Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə49/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   45   46   47   48   49   50   51   52   ...   89

147 

Mehdi Hüseynin anadan olmasının yüz illiyi münasibəti ilə 

imzaladığı mübarək fərman Mehdi Hüseynin çox da uzaq olmayan 

keçmişdən qayıtmasına zəmin, təkan həm də ərmağan oldu.  

 

Sən demə “Mixaylo” şeir yazırmış 

 

“Həsən Seydbəylinin bədii nəsri” mövzusunda tədqiqat  əsəri 

üzərində  işləyərkən “Kommunist” qəzetinin 1957-ci il 12 aprel 

tarixli nömrəsində  əfsanəvi qəhrəman Mehdi Hüseynzadəyə Sovet 

İttifaqı Qəhrəman adı verilməsi haqqında SSRİ Ali Soveti Rəyasət 

Heyətinin sədri K.Voroşilovun imzaladığı  Fərmanla yanaşı, 

Mehdinin bacısı, tibb elmləri namizədə Bikə  Əlizadənin və  tələbə 

dostları M.Sənaninin, M.Nəcəfovun, K.Kazımzadənin və başqa-

larının xatirələrinə rast gəldim. Məqsədim “Uzaq sahillərdə” 

qəhrəmanı haqqında dürüst məlumatlar toplamaq idi.  

Bütün xatirələrdə bir nüans vurğulanırdi ki, Mehdi gənclik 

illərində rəssamlıq məktəbində oxuyarkən şeirlər də yazırmış.  

Bikə Əlizadə qardaşı haqqında xatirələrində yazır: 

-

 



Qəm yeməyin, mən sizin başınızı  aşağı etməyəcəm. Biz 

hökmən qalib gələcəyik! 

Biz 1941-ci ilin isti bir avqust günündə qardaşım Mehdi 

Hüseynzadənin Bakı vağzalından cəbhəyə yola salarkən bu onun 

son sözü oldu.  

Həmişə olduğu kimi Vətən müharibəsi cəbhələrində də Mehdi 

özünü xalqımızın qəhrəman bir oğlu kimi göstərdi. O, azğın alman 

faşitləri ilə vuruşa-vuruşa Volqa sahillərindən Adriatik dənizi 

sahillərinə qədər şərəfli və mübariz bir yol keçdi.  

Qardaşım Mehdinin mehriban xasiyyəti, iti qartal baxışları elə 

bil indi də gözümün qarşısındadır. Mehdi sənəti və ədəbiyyatı çox 

sevirdi. O, çəkdiyi rəsm  əsərləri üzrərində  həmişə böyük həvəslə 

işləyirdi. Hərdən bir şeir də yazırdı.  

Mehdini dəfn edərkən yoldaşları onun cibindən çıxan bir şeiri 

və gümüş üzüyünü mənə göndərmişdilər. Mən  şeiri oxuyan kimi 

Mehdinin xəttini o saat tanıdım, gözlərim yaşardı. Mehdinin 

Azərbaycan haqqında yazdığı şeir belə başlayırdı: 

 

 




148 

“Nə ola bir sarı yarpaq olaydım 

Ey xəzən yelləri, alaydın məni, 

Uca dağlar aşıb, dərələr keçib, 

Vətən torpağına salaydın məni” 

 

Partiya və hökümətimiz Mehdinin böyük Vətən müharibəsi 



illərində göstərdiyi qəhrəmanlıqları yüksək qiymətləndirərək, ona 

Sovet İttifaqı Qəhrəmanı kimi şərəfli  bir ad vermişdir. Ona verilən 

bu yüksək ad Mehdinin qohumlarını və Mehdini tanıyanları ürəkdən 

sevindirir. Biz doğma partiyamıza və hökümətimizə ürəkdən 

təşəkkür edirik.  

 

Bikə Əlizadə, tibb elmləri namizədi 

 

Mehdinin  şeirlərinin nə vaxt çap olunacağını gözləyirdim. 

2009-cu il 9 may qələbə günün 64 illiyi münasibətilə Azərbaycan 

mətbuatında, televiziya kanallarının da qəhrəman haqqında yeni, 

sensasiya doğuran məlumatlar verildi. Mehdi Hüseynzadənin bacısı 

oğlu, bəstəkar Aqşin Əlizadənin də televiziyadakı çıxışı çox maraqlı 

oldu və yeni yaranacaq əsərlər üçün tədqiqatçılara material verdi. 

Tarix elmləri namizədi Məmməd Cəfərlinin “Mehdi Hüseynzadə 

haqqında açılmayan səhifələr” məqaləsi (Dirçəliş – XXI əsr, Bakı, 

2009, səh., 387-396) bütün tərəfləri ilə qaranlıq səhifələrə işıq saldı. 

Çox dəyərli olan bu məqalədə maraqlı  xəbərlərlə yanaşı Mehdinin 

1943- və 1944-cü illərdə yazdığı 5 şeiri də verilmişdir.  

Azərbaycan prezidenti İlham  Əliyevin “1941-1945-ci illər 

müharibəsində  Qələbənin 65 illiyinə hazırlıq və yubileyin qeyd 

edilməsi üzrə Milli Proqram”ın təsdiq edilməsi haqqında sərən-

camından irəli gələn vəzifələrin həyat keçirilməsi ilə  əlaqədar 

respublikada xeyli iş görülmüşdür. “Respublika Gəncləri” qəzeti 

olaraq Siz də hökümətin və dövlətin ideoloji xəttini daim təbliğ 

edir, işıqlandırır və xalqı maarifləndirməklə  ən yeni məlumat-

larısəhifələrimizdə dərc edirsiniz. 

Sovet İttifaqı  Qəhrəmanı Mehdi Hüseynzadənin həmin şeirlə-

rini Sizə təqdim etməyi özümüzə borc bildik.  




149 

Yar gəlir dedim 

(Aşıqvarı) 

 

Əsincə sabahın sərin yelləri, 



Baxıb uzaqlara yar gəlir, dedim!... 

Töküb gərdəninə qara telləri,  

Bəlkə bir məqsədi var gəlir, dedim!... 

 

Nə edim, aldanıb oldum naşı mən,  



Fərhad tək qopardım hər bir daşı mən 

Nə olar görəydim qara daşı mən,  

Mənə mehman olub, yar gəlir, dedim!... 

 

Neylərdim nəşəni o nazlı yarsız,  



Sevginiz olarsa bunu duyarsız,  

Baxıb qəhqəhəmə söyləmə arsız! 

Bəlkə uzaqlardan yar gəlir, dedim!... 

(Almaniya, 1943-cü il) 

  

Mənim 



(Aşıqvari bir təcnis) 

 

Xəbər alma bu dərdimi özümdən,  



Qəmli yaşlar ayrılmayır gözümdən,  

Nə fikrim var aydın olur sözümdən, 

Aşıqvarı öz sazımı çalıram. 

 

Tərlan könlüm uçub qonub budağa, 



Dolğun gözlə göz gəzdirir bu dağa,  

Qərib yerdə tab etmirəm bu dağa

Düşər xəyalıma o diyar mənim. 

 

O həsrətdən ömrüm indi yaradır,  



Yardan xəbər alsam, məni yarıdır, 

Çünki hər qız bir oğlanın yarıdır. 

Oxlamış qəlbimi nazlı yar mənim. 



150 

Gülə aşiq bülbül rəngi sarıdır, 

Onun məhəbbəti gülə sarıdır,  

Hər görüşdə yaraların sarıdır, 

Olubdur sirdaşım ahu zar mənim. 

 

O vəfalı yarım Qarabağlıdır, 



Onun yeri çiçəklidir-bağlıdır, 

Ömrü boyu sevgisinə bağlıdır, 

Vəfasına çox ümüdüm var mənim. 

 

Yardan ayrı qalsam ömrüm qaralar, 



Küskün xəyalımı dağ tək qar alar, 

Baxtımın səhifəsin fələk qaralar, 

Çürüdər ömrümü intizar mənim. 

(Almaniya, yanvar, 1944-cü il) 

 

Görən olsaydı 

 

Qərib bir ölkədə təkcə qalanda, 



Baxıb üfüqlərə ilham alanda, 

Acıqlanma mənə yada salanda 

Vətəndə qoyduğum nazlı dilbəri!... 

 

Bir ördək yerişli, bir incə belli



Tumarlar başını, sabahın yeli, 

Hərdən ağ sinəyə düşəndə teli, 

Bir görən olsaydı nazlı dilbəri!... 

 

Hərdən gözlər gəl...gəl deyərkən, 



Yar coşub özündən dilin yiyərkən, 

Bir gedib, bir baxıb gülümsəyərkən, 

Bir görən olsaydı nazlı dilbəri!... 

 

Onunla olsaydım, olmazdım xəstə, 



Dili badam içi, dodağı püstə,  


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə