Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə46/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   42   43   44   45   46   47   48   49   ...   89

138 

ədəbiyyat müəllimimin tövsiyəsi ilə yazıçının bütün hekayələrini

povest, roman və pyeslərini oxudum. Onda – onuncu sinifdə yüz 

faizli  şagird qənaətim bu oldu ki, ədəbiyyatımız Mehdi Hüseynsiz 

yetim qalmışdı. Az sonra tələbəliyin ikinci kursunda Mehdi Hüseyn 

yaradıcılığına ciddi yanaşdıqda  İvan Buninin Nabokov haqqında 

“O,  ədəbiyyata soxulub bizim hamımızı güllələdi!” deyimi dodaq-

larımı qaçırtdı. Sən demə ədəbiyyatımız yetim qalmayıbmış, ədəbi 

çarpışmaları, obyektiv, bəzən də subyektiv mübarizələri lap elə 30-

cu illərdə  də, daha sonralar da davam etmiş, o, ədəbiyyata  əməlli-

başlı dədəlik edibmiş. 

Sən paxıl adamlarla əhatə olunmuşdun, Mehdi müəllim! Bu isə 

istedadlıların alın yazısı, qismət payıdır. Siz belələrinə fikir vermə-

diniz, sizi daha dəruni hisslərlə istəyən, vicdanlı, ümuməbədi 

mənafe üçün hər çətinlik və  məhrumiyyətə dözən, sinə  gərən 

dostlarının (təəssüf ki, bu gün dostluq məfhumu vicdansızların 

yasaq olunmuş orbitindədir – B.B), sənin istəklin olanların 

əhatəsində olub hifz olundun. Nə yazıqlar ki, bu dostlar da səni son 

anda qoruya bilmədi. Yazıçılar  İttifaqına rəhbərlik etdiyin vaxt 10 

martda keçirilən iclasda söylənilən haqsız iftira və böhtanlara məruz 

qaldın. Nadanların qəfil hücumuna ürəyinin gücü çatmadı... 

Mehdi  Əli oğlu Hüseynov (Mehdi Hüseyn) 1909-cu il mart 

ayının 22-də Qazax rayonunun ikinci Şıxlı  kəndində müəllim 

ailəsində anadan olmuşdur. 

Ədibin atası, Əli Vəli oğlu  Hüseynov, məşhur Qori seminari-

yasında təhsil almış tanınmış müəllim idi. Mehdi üç yaşında ikən 

anası atasından ayrıldığından qoca nənəsinin himayəsində böyü-

müşdü. 


Atası Bakıda realni məktəbdə  dərs dediyindən oğlunu az-az, 

yay tətillərində görürdü. 

Yeddi yaşında  Şıxlı ibtidai məktəbinə daxil olan Mehdi dərs 

zamanı keçirilənlərlə kifayətlənməyərək, məktəbin və atasının 

kitabxanasındakı əsərləri mütaliə edərdi. Klassiklərlə erkən tanışlıq 

onda bədii  ədəbiyyata maraq və sevgi oyatmış, estetik zövqünün 

tərbiyəsinə müsbət təsir göstərmişdir. 1920-ci ilin sentyabrından 

Qazax pedoqoji texnikomunun hazırlıq şöbəsində oxuyan Mehdi ilk 

günlərdən məktəbin ictimai işlərində yaxından iştirak etmişdir. 



139 

1925-ci ildə atasının Maarif Nazirliyində  işə keçməsi ilə  əlaqədar 

olaraq, Mehdi ailələri ilə Bakıya köçmüş  və texnikomu burda 

qutarmışdır. 

Bakı ədəbi, ictimai-siyasi mühiti onun ədəbiyyata həvəsini daha 

da artırmışdır. Yazıçı  tərcümeyi-halında texnikumda ədəbiyyat 

müəllimi olan görkəmli Azərbaycan  ədibi Abdulla Şaiqin onun 

həvəsləndirərək sənətə marağını qüvvətləndirdiyini minnətdarlıq 

hissi ilə xatırlayır. 

Mehdi Hüseynin ilk bədii əsəri 1927-ci ildə, 18 yaşında “Şərq 

qadını” jurnalında çap etdirdiyi “Qoyun qırxımı” hekayəsidir. 

Bu illərdə Azərbaycan nəsrinin tarixində yeni bir inkişaf 

mərhələsi başlanır. 1920-1928-ci illərdə mühüm nəsr  əsərləri keç-

miş sovet platformasını sevinclə  qəbul etmiş, yeni hakimiyyətin 

həyata keçirdiyi tədbirlərdə öz arzularını ifadəsi görmüş C. 

Məmmədquluzadə,  Ə.Haqverdiyev, S.S.Axundov, C.Cabbarlı, 

A.Şaiq, Simurq kimi təcrübəli sənətkarlar tərəfindən yazılmışdır. 

  Ə.Əbdülhəsən,  Əli Vəliyev, Mehdi Hüseyn kimi gənclər 

1927-1928-ci illərdə çap etdirdikləri ilk hekayələri ilə  nəsrə yeni 

mövzu və yeni surətlər gətirdilər. 1930-cu ildə Mehdi Hüseyn 

Azərbaycan Dövlət Universitetinin pedaqoji fakütləsinin tarix şöbə-

sini bitirir və  həmin ildə Azərbaycan Proletar Yazıçıları  Cəmiy-

yətinin məsul katibi seçilir. 

1927-ci ildə kiçik hekayə, oçerk və  məqalələr yazan Mehdi 

Hüseyn 1933-cü ildə özünün ilk iri həcmli əsəri “Daşqın” romanını 

çap etdirir. 1937-ci ildə Mehdi Hüseyn Moskva Dövlət Kinematoq-

rafiya  İnstitutu yanında akademiya tipli kinossenaristlər kursunun 

məzunu olmuş  və müsair mövzuda “Tərlan” romanı üzərində 

işləyir. 

Ədəbiyyata kiçik hekayələrlə gələn yazıçının bu əsərləri 1930-

cu ildə çap olunan “Xavər” və “Bahar suları” adlı kitabçalarda 

toplanmışdır. Mövzularına görə iki hissəyə ayrılmalı olan bu 

hekayələrin bir qismində keçmiş Azərbaycan kəndinin ağır 

vəziyyəti, cəmiyyətdə hökm sürən ictimai bərabərsizlik,  əsarət, 

özbaşınalıq, feodal-patriarxal münasibətlər (“Könül dəftəri”, “Qan 

içində”, “Tunel”), digər qismində isə yeni hakimyyətin qələbəsin-

dən sonra ölkəmizdə yaranmış ictimai vəziyyət, insanların şüurunda 



140 

yaranan dəyişikliklər, yeniliklər köhnəliyin mübarizəsi, xalqlar 

dostluğu, müasir həyat tərzi, yeni ailə münasibətləri təsvir olunur 

(“Xavər”, “Bahar suları”, “Sevgidən sonra”, “Qayıtmalı”, “Əlli iki” 

və s.). Bu hekayələr dövrün aktual mövzularına həsr olunsa da , 

sənətkarlıq cəhətdən hələ heç də istənilən səviyyədə deyildi. Bun-

ların əksəriyyətində tam, bitkin insan xarakterləri, ümumiləşdirilmiş  

obrazlar olduğu kimi, həm müəllifin, həm də ayrı-ayrı surətlərin 

dilində, düşüncə  tərzində  və  təhkiyələrində müəyyən dərəcədə 

bəsitlik hiss olunurdu. Mehdi Hüseynin həmin hekayələri hər 

şeydən  əvvəl müəllifin ilk qələm təcrübəsi və  gələcək yaradıcılığı 

üçün müəyyən bir keçid mərhələsi kimi əhəmiyyətlidir. 

1933-1936-cı illərdə Mehdi Hüseyn üç hissədən ibarət 

“Daşqın” romanı çap olunur. Əsər vətəndaş müharibəsi və bunun 

nəticəsində Azərbaycan – Gürcüstan sərhədlərində baş verən qanlı 

faciələrin təsvirinə həsr olunmuşdur. 

 “Daşqın”dan sonra Mehdi Hüseynin yazdığı ikinci böyük əsər 

“Tərlan”romanıdır. Romanın yarandığı dövr - yəni 1937-1938-ci 

illər o dövrki cəmiyyətimizin tarixində yeni bir mərhələ  təşkil 

edirdi. Xalq təsərrüfatının başqa sahələrində olduğu kimi, kənddə də 

yeni idarə sistemi qələbə çalmış, ölkəmizin iqtisadi, siyasi həyatında 

əsaslı  dəyişikliklər baş vermişdi. Xüsusilə, 1937-1938-ci illərdə 

Moskvada təhsil alması onun dünyagörüşünə müsbət təsir 

göstərmişdir. Yazıçı həmin illərdə həm klassik rus, Avropa, həm də 

milli  ədəbiyyatımızın sənətkarlıq xüsusiyyətlərini öyrənir. Həmin 

illərdə yazdığı bir sıra tənqidi, nəzəri məqalələri (Mehdi Hüseyn 

ədəbiyyat aləminə  tənqidlə  gəlmişdir. O, Əli Nazimin “İnqilab” 

şeiri münasibətilə yazdığı “Bizdə futurizm cərəyanı” adlı məqaləni 

ədəbiyyat maraqlısı kimi “Dan ulduzu”nun 1926-cı il VII nömrəsin-

də çap etdirmişdir.- B.B) və  Tərlan” romanı göstərir ki, o artıq 

özünəməxsus üslubu, ifadə tərzi, müəyyən yaradıcılıq planları olan 

yetkin bir yazıçıdır. 

Böyük sənətin zirvəsinə doğru çətinliklərlə, haqlı-haqsız 

tənqid-təqiblərlə irəliləyən  ədibin yaradıcılığında müasir həyatın 

təsviri ilə yanaşı, tarixi mövzular da geniş yer tutur. Tarixi mövzuya 

həsr etdiyi ilk əsərləri içərisində “Komissar” povesti öz bədii 

dəyərinə görə nəzəri daha çox cəlb edir. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə