Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə54/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   50   51   52   53   54   55   56   57   ...   89

163 

bədii əsərlər, təbii olaraq, Bəkir müəllimi, öz cazibəsinin dairəsinə 

çəkməyə bilməzdi”. Alim hər məqaləsində qarşısına məqsəd kimi 

qoyub həll etmək istədiyi problemlə yanaşı, o məsələnin işığında 

ona uyğun və ya o əhatədəki olaylara da mütləq toxunur, 

mülahizələrini bildirir. Bu toxuma, xatırlama, yada salma, funk-

siyasını daşısa da alimin elmin, ədəbiyyatın müxtəlif sahələrində 

xəbərdar olmasından xəbər verir. Xalq yazıçısı Anar 1988-ci ildə 

yazırdı: “Bəkir Nəbiyev  ədəbiyyatımızın, özəlliklə  də çağdaş  ədə-

biyyatımızın ardıcıl, yüksək səriştəli, peşəkar araşdırıcısı, obyektiv 

təhlil və  tənqid edən, dəyərləndirməyi bacaran görkəmli alim-

ədəbiyyatşunaslarımızdandır”. Bu, təkcə informasiya ötürmə deyil, 

həm də o şəxslər haqqında akademikin daha dərin biliklərə malik-

liyindən irəli gəlir.  

Şən məclislərdə nəğmələri oxunan Əliağa Vahiddən danışanda 

onun üslubunda yazan ingilis şairi Robert Berns, rus şairi Nikolay 

Dobronravovdan, müqəddəslərə  həsr edilmiş  mərsiyələr yazan və 

matəm məclislərində oxunan Azərbaycan  şairi  Əbdülhəsən Raci, 

Mirzə Məmmədtağı Qumridən də, ictimai həyatda səfərbəredici rol 

oynayan, insanları haqq-ədalət uğrunda mübarizəyə səsləyən Mirzə 

Ələkbər Sabirdən də, Ukrayna şairi Taras Şevçenkodan da ingilis 

şairi Corc Qordon Bayrondan da, insan ovqatının bütün əlvanlığı 

üçün bədii qida verməyə qadir olan söz sərraflarından danışanda 

Məhəmməd Füzuli ilə yanaşı, ingili şairi Vilyam Şekspiri də, rus 

şairi Aleksandr Puşkini də xatırlayır. Bəkir Nəbiyev haqqında hər 

əli qələm tutan söz deyə bilməz , heç cürəti də çatmaz. Nə  qədər 

hazırılıq səviyyən ola ki, bu böyük alim haqqında danışa biləsən. 

Ədəbiyyatımızın,  ədəbiyyatşünaslığımızın klassik korifeyləri olan 

Mir Cəlal, Cəfər Xəndan,  Əbdüləzəl Dəmirçizadə, Feyzulla 

Qasımzadə, Həmid Araslı, Məmmədcəfər Cəfərov,  Əziz  Şərif, 

Abbas Zamanov, Kamal Talıbzadə  və başqaları  Bəkir müəllimin 

gənclik illəri yaradıcılığından bəhs edərkən dedikləri sözləri bizcə 

şərh etməyə ehtiyac yoxdur. Bəziləri dünyalarını  dəyişsələr də 

elmin,  ədəbiyyatşünaslığın aparıcı simaları olan Yaşar Qarayev, 

Şamil Salmanov, Arif Hacıyev, Ağamusa Axundov, Tofiq Hacıyev, 

İsa Həbibbəyli, Gülrux Əlibəyli, akademiyanın prezidenti, aka-

demik Mahmud Kərimov, akademik Vasim Məmmədəliyev, xalq 



164 

şairləri Bəxtiyar Vahabzadə, Mirvari Dilbazi, Fikrət Qoca, Nəbi 

Xəzri, Nəriman Həsənzadə, Qabil, Cabir Novruz, alim, şair Hüseyn 

Kürdoğlu, xalq yazıçıları Anar, Elçin və başqaları akademik Bəkir 

Nəbiyevin elm fəaliyyəti və  şəxsiyyəti haqqında çox dəyərli fikir 

söyləyiblər. 

Bəkir Nəbiyev yaradıcılığının başlıca məziyyətləri nədədir? 

Onun  əsərləri düşünməyə, böyük bir şəxsiyyətin yaradıcılığından 

hali olmağa, bir məqaləsində çox mətləbləri anlamağa,  ən  əsası 

mübahisə etməməyə, polemika aparmamağa vadar edir. Onun fikir 

və mülahizələrindən  əks etdikləri təkcə  səni doydurmur, kökləyir, 

gələcəyə hazırlayır, məlumatlandırır, yazı yazmağı, cümlə qurmağı, 

sözləri, bədii ifadələri yerli-yerində  işlətməyi, fikir bildirməyi 

öyrədir. Alimin fikirləri səni düşündürür. Özümü dərk etdiyin kimi. 

Çünki sən, ola bilsin onu təpədən dırnağa düşünməkdə acizsən. 

Ancaq elmi yaradıcılığın özəlliyi ondadır ki, hər bir fərd onu 

içindən keçirir, təfəkküründə götür-qoy edir, nəhayətdə, özü bildiyi, 

düşündüyü kimi görür və  dərk edir. Bu gün Azərbaycan  ədəbi 

gerçəkliyində çoxcildlik hazırlamaq dəb halını alıb. Utanmadan, 

həm də  səxavətlə pullarını  nəşriyyata töküb cızma qaraları ilə “bu 

dünyada” qalmaq istəyirlər. Deyəsən başa düşüblər ki, nə milyonlar, 

nə çeşidli-çeşidli dəbdə olan malikanələr, bərq vuran ən bahalı 

xarici avtomobillər, nə də məmur və deputat statusları uzun müddət 

belələrinin karına gəlməyəcək. Belə topluları  nəşr etdirməklə bu 

zavallılar təskinlik tapırlar. Yekunda havayı pulların havaya sov-

rulduğunun şahidi olursan.  

Akademik Bəkir Nəbiyev beşcildliyi isə  təkcə özü üçün yox, 

millət üçün, xalq üçün, ədəbiyyat üçün böyük töhfə,  ərməğandır, 

ədəbi elmi tənqidin salnaməsidir. Neçə-neçə  gələcək araşdırıcı 

nəsillərə sözün həqiqi mənasında xəzinədir, yatırdır. Ciddi bir 

şəkildə tanış olduğum bu əsərlərin nə dərəcədə erudisiyalı bir insan 

tərəfindən yazıldığının  şahidi oldum. Burada nə iləsə razılaşamaq, 

nə iləsə razılaşmamaq məsələsi yoxdur. Hər bir problemin həllində 

aydınlıq, işıq fikir, ziyalı düşüncəsi vardır. Bəkir Nəbiyev müasir 

ədəbi prosesin aparıcı alimi, mütəxəssisi kimi tanınırdı, təqdim 

olunurdu. Sən demə o, daha çox, bəlkə  də  zəruri açıqlamalara 

ehtiyaclı olan dövrlərini klassik ədəbiyyatımızın daha dərin, 



165 

işlənməmiş hissələrini də öyrənir, problemlərin həlli yollarını nəzəri 

fikirləri ilə  ədəbi ictimaiyyətə  təqdim edir. Onun yaradıcılığına 

diqqət yetirdikdə müasir ədəbiyyatla paralel klassikanın da ardıcıl 

araşdırdığını görürsən. Digər tərəfədən rus, Avropa və Azərbaycan-

Şərq  ədəbi düşüncə  təcrübələrini öz tədqiqlərində birləşdirdi”. 

Dünya ədəbiyyatına bələdliliyi fikirini yuxarıda demişdik. Demə bu 

mənbələr buradan qaynaqlanırmış. 

Tanrının ona bəxş etdiyi ömür payının 50 ildən çoxunu elmə, 

ədəbiyyata,  ədəbi tənqidə  həsr etmiş Azərbaycan alimi əsərlərinin 

elmi-nəzəri dolğunluğu ilə  həmişə diqqətdə olmuşdur. Tənqidçilər 

arasında bəzən söhbət düşündə, kimin şkolasını bitirmisən sualına 

tez-tez rast gəlirsən. Bu gün Bəkir Nəbiyev xüsusi elmi məktəb 

yaratmış, barmaqla sayılası tədqiqatçı alimlərimizdəndir. Akademik 

İsa Həbibbəyli yazır: “Bəkir müəllim folklor, dil və üslub, 

mədəniyyətşunaslıq, elm və  mədəniyyət tarixi, teatr və s. sahələrə 

həsr olunmuş elmi əsərlərdə  həqiqi profesionallığa nümunə sayıl-

mağa layiqdir. Əgər Bəkir Nəbiyevin  əsərlərini  ədəbiyyat tarixi 

baxımından xronoloji ardıcıllıqla sıralasaq, bu silsilədə boş xanalar 

az qalar”. Doğurdan da Bəkir müəllim bu sahədə misli bərabəri 

olmayan fundamental işlər görüb və sanki bütöv bir ədəbiyyat 

yaratmağa müəssər olub. Bu yazılar elə bil bilərəkdən elmi, məntiqi 

ardıcıllıqla sıralanıb. Bizcə bunları birləşdirən bir keyfiyyət var

klassik  ədəbiyyata dərindən bələdlilik, seçmələrin seçilməsi, 

araşdırmalara ehtiyacı olanların önə  gətirilməsi, elm üçün, ədəbiy-

yat üçün lazım olanların qabartmaq, təqdim etmək, dünya ədəbiy-

yatı  xəzinəsinə daxil olanları  təqdir edib bir daha xalqın gözündə 

ucaltmaq, dərs aldıqlarına mənəvi borcunu qaytarmaq, onu özünə 

çəkən şedevr əsərlər haqqında söz demək, bu gün yanında olmayan 

qələm dostlarının xatirəsinə hörmət və s. məsələlərdir. 

Azərbaycan MEA-nın müxbir üzvü Tofiq Hacıyev yazır: 

“...ustad müəllimlərin kamil mühazirələrindən istiqamətlənərək 

Azərbaycan ədəbiyyatı ilə yanaşı, rus və dünya ədəbiyyatını oxuyan 

Bəkir Nəbiyev öz fərdi mütaliəsi sayəsində Belinskini, Dobrol-

yubovu, Avropanın filosoflarını dərindən öyrənməklə hələ tələbəlik 

illərində, sözün əsl mənasında, müasir ədəbi tənqidin istedadlı 

nümayəndəsi kimi seçilməyə başladı”. (Azərbaycan müəllimi, 30 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə