Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə47/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   43   44   45   46   47   48   49   50   ...   89

141 

Dövrün  ən mütaliəli, nəzəri biliklərə  dərindən yiyələnmiş

imzası bütün İttifaqda tanınan Mehdi Hüseyn çoxcəhətli yaradı-

cılığa malik bir sənətkardır. O, ədəbiyyatın başqa sahələri ilə yanaşı, 

dramaturgiya ilə  də yaxından məşğul olmuş, qələmini bu sahadə  

sınayaraq 1938-1944-cü illər arasında “Şöhrət”, “Şamil”, “Nizami”, 

“Cavanşir ”, “İntizar” pyeslərini yazmişdır. Bu əsərlərin  əsasında 

xalq və  qəhrəman, xalq və saray, xalq və hökmdar, problemləri 

dayanır.  Ədibin bu problemlər haqqında maraqlı, orijinal müha-

kimələri, aydın, prinsipial konsepsiyası vardır. O, tarixdə xalq və 

qəhrəman probleminə orijinal mövqelərdən yanaşmış, onun öz 

dünyagörüşünə, ictimai-bədii məramına uyğun  şəkildə  həll etməyə 

çalışmış  və müvəffəq olmuşdur. 1938-ci ilin sonu, 1939-cu ilin 

əvvələrində yazılmış  “Şöhrət” pyesi “Tərlan”ın davamı idi. 1940-

1941-ci illərdə yazmış  “Şamil” dramının mövzusu keçmiş Çar 

Rusiyasının işğalçı ordularına qarşı iyirmi beş ilə yaxın mərdliklə 

mübarizə aparmış, öz azadlıq və istiqlaliyyətlərini qorumaq üçün 

böyük bir imperiyaya mətanətlə müqavimət göstərmiş, Dağıstan 

xalqının milli azadlıq hərəkatından alınmışdır. Sovet dövründə Çar 

Rusiyasına qarşı mübarizənin qəhrəmanı Şeyx Şamil haqqında pyes 

yazmaq da hər yazıçının hünəri deyilidi. 

Ədibin müharibənin ilk illərində yazdığı ilk əsərlər arasında 

“Moskva” və “Cəbhə xatirələri” xüsusi yer tutur. 1942-ci ilin 

əvvələrində Moskvaya – paytaxta səfəri nəticəsində yazmış 

“Moskva” oçerkində o, gördüklərinə bitərəf səyyah gözü ilə yox, 

həqiqi Sovet sənətkarı kimi baxdığı üçündür ki, təsvir etdiyi ayrı-

ayrı epizodlar bir tam kimi birləşərək, məğlubedilməz mətin 

şəhərin, onun qorxmaz müdafiəçilərinin canlı surətini yaradır. 

Böyük sənətkarın “Fəryad” povesti nəsrimizdə hadisələrin genişliyi 

və  dərinliyi ilə  mənəvi planda göstərmək cəhdinin başlandığını 

göstərən ilk əsərlərdən biri oldu. 

Mehdi Hüseyn ikinci tarixi dramı “Nizami”dir . Bu mövzuda 

bədii əsər yazmaq hər bir sənətkarda xüsusi istedad, cəsarət, böyük 

məsuliyyət hissi tələb edir. Çünki Nizaminin adı,  şəxsiyyəti, bədii 

və fəlsəfi təfəkkürün  təzahürü olan poemaları əsrlərdir ki, mütəfək-

kirlərin, yazıçı  və filosofların, pedaqoqların, nəzəriyyəçilərin 

diqqətini cəlb etmiş, kamal, idrak sahiblərinin hörmət və  rəğbətni 

qazanmış, barəsində saysız-hesabsız elmi, bədii  əsərlər yazılmış-




142 

dır.Mehdi Hüseyn bu məsuliyyəti dərk edərək belə bir məsuliyyətin 

öhdəsindən ustalıqla gələ bilmişdir. Akademik M.A.Dadaşzadə 

yazırdı: ““Nizami” dramı müdrik-romantik və eyni zamanda qəhrə-

manlıq üslubunda verilmiş tarixi bir əsərdir. Bu əsərdə Nizaminin 

sadəcə tərcümeyi-halından çox Azərbaycan xalqının orta əsrlərdəki 

ictimai-siyasi vəziyyətini təsvir edən geniş bir səhnə əsəridir”.

1

 Xalq 



yazıçısı, akademik Mirzə  İbrahimov isə “Nizami” haqqında “... 

vətənpərvərlik hissi ilk plana çəkilərək qabardılmış, qəhrəmanların 

sevgi və  məhəbbətləri də bu müqəddəs hissə tabe tutulmuşdur”

2

 - 



demişdir. 

1943-1944-cü illərdə - Böyük vətən müharibəsinin  ən ağır, 

dəhşətli illərində yazıçı üçüncü tarixi dramı olan “Cavanşir”i 

yazdı.1945-ci ildə pyesi tamamlayan müəllif onu “Vətən uğrunda” 

jurnalında çap etdirdi. Burada tarixi hadisələrə müasirlik duyğusu 

ilə yanaşan Mehdi Hüseyn dövrün ruhuna, ictimai tələblərinə uyğun 

olaraq qəhrəmanlıq və  vətənpərvərlik motivlərini ön plana çək-

mişdir. Dramın mövzusu Şərqin tanınmış sərkərdələrindən biri, VII 

əsr Girdman hökümdarı Cavanşirin həyatından və onunla bağlı 

tarixi hadisələrdən alınmışdır. 1941-1945-ci illərdə Mehdi Hüseyn 

tarixi dramları ilə yanaşı  bir çox hekayə, oçerk və povestlər də 

yazmışdır. “Nişan üzüyü ”, “Çiçəklər”, “Dost”, “Cəbhə xatirələri” 

başlığı altında çap etdirdiyi “Möcüzə”, “Qanlı sular”, “Satqın” kimi 

hekayələri və 1944-cü ildə yazdığı “Fəryad” povesti bu mövzulara 

həsr olunmuşdur. Bu illərdə  ədib  İlyas  Əfəndiyevlə birlikdə 

“İntizar” pyesini yazdı. 1943-cü ildə isə  Ənvər Məmmədxanlı ilə 

yazdığı “Fətəli xan” kinodramını çap etdirdi. 1946-cı ildə Mehdi 

Hüseyn “İnqilab və mədəniyyət” məcmuəsində “Ürək” povesti çap 

etdirdi. Povest Böyük Vətən Müharibəsi dövründə arxa cəbhə 

adamlarının fədəkar  əməyi, arzu və dolanacaqları haqqında realist 

yazıçı qələmindən çıxmış gözəl bir əsərdir. 

Uzun illərdən bəri kənd həyatından  əsərlər yazan böyük 

sənətkar 1947-ci ildə neft sənayesi fəhlələrinin həyatından bəhs 

edən “Abşeron” romanını yazdı. Hadisələrin realistcəsinə təsviri və 

                                                       

1

 “Kommunist” qəzeti, 19 avqust 1942-ci il  



2

 “Ədəbiyyat” qəzeti, 15 dekabr 1942-ci il 




143 

sənətkalıq cəhətdən bu roman nəinki M.Hüseynin yaradıcılığında, 

həmçinin bədii nəsrimizdə xüsusi yer tutur. Azərbaycan və rus 

ədəbi tənqidi “Abşeron”un meydana çıxmasını ciddi ədəbi hadisə, 

ümumsovet ədəbiyyatının yaradıcılıq uğuru kimi qiymətləndirmişdi. 

M.Arif,  Ə.Sultanlı, C.Cəfərov, L.Klimoviç, N.Çertova, S.Ştut, S. 

Babenişeva bu roman haqqında qiymətli bir fikir söyləmiş, 

məqalələr yazmışdır.  Əsgər SSRİ dövlət mükafatına laiq 

görülmüşdür. 

Mehdi Hüseynin hər sözü, əsəri dərhal diqqəti cəlb edir, 

müzakirə olunur, mübahisə mövzusuna çevrilirdi. “Abşeron” 

romanı çıxanda realist  nəsrin qələbəsi kimi qiymətləndirildi. 

O dövrün tənqidçiləri Mehdi Hüseynin baş  qəhrəmanı Tahiri 

Balzakın qəhrəmanları ilə müqayisə edirdi. 

 “Abşeron”u Venesuela yazıçısı Roman Şançesin “Neft” 

romanı ilə yanaşı tutulurdu. Təsadüfi deyil ki, bu əsər dünyanın 30-

dan çox dilinə  tərcümə olunmuşdu. Səməd Vurğun  əsəri oxuyub 

yazmışdı: ““Abşeron” romanı öz həyatiliyi , həyatımızı düzgün əks 

etdirməsi ilə bizi sevindirir”. 

Fransız yazıçısı Lui Araqon deyirdi: “Mehdi Hüseyn bütün 

biliyini və yaradıcılığını  ədəbiyyatın vəzifələrindən ayırmayan bir 

sənətkardır”. Məhz bu cəhətinə görə xalqın sevgisini, etibarını 

qazanmışdı. Bu etibarın dayaq nöqtəsi yazıçı saflığı, insan amalı idi. 

İsa Muğanna xatırladır ki, Mehdi Hüseyn əsl yazıçı xarakteri 

tərbiyələndirmişdi özündə.  Əsl insan xarakteri tərbiyələndirmiş bir 

insan idi. Çalışırdı ki, yazıçılığı da bu uca məqsədə, insan yetirməyə 

tabe etsin. 

Ədəbiyyatın Səməndər quşu, fenomen yaradıcılıq qabliyyətinə 

malik olan görkəmli ədib Mehdi Hüseyn 1958-ci ildə “Ədəbiyyat və 

sənət məsələləri ” adlı kitabı çap etdirir. 

 “Abşeron” romanından sonra yazıçı tarixi mövzuya yenidən 

müraciət edərək “Səhər” romanını yazdı. Romanın əsas bədii konfi-

likti bir-birinə zidd qüvvələrin barışmaz ictimai mübarizəsi üzərində 

qurulmuşdur. “Səhər” romanı ilə  əlaqədar akademik M.Arif “... 

“Səhər” romanı üzərində M.Qorkinin “Ana ” romanının təsiri hiss 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə