Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə64/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   60   61   62   63   64   65   66   67   ...   89

193 

Allah irzasına danışsaq, Şamil müəllim bu gün akdemiyanın müxbir 

üzvü, akademik olmalıydı.  İstər 70-80-ci illər olsun, istərsə  də bu 

gün  ədəbi prosesə,  ədəbiyyatşunaslığa dair nəşr olunan bütün 

kollektiv kitabların müəllifləri siyahısında  Ş.Salmanov imzasına 

rast gəlməmək mümkünsüzdür. “Ədəbiyyatşunaslığımızın ciddi 

naliyyəti kimi qiymətləndirən” (A.Səfiyev) “Azərbaycan Sovet 

şeirinin  ənənə  və novtorluq problemi ” monoqrafiyası (1980), 

mərhum alim Yaşar Qarayevlə müştərək yazdığı xalq şairi Bəxtiyar 

Vahabzadənin yaradıcılıq axtarışlarına həsr olunmuş “Poeziyanın 

kamilliyi”  əsəri (1985), 80-ci illərin poeziya və  ədəbi tənqidin 

yaradıcılıq məsələlərinə  həsr olunmuş, poeziyanın gerçəkliklə, 

müasirlərimizin mənəvi və ictimai aləmi ilə  əlaqəsi, müasir lirik 

qəhrəman, onun milli vətəndaşlıq axtarışları, narahat, sehrli dün-

yamızı  əks etdirən, onun qayğı  və ümidləri ilə yaşayarkən poetik 

fikirin getdikcə mürəkkəbləşməsi və s. nəzəri cəlb edən prob-

lemlərin əksini tapdığı “Poeziya və tənqid” (1987) monoqrafiyası da 

alimin yaradıcılığının əsas leytmotivini təşkil edir. XX əsrin nəhəng 

ədibi simalarından sayılan, xalq yazıçısı Mirzə  İbrahimovun həyat 

və yaradıcılığından bəhs edən foto-albom da , akademik Bəkir 

Nəbiyev haqqında yazdığı “Tənqidçi və  ədəbi proses” əsərləri də 

gərgin axtarışların, yuxusuz gecələrin, bəhrəsi kimi qiymət-

ləndirməlidir.  Şamil Salamovun orta ümum-təhsil məktəbi dərslik-

lərin müraciət-müəlliflik etməsi onun sanki həyatının, yaradı-

cılığının  ədəbi tənqidin,  ədəbiyyatşunaslığın klassikləri, müəllifləri 

olan M.Arif, H.Araslı,  Ə.Mirəhmədov  ədəbi irsi ilə üst-üstə düşən 

düşməsindən xəbər verir. Ş.Salamanov ədəbi aləmdə nə lazımdırsa 

vətəndaşlıq qayəsi ilə, vicdanla etmişdir. Sadəcə yuxarıda qeyd 

etdiyimiz kimi, onun rəsmi akademiyanın müxbir və ya həqiqi üzvü 

diplomu çatmır. Yəni ki, bütöv yaradıcılığının mizan tərəziyə qoyub 

çəkəsi olsaq, dediklərimiz bu alimə yüz faiz şamil olmalıdır. Ədəbi 

tənqidçilərin ön sırasında duran və yarım əsrə yaxın bir dövr ərzində 

mərdliklə  qələm çalan alim nədənsə  həmişə  çətin mürəkkəb 

mövzuların yazılmasına girişmişdir.  Ədəbiyyatşunas Arif Səfiyev 

haqlı olaraq yazır ki, “... Şamil Salamov Azərbaycan tənqidinin 

yalnız tarixi ilə deyil, nəzəri problemləri ilə də ilk dəfə məşğul olan 

alimlərimizdəndir. Tədqiqat dairəsi çox geniş olsa da, yəni 



194 

ədəbiyyatın bütün janrlarından və müxtəlif məsələlərindən yazsa da 

, tənqidçinin öz mövzusu var: seir və  tənqid”.  Şamil müəllimin 

yaradıcılığına nəzər yetirdikdə bütövlükdə bu əsərlər  ədəbi 

tənqidimizin 20-ci illərdən başlayaraq bu günə  qədərki inkişaf 

yolları haqqında aydın təsəvvür yaradır.”(A.Səfiyev) 

Ədəbi-bədii tənqidimizin 60-70-ci illər mərhələsində tez 

seçilən, məxsusi mövqeyi olan istedadlı, cəfakeş alimlərimizdən biri 

olan  Şamil Salmanov bu gün ömrünün müdriklik çağında yaşayır. 

70 illik yubileyi münasibəti ilə istedadlı Azərbaycan alimini təbrik 

edir, ona uzun ömür, möhkəm can salığı, xoşbəxtlik arzulayırıq. 

Tənqidçilik çətin peşədir. Çətin peşə olsa da, yaşanmış ömrə dəyər, 

Şamil müəllim! 

 

 



Ayrılığın üzü dönsün 

 

1980-cı illərin ortalarında dəhrə-baltanı, lapatka yabanı 

tullamadan, dərs dediyim orta məktəbdəki şagirdlərimdən birdəfəlik 

ayrılmadan Bakıya gəlməkdə bir məqsədim vardı. Rayonumuzda 

nəşr olunan “Əkinçi” qəzetində tez-tez elmi, metodiki və publisist 

məqalələrlə o qədər çıxış edirdim ki, şagirdlərim elə bilirdilər ki, 

elmi dərəcəm var və bir dəfə onuncular xahiş etdilər ki, namizədlik 

diplomumu gətirib onlara göstərim. Utandım, ay uşaqlar, mən alim 

deyiləm, diplomum da yoxdur, filoloq kimi borcumdu, yazıram, - 

dedim. Amma onuncuların sözü məni yaman tutmuşdu... bax, 

şagirdlərimin bu arzularını gerçəkləşdirmək üçün Bakıya gəldim.  

Nizami Gəncəvi adına  Ədəbiyyat  İnstitutunun yerləşdiyi 

beşinci mərtəbədə adlarını  eşidib, kitablarını oxuduğum, üzlərini 

görmədiyim  ədəbiyyat nəhənglərini gördüm, sonralar dostluqlar, 

tanışlıqlar başladı. Koridorda ortaboylu, enlikürək, qaradinməz, 

itibaxışlı, ağıllı gözləri olan, başıaşağı  gəzən, kiçik saqqallı bu 

gəncin kim olduğunu soruşduqda, klassik ədəbiyyatla məşğul olur, 

Teymur Kərimlidir – dedilər.  

Aradan 30 ilə yaxın bir vaxt keçib. Teymur müəllim eləcə  də 

qalıb, sakit, qaradinməz, öz dünyasında olan və  təmkinli. Həmin 

boy-buxun, həmin cüssə, həmin ağıllı gözlər də ki, öz yerində. Bircə 



195 

dəyişən saçlarına və saqqalına dən düşməsidir. Bir də Allahın ona 

verdiyi qismətə - bəxtinə yazılan alın yazısına əməl etməsinin nəti-

cəsində  ədəbi ictimaiyyət arasında qazandığı nüfuz, izzət və hör-

mətidir.  Əlbəttə, filologiya elmləri doktoru, AMEA-nın müxbir 

üzvü kimi elmi adlar da bu mənəvi keyfiyyətlərinin içərisində 

olmaqla.  

İnamla deyərəm ki, Teymur Kərimlinin  ədəbiyyatşünaslığın 

mövcud son nailiyyətləri sahəsindəki uğurları daima elmi icti-

maiyyətin diqqətini cəlb etmiş, nəinki Azərbaycan  ədəbiyyatında, 

hətta  Şərq-Qərb  ədəbi prosesi kontekstində öz layiqli qiymətini 

almışdır. Onun milli ədəbiyyatımızın (əsasən də klassik B.B.) araş-

dırılması, təhlili, bizcə nəzəri inkişaf perspektivlərimizin tənzimlən-

məsindən xəbər verir. Alimin yaradıcılığına diqqət yetirərkən belə 

bir fakt və yaxud fikir xüsusi əhəmiyyət kəsb edir ki, Azərbaycan 

klassik  ədəbiyyatının fundamental problemlərini – nəzəri 

müxtəlifliyi şərtləndirən üslubi təmayüllərin qarşılıqlı təsiri, klassik 

ədəbiyyatın (poeziyanın) qarşılıqlı  əlaqələri, bədii tapıntıların, 

axtarışlar üfüqünün yüksələn xətlə genişlənməsi, janr məsələlərinə 

aydınlıq gətirilməsi və s. zəruri tədqiqat obyektlərindən birinə 

çevrilir.  Əgər alimin “Nizami və tarix” monoqrafiyası nizami-

şanaslığı  zənginləşdirirdisə, “Görünməyən Füzuli” kitabı isə 

müəllifin öz təbirincə desək – “Böyük şairin sənətinə yeni təfəkkür 

işığında baxmaq cəhdinin Füzuli nəzminə gətirdiyi” uğurlu töhfədir. 

“Nəsimi humanizmi”, “Mövlanə və müasirlik”, “Azərbaycan muğam 

mətnlərinin poetik xüsusiyyətləri” sərlövhəli tədqiqatlara isə  nəzəri 

səviyyəsi ilə diqqəti cəlb edən uğurlu, elmi yeniliklərdir. “Nizami və 

Şekspir” mövzusunda apardığı elmi araşdırmalarsa bəşərin iki 

nəhənginin yaradıcılığı  əsasında, ümumən,  ədəbiyyatın daşıdığı 

ümumbəşəri dəyərlər barədə yeni konsepsiya olmaqla yaxın vaxt-

larda dünya ədəbiyyatşünaslığında, həm də fundamental elmi mək-

təbin bünövrəsini qoymaq arzusunu gerçəkləşdirəcək amillərdir. 

Sözün düzü, Teymur Kərimli heç vaxt şairəm,  şeir yazıram 

sözünü dilinə  gətirməyib. Heç bu iddiada da olmayıb. Lakin 

avtoqrafla mənə  təqdim etdiyi, çox gözəl nəfis tərtib olunmuş 

“Hicran ömrü” (Bakı, Çaşıoğlu, 2010) kitabını oxuyandan sonra 

onun istedadlı bir şair olduğunu bildim. Şeirlərin mövzu dairəsi, 

kəsb etdiyi ideya-bədii xüsusiyyətlər deməyə  əsas verir ki, bu nə 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə