Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə34/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   30   31   32   33   34   35   36   37   ...   89

102 

ən böyük əngələ çevrilimişdir. Bütün satira ustaları bədii əsərlərdə 

insanları anlatma, “qandırmaq” üçün satira və yumordan, gülüşdən 

sarkazmdan, detaldan, işarədən, eyhamdan, kinayədən qədərincə 

istifadə etmişlər. İki əsrin qovuşması, XIX əsrin öz yerini XX əsrə 

ötürməsi, dövrünün insanları  hər  şeyi istehsal etməyə başlayır (elə 

müasir insanlar kimi), fəqət o, özünü təkrar istehsal prosesində 

ağlauyğun prinsiplərdən istifadə etməkdə  çətilik çəkir. N.Lazerev 

yazırdı ki, “Epoxanın  əsas problemi-mənəviyyatsızlıqdır, bəşə-

riyyət nüvə müharibəsindən daha ciddi təhlükə qarşısınadır”. 

XX əsr bütün sahələrdə, o sıradan ədəbiyyatda da yeni mərhələ kimi 

özünü göstərir, qarşıda mürəkkəb, ziddiyyətli bir dövrün 

davamından xəbər verirdi. 

XX  əsrdə Azərbaycanın siyasi-ictimai həyatının realist bədii 

panoramını yaradan, yaşadıqları  cəmiyyətin təzadlı situasiyalarının 

konfliktlərini işıqlandıran və onu satirik yumoristik planda 

mənalandırmağa üstünlük verənlər Molla Nəsrəddin  ənənəsindən 

bəhrələnmişlər.  İstər XIX əsrdə Mirzə  Fətəli, istərsə  də “Molla 

Nəsrəddin ” ədəbi məktəbinin nümayəndələri, daha sonralar isə 

T.Ş.Simurq, Qantəmir, S.Rəhman, H.Nəzərli, M.Cəlal və başqa 

sənətkarların  əsərlərində hadisədən çox, ideya və  məqsədin 

mahiyyətinə diqqət yetirirdilər. Onlar əhvalatların zahiri tərəflərini 

yox, yaşadıqları dövrün və  cəmiyyətin mövcud əxlaqının mahiy-

yətini açmağa səy göstərmişlər. Bu dövr Azərbaycan  ədəbiyyatı 

yeni inkişaf istiqaməti, ideya-bədii keyfiyyətləri, mövzu və obrazlar 

aləmi, görkəmli  şəxsiyyətləri, poetik özəllikləri, metod və  ədəbi 

cərəyanları, təkamülü və inkişaf sürəti ilə yadda qalır. Satira və 

yumor, gülüş  bədii nəsrdə,  əsasən hekayə janrında özünün bədii 

ifadəsini tapan yüksək bir yaradıcılıq keyfiyyəti kimi bu illərdə Mir 

Cəlalın yaradıcılığında diqqəti cəlb edir. Gənc yazıçının yaradı-

cılığında köhnə olaylarla yeniliyin mübarizəsi, arxada qalanlara 

qarşı amansız, yeni tiplərə qarşı barışan münasibətin təsviri yazdığı 

satirik hekayələrdə inkişaf etdirilən  əsas prinsiplərdən idi. Ədibin 

hekayələrindəki gülüş sağlam xarakter daşıyıb içində olub yaşadığı 

cəmiyyətdəki yeniliklərə mane olan köhnəliklərə qarşı çevrilmişdir. 

Etiraf olunmalıdır ki, ötən  əsirin 30-cu illər Azərbaycanının yeni 

dövr  ədəbiyyatında hekayə janrının inkişafında onun böyük 




103 

xidmətləri olmuşdur. 

Proffesor C.Abdullayev yazır: “Ədibin elə hekayələri var ki

burada satirik, yaxud yumoristik gülüş,  şən qəhqəhə yağdırıcı göz 

yaşı ilə, komik, məzəli vəziyyət və  səciyyələr faciəvi  əhvalat və 

obrazlarla tez-tez əvəz olunur. “Badam ağacları”, “Subaylıq 

fəlsəfəsi”, “Vətən yaraları”, “İki ananın bir oğlu”, “Muştuluq”, 

“Göylər adamı”, “Ailə”, “İnsanlıq fəlsəfəsi” və s. hekayələr belə 

ciddi səpkidə yazılmış əsərlərdəndir.” 

“Həkim Cinayətov” (1930), “Mirzə” (1930), “İstifadə” (1932) 

və b. əsərlərində satirik hekayə janrının seçimli bədii nümunələri 

artıq yaranmışdır. Gənc yazıçının 1932-ci ildə nəşr olunan “Sağlam 

yollarda” adlı ilk kitabına publisistik yazıları toplansa da, burada 

bəzi yumor elementləri də özünü biruzə verirdi. Bir-birindən 

maraqlı, orijinal tipləri ilə gülüş doğuran satirik hekayələrə artıq 

zəmin yaranmışdır. Bu əsərlər yetişməkdə olan bir hekayə ustasının 

gələcəyindən xəbər verir. 

“Həkim Cinayətov” hekayəsi sərlövhəsinin gülüş doğurması, 

yığcamlığı, dilinin axıcılığı ilə diqqəti çəkir. Burada hadisənin 

mahiyyəti ilə tipin. Cinayətovun danışığı, hərəkəti arasında uyğun-

suzluq vardır. Burdakı uyğunsuzluq komizm doğurmur. Hekayədə 

müqəddəs həkimlik peşəsi ilə obrazın xarakterik xüsusiyyətləri

əhval-ruhiyyəsi arasında uyğunsuzluq olur, satirik tipin əxlaqı, 

davranış normaları, boş-boşuna “fikir” söyləmək, münasibət bil-

dirmək, nəhayət, özü haqqında çox bədgümanlığı tələbə Ramazanın 

nifrətinə səbəb olur. 

“İlk günlər” hekayəsində  fəqirlərin bolşeviklərin tezliklə 

gələcəyinə inamı, ümidi, bəy-xanların haqq-hesabına baxılacağı, 

etdikləri zülmün yerdə qalmayacağı Telli və başqaları  tərəfindən 

gözlənilir. “Pərzad”, “Sara”, “Dəzgah qızı”, “Badamın ləzzəti” və 

başqa satirik hekayələrdə qadınların ictimai həyatdakı  fəaliyyətini 

əks etdirən komik situasiya və ifşa inandırıcıdır. 

Mir Cəlal yaradıcılığının ilk dövründə əsasən satirik yazıçı kimi 

tanınmışdır. Onun ifşa tərəfi çoxtərəflidir. Bu hekayələrində o 

dövrün vacib məsələlərinə toxunur, onun konkret tələblərinə cavab 

verməyə çalışır, geriliyə qarşı mübarizədə bilavasitə iştirak etməyə 

səy edir. Bu əsərlərdə satirik gülüş hadisələrin mahiyyətindən, 



104 

surətlərin daxili aləminin, vəziyyətlərinin bədii təsvirindən doğur. 

Bəzən bu gülüş göz yaşlarına qarışır. Yazıçı hekayələrində heç bir 

əlavə təfsilata yol vermir. 

Yazıçının hekayələrində  təffərrüata çox yer verilir. Obarzların 

danışıqlarındakı  yığcamlıq, fikri məntiqlə ifadə etmək, hadisələri 

mənalandırmaq, atalar sözü və zərb məsəllərdən məqamında istifadə 

etmək oxuyucunu yormur. “Bostan oğrusu”nda  əhvalatlar maraqlı 

sujet xətti  ətrafında cərəyan edir. Hekayənin adı oxuyucuya  ilkin 

anda nə isə maraqlı bir əhvalatın baş verəcəyindən xəbər verir və 

Durmuş obrazın da isim kimi gülüş doğurması sözü də düşündürücü 

gülüşü doğurmasına ədibin digər hekayələrində də rast gəlinir. 

“Həkim Cinayətov”, “Anket Anketov”, “Kəmtərovlar ailəsi”, 

və b.dediklərimiz nümunə ola bilər. Bu hekayələr satirik-yumoristik 

üslubu ilə seçilən bədii nümunələrdir. 

Mir Cəlalın hekayələrində Azərbaycan cəmiyyətinin müxtəlif 

nümayəndələrinin məişəti, həyat tərzi, dərd və  əməlləri, psixoloji, 

sosial xüsusiyyətləri, yaşadıqları  cəmiyyətdə tutduqları mövqeyi 

sarkazma yol vermədən bədii inikasını tapmışdır. Onun yaratdığı 

zəngin və  rəngarəng surətlərdən yeni yaranan sosializm cəmiy-

yətinin inkişafına  bilərəkdən mane olan antipodlar bürokratlardır 

(Həkim Cinayətov, Anketov, Kəmtərov). Bu mənfi qəhrəmanlar 

konkret bir ictimai təbəqənin, onun nümayəndələrinin tipik 

xüsusiyyətlərini özlərində ümumiləşdirən, həm də  fərdi keyfiy-

yətlərlə verilən canlı, həyatın bədii yetirməsi olan, dolğun 

xarakterlər, tipik surətlərdir. Onların tənqid atəşinə tutulan eyibləri 

də kök salası - əzalı olası bir eyib kimi deyil, əksinə, mənsub 

olduqları ictimai təbəqənin spesifik xüsusiyyətləri kimi alınmış, 

qiymətləndirilmiş və tənqid olunmuşdur. 

Bədii nəsr  əsərində surətlərə advermə müəllifdən xüsusi 

məharət tələb edir. Lirik-psixoloji əsərlərdə  əsrin ideya-bədii 

xüsusiyyətlərinə, qəhrəmanın həyat tərzinə uyğun adların 

seçilməsinə nə qədər zəruridirsə, satirik nəsrdə advermə, soyadı və 

ləqəblərin seçilməsi də bir o qədər asan məsələ deyildir.  XX əsrin 

əvvələrində  yaranan nəsr əsərlərinin müəllifləri obrazlardan əlavə, 

hadisələrin cərəyan etdiyi məkanda şəhər, kənd adlarının da ironiya 

doğuran, kominizm vasitəsi kimi, sətiraltı  məna tutumuna malik 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə