Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə62/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   58   59   60   61   62   63   64   65   ...   89

187 

təsiylə rahat çörək yeyirsə, yediyini  bundan sonra da yesin.  

İndi Qara Qarayev  yoxdur bu dünyada. Olsaydı, onun yeddi 

həndəvərinə dolana bilməzdi. Səməd Vurğunla mübarizə edərdim, - 

deyir. Sən kimsən ki, Səməd Vurğun mübahisə edəsən. Səməd 

Vurğun sağ olsaydı, sən onun qarşısında itaətlə baş əyir, nə isə bir 

xahiş edərdin... Qarayev də həmçinin. İndi onlar yoxdur. Madam ki, 

onlar yoxdurlar, fikirləşirlər ki, gəlin ağlımıza gələni deyək ki

bəlkə bizə də bir diqqət yetirən olsun, biz də bununla diqqət çəkək. 

Əlisa Nicat deyir və  qəzetdə  bunu başlığa çıxarır ki, “Anar bu 

xalqın dərdini yaza bilməz”. Yəqin elə bilir ki, “Şəhərin yay 

günləri”ni, “Yaxşı padşahın nağılını”, “Molla Nəsrəddin 66”-nı, 

“Anlamaq dərdi”ni, “Otel otağı”nı Anar deyil, Əlisa Nicat yazıb. 

Sovet ideologiyasının təqiblər və qadağalar dövründə Anar cəmiy-

yətin  ən ağrılı problemlərindən yazırdı.  Əlisa Nicat kimilər isə bir 

MİS müdirinin qarşısından qorxudan tir-tir əsirdi.  İndi təhlükəsiz 

söz özbaşınalığı və mətbuat dərəbəyliyi şəraitində ölüb gedən böyük 

şəxsiyyətlərin dalınca danışmağı özlərinə  qəhrəmanlıq sayırlar. 

Qarayev haqqında ağzına gələni demək olar ki, amma bunu deyən 

adama heç nə demək olmaz? Elə adamlar yaşlı nəsildən də var. Yaşı 

80-nə çatmış elə “yazıçılar” da var ki, heç bir şeylə özlərini 

ədəbiyyatda təsdiq edə bilməyiblər. Qrafoman olublar, qrafoman 

olaraq da qalacaqlar. Bu qrafomanlığın hayıfını başqalarından 

çıxırlar. Onlara böhtan deməklə, ləkə yaxmaqla, onlar haqqında 

donos verməklə özlərini təsdiq etmək istəyirlər. Bunu başa düşmək 

istəmirlər ki, belə təsdiq uzun sürə bilməz. Bir müddət, bəlkə də, üç 

adam, elə özlərinin tay-tuşları  gəlib deyər ki, hə, sağ ol, yaxşı 

yazmısan. Amma bu nə oxucu marağına səbəb olacaq, nə tarixdə 

qalacaq. Tarixdə qalsa da, ancaq nifrətlə yad edilən adam kimi 

qalacaq. Belə  təsdiq uzun sürə bilməz. Kimin haqqında deyirəm, 

özü götürsün payını. 

-

 



Müsahibə üçün sağ olun, təşəkkür edirik. 

-

 



Siz də sağ olun, uğur arzulayıram.  

 

 

 

 


188 

İlk özbək əlifbasının müəllifi kim olub? 

 

Bir dəfə mühazirədən sonra professor Şəmistan Mikayılov 

elmdən,  ədəbiyyatdan, sənətdən söhbətləşdiyimiz vaxtlarda mənə 

demişdir ki, ilk özbək  əlifbasının yaradıcısı  Səid adlı bir azər-

baycanlı olub. İş elə  gətirmişdir ki, sonralar mühazirələrimiz eyni 

gündə olmadığı üçün həmin məsələni təfərrüatı ilə ondan soruşa 

bilməmişdim. Bu günlərdə  təsadüfən iş yerində görüşdük. Xahiş 

etdim ki, əgər vaxtınız varsa, mənim otağıma keçək.  İki il öncə 

etdiyi söhbəti xatırlatdım və  dərc olunmasını istədiyimi bildirdim. 

Ağsaqqal alim məmnuniyyətlə razılıq verdi.  

- Professor, necə öyrəndiniz ki, ilk özbək  əlifbasının müəllifi, 

azərbaycanlı Səid Rza Əlizadə olmuşdur? 

- 1981-ci il idi. İnstitutumuzun direktoru Zahid Qaralov 

(professor, millət vəkili - B.B.) məni yanına çağırtdırdı ki, səni Orta 

Asiyaya ezamiyyətə göndərmək istəyirəm. Mərkəzi Komitədən 

Həsən Həsənov tapşırıb ki, “Pravda” qəzetində bir yazı verilib. 

Göstərilib ki, ilk özbək  əlifbasının müəllifi azərbaycanlı  Səid Rza 

Əlizadə olub. O, Özbəkistan və Tacikistan ensiklopediyalarına da 

düşüb. Səmərqənddə yaşayıb. Getmək istəmədim. Düzü çəkinirdim. 

MK-nın tapşırığı idi. Əliboş qayıtmaq ehtimalım da ola bilərdi. 

Zahid Qaralov təkid etdi ki, getməlisən.  

- Niyə sizə təkid edirdilər? 

- Orta Asiya ilə tanışlığım var idi. Doktorluq işimi yazanda, 

həmçinin Alma-Atadan, Frunzedən, Daşkənd və  Səmərqənddən 

opponenti olduğun alimlər və dissertantlarım olduğu üçün həmin 

şəhərlərdə olmuşdum. “Pravda”nı tapıb oxudum. Kiçik bir 

informasiya idi. Əvvəlcə  Səmərqəndə getdim. Oranın Universi-

tetinin tarix kafedrasının müdiri professor Yuri Ələsgərovla da (adı 

Yusif idi, Azərbaycanda Sovet hakimiyyəti qələbə çalanda, 

qarışıqlıq vaxtı ata-anasını itirir.Aşqabadda uşaq evinə düşür. Çox 

görkəmli bir alim kimi tanınır. Səmərqənd abidələr haqqında 

beynəlxalq pressaya məlumatları  həmişə bu alim verib. – B.B.) 

görüşdüm. “Pravda”da gedən informasiyanı ona göstərdim və 

bildirdim ki, bu barədə siz daha çox məlumatlı olarsınız. Gülüm-

sündü. Bəli, Səid haqqında yaxşı bilgilərim var, - dedi. Lakin ən 



189 

yaxşısı sizi onun nəvəsi ilə tanış edərəm. O, bu işdə daha çox 

maraqlıdır. Söhbətdən sonra yarım saat olardı ki, mehmanxanada 

dincəlirdim. Qapı döyüldü. Tipik bir bığlı azərbaycanlı qapının 

astanasında dayanmışdı. Fərhad  Əlizadə ilə tanış olub babası haq-

qında Azərbaycana məlumat aparılmağın zəruriliyini vurğuladım. 

Babasının başına gələn bütün əhvalatları  əlbəttə, bildiyi qədər –

danışdı.  



- Sizi ən çox nə maraqlandırırdı, MK-dan nə istəmişdilər?  

- Birincisi, Səid  Əlizadənin həyatı, fəaliyyəti, sonrası da 

kitabları barədə Bakıya müfəssəl məlumat aparmalıyam. 

- Professor, MK-nın qorxusu orada da hələ  qəlbinizdən 

çıxmamışdır? 

Zarafat deyildir. Partiya tapşırığı ciddi şəkildə icra olunmalı, 

zərgər dəqiqliyi ilə yerinə yetirilməli idi.  

- Mənə  nə lazımdırsa bütün köməkliklərini etdikdən sonra 

mənən rahatlanmışdım. Sadəcə iki kitabını tapa bilmədik. Ondan 

ötrü Səmərqənddən Daşkəndə gedəsi oldum. Kitab palatasında 

işləyən bir azərbaycanlı ilə tanış oldum. (Sən demə bu şəxs alim 

Spartak  Əliyevin atası imiş B.B). Kitabların titul səhifələrini foto-

surətini çıxartdım. Bir daha şahidi oldum ki, həqiqətən də ilk özbək 

əlifbasının müəllifi Səid Əlizadə olmuşdur.  

- Professor, S.Əlizadənin fəaliyyəti bir əlifba ilə yekunlaşır? 

- Onun yaradıcılığı təkcə əlifba ilə məhdudlaşmır. Mənə məlum 

oldu ki, o, poliqlot bir şəxsiyyət olub. 13 dili mükəmməl bilirmiş. 

Elə  qədərincə bilirmiş ki, hamısında yazıb yaradıb.  Ərəb-fars 

dillərində  Səmərqənd universitetində  dərs deyib. Sovet haki-

miyyətinin ilk illərində rus məktəbi açıb. “İnqilab şöləsi” adlı siyasi 

jurnal buraxdırıb və redaksiyaya taciklərin peyğəmbəri sayılan 

Sədrəddin Ayinini işə o götürüb. Tacik dilinin qrammatikasını o 

yazıb.  İki cildlik “Rus-tacik” lüğətini tərtib edib. Leninin – “Bir 

addım irəli, iki addım geri”, A.S.Puşkinin “Kapitan qızı”, 

L.Tolstoyun “Dirilmə”, N.Ostrovskinin “Polad necə  bərkidi?” və 

sairə əsərləri tacik və özbək dillərinə tərcümə etmişdir.  

- Professor, nəvəsi babasının taleyi haqqında daha nələri 

danışdı? 

1937-ci ildə həbs olunub. 3 nəfər özbək Səid Əlizadənin üzünə 

durub. Nəvəsi Fərhad  Əlizadə babasının nahaq həbs olunması 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə