Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə56/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   52   53   54   55   56   57   58   59   ...   89

169 

alım” mahnılarının müəllifidir. Bu kantananın da musiqisini yazıb 

təqdim edib Zeynəb Xanlarovaya. O da mənə müraciət etdi ki

sözlərini də  sən yaz. Son variantların üzərində  iş gedir. Zeynəb 

xanım qəribə bir sürpriz hazırlayacaq.  

- “Qəbiristan” və “Azərbaycan” poemalarınızı nisgilsiz 

oxumaq olmur. Bu əsərləri hansı zərurətdən yazdınız? 

- Həsrət, kədər, nisgil mənim xarakterimdədir. Taleyimdə, var-

lığımda olan dərdlər çoxdur. Anamı, həyat yoldaşımı, nakam bacımı 

itirmişəm. Onların ölümü mənə yaman dərd oldu. Bu kədərlər, 

ələmlər mənim içimdən keçdi. “Qəbiristan” bax bu ağrılardan 

yaranıb. “Azərbaycan”  poeması köçkün-qaçqın problemləri, çadır 

həyatı keçirən vətəndaşlarımızın üzüntülü dərdləri sayəsində ya-

ranıb. Dağlıq Qarabağ bizi yaman günə qoydu. Gecələr də yuxu-

muzdan çıxmır.  

- Yaradıcılığınız haqqında elmi-tədqiqat əsəri yazılıbmı? 

- Bəli. 


- Biz biləni 3 oğlunuz var. Şair oğlanlarından razıdırmı? 

- Çox razıyam. Tərbiyəli,  ədəb-ərkanlı, ziyalı  uşaqlardır. 

Müşfiq jurnalist, Vüqar filoloq, Mirzə isə tarixçidir.  

-  Şair Cabir Novruz dolmaq məqamında nə edir, hara 

gedir? Daha doğrusu, haralarda olsa ilham pərisi çox pərvaz 

edər? 

- O anlarda ancaq yazırsan. Müqəddəs sətirlər dilə gəlir. Vaxtı-

vədəsi yoxdur. Şairlər dünyanın dərdlərini çəkən bir Allah 

bəndəsidir.  

- Bəs günün hansı məqamlarında qələmə sarılırsınız? 

- 1958-ci ildə  nəşr olunan ilk kitabım “Mənim muğama-

tım”dakı “Biz gecələr yaşayırıq” şeirimdə sözümü demişəm: 

Biz şairik, yer üzünün kədərini daşıyırıq. 

Biz gecələr ömür edirik, biz gecələr yaşayırıq.  

-

 



İstedadlı  gənclərimiz varmı ki, XXI əsrdə poeziya 

yükünü çiyinləri üstə ala bilsinlər? 

-

 



 Gənclərimizin  şeir hekayələrini, iri həcmli  əsərlərini oxu-

yuruq. Onların arasında istedadlar var, amma tam parlayanlar, gur 

ədəbiyyata gələnlər, təəssüf edirəm ki, azdır.  İnanıram ki, bu xalq 

istedadlar yetişdirəcək, mütləq bunlara əminəm.  




170 

-

 



Cabir Novruz gənclik illərində ədəbi aləmdə kim olmaq 

istəyib? 

-

 



Qarşıma məqsəd qoymamışam kim olum. Uşaqlıqdan 6-7 

yaşımdan bədahətən  şeirlər demişəm. Qohum-qonşu o illər hərəsi 

bir söz deyirdi. Fəqət sonralar gəldim şeir aləminə. Gördüm ki, çox 

çətin imiş. Gərək  şair təpədən dırnağadək  şair ola. Ədəbi aləmdə 

cild-cild yazarsan, oxunmaz olarsan. İki misra ilə  də yaddaşlarda 

qalarsan. Ağabəyim ağa kimi... “Yarım gecə gəldi, gecə getdi, bil-

məm necə gəldi, necə getdi”.  

- Şairlik kiməsə yaşayış üçün əsas amil ola bilərmi? 

-  Şairlik mənəvi cəhətdən yaşamağa imkan verir, dolanışıq 

üçün yox.  

- Ailə qayğılarında,  şəxsi işlərinizdə  çətinliklərlə üz-üzə 

qalanda kimə üz tutursunuz, kimdən imdad istəyirsiniz? 

- Heç kəsdən özümdən. Ailə qayğıları çoxdur. Evin böyüyü 

mənəm. Bir şeirimdə: 

 

Hə zaman ki ömür coşur, dalğa olur, 



Mənə elə sərt taleyim arxa olur, -  

 

- Cabir müəllim, poeziyanın bətndə hazırlanmasına və 

“doğuşuna” Tanrı köməyi olurmu? Nə vaxt hiss edirsən bun-

ları? Vəhydən tapşırıqlar alırsanmı? Nəbi Xəzri bir dəfə müsa-

hibələrində dedi ki, vəhydən gələn diktə, göstəriş, tapşırıqla 

yazıram. Siz necə? 

-Yazmaq özü mürəkkəb prosesdir. Adamın özündən asılı deyil. 

Mən bir poema, yaxud şeir yazım. Ola bilməz. Mühasibat işi deyil 

ki. Sövq-təbii haldır, vəhy deyim, nə deyim bilmirəm, gəlir, 

yazıram. Bir də görürsən ki, bir şeir illərlə yarımçıq qalır, 

tamamlaya bilmirsən, amma cild-cild digərlərini yazırsan.  İlham 

adlı bir nəsə var. O məcbur edir ki, yazasan. 

- Gənclik illərində  əzablı, sıxıntılı günlər yaşamasaydınız, 

bəlkə də, bugünkü Cabir Novruz olmazdınız.  

- Tamamilə düz deyirsiniz. Sizinlə razıyam. Bəlkə  də  mənim 

şair olmağıma səbəb  əzablı-əziyyətli günlərim zəmin yaradıb. O 

çətin günlər məni daha möhkəmləndirib. Şair gərək çətin yaşaya ki, 




171 

yazsın.  



- Bəzən insan düşdüyü mühitdən asılı olaraq bir cür 

düşünüb, başqa cür danışır. Elə məqamlar olubmu ki, çıxılmaz 

vəziyyətdə qalıb fikirlərinizdə təzadlar yaranmasını zorən qəbul 

edirsiniz? 

- Elə  məqamlar ola bilər. Sadəcə susaram. Amma ölərəm, 

fikrimi dəyişmərəm. Bu çox dəhşətdir, neçə amala xidmət etmək 

olar? Fəlakət. Nəsimini, nakam Müşfiqi yada sal. Fəqət indi... nələr 

desən olar. Böyük əqidəlilər ancaq və ancaq böyük sənətkar ola 

bilər.  İnsan necə yaşayırsa,  əqidəsi onu tamamlamalıdır. Təzadlar 

varsa, mən o yaradıcıya inanmıram.  

- Sovet dövründə imperiyaya qarşı etiraz şeirləriniz olubmu 

ki, gizlətmək məcburiyyətində qalmısınız? 

- Mən belə danışanlara inanmıram.  Ədəbiyyatın içində ol-

muşam. “Ulduz” jurnalının redaktoru olarkən Anarın “Molla 

Nəsrəddin - 66”, Elçinin “SOS”, Əkrəm  Əylislinin “Mənim nəğ-

məkar bibim” və “Kür qırağının meşələri”, Fərman Kərimzadənin  

“Qarlı aşırım”, Sabir Əhmədovun “Yamacda nişanə” əsərlərini nəşr 

etdirdim. DTK-ya çağırdılar, məzəmmət etdilər. Lakin bu əsərlər 

böyük  əks-səda doğurdu, çətinliyə baxmayaraq nəşr olundu. Bu o 

illər idi ki, ədəbiyyata yeni nəfəs gəlirdi. 60-cılar ədəbi aləmdə qol-

qanad açırdı. Gətirsin o fərd ki,  hansı əsəri o illər çap olunmayıb.  



- Yaradıcılıq planlarınız barədə oxucularımıza bilgi ver-

səniz yaxşı olar.  

- Planlarım çoxdur. Xeyli şeirlər yazmışam. “Ədəbiyyat” qə-

zetində silsilə çap olunub. Bu il “Azərbaycan” jurnalının 4-cü sa-

yında müxtəlif illərin şeirləri çap olunacaq. Avtobioqrafik poemamı 

qurtarmaq üzrəyəm “Adım gəldi bu dünyaya”, “Kaş millətdə ruh 

yaşasın” şeirlərimə mahnı bəstələnib. Gənc bəstəkarlar da şeirlərimə 

mahnı bəstələyiblər.  

- Maraqlı müsahibə üçün sağ olun! 

Siz də sağ olun! 



 

 

 

 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə