Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə42/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   38   39   40   41   42   43   44   45   ...   89

126 

“Cazibə qüvvəsi” (1966), “Sən nə üçün susursan” (1966), “Bizim 

Cəbiş müəllim” (1970), “O qızı tapın” (1971), “Səadət qayğıları” 

(1976) filimlərində mühüm ictimai, sosial və  mənəvi problemlərə 

toxunulur. “Səadət qayğıları” filmi 1977-ci ildə Ümumittifaq kino 

festivalının diplomuna layiq görülür. O, Azərbaycan kino sənə-

tindəki xidmətlərinə görə 1960-cı ildə  əməkdar incəsənət xadimi 

adına layiq görülür. Klassik şairimiz  İ.Nəsiminin 1973-cü ildə 

keçirilən 600 illik yubiley tədbirlərində bütün sənətkarlar kimi 

rejissorlarımız da bu yubleyə öz tövfələrini verdilər. 1973-cü ildə 

ekran həllini tapan “Nəsimi” bədii filmin 7-ci Ümumittifaq kino 

festivalında “Ən yaxşı tarixi film üçün” (1974) mükafatına layiq 

görülmüşdür.  

Azərbaycan kino dramaturqu, rejissor, yazıçı H.Seyidbəyli 

uğurlu  ədəbi fəaliyyətinə  və kino sahəsindəki yaradıcılığına görə 

1976-cı ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülür. 

İstedadlı rejissor 1963-1980-ci illərdə SSRİ Kinematoqrafçılar 

İtiffaqı İdarə Heyətinin katibi vəzifəsində çalışmışdır. 

H.Seyidbəylinin yaratdığı  bədii nəsr nümunələrindən olan 

“Çiçək” povesti, “Cəbhədən cəbhəyə” və yaxud “Uzaq sahillərdə” 

əsərləri o illər  əlbəəl gəzmiş müəllifinə böyük şöhrət qazan-

dırmışdır. “Bizim Astarada” (1952) (rus dilində), “Kür Sahillərində 

”(1953), “Telefonçu qız” (1960), “Çiçək” (1978) povestləri, 

“Cəbhədən cəbhəyə” (1960), “İllər keçir” (İ.Qasımovla birlikdə), 

“Tərsanə” (1957) romanları, “Dəniz cəsurları sevir” (1954), “Sən nə 

üçün yaşayırsan” (1959) (hər iki əsər İ.Qasımovla müştərək yazılıb) 

pyesləri müasirlərimizin əməyindən, mənəvi əxlaqi saflığından bəhs 

edir. Tanınmış yazıçı 9-10-cu çağrış Azərbaycan SSR Ali Sovetinin 

deputatı seçilmiş, “Qırmızı əmək bayrağı”, “Şərəf nişanı” ordenləri 

və müxtəlif medallarla təltif olunmuşdur. 

O, 25 iyun 1980-ci ildə Bakı şəhərində vəfat etmişdir. 

Problemin çoxcəhətliyi, müxtəlif qəhrəmanların xarakterik 

aləminin açılması  və janrın müxtəlif yönlərdə  həlli H.Seyidbəyli 

yaradıcılığında diqqətəlayiq yer tutur. Onun bütün əsərləri janrından 

və formasından asılı olmayaraq günümüzün, zəmanəmizin ən aktual 

məsələləri ilə bağlıdır. Hərbi vətənpərvərlik, yaradıcı  əmək, saf 

məhəbbət, gənclərin tərbiyəsi,  şəhər və  kənd həyatı, sülh uğrunda 



127 

mübarizə, neftçilərimizin fədakarlığı  və s. Yazıçının maraqlandığı, 

meyil göstərdiyi, müraciət etdiyi mövzular olmuşdur.  

H.Seyidbəyli qəhrəmanlarının ömür yolunu yaşadığı  cəmiyyət 

həyatının konfliktləri fonunda əks etdirməyə çalışan yazıçıdır. O, 

şəxsiyyətlə mühit arasındakı  əlaqələrə daha həssas yanaşır, bu 

vəhdəti müxtəlifliyi ilə  qələmə almağa çalışır.  Ən yaxşı povest və 

romanlarında nəinki insanın cəmiyyət qarşısındakı borcundan və 

məsuliyyət hissindən, həm də  cəmiyyətin ona qayğısından, 

zəruriliyindən söhbət açır və  hər iki cəhətin qarşılıqlı bağlılığını 

ədəbiyyatımızda vətəndaşlıq pafosunun, demokratizmin dərinləş-

məsinin etibarlı yolları kimi mənalandırır.  

O illərdə  bədii nəsrimizin  əldə etdiyi ən yaxşı nailiyyətlərdən 

biri də onun iri formalı  əsərlərin hesabına zənginləşməsidir. Artıq 

dövrün tələbinə uyğun irihəcmli əsərlər (povest və roman) yazmağa 

böyük meyil əmələ  gəlmişdir. Xüsusən povest janrı daha çox 

yayılmış  və bu janrda bir sıra dəyərli nümunələr yaranmışdır. Bu 

müsbət məziyyətlər nasirlərimizin müasir həyatla, canlı insanlarla 

yaxınlığı, böyük hadisələri təsvir etməyə ciddi-cəhdlə yanaşma-

larının nəticəsi idi. H.Seyidbəylinin ilk hekayələri “Qiymətli 

damcılar” (1951), “İki müavin” (1951), “Sülh estafeti” (1952), 

“Nigaran”( 1960) , “Xidməti lift ” (1961) və povestləri (“Astaraya 

gedən yol”, “Kənd həkimi”) deməyə  əsas verir ki, yazıçıda müa-

sirliyi duymaq, dərk etmək qabiliyyəti yetərincədir. Həm də bu 

qabiliyyət  əsasən həyatı bilmək, sənətkarlığa yiyələnmək hesabına 

meydana çıxmışdır. “Telefonçu qız” povesti bir daha sübut edir ki, 

yazar müasir ədəbiyyatın tələblərinə cavab verən realizm yolunu 

düzgün başa düşən yazıçı kimi yetişməkdədir. “Kiçik hekayələrdən 

povestə keçmək meyilinin özü də müəllifdə yazıçılıq vərdişinin, 

zəhmət həvəsinin və  həyat hadisələrinə  fəal münasibətin olduğunu 

göstərir ” (M.Əlioğlu) . 

İnstitutu bitirdikdən sonra  o, nasir kimi fəaliyyət göstərmişdir. 

Yazıçının bütün əsərlərində hekayələrində, povestlərində və roman-

larında sözün həqiqi mənasında kinoya məxsus olan hərəkət, dina-

miklik özünü büruzə vermişdir. Maraqlıdır ki, sonralar yazıçının 

bəzi əsərləri, doğrudan da , ekrana köçdü. H.Seyidbəyli Moskvada, 

Sankt-Pererburq, Kiyev və başqa böyük şəhərlərdə keçirilən 



128 

simpoziumlarda, elmi yaradıcılıq konfranslarında, kino festivalla-

rında iştirak edir, maraqlı  məruzələrlə  çıxış edərək Azərbaycan 

mədəniyyətini təmsil edirdi. Ukraynanın yazıçıları  və kine-

matoqrafçıları ilə yaradıcılıq əlaqələrinin möhkəmlənməsində onun 

əməyi danılmazdır. Bu barədə H.Seyidbəyli yazırdı: “Bir neçə dəfə 

Ukrayna Yazıçılar  İttifaqının qurultayının qonağı, orda keçirlən 

kino festivallarının iştirakçısı olmuşam.  İmran Qasımovla birlikdə 

yazdığım “Uzaq sahillərdə” povesti  Ukrayna dilinə  tərcümə edil-

mişdir. Nəhayət “Telefonçu qız” povestim bizi daha da yaxın-

laşdırıb, doğmalaşdırıb ”.  

XX əsr ədəbiyyatımızın görkəmli yazıçısı və tənqidçisi Mehdi 

Hüseyn yazırdı: “Nəsr sahəsinə yenicə  gəlmiş Hüseyn Abbas-

zadənin “General” romanı, ömrümün son illərində gözəl bir addım 

atmış  Əyyub Abbasovun “Zəngəzur” romanı, “Uzaq sahillərdə” 

əsərinin müəlliflərindən biri olan Həsən Seyidbəylinin “Telefonçu 

qız” povesti xüsusi geniş təhlilə layiq əsərlərdir ”. Müasir həyatdan 

bəhs edən bu əsər adamlarımızın  əmək cəbhələrində qazandıqları 

nailiyyətlər, onların xarakterində yaranan yeni sifətlər, həyatda 

mövcud olan bir sıra nöqsanlar sənətkarlıqla qələmə alınmışdır. 

Povest 1959-cu ildə “Drujba narodov” jurnalının 5-ci nömrəsində 

müəllifin tərcüməsində rus oxucularına çatdırılıb. 1962-ci ildə isə 

“Sovetskiy pisatel” (Moskva) nəşriyyatında çap olunub. 

Bu sənət və  ədəbi  əlaqələrin sıx bağlılığını biz daha sonralar 

müşahidə edirik. “Telefonçu qız”ı ekranlaşdırmaq istəyən tanınmış 

kino rejissoru İsidor Annenski Mehriban rolunda çəkilmək üçün 

gənc Ukrayna aktirisası Raisa Nedaşkovayanı  dəvət etmişdir. 

Sadəcə vəziyyət dəyişmiş, sonra daha bir ukraynalı qız “Möcüzələr 

adası” filmində (Zoya Nedvay) Məryəm rolunda çəkildi. Ukraynada 

keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində H.Seyid-

bəyli bir təşkilatçı kimi iştirak etmişdir.  

Zaparojyedə yazıçılarla tələbələrin görüşü zamanı  təşkil 

olunmuş kitab sərgisində Ukrayna dilində çap olunmuş “Telefonçu 

qız” povesti Azərbaycan Ukrayna ədəbi  əlaqələri ilə yanaşı, 

H.Seyidbəylinin yaradıcılığında verilən yüksək qiymət, ona 

bəslənən rəğbət kimi başa düşülür.  Ədibin “İmtahan”, “Qızılax-

taranlar”, “Bağlı qapılar” kimi dram əsərləri hələ o illər keçmiş 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə