Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə48/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   44   45   46   47   48   49   50   51   ...   89
    Bu səhifədəki naviqasiya:
  • Qoca

144 

olunur. Bu, hər şeydən əvvəl Səlimnaz surətinə aiddir”

1

 - deyirdisə, 



akademik Kamal Talıbzadə “... “Səhər” romanının yaradılmasında 

Maksim Qorkinin gözəl ənənələri ciddi rol oynamışdır...”- deyirdi.

2

 

 “Abşeron”un davamı olan “Qara daşlar” romanında yazıçı neft 



sənayesində çalışan fəhlələrin həyatına müraciət etmişdir. Bu 

romandan sonra tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan,  ədəbi 

ictimaiyyət arasında rezonans doğuran “Alov” pyesi işıq üzü gördü. 

Pyes cinayətkar ünsürlərə qarşı yorulmadan mübarizə aparan

qanunlarımızın keşiyində möhkəm duran, bu yolda ölümə getməyə 

hazır olan hüquqşunaslarımızın çox çətin, namuslu fəaliyyətinin 

təsvirinə həsr olunmuşdur. 

Yazıçı  “Şair”, “Fətəli xan” və “Səhər  bədii filimlərinin 

ssenarilərini də yazmışdır.” 

 “Fətəli xan” ssenarisindən misal gətirilən aşağıdakı parça 

M.Hüseyn amalının, ölməzliyinin, narahatlığının, müasirliyinin 

bariz nümunəsidir. 



Qoca: - Xan sağ olsun, biz nə günah işlətdik ki, gözümüz 

mərhəmət savaşına dikilmişdi. Siz qəzəb eyvanına çıxdınız. 



Fətəli xan: - Yox! Mən sizin qarşınıza qəzəb və  mərhəmətlə 

çıxmamışam. Tələb və çağırışla çıxmışam . Bu hünər və  fəaliyyət 

tələbidir. Düşmən yenə uzaqlarda qılınc itiləyir. Bizim qalxanla-

rımız isə hələ döyülməmişdir. 

Yurdumuzu hədələyən fəlakətin ilk qurbanları – Təbriz qaçqın-

ları  Dərbənd hasarları dibində köç salıblar. Mən sizdən onlara 

mərhəmət tələb etmirəm. Mən sizə onlarla əl-ələ verib böyük işlərə  

süur edin - deyirəm. 

Və bu sözləri hamımız eşitməliyik. Ona görə bu sözlər, eləcə də 

tələb təkcə Mehdi Hüseynin, Fətəli xanın deyil, Azərbaycanın, 

parça-parça olunmuş vətənin tələbidir. 

Mehdi Hüseyn yaradıcılığının son illərində Türkiyəyə  səfərin-

dən aldığı  təəssürat  əsasında “Bir ay, bir gün” adlı yol xatirəsini, 

“Yeraltı çaylar dənizə axır” romanını yazmışdır. 

XX  əsr Azərbaycan  ədəbiyyatının  şedevr yetirməsi olan 

M.Hüseyn müxtəlif vaxtlarda jurnal redaktoru, Yazıçılar Birliyinin 

                                                       

1

 M.Arif.Ədəbi-tənqidi məqalələr. Azərnəşr, 1958, səh.151 



2

 K.Talıbzadə. İnqilabi keçnişimizi əks etdirən roman. “Ədəbiyyat və Dil 

İnstitutunun  əsərləri”, VII c., 1954, səh. 75 



145 

birinci katibi işləyib. SSR Ali Sovetinin  deputatı olmuşdur. 

Xalq yazıçısı  İsmayıl  Şıxlı xatirələrində yazır: “Dəli Kür” 

jurnalda çap olunandan sonra M.Hüseyn məni evinə çağırdı. Yazı 

stolunun arxasına keçdi, gözümə “Dəli Kür”ün çap olunduğu 

“Azərbaycan” jurnalı  dəydi. Jurnalın arxasında bozumtul bir zərf 

çıxartdı. Mənə verdi. Üstündə üçcə söz yazılmışdı: “İsmayıl Şıxlıya 

Mehdidən” . Evdə oxuyarsan, - dedi. 

Evə çatan kimi zərfi açdım. Vərəqin bircə üzündə  aşağıdakı 

sözlər yazılmışdır: “Əzizim İsmayıl, “Dəli Kür” əsərini dünən gecə 

oxuyub qutardım. 

Əhsən! Bərəkallah! Son on ildə bizim ədəbiyyatda oxuduğum 

heç bir əsər məni bu cür sarsıtmamışdı”. 

Bu adi məktub deyildi. Bu böyük sənətkarın nə qədər qüdrətli, 

qayğıkeş, sərraf olduğunu göstərən məhək daşıdır. 

Mehdi Hüseyn XX əsr Azərbaycan  ədəbiyyatının qüdrətli 

yaradıcılarından biri sayılırdı. Onun sənət aləmində alınmaz, 

basılmaz zirvəsi vardır. Mehdi Hüseyn bu halal zirvəyə böyük 

istedadı, çoxlarına möcüzə kimi gələn titanik zəhmətilə, sənət 

hünərlərilə ucalmış  və orada qranit abidəyə dönərək gələcək 

nəsillərə, əsrlərə üz tutmuşdur. Yazıçı Nahid Hacızadə yazır: “Mən 

Mehdi Hüseyn adını 40 - cı illərin axırlarında, orta məktəbdə oxu-

duğum çağlarda eşitmişəm. Yaxın qohumum var idi – Əli Rəsulov. 

O, Mir Cəlal Paşayev ilə birlikdə Gədəbəyə ilk maarif işığı aparan 

ziyalılardan sayılırdı.”  

Yadımdadır, neçə gün idi ki, “Abşeron” romanı  əlimdən 

düşmürdü. Onu su kimi içirdim. Əli müəllim kitabı  məndən alıb 

vərəqləyə-vərəqləyə: 

-Maraqlı əsərdir, - dedi – mən də təzəcə oxuyub başa çatmışam 

kitabı mənə qaytaranda gülümsədi. 

-Nahid , bəlkə  də bu taleyin işidi. Mən Osman Sarıvəlli və 

Mehdi Hüseynlə Qazax seminariyasında bir yerdə oxumuşam. 

Səməd Vurğun bizdən yuxarı kursda idi. 

Mən marağımı boğa bilmədim. 

-Mehdi Hüseynin oxumağı necəydi? 

-O, seminariyanın gözü sayılırdı. Atası Əli əfəndi direktorumuz 

idi. Uşaqlar arasında belə deyildi. Oxumağına, mütaliəsinə söz yox 

idi. Danışığı, davranışıda öz yerində. Bir gün lövhədə onun semina-




146 

riyadan qovulması əmrini görəndə gözlərimizə inanmadıq, matımız-

qutumuz qurudu. O da bunu dürüstləşdirmiş  və  əmri dərhal 

divardan asdırmışdı. Bu sarsıdıcı  xəbərdən sonra seminariyanın 

müəllimləri, eləcə  də  şəhərin nüfuzlu ziyalıları  Əli  əfəndiyə 

minnətçi düşdülər ki, əmri ləvğ eləsin. O, isə dediyində dururdu : 

“Mənim haqqım yoxdur ki, onu bir də  dərsə buraxım. Axı, 

deməzlərmi ki, Əli  əfəndi öz oğluna tərbiyə verə bilmirsə, onda 

başqalarının uşaqlarını necə tərbiyələndirər?” 

Biz çox məyus halda onu Bakıya yola saldıq. Mən bir də 

onunla Bakıda ali təhsil aldığım vaxt görüşmüşdüm. Seminariyada 

oxudumuz günləri xatırladıq. Mehdi Hüseyn gülə-gülə dedi: 

“Atamın çoxlarına pislik kimi gələn bu hərəkəti bəlkə  də  mənim 

üçün ən böyük  yaxşılıq oldu. Qaynar Bakı mühitinə düşdüm. Məni 

bu mühit pərvazlandırdı”.”. 

Mənim düşüncə - qənaətimə görə, Mehdi Hüseynə öz şöhrəti 

üçün heç nə lazım deyildi, o, bizə Azərbaycanın, onun ədəbiyya-

tının şöhrəti üçün lazımdır. 

Bəli, Mehdi Hüseyn ədəbiyyatın, sənətin, sözün bu günü, 

gələcəyi uğrunda səngərə atılırdı. Vuruşurdu, çarpışırdı, yorulurdu, 

geri çəkilmirdi. Nə edirdisə xalqından ötrü edirdi, bilirdi ki, xalq bu 

zəhməti, bu döyüşü qiymətləndirəcək. 

“Şeyx  Şamil”  əsərində belə bir epizod var: Şamilin  ən ağır 

məqamıdır. Oğlu Məhəmməd ağır yaralanır, çar qoşunu hücuma 

keçib. Xalq onu müdafiə edir. Şamil bunu görür deyir:  

-Sağ olsunlar! İndiyə kimi düz 20 il mən onlar üçün vuru-

şurdum, indi onlar mənim üçün vuruşurlar. 

Vaxtilə Mehdi Hüseyn bu xalq üçün az əziyyət çəkməyib. İndi 

bu xalq, bu dövlət onun yubleyini böyük qədirbilənliklə keçirir. 

Uzaq səfərdən qayıtmış oğlunun qarşılayır , alqışlayır.  

Akademik Lixaçev deyir ki, “insanın əsl yubleyi iki dəfə olur - 

əlli yaşında və yüz yaşında.  İkinciyə qalanlar az olur. Ancaq 

birincini qeyd etmək vacibdir”. Mən bu istilahın  əleyhinə  çıxıb 

deyirəm ki, Mehdi Hüseynin indi əsl yubleyidir. Özünü iştirakı ilə. 

Çin ölkələsində keçmişlərdə ölənlərə “qayıdanlar” deyərmişlər. Bu 

qaydalardan biri də Azərbaycan ədəbi-mədəni həyatında misilsiz rol 

oynamış, xalq yazıçısı Mehdi Hüseyndir. Ədəbiyyata, mədəniyyətə, 

incəsənətə xüsusi qayğı  və diqqət göstərən, xalqımızın,  əsasən də 

gənclərin güvənc yeri olan hörmətli prezidentimiz İlham  Əliyevin 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə