Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə65/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   61   62   63   64   65   66   67   68   ...   89

196 

gənc  şairin ilk kitabıdır, nə  də  gənc  şairin son kitabıdır. Kitaba 

ustad xeyir-duası    verən akademik Bəkir Nəbiyevin “Elmlə  şeir 

qovuşanda” adlı çox şirin, səmimi yazısından öyrəndik ki, “... Bu 

sahədə  qələm təcrübələrinə o, hələ universitet tələbəsi olanda 

başlamış, ilk yazılarını birlikdə təhsil aldığı tələbə yoldaşlarına həsr 

etmişdir”. Ön sözdən sonra (müəllif Abuzər Bağırov) kitabda 

toplanan poeziya nümunələri “Ciddi şeirlər”, “İthaflar” və 

“Bəzəmələr”, sancmalar, bənzətmələr” sərlövhələri altında təqdim 

olunubdur. Sən demə, Teymur gənclik illərindən  şeir yazırmış. 

Amma utandığından demirmiş ki, mən də  şairəm,  şeir yazıram. 

Görünür, Teymur nəhəng şairlərimizi nəzərdə tutub susurmuş. İndi 

hər yoldan keçən, qafiyə tuta bilən  şeir yazıb, kitab buraxdırır. 

Teymur Kərimli elmdə çox uca zirvələrə üz tutub və bu gün o 

zirvədə bərqərar tapıb. Sözsüz ki, şeirdə də belə zirvəni fəth etməsə 

danışmayacaqdı, uzun illər susacaqdı. Fəqət “Hicran ömrü” 

kitabındakı müxtəlif poetik parçalarla tanış olduqda məlum oldu ki, 

klassik poeziyamızın gözəl bilicisi özünəməxsus, elminin 

dərəcəsinə uyğun şeirlər yazırmış və onun mənəvi haqqı da var ki, 

bu sərvəti  ədəbi ictimaiyyətə çatdırsın. Birdə ki, bu sərvət 

Teymurun deyil, xalqın sərvətidir. Onun haqqı yox idi ki, uzun illər 

bunları gizli saxlasın. İndi isə gizli məqamlar açılıb. 

Kitabın birinci bölməsində toplanmış  şeirləri (“Ömür var”, 

“Səkinəm mənim”) oxuduqdan sonra əsərə niyə görə “Hicran ömrü” 

adı verildiyi nə qədər acı, kədərli olsa da açılır. Şairin poetikasının 

Azərbaycan bədii təvəkkürü ilə bağlılığı gənclik sevdası ilə qələmə 

aldığı şeirlərdə diqqəti cəlb edən səciyyəvi cəhətlərdəndir. Teymur 

Kərimlinin öz həyatını – sevgisini də, hicranını da belə poetik 

mənalandırması öz əsərləri ilə yaşamasına,  şeirlərinə doğma 

münasibət bəsləməsindən irəli gəlir. Professor Məhərrəm Qasımlı 

lirik  şeirlərdən danışarkən yazır: “Gözəlliyə heyrət və  pərəstiş, 

sevginin vüsal şirinliyi, ayrılıq acılığı  şairin könül kövrəkliyini, 

duyğu bakirəliyini  şərtləndirən poetik faktların aparıcı  xəttidir”  

(“Şah İsmayıl Xətainin poeziyası”, Bakı, “Elm”, 2002, səh.54). 

Nikbin ruh ifadə edən beytlər oxucuya hadisələrin uğurlu 

aqibətindən (məsələn, vüsala çatma ehtimalından çox faizliyindən),  

aşiqin intizarının xoş baxt sonluqla başa çatmasından xəbər verirsə 



197 

(“Mən”, “Necə anladım”, “Məni qovma” və s.) bədbin notlu 

beytlərdə (“Dönübdü”, “Dəyməz”, “Dəyişildi”) istehza da var, 

kinayə də var, sancma da. Qaldı ki, bu satirik notların təsirinə, hər 

kəs öz arzusuna görə bu atmacalardan təsirlənib ibrət götürməlidir.  

Bu  şeirlərdə müəllifin poetik vasitələrinin  əlvanlığı ilə diqqəti 

çəkən ilk beytlərinin çoxu həm ümumiləşdirici mənası, həm də 

hikmətamiz səciyyəsi ilə oxucunun yaddaşında qalır. “Ustadnamə” 

şeirində: 

Hardan əsdi bəxtimizə qara yel, 

Əsib bizi aparacaq hara yel? 

Qismətimiz cızılıbdı paralel – 

Min il keçsə paralel xətt qovuşmaz. 

 

Və yaxud “Dönübdü” sərlövhəli beş bəndlik şeirdə oxuyuruq: 



 

Dağlar özün qarsızlığa vurandan, 

Bağlar özün barsızlığa vurandan, 

Millət özün arsızlığa vurandan, 

Sola dön deyiblər, sağa dönümdü. 

 

“Dəyməz”  şeirində isə ümumiləşdirici fikirlər sərt sillə kimi 



səslənir: 

...Dünya əzəl gündən qanmazlarındır, 

Bu qanmaz dünyada qanmağa dəyməz. 

 

“Dəyişibdi” poetik parçasındakı bütün bəndlər satirik ruhda 



təqdim edilib: 

 

Gülüstan sanardıq hər güllü yazı 



Gülüstan solubdu, yaz dəyişibdi 

Pazla çıxarardıq çıxmayan pazı, 

Daha paz çıxarmır, paz dəyişibdi.  

 

Teymur Kərimli 20 yaşında yazdığı on bir hecalı  şeirində 



vüsala yetmək üçün çəkdiyi cövri-cəfaları, həsrəti ürəyinin qanına 

bulayıb (“Hələ”) yar-yar deyib ah-nalə edirdisə və deyirdisə: 

 



198 

... Hələ qoymamışam dodaq-dodağa, 

Hələ bal-şəkərə bulaşmamışam. 

Və ya: 


 

...Könül, fəğanə gəl nazlı yar üçün, 

Sən ki, yaranmısan ahu zar üçün, 

Əlim göynəyibdi qoşa nar üçün, 

Niyə nar koluna dolaşmamışam – deyirdi. 

 

Daha sonralar, məsələn, 36 yaşında (“Məni”) 8 hecalı poetik 



parçasında: 

Tək gülünü dərən olsam, 

Yanıb-yanıb Kərəm olsam... 

Qidalı bir krem olsam, 

Çəkərsənmi üzə məni? – deyirdi. 

 

Bu lirikada bir zarafat, qulaq oxşama da var. Belə özünəməxsus 



deyimlər vəznin ölçülərinə əməl edərək yerində işlədilmiş qafiyələr 

onun hansı hecada olmasından asılı olmayaraq bütün şeirlərini 

ahəngdar edir, hərarətləndirir. On bir hecalıda birinci üç misra yar 

üçün, zar üçün, nar üçün , səkkiz hecalıda da birinci üç misra dərən 

olsam, Kərəm olsam, krem olsam kimi işlədilibdir. Burada ənənəvi 

qafiyələrdən məharətlə istifadəni görürük. 

Akademik Bəkir Nəbiyev: “Bəzən o, qatı açılmamış  tər-təzə 

qafiyələr işlətməyə də xüsusi diqqət verir” deyəndə fikirlərində çox 

haqlıdır. 

Şair zəif duyğuları ifadə etmək üçün yazdığı lirik şeirlərdə  də 

zarafatından qalmır. Amma deyək ki, bu atmacalara onun əksər 

şeirlərində rast gəlinir: 

 

Sinəni aç, şifrəmi sındır daha,  



faylını yığ qəlbinə flyaş kimi. 

 

Yaxud: 



...Mən söz atan, alansa sən, 

Yazmarammı sən “yaz” desən. 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə