Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə37/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   33   34   35   36   37   38   39   40   ...   89

111 

yaradıcılığı göstərmişdir. Bu da çox təbiidir. Sabiri çox sevirəm. 

Bəlkə  də “Sevirəm” sözü, hər dəfə bu əziz adı  çəkdiyim zaman 

duyduğum həyəcanı ifadə edə bilmir. Sabir bütün ömrüm boyu 

mənim müəllimim və dostum olmuşdur. Bu ad qəlbimdə xalqım 

üçün bir iftixar hissi oyadır.” Sabir poeziyasi bütün yaradıcılığı 

boyu onun şeirlərini müəyyənləşdirmişdir. Deməli, 1935-ci ildə 

“Mayakovski” şeirini yazarkən də bu təsəvvürlər şairin poeziyasının 

məğzini təşkil edirdi. Poeziyada mənalı ömür sürən Rəsul Rza iki 

novator  şair – Sabir və Mayakovski ilə  ədəbi yoldaşlıq etmişdir. 

Onların poeziyası  şairin  şeir üslubunu üzvi bir hissəsi idi. Gənc 

Azərbaycanın iqtisadi tərəqqisi, insanların xeyirxah əməlləri 

“Ölkəmə”, “Bakı”, “İstək” və başqa şeirlərində özünəməxsus tərzdə 

tərənnüm edirdi. Rəsul Rza ilk şerlərində fikir, düşüncə vardır. 

İstedadlı gənc mütəfəkkir şair olduğu üçün yeni həyata, quruculuq 

işlərinə, yaşadığı  cəmiyyətə üzəvari, biganə yanaşa bilməzdi. 

Ədalətsiz ictimai hadisələrə  nəinki gəncliyində, hətta ömrü boyu 

biganə qalmadı. Həyat həqiqətləri  ilə arzu və  xəyalları arasında 

nəinki ziddiyət yox idi, hətta bütün bunlar poetik əsərlərinin 

hərəkətverici qüvvəsinə çevrilmişdir. 

Rəsul Rza poeziyasına hələ 1930-cu illərin ortalarında 

mürəkkəvi qurumamış  tənqidçilər tərəfindən oxunaraq münasibət 

bildirdi.  Ədəbiyyatşunas Cəfər Xəndanın 1938-ci ildə yazdığı 

“Rəsul Rza” məqaləsi dediklərimizi təsdiq edən arqumentlərdəndir. 

O, illərin tənqidçiləri, hansı nöqteyi-nəzərdən yanaşmalarına 

baxmayaraq qələmlərini mürəkkəbə batırıb yazılacaq  şeirləri 

səbirsizliklə gözləyiblər. Çətin dövr idi o illər.  Məsəl var, deyir, 

barlı  ağaca daş atarlar. Sadəcə, cığırdaşlar, istedadsızlar o qədər 

çoxalmışdı ki, (elə indiki kimi) istedadlıları qorumaq lazım idi. 

Beş cildliyini oxuyanda müəyyənləşdirirsən ki, Rəsul Rza 

sərbəst düşünüb, sərbəst də yazmışdır. Xislətən, fikrən də o, orjinal 

xarakterə malik bir insan, bir şair olmuşdur. Amma bu o demək 

deyildi ki, şair belə bir sənət uğruna nail olarkən  ənənəyə istinad 

etmədən keçinmişdi. Aşağıdakı “Soruş”  şeirindən bir parça diqqət 

edək; istedadla yazılmış bu nadir poetik parçanın bir misrasını 

pozmaq, yaxud digər bir misra ilə əvəz etmək mümkünsüz bir işdir. 

Onun dilinin imlasını belə  dəyişdirmək ya asan deyil, ya da çətin 



112 

başa gələn bir işdir. Çünki bütün bunlar Rəsul Rzanın sənətkar ilə 

yaradıcılıq haqqında olan poetik düşüncələrindən irəli gəlir: 

 

Od nə çəkdi,  

Küldən soruş! 

Baş nə çəkdi, 

Dildən soruş!... 

Zülmətliyin möhnətini 

Kor söyləsin! 

Bəm xalların fəryadını  

zildən soruş!...  

hansı şeirim, 

hansı sözüm 

yaşayacaq məndən sonra? 

Mən bilmirəm  

eldən soruş! 

 

Poetik parça Rəsul Rza yaradıcılığında xüsusi yer tutan və onun 

üslubunun əsas cəhətlərini üzə çıxaran misralardır. Rəsul Rza özünə 

oxşayan poeziyanın öz üslubu, deyim tərzi, fəlsəfi tutumu olan 

istedadla yazılmış  işıqlı  əsərlər müəllifidir. Proffesor Nizaməddin 

Şəmsizadə yazir: “... Rəsul Rza heç kəsə bənzəməyən əsl sənətkar 

ömrü yaşayıb”. 

Səciyyəvi haldı ki,  “Soruş” şeiri bu gün də ən oxunaqlı, sevilən 

poeziya nümunələrindəndir.  Şeirdə fikirlər, düşüncələr məntiqi 

ardıcıllıqla, yığcam təsvirlə, dolğun bədii-fəlsəfi detallarla 

əyaniləşdirilmişdir, insanı özünüdərkə çağırır. 

Rəsul Rza müasir şairdir. Müasirlik və onu şərtləndirən amillər 

şairin bütün poeziyasının cövhərini, ruhunu tamamlayır. Poeziyada 

həlledici amil kimi başa düşülən bu üslub şairin istər seçdiyi 

mövzuların bədii ifadəsində, istərsə də poetik parçalarını forma və 

deyiliş  tərzində, yaxud da şairin həyatda baş verənlərə 

münasibətində qabarıq tərzdə  nəzərə çarpır. Rəsul Rza XX əsr 

Azərbaycan  ədəbiyyatında novator poeziyanın  ən seçilən nüma-

yəndələrindəndir. Rəsul Rza bəşəri şairdir. Bəşəri olduğu qədər də 

fikir şairidir. Akademik M.Əliyev yazır: “Əgər bizdən Rəsul Rzanın 




113 

son kitabındakı  şeirlərin məziyyəti nədir? – deyə sual etsələr, biz 

tərəddüd etmədən fikir, fikir və yenədə fikir deyə cavab verə bilərik. 

Poetik rənglər, səslər, sözlər, ahənglər, təsirli bədii xəyallar və 

məcazlar, təzə  bənzətmələr, tutarlı tizfəhm aforizmlər, həkimanə 

kəlamlar vasitəsi ifadə olunan fikir”. 

Rəsul Rzanın novatorluğu yaratdığı poetik nümunələrin ideya-

bədii xüsusiyyətləri ilə yanaşı, yeni həm də çətin bir vəzndə sərbəst 

şeirlər yaratması idi. Sərbəst  şeirin sərbəstliyi onu daha da 

hazırlıqlı, qorxmaz, mübariz etdi. V.Mayakovski də, N.Hikmət də 

belə idi. Çünki bu şeirlər elə Rəsul Rza da öz poetik nümunələrinin 

siyasi kəskinliyi, ideya dolğunluğu və bədii dəyəri ilə şöhrət tapan 

sənətkar oldular. Sərbəst  şeiri sərbəst vəznin xatirinə yazmayıb 

Rəsul Rza. Bunu ona diktə edən edib, ona bu misralar vəyh kimi 

gəlib ( Elə V.Mayakovski və N.Hikmət də  - B.B). Kommunist 

ideologiyasının banisi V.İ.Leninə tayı-bərabəri olmayan, böyük 

istedadla tarixi bir əsər (“Lenin” poeması) yazmaqla, bu ideo-

logiyanın törətdiyi faciələr də onun nəzərindən qaçmır, bəzən açıq, 

bəzən üstüörtülü münasibətlərini sözün gücü ilə, poetik bir dillə 

ifadə etməyə müvvəfəq olurdu. “Sarı dana və balaca qız” şeirini o 

vaxtdakı sistemə tuşlamış açıq-aydın sərrast bir sillə idi. Sarı 

dananın xəstələnməsi bütün göytəpə kəndinə yayılıb: 



 

Sarraqlı külək kimi xəbər yayıldı hər yana  

Sədr gəldi, partkom gəldi, baytar, bir də briqadir. 

 

Sağıcı Gülxara üç gün, üç gecə Sarı danadan ayrılmadı. Sarı 



dananın qarnını bağladılar, ayaqlarını isti suya qoydular. Gülxara 

hər üç saatdan bir su, altı saatdan bir toz dərmanı verdi. Zavallı 

qadın üç gün evinə gedə bilmədi, tənzifə  qızmadı ürəyi, dananını 

qarnına gəlinlik şalını bağladı. Bütün rəhbərlər sədrdə, partkom da, 

mühasib də axşam-səhər dananın “əhvalını” soruşdular. Sarı dana 

azardan ölmədi. 

Akademik Məmməd Cəfər yazır: “... Poetik formalar, şeir 

texnikası, kompozisiya, obraz, intonasiya və poetik cümlə qurluşu 

cəhətədən  şair bir tərəfdən milli ədəbi  ənənələrə  əsaslanır, digər 

tərəfdən rus sovet şeirinin təcrübələrindən istifadə edirdi”. 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə