Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə51/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   47   48   49   50   51   52   53   54   ...   89

154 

İkinci  əsər 1920-ci ildə yazılsa da günümüzün bir çox 

problemlərinə daha ayıq başla, düşünülmüş  şəkildə  nəzər salmağa 

imkan yaradır. “Qurtuluş səsləri” sərlövhəli bir kiçik nəsr parçası da 

kəsb etdiyi məzmuna, ideoloji – siyasi dəyərinə, məna tutumuna 

görə aktuallıq kəsb edir. Çünki Feyzulla Sacid əsəri qarı 

düşmənimiz olan ermənilərə xitabən yazıbdır: 

“Ay köksü xaçlı, barmaqları qanlı erməni! Ay cəllad! Ay bizə 

milliyyət dərsi verən  əli bombalı, gözləri qanlı, yürəgi vulkanlı 

ustad! 


Vur! Türkün ölümü üçün, erməniligin eşqinə vur! Gecələri dağ-

lardan akaraq, müdafiəsiz evlərimizi yaxaraq güllələrin, bomba-

larınla vur! İzsiz köylərimizi basaraq, analarımızı, bacılarımızı saç-

larından asaraq süngülərin, bıçaqlarınla vur! Avropa sülh kon-

franslarına tülkü kibi girərək həssas nitqlərin, yalanlarınla vur! Əqli 

başında, guya mütəfəkkir erkəklərimizin qoynuna yatıbəqlini alaraq; 

duyğusuz ruhuna, zəif əxlaqına sarmaşaraq öldürücü işvələrinlə vur! 

Bir yandan Türk bayrağı altında möhtəşəm otellər və ticarətgahlar 

açaraq, bir yandan şux təbəssümlər və  fədakar, sehrli büsələrlə 

zənginlərimizin könlünü və  səhhətini çalıb cibini dələrək, milli 

sərvətimizi yılan kibi əmərək hiylələrin, iğfalərin, xəndələrinlə 

vur!”. 


Müraciətdə müəllif  ermənilərə  kəskin, ittihamedici fikirlərini 

bildirməklə  öz millətinin də gözlərindən qəflət pərdəsinin hələ də 

götürülmədiyini,  şirin yuxulara qərq olduğunu, döyülməsə, söyül-

məsə ayrılmayacağını məqamında vurğulayır.  

Feyzulla Sacid xalqının  şair – vətəndaş  oğlu idi. “Azəri türk 

qardaşlarına” yazısı  həcmcə lakonik – yarımsəhifəlik olsa da fik-

rinin təsir gücü etibarı ilə hədəfə tuşlanan ağır zərbə kimidir. 

“Böyük türklük, soydaşlıq aləmində yekparə  və bölünməz bir 

şəxsiyyətdir”  fikri ilə başlayıb, “İzmirin yarası bənim duyğumdan 

çox dərin,  İzmirin və qardaşları  Zəngəzur və Naxçıvanın fəryadı 

bənim fəryadımdan çox yüksəkdir sozləri ilə qurtaran yazıçı onun 

böyüklük, birlik haqqında düşüncələrini özündə ehtiva edən 

vətəndaş yanğılarıdır. A.Şaiqin məşhur “Həpimiz bir günəşin 

zərrəsiyik” şeiri o illər müasirlərinin yaradıcılığına necə təsir etmiş-

dirsə, təbii ki, Feyzulla Sacidə  də  təsir etməmiş deyildi. Feyzulla 

Sacidin də sözügedən yazısında bütöv bir xalqın, Azərbaycan 

xalqının qardaşlıq, birlik, sülh arzuları, istəkləri ilə yanaşı 



155 

özününkülərə açıq eyhamı da bədii ifadəsini tapmışdır.  

Bu kiçik nümunələr göstərir ki, milli şüurun, milli özünüdərkin 

inkişafında, istiqlal yolunda Feyzulla Sacidin xidçmətləri danıl-

mazdır. Bu dövrdə bir çox şair və yazıçıların yeni ideyaların 

işığından tutub getdiyini, istiqlal fikrinin milli ədəbiyyatımızda tez 

bir zamanda rəvac tapa bildiyini göstərmiş H.Cavid, M.Hadi, 

A.Şaiq, C.Cabbarlı, Ə.Cavad kimi ədiblər fəaliyyət göstərirdi. Fəqət 

yenə də xalqın ziyalılara ehtiyacı çox idi. Əbəs yerə deyil ki, 1918-

ci ildə Azərbaycanın ağır günündə köməyə  gələn Türkiyə ordu 

hissəsinin komandiri Nuru Paşa naziri Ənvər Paşaya məktubla 

müraciət etmişdi ki, Azərbaycana ziyalı ordusu da göndərsin. Bu, 

ədəbi mühitin, ümumən, maariflənmənin yeni istiqamətdə inkişafına 

və formalaşmasına kömək edə bilər. Feyzulla Sacid də bir qrup 

türkiyəli ziyalılar – şairlər, pedaqoqlar kimi bu müraciətdən sonra 

Azərbaycana gəlmiş, lazimi xidmətlər göstərmişdir. Kitabda 

toplanan, diqqət çəkən üç şeir nümunəsi “Türkün xitabı başlığı 

altında ikisi Avropaya, biri isə istiqlal şairlərindən səsi  daha gur  

eşidilən Abdulla Şaiqə ithaf olunmuşdur. Bu şeirlər  mövzu və 

forma etibarı ilə  vəhdət təşkil edir, dövrün, Azərbaycanın  ən 

mühüm problemləri ilə bağlıdır. Nəinki Feyzulla Sacidin, ümumən, 

müasirlərinin də bu kimi şeirləri onları  vətən, Türkçülük, Tu-

rançılıq, Türk dünyası, milli bayraq, milli ordu, xarici düşmənlərə, 

əsasən də erməni işğalçılarına və onların himayədarlarına qarşı 

mübarizədə birləşdirirdi. “Sorun bizi tarixdən” kitabına toplanan 

seçmələri, tarixin bu günü ilə  səsləşən, qarabağ  dərdimizə ayna 

tutan qiymətli bədii nümunələrdən nə qədər ki, gec deyil hamılıqla 

öyrənməli və ibrət dərsi almalıyıq. Filologiya elmləri doktoru, 

professor  Şamil Vəliyevin “Vətən və millət naminə çalışmaq, 

vətəndaşlıq düşüncəsini xalqın ali məfkurəsi həddinə çatdırmaq hər 

bir kəsin – vəzifə, peşə  və  məşğuliyyətindən asılı olmayaraq 

müqəddəs borcu”dur. İdeyası  qırmızı  xətt kimi içindən keçən 

haqqında bəhs etdiyimiz bu kitabın tərtibi alimin tədqiqatçılığı ilə 

yanaşı, vicdanlı vətəndaş yanğısından irəli gəlir.  



 

 


156 

Ədəbiyyatımızın ünlü simaları:  

məqalələr, müsahibələr 

 

 

Nurlu sima 

 

Tale hər kəsə bir ömür bəxş edir. Verilən ömür payını yaşamaq-

sa daha çox insanın özündən asılıdır. Baxmayaraq bir sıra amillər bu 

yaşantıda önəm təskil edir. Mühit də daxil olmaqla maddi və 

mənəvi məsələlərin az əhəmiyyət kəsb etmədiyini danmaq olmaz. 

Bəxtim elə  gətirib ki, Nizami adına  Ədəbiyyat  İnstitutunda dis-

sertasiyamı yazdığım illərdə  də akademik Kamal Talıbzadə ilə 

ünsiyyətdə olmuş, ondan məsləhətlər almışdım. Bunun başlıca 

səbəbi apardığım tədqiqatın akademikin atası Abdulla Şaiqin nəsri 

mövzusuna aid olması idi və 1990-cı illərdən sonra da Kamal 

müəllim mənə doktorluq mövzusu üzərində  işləməyi təkid edirdi. 

Yadımdadır, o illər qəbirləri nurla dolsun, Yaşar Qarayev, Şamil 

Qurbanov,  Şamil Salmanov, Əflatun Saraclı, bugünkü müasir-

lərinin, Allah işlərini avand eləsin Teymur Əhmədov, Arif 

Əmrahoğlu  (Vaxtsız əcəl Arifi də aramızdan 2014-cü ilin iyulunda 

apardı. Qəbri nurla dolsun.), Zaman Əsgərli, Şamil Vəliyev də hər 

görüşəndə nəsə bir mövzu götürməyimi təkidlə məsləhət bilirdilər. 

Bir dəfə (1996-1997-ci illər) Akademiyanın həqiqi üzvü, millət 

vəkili Rafael Hüseynov kənddən gəlmiş, dünyanın qeylü-qalından 

xəbəri olmayan mənə dedi ki, qəzet məqalələrindən bir şey çıxmaz, 

kitab yaz, kitab. Rafaelin sözləri qulağımdan sırqa kimi asılıdı. 

Yazılarımın səmtini dəyişdim. 1998-ci ildən “Azərbaycan  ədəbiy-

yatında lirik-psixoloji nəsrin təşəkkülü və formalaşması” mövzu-

sunda doktorluq dissertasiyası üzərində  işləyəsi oldum. Plan-

prospekti də hazırlayıb Ədəbiyyat İnstitutunun o vaxt ki, direktoru 

mərhum Yaşar Qarayevə  təqdim etdim. Xeyli ədəbiyyat da top-

lamış, hətta iki məqalə  də  dərc etdirmişdim. Araşdırmalar göstərir 

ki, bu mövzu çox işlənib. Nə isə içimdə görünməz qüvvə sanki 

mənə diktə edir di ki, bir az səngiyim. Yaşar müəllim qəflətən vəfat 

etdi. İnstituta Azərbaycan Milli Elmlər Akademiyasının akademiki  




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə