Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə50/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   46   47   48   49   50   51   52   53   ...   89

151 

Barı heç olmazsa qəbrimin üstə 

Bir görən olsaydı nazlı dilbəri!... 

(Almaniya, 1943-cü il) 

 

Adria sahillərində 

 

Gecə ay üzünə salırkən işıq. 



Dalğalı suyuna verir yaraşıq, 

Burax bu qəmzəni, olmaraq aşiq 

Çünki o Kaspinin vurğunuyam mən 

 

Bütün varlığımla onun varıyam,  



Müqəddəs eşqinin səcdəkarıyam,  

Yazıq ki, halım yox! Gəzim arıyam, 

Keçdiyim yolların yorğunuyam mən. 

 

Nədir bu dalğalar, nədir bu qəmlər? 



Mənim tək ürəyin inan vərəmlər, 

Qoy sənə desinlər ordan gələnlər

O coşğun çayların vurğunuyam mən. 

 

Desəm gözəllərdən geri qalarsan,  



Sən də bir pərisən, geri qalırsan, 

Bu qərib könlümü yada salırsan 

Açılmış güllərin solğunuyam mən. 

 

Onun sahilində bir diyarım var, 



Hicrana can verən nazlı yarım var,  

Ondan dodağımda yadigarım var, 

İtirmiş sevgimin sorğunuyam mən. 

 

Gənclik həyatıma qədəm qoyunca, 



Gəzmədim suyunda mən də doyunca 

Qurbanı olaydım sahil boyunca, 

Çünki o Kaspinin Vurğunuyam mən 

 

(Almaniya, fevral, 1944-cü il) 




152 

Şair  - vətəndaş Feyzulla Sacid 

 

Tarixi təcrübə göstərir ki, Türk millətinə bütün dövrlərdə ziyan 

vuran, necə deyərlər, onları  tənbəlləşdirib unutqan edən, intellek-

tuallığına və  mənəvi zənginliyinə kölgə salıb sərinləşdirən yad-

daşsızlıq sindromu labirint kimi bütün dövrlərdə onların yolu 

üstündə olub. Bu psixologiya bütün əsrlərdə belə olub. İçində 

yaşadığımız XXI əsrdə  də millət üçün xarakterik xüsusiyyət olan, 

sanki gendən gələn, danılması mümkünsüz olan aksioma kimi bu 

gün də elədir. Keçmiş tarixi öyrənmədən, bilmədən milli – estetik 

yaddaş gerçəkliklərini saf – çürük etmədən gələcəyə hansı yollarla 

getməyin nə  qədər çətin, müşkül olduğunu bilmək olmaz. 

Müstəqillik qazandığımız – SSRİ adlı  nəhəng bir dövlətin süqu-

tundan sonrakı ilk illərdə bu qlobal problemlər özünü təsdiq etdi.  

Filologiya elmləri doktoru, professor Şamil Vəliyevin oxucu-

larla yeni görüşə  gəldiyi kitabda (“Sorun bizi tarixdən”, Bakı, 

“Nurlan” 2008) görkəmli türk şairi Feyzulla Sacidin “Türk yurdu” 

və “Qurtuluş” jurnallarında çap olunan əsərləri, “Fəryad” adlı şeirlər 

toplusu təqdim olunubdur.  Tədiqatçı alim əsəri 1918-ci il sentyabr 

ayının 15-də Qafqaz türk – islam ordusunun Bakıya daxil olması, 

Bakı  şəhərinin erməni – daşnaq və bolşevik qüvvələrindən azad 

edilməsinin 90 illik yubiliyinə həsr edibdir.  

Kitabın ilk səhifəsi müəllifin - Şamil Vəliyevin “Anadoluya 

səslənmiş, yaxud bizi tarixdən sorun  məqaləsi ilə açılır. Feyzulla 

Sacid mürəkkəb, keşməkeşli, ziddiyyətli bir dövrdə  də sol mövqe 

tutmamış, türklərin birlik və bütövlüyündən, himn dərəcəsinə yük-

sələn  əsərlər yazmışdır.  Əlbəttə, belə  təzadlı  ədəbi mühit, dinamik 

ictimai – siyasi olaylar bəzi yazıçıları coşdurur, hiddətləndirir, 

bəzilərini isə yolundan azdırır, çaşdırırdı.  

Həmin dövrün ədəbi mühitinə diqqət yetirdikdə görməmək 

çətin deyil ki, hətta tarixi mövzularda əsərlər yazıb gözləmə 

mövqeyi tutanlar da var idi. Ənənəvi janrlarda yazanlar da qədərin-

cəydi. Lakin dövrün, istiqlalın önə  çəkdiyi mühüm problemləri az 

bir zamanda ədəbiyyata gətirmək də  çətin məsələ idi. Belə nailiy-

yətlərə müvəffəq olmaq hər yazarın işi deyildir. Günün tələblərinə 

daha fəal cavab verdiyindən poeziya və publisistikaya üstünlük 



153 

verilirdi.  

Ədəbiyyatşünas Yaşar Qarayev əbəs yerə deməmişdi ki, “Ayda, 

ulduzda rəmz və obraz kimi rəsmiləşən milli simvolika üçrəngli 

bayrağa və gerbə poeziyadan, romantik nəsrdən və publisistikadan 

keçərək gəlmişdir”. Belə poetik nümunələr türkləri birliyə, bütöv-

lüyə çağırış idi. M.K.Atatürkün “türk milləti zəkidir, çalışqandır” 

fikri türklərin tarixi təkamülü ilə bağlı həqiqətdir.  

Feyzulla Sacidin əsərlərinin az bir qismi, həyatının qısa bir 

müddəti məhz Azərbaycan həqiqətlərində təzahürünü tapır. Yazıçı – 

şairin Azərbaycana Xalq Cümhuriyyətinin süqutundan sonrakı dövr 

ədəbi fəaliyyəti professor Şamil Vəliyevin giriş  məqaləsində açıq-

lanır. “Türkün kitabı” şeirindəki türkülük ruhunun bütövlüyünü aşa-

ğıdakı poetik parçada görməmək mümkünsüzdür: 

 

Yıldızların altında vicdanıma bənzəyən, 

Abidələr, qübbələr, binalar bənim! 

Yıldırıma bakdım bən qılıncımı cəfalar mənim. 

Tutuşdurur fikrimi, oyandırır irqimi; 

Məsihimdir tufanlar, bəlalar bənim! 

 

Burada  şairin üsyanqarışıq “fəryad”ı  təkcə  fərdi deyil, əsasən 



ictimai və ümummilli səciyyə daşıyır.  

Bu kimi bitkin əsərlər  şairə müasirləri arasında, Azərbaycan 

ədəbi mühitində böyük nüfuz qazandırmışdır.  

Kitaba üç publisist, doqquz şeir nümunəsi daxil edilmişdir. 

Publisist yazılar çağırışa, hayqırtıya bənzəyir. Türk xalqlarına bü-

tövlük, birlik naminə müraciət insanın hisslərini oyatmaya bilmir. 

Bu yazılara esse desek daha doğru olardı. Bir səhifə həcmində olan 

yazılarda elmilik, fəlsəfi tutum, siyasi məqamlar çox böyük 

mətləblərdən xəbər verir. “Ey zənginlər, möhtərəmlər, möhtə-

şəmlər! 


Ey türk anaları, islam babaları” – yazısında oxuyuruq: 

“Sizə qardaş olan qəlbimdəki atəşli qan ilə yalvarıyorum. 

Türkün və bütün Şəqrin pərişanlığına ağlayan bir vicdan ilə 

yalvarıyorum. Bizi bir-birimizdən soyuq və uzaq yaşadan bir hicran 

ilə yalvarıyorum. Yalvarıyorum və bağırıyorum ki, neçə  yıllar 

boyunduruq və yumruq altında əzilən millətinizə artıq acıyoruz!”. 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə