Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə40/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   36   37   38   39   40   41   42   43   ...   89

120 

yazır: “Rəsul Rzanın “Rənglər” silsiləsi ilə çağdaş Azərbaycan 

şeirində  novatorluq meyilləri daha da gücləndi”. Rəsul Rzanın 

“Rənglər” silsiləsinin sonuncusu olan “Əl vurmayın, rənglənib” 

şeirindən danışarkən  ədəbiyyatşünaslar vurğulayırlar ki, bu şeirdə 

Səməd Mənsurun “Rənglər”  şeirindən bəhrələnmə var. Qoy olsun. 

Sadəcə bu bəhrələnmə sözü həqiqi mənasında yaradıcı xarakter 

kəsb edir. Arif Abdullazadə hələ neçə il əvvəl əbəs yerə deməmişdi 

ki, “İstər “Rənglər”, istərsə  də  “Əl vurmayın, rənglənib”  şeirləri 

həm məzmun və forma, həm də ifadə vasitələri, obrazlar silsiləsi ilə 

bilavasitə onların yazıldığı zamanla bağlıdır”. Zaman-zaman minil-

liklər boyu həyata dincliyin, ədalətin mümkünsüzlüyünü Xəqani və 

Nizami də, Mevlanə  Cəlaləddin Rumi də, Nəsimi və Füzuli də, 

Sabir də dönə-dönə, ürək ağrısı ilə dediyi kimi S.Mənsur və Rəsul 

Rza da demişdir.  Əlbəttə, hər biri fikirlərini özünəməxsus  şəkildə 

poetik bir dillə ifadə etmişlər. 

Eyni mövzuya müraciət Rəsul Rzanın digər bir əsərində - “Qız 

qalası” poemasında da duyulmaqdadır. XX əsrin əvvələrində Cəfər 

Cabbarlı “Qız qalası” poemasını yazmışdır. Təbii ki, Rəsul Rza bu 

mövzuya yeni, özünəməxsus  şəkildə milli şüur prizmasında, məx-

susi dəsti-xətti ilə yanaşmış, həm də Cəfər Cabbarlıdan bir az irəli 

gedərkən milliliyi qoruyaraq, ona xələl gətirmədən vacib və zəruri 

bir işin öhdəsindən ləyaqətlə gəlmişdir. 

Rəsul Rza bütöv yaradıcılığında, poetik axtarışlarında orijinal 

oldu. Orijinal olduğu qədər XX əsr Azərbaycan poeziyasında yeni 

nəfəs idi. Çətin ki, bir də eləsi yarana... 

 

Böyük şair haqqında ziyalı xatirəsi 

 

Dağ kişiləri kimi qıpqırmızı yanaqları, lopa bığları, sıx, qıvrım 

saçları, alışıb yanan göy gözləri onun şəxsiyyətinə, mənəvi 

dünyasına dərhal böyük maraq oyadır. Ötəri təmas kifayət edər ki, 

onun necə zəngin mənəviyyata, dərin savada, geniş dünyagörüşünə 

malik olduğunu yəqin edəsən. Həm klassik, həm də müasir 

ədəbiyyatımıza, xalqımızın söz xəzinəsinə  dərindən bələd olan 

gözəl insan, dəyərli alim, təcrübəli pedaqoq kimi hörmət qazanan 

Malik Mirzəyev Laçın rayonunda doğulub. Coğrafiya elmləri 



121 

namizədi, 15-ə qədər dərslik, monoqrafiyanın müəllifi, Azərbaycan 

Sovet Ensiklopediyanın müəlliflərindən biridir... 

Mənim otağımın qarşısında bir qrup institut əməkdaşı ilə söhbət 

edərkən tez-tez Rəsul Rzanın adını  çəkməsi diqqətimi cəlb etdi, 

əlimdəki yazını yarımçıq qoyub, onlara yaxınlaşmağıma səbəb oldu. 

Böyük  şairimiz Rəsul Rza haqqında xatirələrini danışırdı. Maraq 

məni bürüdü. Söhbətdən sonra otağıma dəvət edib, onun Rəsul Rza 

haqqında  şairlə ilk görüşü barədə  ətraflı danışmasını xahiş etdim. 

Malik müəllim qaşlarını çatıb, gözlərini məchul bir nöqtəyə 

zilləyərək sözə başladı. Mən Malik müəllimin dediklərini qələmə 

almaqla həm xalq şairi Rəsul Rzanın böyüklüyünü, həm də vaxtilə 

onunla təmasda olan ziyalılarımızdan birinin bu görkəmli 

şəxsiyyətə verdiyi yüksək qiyməti diqqətə çatdırmaq istəyirəm.  

Şeir və poemalarını dönə-dönə oxuduğu, yaradıcılığından bir 

çox nümunələri  əzbərdən bildiyi Rəsul Rza ilə ünsiyyət Malik 

müəllim üçün gözlənilməz və çox sevindirici olub. Özünün bu 

barədə dediklərindən: “1961-ci ildə Universiteti bitirib, Elmlər 

Akademiyasının Coğrafiya  İnstitutunun aspiranturasına daxil 

oldum. Bir gün direktorluqdan dedilər ki, Rəsul Rzanın qəbulunda 

olmalısan. O zaman Rəsul Rza İçərişəhərdə ensiklopediya üçün 

ayrılmış binada otururdu. Ensiklopediyanın baş redaktoru idi. Bir 

qrup alim və aspirantla mən də onun qəbulunda oldum. Yaxşı 

yadımdadır, böyük şair asta-asta danışır, Azərbaycan xalqının 

elmində, mədəniyyət tarixində ensiklopediyanın misilsiz rolunu 

əsaslı  dəlillərlə bizə başa salırdı. Sonra hər birimizi müxtəlif 

bölgələrə ezam etdilər. Yerlərdən məlumatlar toplamaq tapşırığı 

verilmişdir”.  

Malik müəllimin xatirində  Rəsul Rza səmimi, qayğıkeş insan 

kimi qalıb. Özünün dediyinə görə Rəsul Rza kimi böyük şəxsiyyətin 

sadəliyi, təvazökarlığı və qayğıkeşliyi onu heyrətləndirir: “Bir dəfə 

“Bakı” qəzetində “Adlar təhrif olunanda” məqaləm çap olunmuşdu. 

Bu məqalədə ermənilər tərəfindən türk mənşəli coğrafi adların 

dəyişdirilməsinə görə öz etrirazımı bildirmiş  və nümunələr gətir-

mişdim.  İnstitutda mənə dedilər ki, Rəsul Rza səni yanına çağırır. 

Dərhal getdim. İçəri girəndə ayağa qalxdı, əlimi sıxıb oturmağa yer 

göstərdi. Stolun üstündəki qəzetdə  məqaləmə  işarə edərək dedi: 



122 

“Oğlum, çox ciddi bir məsələyə toxunmusan, maraqlı, düşündürücü 

məqalə yazmısan. Bu, ensiklopediyamıza lazım olacaq material-

lardandır”. Eynəyini gözünə taxıb həmin yazıdan bəzi məqamları 

özünəməxsus şirinliklə oxumağa başladı: “Buna bax ha, nə vaxtdan 

Oxçu çay Boxçu çay, Qaragöl Sev, Böyük İşıqlı dağı,  İşxansar, 

Qızılboğaz dağı, Sxux, Bazarçay Varoton oldu?!”. Eynəyini 

gözündən çıxardıb, təmkinlə dinləndi: “Oğlum, belə  dəyişdirilmiş 

coğrafi adlardan yenə  də toplaya bilərsənmi?” “Bəli” – dedim. Az 

vaxt içərisində elmi mənbələrə istinadən, bu adların türk mənşəli 

sözlər olduğunu sübut edib, cədvəlləşdirib ona verdim. Cədvəli 

nəzərdən keçirdi, dərindən köks ötürdü və diqqətlə üzümə baxdı. 

Sonra Ermənistanda, Gürcüstanda olan Azərbaycan kəndlərinin 

adlarının əslində olduğu kimi ensiklopediyaya daxil edilməsi barədə 

təklifinin “yuxarılar”ın qəzəbinə səbəb olmasından, ötəri də olsa da, 

gileyləndi. Kaş, indiki ziyalılarımızın yüzdə biri Rəsul Rza kimi 

olardı, öz millətinin taleyinə onun qədər yanaydı”.  

Malik müəllimin söhbətini dinlədikcə bir daha belə  qənaətə 

gəldim ki öz ömrünü xalqın yolunda şam kimi əridənlər heç vaxt 

unudulmur, daima xoş xatirələrlə yad olunurlar. 

 

Alim ömrü 

 

XX  əsrdən dünən ayrılsaq da, tezcə arxada qaldı, minilliklərə 

tay olub tarixləşdi. Və bu əsr özünün spesifik xüsusiyyətləri, tarixi 

məqamları, zənginliyi, müxtəlifliyi, təzadlığı  və paradoksallığı ilə 

bütün sahələrdə olduğu kimi, ədəbiyyat və  sənət məsələlərində  də 

özündən əvvəlki əsrlərlə nisbətdə qazandı. XIX əsrin sonluğundakı 

ədəbi prosesdə müjdələr, bənövşə boynu büküklüyü və zərifliyi ilə 

də olsa, uğurlu özünəməxsusluqlarla təsdiqini tapdı. Filologiya 

elmləri doktoru, professor Zaman Əsgərlinin “ELM” nəşriyyatında 

işıq üzü görən “Alim ömrü” monoqrafik əsəri Azərbaycan 

ədəbiyyatşünaslığının ağsaqqallarından sayılan, Milli Elmlər 

Akademiyasının müxbir üzvü Əziz Mirəhmədovun həyat və 

fəaliyyətinin XX əsrin yarısından çoxunu təşkil edən bir dövrünün 

panoramıdır. Əziz Mirəhmədov o alimlərdəndir ki, ömrünün yarım 

əsrdən çoxunu XX əsr Azərbaycan  ədəbiyyatının tədqiqinə  həsr 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə