiqamətində ilk
fundamental işlər məhz Azərbaycanda gerçəkləşirdi. Bu baxımdan
Bakı Dövlət Universitetində həyata keçirilən təşkilati işlər və
tədqiqatları xüsusi qeyd etmək lazımdır. N.Mehdiyevanın 13 ildən
çox üzərində işlədiyi dərsliyi də düşüncələrimizin əyani təsdiqidir.
Dərslik XX əsrin əvvələrində türk xalqlarının ərazi, əhali, sosial
tərkib və inkişaf səviyyəsinə görə bir-birindən fərqlənməsi dəqiq
faktlar və araşdırmalar əsasında tədqiq edilmişdir. Müəllif çox
böyük zəhmət hesabına apardığı tədqiqat əsasında ayrı-ayrılıqda
türk xalqlarının özünəməxsus spesifik xarakter xüsusiyyət və
əlamətlərini, inkişaf tərzi, çətinlik və çatışmazlıqları obyektiv
203
şəkildə və elmi cəhətdən əsaslandırılmış tərzdə şərh edilmişdir.
Əsərdə Mərkəzi Asiya və Qazaxıstan, Volqaboyu, Sibir və Kırımda
mövcud idarəetmə sistemi, ictimai-iqtisadi və siyasi vəziyyət, elm
və mədəni həyat kifayət qədər dərin işlənilmişdir.
Dərslik türk xalqlarının mürəkkəb dövrünü əhatə edir. Məlum
olduğu kimi XIX əsrin ikinci yarısında çar Rusiyası türk
dövlətlərinin işğalını başa çatdırmışdır. İnkişaf mərhələlərinin yaşa-
yan türk xalqlarının fərdi durumunu müəyyənləşdirmək, ümumil-
ləşdirmək nə qədər çətin olsa da müəllif bu işin öhtəsindən məha-
rətlə gəlmişdir. Tədqiqat-dərsliklə tanış olarkən məlum olur ki,
proffesor N.Mehdiyeva qarşısında qoyduğu möhtəşəm məqsədə
çatmaq üçün Bakı, Daşkənd, Almatı, Bişkək, Aşqabad, Səmərqənd
kimi şəhərlərin kitabxana və arxivlərində işləmiş, mövzu ilə bağlı
mənbələri, materialları hərtərəfli öyrənmişdir.
“Türk xalqlarını tarixi” fundamental dərsliyi mövzuya,
problemə uyğun olaraq səkkiz fəslə ayrılmışdır. Tədqiqatın mövcud
strukturu, xronoloji-məntiqi ardıcıllığı XIX-XX əsrin əvvələrində
türk dövlət və xalqlarının tarixinin əsas inkişaf meyillərini,
mərhələlərini bütün miqyası, mürəkkəbliyi və zənginliyi ilə əhatə
etməyə imkan vermişdir. Müəllif ilk növbədə türk xalqlarının-
sosial-iqtisadi, siyasi, elm-mədəni inkişaf səviyyəsi, qarşılıqlı əla-
qələri haqqında obyektiv təsəvvür yaratmışdır.
Tədqiqatçı türk xalqlarının işğalı prosesini araşdırarkən çar
Rusiyasının strateji maraqlarını dəqiq müəyyənləşdirməklə bu işğalı
özü ilə gətirdiyi müsbət cəhətlərə və fəlakətlərə xüsusi diqqət
yetirmişdir. Dərslikdə XX əsrin əvvələrində inqilablar dövründə
türk xalqlarının vəziyyəti Rusiya donanmasında türk deputatlarının
fəaliyyəti, birinci dünya müharibəsində, fevral inqilabında, sonrakı
dövrdə türk xalqlarının taleyi və s. kimi aktual problemlərin yüksək
elmi səviyyədə araşdırılması faktiki material əsasında ümumi
mənzərəsinin yaradılması təqdirə layiqdir.
Çar Rusiyasının türk xalqalarının işğalından sonra onların
mədəniyyəti də yeni istiqamətdə inkişaf etməyə başladı. Qabaqcıl
demokrativ rus ədəbiyyatı, mədəniyyəti, ictimai-siyasi, elm-sənət
xadimləri ilə yaxından tanışlıq, rus dili vasitəsi ilə dünya, xüsusən
Avropa mədəniyyəti, ədəbiyyatı ilə təmas türk xalqlarının mədəni
204
inkişafına əsaslı təsir göstərmişdir. Qədim və ulu milli ədəbi-
mədəni ənənələrinə sadiq qalan türk ziyalıları Avropa ədəbiy-
yatının, mədəniyyətinin ən yaxşı, mütərəqqi ənənələrini mənimsə-
məklə xalqın maariflənməsinə, onlarda milli-ictimai şüurun güclən-
məsinə təkan verən əsərlər yaratdılar. Dərslikdə düzgün qeyd olunur
ki, türk xalqlarının XIX əsr mədəniyyəti maarifçi ruhunda,
məzmunda idisə, XX əsrin əvvələrində bu mədəniyyətdə milli ruh,
məzmun güclənməyə başladı. Bu isə artıq o demək idi ki, türk
xalqlarının mədəniyyəti bu xalqların əsarətə, müstəmləkə siyasəti
ilə barışmamasında həlledici rol oynamışdır.
Təqdirəlayiq hal kimi dərsliyin əyani vəsaitlərlə təmin
olunması qeyd olunmalıdır. Türk xalqlarına aid xəritələrin, qazax,
özbək, tatar, Krım-tatar və s. xalqların görkəmli yazıçısı, şair, alim,
pedaqoq və maarifçilərin portretlərinin, ayrı-ayrı mədəni abidələrin
şəkillərinin və s. illüstrativ material kimi verilməsi dərsliyin elm-
liliyi ilə yanaşı, təsir və tərbiyəvi əhəmiyyətini artırır.
Respublikanın görkəmli alimlərindən professor, millət vəkili
Y.Mahmudov, professorlar A.Mustafayev, R.Süleymanov, T.Baxşə-
liyev və tarix elmlər namizədi A.Göyüşov kitaba rəy vermişdilər.
Dərsliyin redaktoru, proffesor T.Vəliyevin belə bir mülahizəsinə
haqq qazandırmaq lazımdır ki, “professor N.Mehdiyevanın yazdığı
dərslik ilk uğurlu addım kimi bəyənilməlidir”. Yüksək elm səviy-
yəsi, çətin, mürəkkəb tarixi prosesləri anlaşıqlı, aydın dildə
çatdırılması baxımından da bu qiymətli tədqiqat əsəri, əminik ki, ali
məktəb tələbələri, magistrlər, aspirantlar, müəllimlər və elmi
ictimaiyyət tərəfindən rəğbətlə qarşılanacaqdır.
Ziyalı alim
Əgər mən yazıçı olub yazacağım bədii nəsr əsərimin qəh-
rəmanını seçərkən ideal obraz, ideal insan və ideal alim axtarışına
çıxası olsaydım, təbii ki, onun prototipi daha çox yaxından tanı-
dığım dostum, ləyaqətli insan, istedadlı ədəbiyyatşünas, tənqidçi,
filologiya elmləri doktoru, professor Şamil Vəliyev olardı. 25 ildir
ki, Şamili tanıyıram. Gəncliyində necə idisə, eləcə də qalıb;
Dostları ilə paylaş: |