Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə58/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   54   55   56   57   58   59   60   61   ...   89

175 

1997-ci ildə işlədiyim qəzetin redaksiyasına dəvət olunmuşdu. 

Əksər müxbirlərin  əhatəsində olan millət vəkili, sevimli şairimiz 

Cabir Novruz bütün suallara özünəməxsus səbir və təmkinlə cavab 

verirdi. Mənim suallarım cəmiyyətdə mövcud olan problem 

ədəbiyyat və  sənət məsələləri ilə  əlaqədar idi. İki-üç sualımdan 

sonra  şairin bütün diqqəti və  nəzərlərinin mənə  səmt yönəldiyini 

hiss etdim. Sadəcə baxışlarıyla. (Şəxsi tanışlığımız ilk dəfə buradan 

başladı). Bir də ki, həmişə cavan, körpə  təbəssümlü, nurlu siması 

ilə. Xeyli söhbətdən sonra şairi ehtiram və hörmətlə redaksiyanın 

maşını ilə yola saldıq. Bir neçə saatdan sonra redaktorumuz məni 

yanına çağırıb dedi ki, Cabir müəllim zəng etmişdı, xahış edirdi ki, 

müsahibə saxlanılsın, Babanı bizə göndər, istəyirəm müsahibəni  o 

alsın. Cabir müəllimin evində ilk dəfə olurdum. Çay süfrəsi 

arxasında xeyli söhbət etdik. Müşfiq də evdəydi. Deyəsən, ilk 

görüşdən, tanışlıqdan Cabir müəllimin qəlbində özümə  məhəbbət 

qazanmağa nail olmuşdum. Ona vurğunluğum isə 1969-cü ilin 

payızında institutun birinci kursunda oxuduğum illərdən başlamışdı. 

Yadımdadı, Almaniya səfərinin təəssüratından yaranmış “Qərbi 

Berlin” poemasından oxuduğu parçalar bütün zalı titrədir, tələbələri 

riqqətə gətirirdi.  

İlk yazıdan sonra münasibətlərimiz daha da gücləndi. 65 illiyi 

münasibətilə “Həmişə cavan şair” məqaləsini yazdim. “Vətən ədəbi 

qoruqdur” kitabının məziyyətləri və poetik gücü ilə  əlaqədar 

mətbuatda çıxış etdim. (Təəssüf ki, unudulmaz şairimiz barəsində 

yazdığım məqalələrdən ikisinin də daxil olduğu “Qalacaqdır 

dünyada” kitabımı Cabir müəllimə  təqdim edə bilmədim. 

Təskinliyim isə  nə  qədər ağır olsa da bu kitabı onun cümə axşa-

mında, adamlardan xəlvət Müşfiqə verməyim oldu – B.B.)  

Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunanda mənə 

zəmanəti akademik Kamal Talıbzadə, millət vəkilləri Cabir Novruz 

və professor Şamil Qurbanov vermişdir. Sən demə, Cabir müəllim 

hər yazara zəmanət verən deyilmiş. Bir dəfə Müşfiq mənə dedi ki, 

atam ömrü boyu 9 nəfərə  zəmanət verib. Onun da biri sənsən. 

Anladım ki, xalq şairi,  əməkdar incəsənət xadimi, onlarla lirik 

mahnıların müəllifi Cabir Novruz nə  qədər xoş sima, ipək xislətli 

böyük insan imişsə, bir o qədər də sənətə, ədəbiyyata tələbkar, onun 



176 

təşəbbüsünü çəkən, keşiyində kişi kimi dayanan ciddi şair, qeyrətli 

qələm sahibi imiş. Və Müşfiqin bu 9 nəfər sözü məni daha da 

ehtiyatlandırdı. Cabir Novruz poeziyasını kamil bilən, mütəmadi 

oxuyan  şəxs onun poetik dünyasına düşdükdən sonra çıxmaq belə 

istəsə  də o gücdə deyil. Şeirlərindəki istiqanlılıq, oynaqlıq, xoş 

əhvali-ruhiyyə, nikbinlik oxucunu necə ovsunlayırsa, iç dünyasına  

necə  sığal çəkirsə, uzun müddət, nə  qədər zaman keçsə  də onun 

təsirindən qurtara bilmirsən. “Vətən əbədi qoruqdur” (Bakı, Yazçı - 

1992) kitabındakı, şeirlərindəki xoş əhval-ruhiyyə, gənclik sevgisi, 

təravəti ilə “Həyat sən nə  qəribəsən” (Azərnəşr, 1971) və ya 

“Taleyin tövhələri” (Gənclik, 1972) kitabları arasındakı 20 illik 

zaman məsafəsində olan 94 yaşında anasını və erkən (1988) itirdiyi 

ömür - gün yoldaşının ayrılığına dözə bilməməsini hüzünlə 

xatırlayırdı. Və bu bədbinlik normaları  şairin son illər yaradıcı-

lığından kədərli, sızıltılı motivlərlə keçərək lirikasında özünü 

büruzə verirdi. “Allahsız yaşamaq çətin.....”  şeiri dediklərimizə 

nümunədir: 

 

Allahsız yaşamaq zülm

Mənim Allahlarım getdi. 

İkiyə bölündü ömrüm, 

Yarım qaldı, yarım getdi... 

İki Tanrım birdən köçdü... 

Biri mənim anam idi,  

Biri mənim sonam idi... 

Onlar şair etdi məni 

Anam getdi, yarım getdi 

Yarım qaldı, yarım getdi. 

 

Belə  ağrılarla çox yaşamaq olmazdı. Yarı getmiş  şairin qalan 



yazısı da – özü də töhmətə dözməyib bir yolluq uzun bir səfərə 

getdi... 

Cabir Novruz ləyaqətli, namuslu, şərəfli şair ömrü yaşadı. Anar 

demişkən “... şair dözümü ilə yaşayır. 65 yaşını üzü ağ, alnıaçıq, 

hamının gözünün içinə dik baxa bilərək qarşılayır”. 

Əzəli məhəbbətli, ilhamı sönməz, əməlləri, ürəkləri, poeziyaları 




177 

ilə sağlığında özlərinə heykəl qoyanlardan oldu Cabir Novruz. Düz 

40 gün əvvəl hələ  qəlbində  nə  qədər deyilməmiş sözləri, həyata 

keçməyən arzuları qalan ünlü bir sənətkarı, xalq şairi Cabir 

Novruzu sirli-sehirli dünya ağuşuna aldı. Beləymiş taleyin qədəri. 

Gələn bir gün getməlidir. Sən ölməmisən. Tanrı sənə ölməzliyi öz 

dəsti-xətti ilə yazıb. Nə qədər həyat var, nə qədər poeziya var, sən 

də o qədər olacaq, ədəbiyyat tarixinin səhifələrində o qədər 

yaşayacaqsan.  

Qəbrin nurla dolsun! Mənim həmişə cavan şairim.  

 

 

....Mən bu dünyada olmayacağam 

 

Cabir Novruz xalq şairi olmazdan əvvəl xalqın  şairi idi. 

Azərbaycan adlı bir qədim məmləkətdə elə bir bölgədə, kənd, ev 

yox idi ki, onun tanımasın, sevməsin, adı çəkiləndə üzünə təbəssüm 

çökməsin... Elə tez ötüb keçdi bu üç il. Yoxluğun ağır imiş... 

Yaman göynətdi, yaman kövrəltdi ötən üç il bizi... 

Heç yadımdan çıxmaz 1969-cu ilin son ayları idi, birinci kursda 

oxuyurduq. Bir qrup şair tələbə  gənclərlə görüşmək üşün bizim 

instituta gəlmişdi. Cib dəftərimizə köçürüb əzbərlədiyimiz sevgi – 

məhəbbət  şeirlərinin müəllifi olan istedadlı  şairlərimizin bizimlə 

görüşə  gəldiyini eşidəndə sevincimizin həddi-hüdudu olmadı. 

Həmin görüşdə qara köynək geyinmiş, üzügülər, qaynar gözlü, 

odlu-alovlu bir cavan şair – Cabir Novruzun əzbərdən dediyi şeirlər 

xatirələrə dalanda bu gün də gözümüzün qarşısından getmir. O 

poeziya gecəsində Cabir Novruz Qərbi Berlin şəhərinin təəssüratı 

ilə yazdığı “Qərbi Berlin” poemasından parçalar söylədi. Və o 

məqamlarda aldığımız həzz, gənc  şairin nurlu camalı bu gün də 

gözlərim önündən getmir. Kimin ağlına gələrdi ki, aradan 28 il 

keçəndən sonra həmin tələbələrdən biri – bu sətirlərin müəllifi 

məhəbbət və ehtiram bəslədiyi, yaradıcılığını illərlə mütəmadi 

izlədiyi, şövqlə şeirlərini oxuduğu sevimli şairimizlə üzbəüz oturub 

söhbət edəcək və 28 il əvvəlki görüşü onun yadına salıb sanki körpə 

məsum gülüşlü  şairə sevinc bəxş edəcək. 1997-ci ildə  “İki sahil” 

qəzetində  işləyərkən onunla tez-tez əbədi məclislərdə, dövlət 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə