Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə41/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   37   38   39   40   41   42   43   44   ...   89

123 

edib. Kitabın müəllifi ön sözdə yazır...  

“Bu müddət ərzində alimin ayrı - ayrı mətbuat səhifələrində və 

nəşriyyatlarda 17 kitabı, 400-dən artıq elmi, ədəbi-tənqid və 

publisist əsəri nəşr edilimiş, klassik və müasir sənətkarlara dair 100-

dən artıq kitab, kitabça, müntəxabat, bədii  əsər, dərslik, proqram  

onun redaktorluğu ilə çap olunmuşdur”. Kitabı birnəfəsə, hissiz- 

həyəcansız oxuduq. Əsər səbrlə, ağıllı mühakimələrlə, iti fəhmlə və 

məntiqlə, bir də ürək dolusu məhəbbətlə yazılıb. Professor Zaman 

Əsgərlinin elmi potensialına və yaradıcılığına bələd olmağımız əsas 

verir deyək ki, əsər yuxarıda göstərdiyimiz müsbət keyfiyyətlərlə 

zəngindir. Məhəbbətə  gəldikdə isə, bu daxili yanğı, içdən gələn 

dərin hisslərdən asılıdır ki, Zaman Əsgərlidə bu yanğı  tələbə-

müəllim istəyindən doğub desək, yəqin səhv etmərik. Hər halda 

ağsaqqal alim Əziz Mirəhmədovun yaradıcılığının bütün dövrlərinin 

şövqlə, peşəkar alim səriştəsi ilə  işıqlandırılması kitabdakı ayrı  –

ayrı bölmələrdən görməmək mümkünsüzdür. 

 Əziz Mirəhmədovun həyat yolu, ilk axtarışları, uğurları barədə 

müfəssəl söhbət açan müəllif sonra ədəbiyyatşünas alimin monoq-

rafik  əsərləri,  ədəbiyyat tarixçisi, mətnşünas alim və kulturoloji 

kontekstdə göstərdiyi fəaliyyət haqqında elmi mənbələrə istinadən 

mühakimələr yürüdərək təhlil edir, alim ömrünün təzadlı anlarını 

belə  fərdi elmi - təfəkkür süzgəcindən keçirərək işıqlandırır.  Əziz 

müəllimin ömür yolu, elmi fəaliyyəti, axtarışları çox da sadə 

olmayıb. Zaman Əsgərli, haqqında bəhs etdiyi alimin yeni 

araşdırmaları, leksikoqraf kimi fəaliyyəti,  ədəbiyyat nəzəriyyəçisi 

və  tənqidçisi, pedaqoji sahədəki qayğıları barədə  də geniş söhbət 

açıb,  nəhayət, Əziz Mirəhmədov imzasını oxucuya necə varsa, elə 

də çatdıra bilib. Bizcə, monoqrafiya alimi uzun illər aspirantura 

dövründən bu günə, professor olduğu vaxta qədər  Əziz müəllimin 

əhatəsində olması, bütün gənclik illərinin, elmi fəaliyyətinin ustad 

alimlə sıx bağlılığının nəticəsidir ki, o, alimin bütün yaradıcılığına, 

şəxsi, insani keyfiyyətlərinə yaxından bələd olub. Fikrimizin təsdiqi 

kimi Zaman Əsgərlinin “Əziz Mirəhmədov biblioqrafiyası”nı (Bakı, 

Ozan, 1999) da göstərə bilərik. 

Zaman  Əsgərli göstərir ki, adı  və imzası  ədəbiyyatşünaslıqda 

həmişə ciddilik, hətta bəzən sərtlik simvolu kimi səslənən  Əziz 



124 

Mirəhmədova hələ  gənclik illərində dostlarının ”Ciddi” təxəllüsü 

verib, onu “Əziz Ciddi” adlandırmaları  qətiyyən təsadüfi deyil. 

“Əziz Mirəhmədov ömrü boyu həmin təxəllüsün diktə etdiyi 

xarakterə sadiq qalaraq, elmdə ən kiçik tapıntılara belə həssaslıqla,  

yanğı ilə yanaşıb”. 

Sual olunur; bu tündxasiyyətlilik alimə xarakterindən, ailə 

tərbiyəsindən, yoxsa düşdüyü  ədəbi mühitdəki  döyüşlərdən miras 

qalıb?  Cavabı asanlıqla, monoqrafiyanın 12-ci səhifəsində tapırıq. 

Bu maraqlı  məqamları öyrənmək üçün kitabı oxuyub nəticə 

çıxarmağı istəkli oxucuların öhdəsinə buraxırıq. Sadəcə, etiraf 

edirik ki, gənc  Əzizin ilk “döyüşü” namizədlik dissertasiyası 

(“Məhəmməd Hadinin həyat və yaradıcılığı”, 1947, 24 iyun) 

müdafiə edərkən  məşhur alim Mikayıl Rəfili ilə düşür. Mikayıl 

Rəfili Elmi Şurada dissertasiyasının ləğv olunması barədə  təklif 

verir... Əlbəttə, obyektiv və subyektiv səbəb vardı...  

Zaman Əsgərli geniş erudisiyaya malik bir alim kimi obyektiv 

bir meyarla o vaxtki “döyüşü” təhlil edərək, Mikayıl Rəfiliyə bəraət 

qazandırır, ona yüksək qiymət verir. Baxmayaraq ki, Əziz 

Mirəhmədova bir müəllim kimi məhəbbət və ehtiram bəsləyir, 

barəsində  əsər yazır, lakin, düzü-düz, əyrini-əyri deyir, necə 

deyərlər haqqı nahaqqa vermir. Müəllif yazır; Onun (Mikayıl 

Rəfilinin) gənc tədqiqatçıya sərt münasibətinin bir səbəbi də elmdə 

güzəştsizlik prinsipi olub; ” Əziz Mirəhmədov Hadini demokratik 

şair adlandırır, Rəfili isə bu fikri səhv sayır, Hadini millətçi hesab 

edirdi. Özü də Mikayıl Rəfili  Əziz Mirəhmədovun timsalında, 

görünür, təkcə  gənc bir tədqiqatçıya qarşı yox, onun arxasında 

duran qüvvələrə - o dövrün tanınmış, nüfüzlu alimləri sayılan 

M.Arif, M.Cəlal, F.Qasımzadə, C.Xəndan və başqalarına qarşı 

çıxıb. Zaman Əsgərli bir daha təsdiqləyir ki, ilk dissertasiyasının 

ləğvi  Ə. Mirəhmədovun gələcək fəaliyyətinə, elmi axtarışlarına 

istiqmət verən, onu özünə tanıdan bir hadisə kimi də  mənalıdır. 

Maraqlıdır ki, Əziz Mirəhmədov da o vaxtki döyüşü faydalı sayır; 

“Rəfilinin tənqidləri mənim məsuliyyətimi, oxumaq, öyrənmək 

həvəsimi daha da artırdı. Mən daha inadla çalışmağa başladım”.  

Etiraf etmək yerinə düşərdi ki, Əziz Mirəhmədov Mikayıl 

Rəfili ilə  deyil, daha sonralar tanınmış  ədəbiyyatşünas alimlər 



125 

Yaşar Qarayevlə, Sabir Əliyevlə, metodist alim B.Əhmədovla 

mübahisələri də  ədəbiyyatşünaslığımızın yaddaqalan, maraqlı 

səhifələrindəndir. “Alim ömrü” monoqrafiyası  təkcə  Əziz müəl-

limin tərcümeyi-halını, elmi-ədəbi fəaliyyətini öyrənmək baxı-

mından  deyil,  həm də müasirlərimizə - gənc tədqiqatçılarımıza 

örnək olası, ibrət götürüləsi halal ömürdən hallalıqla yazılan bir 

məxəz kimi qiymətli elmi bir mənbədir. Alimin alim barəsində 

yazması  çətin olsa da, Zaman Əsgərli bu çətinliyin öhdəsindən 

məharətlə gəlib.  



 

Görünən və görünməz obrazlar müəllifi 

 

Altmış illik ömrünün otuz ilindən çoxunu ədəbiyyata, sənətə 

həsr etmiş Həsən Seyidbəyli çox geniş diapozonlu yaradıcı sənətkar 

idi. 


O, 22 dekabr 1920-ci ildə Bakı şəhərində anadan doğulmuşdur. 

1938-ci ildə 132 saylı orta məktəbi müvəffəq qiymətlərlə qutarmış, 

1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisliyi  İnstitutunda, 

1943-1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinemato-

qrafiya  İnstitutunun kino rejissorluğu fakültəsində  təhsil almışdır. 

Əmək fəaliyyətinə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostu-

diyasında rejissor kimi fəaliyyətə başlamışdır. Kino sahəsində ilk 

yaradıcılıq işi 1947-ci ildə ekran həllini tapan “Bakıdan Göy 

gölədək” kinooçerkidir. Bu əsərin ardınca rejissor 1948-ci ildə 

“Böyük yol” kinooçerkinə həyat verir. Həsən Seyidbəyli öz xətti ilə 

yazdığı avtobioqrafiyasında göstərir: “1943-cü ildən ilk hekayə  və 

novellalarımı yazmışam. 1944-cü ildən Azərbaycanda nəşr olunan 

qəzet və jurnallarda və İttifaqın mətbuatında nəşr olunmağa başla-

mışam”. 60-cı illərdə yazıb oxucu kütləsinə  təqdim etdiyi 

“Telefonçu qız” povestini ssenariləşdirərək 1962-ci ildə ona ekran 

həyat verir.  

Kino sahəsində ardıcıl fəaliyyət göstərən sənətkar bu illərdə 

daha məhsuldar işləyir. 1956-cı ildə “Qızmar günəş altında” və 

“Uzaq sahillərdə” (1958) filmləri (İ.Qasımovla birlikdə) az müddət 

ərzində ona böyük şöhrət qazanmışdır. “Belə ada da vardır” (1965), 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə