Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə52/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   48   49   50   51   52   53   54   55   ...   89

157 

Bəkir Nəbiyev direktor təyin olundu.  

1969-cu ildə-institutun birinci kursunda məqalələrini, kitab-

larını oxuduğum, Azərbaycan ədəbi ictimaiyyət arasında böyük söz, 

nüfuz sahibi olan, ziyalıların ziyalısı, fitri istedad sahibi ilə üz-üzə 

oturası oldum. Çöhrəsindən nur yağan, aydın, işıqlı gözləri olan, 

kimliyindən asılı olmayaraq müsahibinə hörmət qoyan, insanla tez 

ünsiyyət tapan müdrik bir şəxsiyyətlə üz-üzə, göz-gözə oturub 

danışdığım o anları heç vaxt unutmayacağam. Allah bu insana yaxşı 

mənada nəyi istəsə səxavətlə verib. 

Bəkir müəllim ürəyimdə nigarançılıq edən məsələni elə bil 

gözlərimdən oxudu. Baba, oğul, bu iş çeynənmiş mövzudu, - deyib 

bir az da duruxdu, gözləri məchul bir nöqtəyə zilləndi, ürəyimdən 

ani olaraq belə  qərara gəldim ki, direktor mənə tövsiyə edəcəyi 

mövzu haqqında fikirləşir. Bir andan sonra mənə baxıb gülümsədi, 

çöhrəsi nurlandı. Gəlsənə yüz səksən dərəcə bucaq altında dönəsən, 

liriklikdən satiraya keçəsən. Dinmədim.  İlk görüşdə  nə  qədər 

istiqanlı, mehriban olsa da qəti fikir söyləməkdən ehtiyat etdim. 

Bəkir müəllim, satiranın hansı janrın nəzərdə tutursunuz? 

Cavabında realist nəsri, - dedi: Get beş-on gün fikirləş, iki-üç gün 

mövzunu formalaşdır, sonra gələrsən. Elə  də oldu. Sadəcə  mənə 

qəribə  gələn o oldu ki, sən demə bizim dostumuz professor 

Bədirxan  Əhmədov 1920-1990-cı illər satirası  işləyibmiş. Baş-

lanğıcda olan boşluğu doldurmaq və iki doktorluq dissertasiyasını 

baş-başa qoyub bütöv bir dövrü sistemli şəkildə  əhatə etmək üçün 

mənə “Azərbaycan realist nəsrində satiranın təşəkkülü, inkişaf  

mərhələləri və problemləri. (1850-1920)” mövzusunu yazmağı 

tövsiyə etməsi bu böyük alimə olan hörmətimi birə-min artırdı. Ki, 

bu kişi  ədəbiyyatşunaslığın hansı sahələrində olan boşluğun 

olduğunu nə qədər dəqiqliyi ilə bilirmiş. 

Plan-prospekti hazırladıqdan sonra soruşdu ki, məsləhətçi kimi 

istəyirsən? Çəkinmədən bir başa, Sizi - dedim, Allah xeyir versin, - 

deyib, kreslodan ayağa qalxdı  və  əllərimi sıxdı. Bax taleyin mənə 

bəxş etdiyi alın yazısının qismətinin biri də bu oldu ki, həyatımda 

ikinci akademiklə işləyəsi oldum. 

Dissertasiyanın ayrı-ayrı fəsillərini oxuyarkən cümlədə işlənən 

sözlərin daha oxunaqlı olması üçün onların sinonimliyinə, fikir və 



158 

ifadələrdən sözlərin ahəng qanuna uyğun işlənməsinə diqqət 

yetirirdi. Bəkir müəllim redakətəni üç rəngli qələmlə aparırdı. 

Seziləcək təəccübümü görüb, bunu belə edirəm ki, gözlərin 

yorulmasın. Fikirləşdim ki, bu Allah vermiş bəndə işə böyük qəlblə, 

məsuliyyətlə yanaşır. Allah vermiş bəndə dedim, yadıma akademik 

Vasim Məmmədəliyevin dediyi sözlər düşdü: “Bəkir müəllim 

görkəmli  ədəbiyyatşunas alim, ictimai xadim olmaqla yanaşı, həm 

də Allaha inanan, Quranı əziz tutan, islam ehkamlarına riayət edən 

bir insandır”. 

Cümləni ətə-qana gətirmək, daha dolğun etmək üçün yuxarıda 

qeyd etdiyim kimi Azərbaycan dilinin leksikasının zənginliyindən 

məharətlə istifadə edər, bir başlanğıcı işlənən yerdə mümkünlüyünü 

görüb cızır cümləni, məsələn və bağlayıcı işlənibsə, iynə ucu qədər 

boşluq görüb oraya ya bağlayıcını da əlavə edirdi. Akademik Bəkir 

Nəbiyev qədər sözün nazı ilə oynayan alim yəqin ki, çox nadir 

insanlar olar. Dissertasiyada satira, yumor, kominizm və gülüşün 

ayrı-ayrı problemlərinə dair tədqiqatları olan ədəbiyyatşünasların 

adın çəkərkən Bəkir müəllimin adını  ədəbiyyatşünas  Əziz 

Mirəhmədovdan  əvvələ yazmışdım. Akademik qırmızı karandaşla 

adını haşiyəyə alıb Əziz müəllimdən sonrakı sıraya daxil etmişdir. 

Heyrət ediləsi təvazökarlıqdır. Amma bir nüansı da vurğulamağı 

zəruri hesab edirəm ki, həm də bu bizlərə ibrət dərsi olacaq bir 

tövsiyədir. Dolaşıq, forsla yazılmış  yəni ki, özünün akademizmin 

gözə soxmaq istəyənlərin yazılarını Bəkir müəllim fuqana verir, ya 

da ovxarlı dəhrə ilə budayır. Mən bütün bunların şahidi olmuşam və 

onun zərgər dəqiqliyi ilə etdiyi düzəlişləri, sözlərin yerinin ustalıqla 

dəyişməsini, ya da daha münasib sinonim sözlərlə  əvəz etməsini 

dəfələrlə görmüş,  şahidi olmuşam. Bəkir Nəbiyev bir akademik, 

institut direktoru kimi çevrəsində olan istedadlı kimsəziləri- arxası 

olmayanları mühafizə etmək, həm də xilas etmək üçün daima 

nüfuzundan istifadə edib. Məqamı  gələndə  sərt addımlar ataraq 

onları son ana-nəticəyə  qədər hifz etmək qüdrətinə malik böyük 

şəxsiyyət, qeyrətli Azərbaycan oğludur. Qüdrətli  şairimiz Səməd 

Vurğun vaxtında elə yazıb ki, sən demə o poetik parça bütün 

zamanlar üçün meyar rolu oynayacaqdır. 



Arxalıya arxa olma, deməsinlər yamaqdır. 

Arxasıza dayaq ol ki, desinlər dayaqdır.   


159 

Doktorluq dissertasiyamda nə cür olmuşdusa klassiklərin ad-

larının düzülüşündə bir cümlə Mirzə  Ələkbər Sabirin adını sonda 

yazmışdım. Bəkir müəllim onu yaşıl qələmlə haşiyəyə alıb yuxarı 

başa – Mirzə  Fətəli Axundovdan sonraya keçirmişdir. Bəkir 

müəllim rus ədəbiyyatını da bu qədər mükəmməl incəliklərinə qədər 

bilməsi də  məni heyrətləndirən məsələlərdəndir. M.S.Şedrinin 

“Cənab Qolovyovlar” əsəri haqqında söhbət edərkən bu işlərin 

şahidi olmuşam. Professor Abbas Zamanov deyirdi ki, “Mirzə Bəkir 

paklıq, təmizlik, düzlük və saflıq mücəssəməsidir ”. 

Dissertasiya üzərində  işləyərkən Bəkir müəllim Azərbaycan 

dilinin qramatikası  nə  qədər mükəmməl bildiyini müşahidə etdim. 

Tənha vaxtlarımda özümə qapanıb bəlkə  də romantik xəyallara 

dalanda keçənləri, gələnləri saf-çürük edib fikirləşəndə akademik 

Bəkir Nəbiyevin Allahın daha çox kölgəsini  əsirgəmədiyi bəndə-

lərindən olduğunu təsdiq etmişəm. Onun fitri istedadımı deyim, 

yoxsa  əvəzolunmaz, fenomen şəxsiyyətini deyim, hər nə isə  fəth 

edib ən uca zirvədə dayanmış məğrur bir fateh alimə bənzətsək daha 

yaxşı olar. Bəkir Nəbiyev tənqidçidir, ədəbiyyatşunasdır, ədəbiyyat 

tarixçisidir, dilşunasdır,  əla idarəetmə qabliyyətinə malik təşkilat-

çıdır, ifrat dərəcədə ziyalıdır, müdrik ağsaqqaldır. 

Bəkir müəllim  ədəbi tənqidə çox çətin vaxtalarda – XX əsrin 

ortalarında - ədəbi döyüşlərin vüsət aldığı, 30-cu illərin qorxu xofu 

insanların canından çıxmadığı bir dövrdə  gəldi. Zavallı  gənc 

onsuzda repressiyanın nə olduğunu bilməmiş deyildi, bu acı külək 

onların da ailsinə: “sığal çəkmişdi”. Təbii ki, belə bir vaxtda bir az 

açıq, bir az da pünhan o yelləri təsiri Bəkir müəllimə  gənclik – 

tələbəlik illərində  əməlli başlı öz təsiri göstərmişdir. Bu təqib-

təzyiqləri Bəkir müəllimin çıxışlarından eşitmiş, yazılarından oxu-

muşam. Lakin canında qorxu xofu olmasına baxmayaraq, gənc 

tənqidçi yaradıcılığının ilk illərində  cəsarətli addımlar atdı  və bu 

yolun çox da hamar olmadığını, özünə “çoxlu” düşmən qazana-

cağını bildiyi halda, fikirlərindən dönmədi, məntiqlə irəli-gələcəyə 

doğru addımladı. Çünki birinci şərt Azərbaycanda klassik ədəbi-

tənqidin tarixi çox dərin dövrə gedib çıxsa da (təbii ki, Xətib 

Təbrizini nəzərdə tuturuq), ikinci şərt peşəkar elmi-nəzəri prinsip-

lərin ilk dəfə mükəmməl şəkildə XIX əsr Azərbaycan ədəbiyyatında 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə