Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə43/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   39   40   41   42   43   44   45   46   ...   89

129 

SSRİ-nin, eləcə  də başqa xarici ölkələrin teatr səhnələrini gəz-

mişdir. Ədəbiyyatımıza “Astaraya gedən yol” povestilə gələn nasir 

bu əsərində yeni söz, yeni üslub, yeni nəsr haqqında orijinal fikirlər 

söylədi. Bu povestindən başlayaraq onun bütün əsərləri yüksək 

amalı, bədii təsvir vasitərilə, fəlsəfi dərinlikləri ilə seçilməyə 

başladı. Nəsrimizdə istehsalat sahəsinin təsviri H.Seyidbəylini ciddi 

düşündürən məsələrdən biri idi.  

Xalq yazıçısı  İlyas  Əfəndiyev bədii  əsərin qəhrəmanları, bu 

qəhrəmanların duyğu və  xəyallarının istehsalatdan ayrı  təssəvür 

edilmədiyini qeyd edərək yazır: “Son illər  ərzində yaranmış  və 

bilavasitə müasir həyatımızdan bəhs edən görkəmli nəsr 

əsərlərimizin, məsələn, “Abşeron”un, “Gülşən” in, “Böyük gün-

lər”in, “Ağabulaq dağlarında” romanının, “İradə”, “Bizim 

Astarada”, “Bizim qızlar”, “Gənclik” povestinin, Mir Cəlalın gözəl 

hekayələrinin qəhrəmanlarını, bu qəhrəmanların duyğu və 

xəyallarını istehsalatından ayrı təsəvvür etmək mümkün deyil”. 

Həsən Seyidbəylinin “Çiçək”, “Telefonçu qız” povestləri, 

Sovet  İttifaqı  Qəhrəmanı Mehdi Hüseynzadənin taleyindən bəhs 

edən “Uzaq sahillərdə”, “İllər keçir” romanları (İ.Qasımovla birlik-

də yazılıb), “Bizim Astarada” povesti, “Çiçək” dedektiv povesti, 

neft mədənlərində çalışan gənclərin həyatından bəhs edən 

“Möcüzələr adası” hekayəsi, dənizlə  əlaqədar zəhmət adamlarının 

fəaliyyətinə həsr olunmuş “Tərsanə”  romanı ədəbi ictimaiyyətin və 

oxuyanların diqqətini cəlb etmiş, tez bir zamanda onu şöh-

rətləndirmişdir. 

 Həsən Seyidbəylinin yazıçı kimi yaxşı cəhətlərindən biri budur 

ki, qələmə almaq istədiyi mövzunu mükəmməl öyrənir, axtarışlar 

aparır, tədqiqatçı, yaradıcı insan kimi araşdırmalarla məşğul olur, 

hadisələrin içində olub müşahidələr edir, prototipləri görür, duyur, 

dərk edir, ümumiləşdirərək içindən keçib bütöv qavradıqdan sonra 

yazıya başlayır. Biz bunu “Telefonçu qız”, “İllər keçir”, “Çiçək”, 

“Cəbhədən-cəbhəyə” və “Tərsanə” kimi əsərlərin timsalında görü-

rük.  Əsərləri rus, gürcü, latış, eston və macar dillərində  nəşr 

olunmuşdur. 

Publisistikanın gözəl nümunələri olan “İyirmi gün Amerikada” 

adlı  səfər təəsüratları 1974-cü ildə “Gənclik” nəşriyyatında çap 



130 

olunubdur. 

2010-cu ildə anadan olmasının 90 illiyini qeyd edəcəyimiz, 

Azərbaycan  ədəbiyyatının, mədəniyyətinin inkişafına yorulmaq 

bilmədən ömrünü həsr edən bir sənətkarın yaradıcılığını bir 

məqalədə  əhatə etmək çox çətindir. Azərbaycan kino tarixinin 

səhifələrinə  qızıl hərflərlə yazılmış “Uzaq sahillərdə”, həmçinin 

“Telefonçu qız”, “O qızı tapın” və rejissoru olduğu “Nəsimi”, 

“Bizim Cəbiş müəllim” və s. bədii filimləri könülləri elə  fəth 

etmişdi ki, onilliklər bir-birini əvəz edib nəsillər dəyişsə də, bu sə-

nət əsərlərinə məhəbbət, ehtiva olunan məfkurə bolluğu və mənəvi 

ehtiyac daima olacaqdır. Həsən Seyidbəylinin filimlərinə tamaşa 

edəndə, povest və romanlarını, sənət haqqında düşüncələrini, 

məqalələrini, yol qeydlərini oxuyanda duyub hiss etmək çətin deyil 

ki, bütün bunlar bir sənətkarın yaradıcılıq yolu deyil, həm də 

vətəndaş sənətkar qəlbinin çırpıntılarıdır. 

 

Bədii nəsrin gözəl nümunəsi 

 

XX əsrin Azərbaycan ədəbiyyatında və mədəniyyətində xüsusi 



rolu olan yazıçı, dramturq, ssenarist və rejissor Həsən Seyidbəyli 

tanınmış istedadlı  sənətkarlarımızdan biri olmuşdur. “Bizim 

Astarada” (1952), “Kür sahillərində” (1953), “Uzaq sahillərdə” 

(1953) (İ.Qasımovla müştərək), “Telefonçu qız” (1960), “Çiçək” 

(1978) povestləri, “Cəbhədən cəbhəyə” (1960), “İllər keçir” (1955) 

(İ.Qasımovla müştərək), “Tərsanə” (1975) romanları, “Dəniz 

cəsurları sevir” (1954), “Sən nə üçün yaşayırsan” (1959, hər iki əsər 

(İ.Qasımovla müştərək yazılıb) pyesləri müasirlərimizin  (o dövr 

üçün – B. B.) əməyindən, mənəvi-əxlaqi saflığından bəhs edir. 

Yazıçının lirik-psixoloji üslubda yazdığı, 1978-ci il “Azər-

baycan” juranalında çap olunan “Çiçək” povesti isə özünəməx-

susluqları ilə seçilən bədii nəsr nümunəsidir. Azərbaycan  ədəbiy-

yatının yazılma, yaranma tarixindən asılı olmayaraq səciyyəvi 

cəhətlərindən biri bədii  əsərlərdə fikrin, məqsədin təqdimində, 

münasibət bildirmədə ifadəsinə yardımçı olan hissə, duyğuya, 

emosionallığa geniş yer verilməsi olmuşdur.  

Deyilənlər sadəcə lirik növün deyil, həm də epik və dramtik 



131 

növlərin də xarakterik cəhətlərinə çevrilmişdir, - desək səhv etmiş 

olmarıq. “XX əsrin ortalarından etibarən liriklik artıq epik növdən 

ayrıca status qazandı, tədricən lirik üslub, onun təzahürü olan lirik 

hekayə, povest, toman, dram yarandı. Nəsrdə lirizmin xüsusi 

təzahürünün obyektiv və subyektiv səbəbləri vardır. Bəzi hallarda 

lirizmin fərdi yaradıcılıq üslubu kimi təzahür edirdisə, digər 

hallarda sənətkarın dövrün taleyüklü problemlərinə, ümumiyyətlə 

gerçəkliyə özünəməxsus münasibətlərinin məntiqi nəticəsi idi”. 

(B.Nəbiyev) Lirik psixoloji üslubda nəsr  əsərləri yazan ədiblər o 

illər daha çox tanınıb seçilsələr də bu üslub Həsən Seyidbəyli 

nəsrində az və ya çox dərəcədə sezilir. “Çiçək”, “Telefonçu qız”, 

“İllər keçir”, “Tərsanə” və “Cəbhədən cəbhəyə” əsərlərində dedik-

lərimizin bariz nümunələrinin elementlərini görmək olar.  

“Çiçək”  həyati povestdir. Biz əsərdə Çiçəyin timsalında onun 

əhatəsində baş vermiş ailə-məişət məsələləri, neqativ hallar, 

mənəviyyatsızlıq və s. haqqında bilgilər alırıq. Sadəcə, zaman 

daxilində öz-özlüyündə dəyərli və ya dəyərsiz olan hadisələr Həsən 

Seyidbəylini obrazların xarakterinə  təsir nöqtəyi-nəzərindən 

maraqlandırdığı üçündür ki, bunlar ayrı-ayrı  fərqlərin bioqrafi-

yasından keçərək canlandırılır. Həsən Seyidbəyli “Çiçək” povestini 

yazana qədər “Uzaq sahillərdə”, “Telefonçu qız”, “Cəbhədən 

cəbhəyə”  kimi  ədəbi ictimaiyyat arasında  əks-səda doğuran bədii 

nəsr nümunələrini yaratmışdır. “Çiçək”də maraqlı surətlər, bədii 

səhnələr yaratmaqla o, sanki yaradıcılığında irəliyə doğru bir addım 

atmışdır. Çünki povestdə cərəyan edən hadisələr bəlkə onun şahidi 

olduğu, müşahidə etdiyi olayların inikaısıdr. Təbii ki, məsələ yalnız 

şahidi olduğu, müşahidə etdiyi hadisələri situasiyalardan asılı olaraq 

oxucuya bədii surətdə, inandırıcı, səmimi təqdim etmədədir. Bu 

cəhətdən  əsər qüsursuz deyildir. Povestin qəhrəmanı mübariz 

deyildir. Qorxu xofu, gücsüzlük və daha nələr-nələr bəzi vaxtlarda 

Çiçəyi mütiləşdirir.  İdealına çatmaq üçün var gücü, gənclik 

potensialı ilə mübarizə aparmır.  Əsərdə konfliktlər yaratmamaq, 

tipikləşdirmə aparmamaq və yaxud satiradan, yumordan istifadə 

etməmə  də  nəzəri cəhətdən  əsəri cılız, çılpaq göstərir. Lakin bədii 

dil, süjet inkişafı, kompozisiyası kimi məsələlərdən istifadə 

qənaətləndiricidir. Sənətkarlığın mühüm cəhətlərindən olan bədii dil 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə