Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə61/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   57   58   59   60   61   62   63   64   ...   89

184 

hadisələr bir əsrə sığmayan illərdir. Son 12 ildə biz çox şeyi gördük. 

Adətən elə hadisələr paylanır illərə,  əsrlərə. Biz Vətən müharibəsi 

də gördük, vətəndaş müharibəsi də, azadlıq da, azadlığa qarşı 

təxribatlar da. Bir sözlə, bütün sistem dəyişdi, həm iqtisadi, həm də 

siyasi sistem. İnsanların da çox müsbət-mənfi cəhətlərini açdı. 

Mənim qeydlərim, müşahidələrim, fikirlərim var. Gələcəkdə bunları 

yazmaq istəyirəm.  İndi bir əsər üzərində  işləyirəm. “Əsərim və 

nəslim”. Əsrimizin əvvəlindən bu günə qədər olan bir ailənin, yəni 

bizim ailənin, babalarımdan, valideynlərimdən  başlamış, sonra da 

öz həyatımı əhatə edən bir əsərdir. Amma bu əsər ailə əsəri deyil. 

Burada ictimai hadisələrin fonunda bir ailənin taleyi göstərilir. Arzu 

edərdim ki, bu yay aylarında bitirim.  

- Əsil-kök dedik, Rəfibəylilər yadıma düşdü. Nigar xanımın 

ulularını deyirəm. Rəfael Hüseynovun “Rəfibəylilər” kitabı sizi 

qane etdimi? 

- Çox maraqlı  əsərdir, böyük zəhmət çəkib. Hərdən zarafatla 

deyirəm ki, sən hamısını yazmısan, mənə bir şey qalmayıb.  İndi 

mən də bir ayrı bucaqdan baxacağam  o məsələlərə. “Rəfibəylilər” 

çox qiymətli, dəyərli bir əsərdir. Bizim ailə o əsərə görə  Rəfail 

müəllimə minnətdardır.  



- Bu gün bizim Anar müəllimin həyat tərzi necədir, yaşayışı 

necədir? 

- Mənim nə bağım, nə  şəxsi maşınım var. Evim də ki, adi, 

üçotaqlı  mənzildir. Kitab, arxiv materailları, qəzet  əlindən 

tərpənmək olmur.  



- Hesab etmirsiniz ki, bügünkü oxucuların kiçik, ağrılı, 

iztirablardan bəhs edən hekayələrə ehtiyacı daha çoxdur. Sözün 

düzü, iri həcmli əsərləri gənclərimiz az oxuyur.  

- Ola bilər, həyat o qədər gərgindir ki... böyük əsərləri oxumağa 

vaxt lazımdır, hövsələ lazımdı, əsəblər də gərək yerində olsun. Ona 

görə də kiçik gəcmli, nisbətən yığcam əsərlərə maraq daha çoxdur. 

Bunu təbii hal kimi qəbul edirəm. Amma ümumiyyətlə, ədəbiyyata 

maraq azalıb, bizim ədəbi jurnallar var 70 min tirajla çap olunurdu, 

indi 1000 tirajını sata bilmirik.  

- Bizim kaitablarımız vaxtilə Rusiyada 500 min tirajla çıxırdı. 

Azərbaycanda da ən aşağı tirajımız 30 min idi, 50 min idi. İndi biz 



185 

1000 tirajda kitab çıxarmaq üçün sponsor axtarırıq.  



- Bu bulvar qəzetləri gənclərin zövqünü tamamilə korlayıb.  

- Bəli, onlar insanların maraqlarını başqa yerə yönəldirlər. 

Ciddi  ədəbiyyata həvəs azalır. Təbii ki, bulvar qəzetləri, ciddi 

qəzetlərdən daha çox marağa səbəb olur.  



- Bu qədər ad-sanınız, titul, mükafatlarınız var. Özünüzü 

xoşbəxt sanırsınızmı?  

- İnsan mükafatla xoşbəxt olsaydı, nə vardı ki.... Birinci, mənim 

o qədər də çox mükafatım yoxdur. Xalq yazıçısıyam, “İstiqlal” 

ordeni almışam. Onu verənlər sağ olsunlar. Amma insan, əlbəttə ki, 

onunla xoşbəxt olmur. Onları almayan adamlar elə bilirlər ki, alanda 

adam xoşbəxt olur, aldıqdan sonra isə görürlər ki, bu xoşbəxtlik 

deyil. 

- Yeni tamaşalarınız necə, yazdığınız, yaxud səhnədə 

hazırlanan pyesləriniz varmı? 

- Yox, indi yoxdur. Pyes yazmaq istəyirəm. Bunlar hamısı vaxt 

məsələsidir. Vaxt məhduddur.  Əlimdə olan üç ildən bəri yazdığım 

əsəri bitirə bilsəm, gələcəkdə başqa əsərlər yazmaq fikrim var.  



- Sizinlə görüşəcəyimizi bilən gənclərin adından deyirik: 

layiqli, tərbiyəli ailənin övladıdır. Çünki siyasətə qarışmır. 

Məhəbbət və ehtiram bəslədiyimiz  ən böyük yazıçıdır. Bütün 

əsərlərini oxumuşuq, salamlarımızı yetirin. Bir də “Evləri 

köndələn yar” kimi tamaşalar istəyirik Anar müəllimdən. 

- Onlara təşəkkürümü, salamlarımı bildirin. Məni yüksək 

qiymətləndirdiklərinə görə çox minnətdaram. Deyə bilmərəm ki, 

məhz “Evləri köndələn yar” kimi bir əsər yazacağam. Amma hər 

halda imkan olduqca oxucuların, tamaşaçıların marağına səbəb olan 

müxtəlif janrlarda əsərlər yazmaq istərdim.  

-  Sizcə indiki gənc nəsil yazarları arasında gələcəyin 

görkəmli yazıçıları ola biləcək  şəxslər varmı? Siz onların 

içərisində gələcəyin Anarını necə, görürsünüzmü? 

- Lazım deyil, gələcəyin Anarı yetişsin. Nə Anar başqa yazıçını 

təkrar edir, nə də mən istərdim ki, kimsə məni təkrar etsin. Hərənin 

öz yeri, hərənin öz səsi, öz adı var. İstedadlı gənclərimiz var, mənim 

onlara ümidlərim də çoxdur. Keçid dövrü olduğu üçün yeni nəslin 

yazıçıları  hələ özlərini tapa bilməyiblər.  İstedadlı olmalarına 




186 

baxmayaraq,  ədəbiyyatda hələ öz yerlərini, öz proqramlarını tapa 

bilməyiblər, amma axtarırlar. Şübhəsiz ki, ümidliyəm. İnanıram ki, 

Anar yox, anardan da yüksək yazıçı olacaqlar.  



- Payızda parlament seçkilərinə gedəcəksinizmi? 

- Hələ bir qərara gəlməmişəm.  



- Yazıçı Əlisa Nicat bir neçə gün bundan öncə “Üç nöqtə” 

qəzetinə müsahibəsində deyir ki, podval ziyalıları var, SSRİ 

dövründən qalan mafioz yazarlar var... Sözügedən məsələyə 

münasibətiniz qaranlıq məqamlara aydınlıq gətirərdi.  

- Mən o adama cavab vermək istəməzdim. Çünki onun 

səviyyəsinə enmək istəmirəm. İndi ki, sual verdiniz, sizə də deyim, 

iş nə yerdədir. Məsələ burasındadır ki, o, bir kitab buraxıb. Mənim 

də ki, o kitabdan heç xəbərim yox. Çünki o kitab hələ ki, heç kəsin 

diqqətini çəkməyib. Sonra bir yerdə kitabla bağlı tənqidi resenziya 

oxudum. Oxuyub gördüm ki, “yüz böyük azərbaycanlı” 

haqqındadır.  

Birincisi, bu yüzü nə prinsiplə, nə  səviyyədə, hansı meyarla 

təqdim edir? Subyektiv, səviyyəsiz meyarla seçib bu, onun öz işidir. 

Amma bizim böyük şəxsiyyətlər Səməd Vurğun, Hüseyn Cavid, 

Qara Qarayev, İlyas  Əfəndiyev haqqında çox nalayiq şəkildə, çox 

cahil sözlər deyib. Musiqidən yazıb, amma bu sahə haqqında çox 

bəsit və dəyaz təsəvvürləri ola-ola Qara Qarayev kimi dahi sənətkar 

barədə, xüsusilə üçüncü sinfoniya və skripka konserti haqqında, 

vaxtilə Jdanovun Şostakoviç haqqında dediyi səviyyədə vulqar 

sosialoji fikirlər söyləyib. Mən də buna televiziyada etiraz etdim. 

Özləri gəlib soruşdular: Sizin fikriniz nədir? O isə bundan 

qəzəblənib. Yazır ki, Anar məni qəbul etmir, halbuki mən heç vaxt 

deməmişəm ki, onu qəbul etmirəm, mənim heç yadıma da düşmür 

ki, belə bir adam var, qəbul edim-etməyim. O isə deyir ki, vaxtilə 

Şekspiri də qəbul etməyiblər. Əgər bu adam özünü Şekspir bilirsə, 

onun hansı  ağlın sahibi olduğunu düşünün. Sonra yazır ki, Anar 

deyir ki, mən bu kitabı diqqət çəkmək üçün yazmışam. Bundan 

sonra rahat oturub, çörək yeyə bilər.  Rahat çörək yeyə bilmək üçün 

kimisə  ləkələmək, doğrudan da böyük xidmətləri olan bir adama 

böhtan demək, onun haqqında ara söhbətlərini, dedi-qoduları, 

qeybətləri oxucuya sarımaq lazımdır.  Əgər  Əlisa məhz bu vasi-




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə