138
ədəbiyyat müəllimimin tövsiyəsi ilə yazıçının bütün hekayələrini,
povest, roman və pyeslərini oxudum. Onda – onuncu sinifdə yüz
faizli şagird qənaətim bu oldu ki, ədəbiyyatımız Mehdi Hüseynsiz
yetim qalmışdı. Az sonra tələbəliyin ikinci kursunda Mehdi Hüseyn
yaradıcılığına ciddi yanaşdıqda İvan Buninin Nabokov haqqında
“O, ədəbiyyata soxulub bizim hamımızı güllələdi!” deyimi dodaq-
larımı qaçırtdı. Sən demə ədəbiyyatımız yetim qalmayıbmış, ədəbi
çarpışmaları, obyektiv, bəzən də subyektiv mübarizələri lap elə 30-
cu illərdə də, daha sonralar da davam etmiş, o, ədəbiyyata əməlli-
başlı dədəlik edibmiş.
Sən paxıl adamlarla əhatə olunmuşdun, Mehdi müəllim! Bu isə
istedadlıların alın yazısı, qismət payıdır. Siz belələrinə fikir vermə-
diniz, sizi daha dəruni hisslərlə istəyən, vicdanlı, ümuməbədi
mənafe üçün hər çətinlik və məhrumiyyətə dözən, sinə gərən
dostlarının (təəssüf ki, bu gün dostluq məfhumu vicdansızların
yasaq olunmuş orbitindədir – B.B), sənin istəklin olanların
əhatəsində olub hifz olundun. Nə yazıqlar ki, bu dostlar da səni son
anda qoruya bilmədi. Yazıçılar İttifaqına rəhbərlik etdiyin vaxt 10
martda keçirilən iclasda söylənilən haqsız iftira və böhtanlara məruz
qaldın. Nadanların qəfil hücumuna ürəyinin gücü çatmadı...
Mehdi Əli oğlu Hüseynov (Mehdi Hüseyn) 1909-cu il mart
ayının 22-də Qazax rayonunun ikinci Şıxlı kəndində müəllim
ailəsində anadan olmuşdur.
Ədibin atası, Əli Vəli oğlu Hüseynov, məşhur Qori seminari-
yasında təhsil almış tanınmış müəllim idi. Mehdi üç yaşında ikən
anası atasından ayrıldığından qoca nənəsinin himayəsində böyü-
müşdü.
Atası Bakıda realni məktəbdə dərs dediyindən oğlunu az-az,
yay tətillərində görürdü.
Yeddi yaşında Şıxlı ibtidai məktəbinə daxil olan Mehdi dərs
zamanı keçirilənlərlə kifayətlənməyərək, məktəbin və atasının
kitabxanasındakı əsərləri mütaliə edərdi. Klassiklərlə erkən tanışlıq
onda bədii ədəbiyyata maraq və sevgi oyatmış, estetik zövqünün
tərbiyəsinə müsbət təsir göstərmişdir. 1920-ci ilin sentyabrından
Qazax pedoqoji texnikomunun hazırlıq şöbəsində oxuyan Mehdi ilk
günlərdən məktəbin ictimai işlərində yaxından iştirak etmişdir.
139
1925-ci ildə atasının Maarif Nazirliyində işə keçməsi ilə əlaqədar
olaraq, Mehdi ailələri ilə Bakıya köçmüş və texnikomu burda
qutarmışdır.
Bakı ədəbi, ictimai-siyasi mühiti onun ədəbiyyata həvəsini daha
da artırmışdır. Yazıçı tərcümeyi-halında texnikumda ədəbiyyat
müəllimi olan görkəmli Azərbaycan ədibi Abdulla Şaiqin onun
həvəsləndirərək sənətə marağını qüvvətləndirdiyini minnətdarlıq
hissi ilə xatırlayır.
Mehdi Hüseynin ilk bədii əsəri 1927-ci ildə, 18 yaşında “Şərq
qadını” jurnalında çap etdirdiyi “Qoyun qırxımı” hekayəsidir.
Bu illərdə Azərbaycan nəsrinin tarixində yeni bir inkişaf
mərhələsi başlanır. 1920-1928-ci illərdə mühüm nəsr əsərləri keç-
miş sovet platformasını sevinclə qəbul etmiş, yeni hakimiyyətin
həyata keçirdiyi tədbirlərdə öz arzularını ifadəsi görmüş C.
Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov, C.Cabbarlı,
A.Şaiq, Simurq kimi təcrübəli sənətkarlar tərəfindən yazılmışdır.
Ə.Əbdülhəsən, Əli Vəliyev, Mehdi Hüseyn kimi gənclər
1927-1928-ci illərdə çap etdirdikləri ilk hekayələri ilə nəsrə yeni
mövzu və yeni surətlər gətirdilər. 1930-cu ildə Mehdi Hüseyn
Azərbaycan Dövlət Universitetinin pedaqoji fakütləsinin tarix şöbə-
sini bitirir və həmin ildə Azərbaycan Proletar Yazıçıları Cəmiy-
yətinin məsul katibi seçilir.
1927-ci ildə kiçik hekayə, oçerk və məqalələr yazan Mehdi
Hüseyn 1933-cü ildə özünün ilk iri həcmli əsəri “Daşqın” romanını
çap etdirir. 1937-ci ildə Mehdi Hüseyn Moskva Dövlət Kinematoq-
rafiya İnstitutu yanında akademiya tipli kinossenaristlər kursunun
məzunu olmuş və müsair mövzuda “Tərlan” romanı üzərində
işləyir.
Ədəbiyyata kiçik hekayələrlə gələn yazıçının bu əsərləri 1930-
cu ildə çap olunan “Xavər” və “Bahar suları” adlı kitabçalarda
toplanmışdır. Mövzularına görə iki hissəyə ayrılmalı olan bu
hekayələrin bir qismində keçmiş Azərbaycan kəndinin ağır
vəziyyəti, cəmiyyətdə hökm sürən ictimai bərabərsizlik, əsarət,
özbaşınalıq, feodal-patriarxal münasibətlər (“Könül dəftəri”, “Qan
içində”, “Tunel”), digər qismində isə yeni hakimyyətin qələbəsin-
dən sonra ölkəmizdə yaranmış ictimai vəziyyət, insanların şüurunda
140
yaranan dəyişikliklər, yeniliklər köhnəliyin mübarizəsi, xalqlar
dostluğu, müasir həyat tərzi, yeni ailə münasibətləri təsvir olunur
(“Xavər”, “Bahar suları”, “Sevgidən sonra”, “Qayıtmalı”, “Əlli iki”
və s.). Bu hekayələr dövrün aktual mövzularına həsr olunsa da ,
sənətkarlıq cəhətdən hələ heç də istənilən səviyyədə deyildi. Bun-
ların əksəriyyətində tam, bitkin insan xarakterləri, ümumiləşdirilmiş
obrazlar olduğu kimi, həm müəllifin, həm də ayrı-ayrı surətlərin
dilində, düşüncə tərzində və təhkiyələrində müəyyən dərəcədə
bəsitlik hiss olunurdu. Mehdi Hüseynin həmin hekayələri hər
şeydən əvvəl müəllifin ilk qələm təcrübəsi və gələcək yaradıcılığı
üçün müəyyən bir keçid mərhələsi kimi əhəmiyyətlidir.
1933-1936-cı illərdə Mehdi Hüseyn üç hissədən ibarət
“Daşqın” romanı çap olunur. Əsər vətəndaş müharibəsi və bunun
nəticəsində Azərbaycan – Gürcüstan sərhədlərində baş verən qanlı
faciələrin təsvirinə həsr olunmuşdur.
“Daşqın”dan sonra Mehdi Hüseynin yazdığı ikinci böyük əsər
“Tərlan”romanıdır. Romanın yarandığı dövr - yəni 1937-1938-ci
illər o dövrki cəmiyyətimizin tarixində yeni bir mərhələ təşkil
edirdi. Xalq təsərrüfatının başqa sahələrində olduğu kimi, kənddə də
yeni idarə sistemi qələbə çalmış, ölkəmizin iqtisadi, siyasi həyatında
əsaslı dəyişikliklər baş vermişdi. Xüsusilə, 1937-1938-ci illərdə
Moskvada təhsil alması onun dünyagörüşünə müsbət təsir
göstərmişdir. Yazıçı həmin illərdə həm klassik rus, Avropa, həm də
milli ədəbiyyatımızın sənətkarlıq xüsusiyyətlərini öyrənir. Həmin
illərdə yazdığı bir sıra tənqidi, nəzəri məqalələri (Mehdi Hüseyn
ədəbiyyat aləminə tənqidlə gəlmişdir. O, Əli Nazimin “İnqilab”
şeiri münasibətilə yazdığı “Bizdə futurizm cərəyanı” adlı məqaləni
ədəbiyyat maraqlısı kimi “Dan ulduzu”nun 1926-cı il VII nömrəsin-
də çap etdirmişdir.- B.B) və Tərlan” romanı göstərir ki, o artıq
özünəməxsus üslubu, ifadə tərzi, müəyyən yaradıcılıq planları olan
yetkin bir yazıçıdır.
Böyük sənətin zirvəsinə doğru çətinliklərlə, haqlı-haqsız
tənqid-təqiblərlə irəliləyən ədibin yaradıcılığında müasir həyatın
təsviri ilə yanaşı, tarixi mövzular da geniş yer tutur. Tarixi mövzuya
həsr etdiyi ilk əsərləri içərisində “Komissar” povesti öz bədii
dəyərinə görə nəzəri daha çox cəlb edir.
Dostları ilə paylaş: |