Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə35/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   31   32   33   34   35   36   37   38   ...   89

105 

olmasına çalışmışlar. Proffesor Q.Kazımov yazır; “Satira usta-

larımız komik effekt yaratamaq üçün adların etimoloji cəhətinə 

xüsusi diqqət yetirmiş, adın obrazın təbiətinə uyğunlaşdırılması 

prinsiplərindən geniş istifadə etmişlər.  Əslində  tənqidi realistlərin 

ənənəsi ilə bağlı olan bu cür adları etimoloji-simvolik adlar 

adlandırmaq olar”.  

Deməli bədii  əsərdə,  əsasən də satirik nəsrdə adların 

qoyuluşunda təsadüfilik yoxdur. Mühitdən təffərrüat və detaldan, ən 

kiçik epizoddan asılı olmayaraq, baş surətə  qədər  əsərdə  nə varsa 

məqsədli xarakter daşıyır. Bədii  əsərə (istər satirik, publisistik, 

istərsə  də lirik-psixoloji) oxucu marağı  və münasibəti ilk andan, 

sərlövhədən başlayır. Diqqəti çəkən də  sərlövhədir. Sərlövhənin  

bədii əsərdə xüsusi məna kəsbetmə əhəmiyyəti vardır. Bədii əsərin 

sərlövhəsi onun məzmununa, göstərilən dəlillərin təhlilinə  və 

gəlinən nəticəyə tamamilə cavab verməlidir. Mir Cəlal  əsərlərinə 

sərlövhə seçməkdən çox usta idi. O, bilirdi ki, sərlövhə  nəzərə 

çarpan kimi oxucuda dərhal maraq oyadacaq. Nasir həyatdan doğan 

məsələləri, xüsusilə, yaşadığı dövrün eybəcərliklərinin açılıb 

göstərilməsində, tənqid və ifşasında konkretliyinə xüsusi diqqət 

yetirirdi. Bu bir daha sübut edirdi ki, əsərlərin sərlövhələri nə qədər 

qısa və aydın olarsa, bir o qədər çox nəzəri-diqqəti cəlb edir. 

Sərlövhə üzərində düşünmək və onun yerində  işlətmək yazıçıdan 

böyük həssaslıq və bacarıq tələb edirdi. Sənətkar bildirir ki, 

sərlövhə müəyyən bir məqsədin qısa formasıdır. Bacardıqca onu 

yığcam vermək lazımıdır.  

“Çəkmə”, “Ər və arvad” mənalı, düşündürücü yumor və satirik 

xüsusiyyətləri ilə seçilən səciyyəvi hekayələrdir.  Ədibin üslubun-

dakı  səmimiyyət sadəlik və  təbiilik hekayələrini oxunaqlı edən 

şərtlərdir. Mir Cəlalın satirik əsərlərində də lirika vardır. Yazıçının 

tədqiqatçısı,  ədəbiyyatşunas Y.İsmayılov yazır: “Yumoristik və 

satirik  əsərlərində lirika olduğu kimi, lirik əsərlərində  də çox vaxt 

mənalı gülüş, tənqidi ruh vardır”.Oxucunu düşündürən tərbiyəvi 

mövzulardan yazılan “Plovdan sonra”, “Elçilər qayıtdı”, “Naxış” və 

b. hekayələrində problemlər bilərəkdən qabardırılır və təhlili yolları 

aydınlaşdırılır. Ümumiyyətlə, insan xarakteri, onun mürəkkəbliyini 

duymaq yazıçının ictimai-estetik ideyyalarının məğzini, mayasını 



106 

təşkil edir. Bütün bunlar həm də neqativ hallara qarşı mübarizəni 

zəruri edib şərtləndirən amillərdir. (“Xarici naxoşluq”, “Rola girib”, 

“Neçə cür salam var” və s.) 

Ədib qəhrəmanlarının psixologiyasını o qədər dərindən bildirir 

ki, oxucunu kədərləndirməklə yanaşı güldürməyi də bacarırdı. 

Gülüşlə düşündürmək məharətini digər  əsərlərindən olduğu kimi 

“Xarici naxoşluq” hekayəsində  də görürük. Bədən qurluşunu 

pozmamaq, necə deyərlər, fiqura saxlamaq üçün gənc bir qız bir 

müddət az qidalanır. Nəticələdə o qədər zəifləyir ki, xəstəxanaya 

düşür. Həkimlər qızı müayinədən keçirib qutarandan sonra xalası 

onun hansı  xəstəliyə düçar olduğunu soruşur. Cavabında həkim, 

xarici naxoşluqdur deyir. 

Mir Cəlal hekayələrində  təsvir etdiyi surətləri mühitlə  sıx 

əlaqədə götürür, onları müxtəlif  şəraitə, vəziyyətlərə salır, daim 

işdə, hərəkətdə, gərgin bir mübahisədə, toqquşmada və mübarizədə 

əks etdirir. Satirik hekayələrdə sujetin bütün komponentləri, 

detalları belə müəllifin məqsəd və idealını düzgün, mükəmməl 

açılmasına tabe edilmişdir. 

Mir Cəlal Paşayevin roman, povestlərində olduğu kimi 

hekayələri də  bədii dilinə görə yüksək tərifə  və  təqdirə layiqdir. 

Onların hamısı  zəngin, canlı xalq dilində yazılmışdır. Bədii dilin 

təbiiliyi və orijinallığı, səlisliyi və aydınlığı yazıçının hekayələrinin 

dilinin  əsas xüsusuyyətlərini, məziyyətlərini təşkil edir. Bu nüansı 

da vurğulayaq ki, doğma dilinin gözəl bilicisi canlı xalq dilinə 

məxsus olan söz və ifadələrin, atalar sözü və  zərb məsəllərin, 

frazeloji birləşmələrin hər birinin yerində  işlənməsinin də öh-

dəsindən böyük bir ustalıqla gəlməyə müvəffəq olmuşdur. 

Mir Cəlalın satirik hekayə yaradıcılığında məharəti bir də 

ondadır ki, o, bədii surəti yaradarkən hər surətin nitqini onun öz 

həyat və düşüncə  tərzinə, peşə  və  mədəni səviyyəsinə, psixoloji 

aləminə, düşdüyü  şəraitə uyğun bir tərzdə real surətdə  dəqiq  əks 

etdirmiş, realist ədəbiyyatın  əsas xüsusiyyəti olan dildə tipik-

ləşdirmə prinsiplərini böyük bir məharətlə gözləmişdir. 



 

 


107 

Gələcəyin poeziyası 

(Rəsul Rza yaradıcılığı haqqında düşüncələrim) 

 

XX  əsrdə Azərbaycan  ədəbiyyatında bir böyük, ədəbiyyatda 



məktəb yaradan mütəfəkkir, filosof şair yaşamışdır. Bu böyük 

şəxsiyyət poeziyası milli və ümumbəşəri hadisə olan Rəsul Rza idi. 

Onun yaradıcılığa başladığı o illər inqilabi çarpışmalar, toqquşmalar 

ən  əsası da sinfi mübarizələr dövrü, cəmiyyəti dəyişmək, yenidən 

qurmaq uğrunda çox kəskin döyüş illəri idi. Gənc olaraq o da bu 

döyüş illərinin ovqatı, ictimai-siyası ruhu, həm də bilavasitə ab-

havası ilə  əhatə olunmuş, köklənmişdir. Sözsüz ki, sözü gedən 

ictimai dəyişmə onun poetik görüşünə  həlledici təsir göstərməyə 

bilməzdi. Sənətkar taleyi etibarilə  gələcəyin mütəfəkkir, novotar 

şairi məhz Azərbaycan şerinin XX əsrin ilk yaradıcı nəslinə mənsub 

şairlərindəndir. 

Rəsul Rza yaşadığı dövrdə  şeir qılıncını ovxarlayıb döyüşə-

döyüşə kiçik, kövrək addımlarla təptəzə poeziya yoluna çıxdı. 

İrəlidə heç kimi olmadığını bildiyi üçün yolun möhtəşəmliyini də, 

ağırlığını da həm duyur, həm də bilirdi. Çətinliklər, qarayaxmalar, 

təzyiqlər, təsirlər olsa da yeni yolun çala-çuxurları onu qor-

xutmurdu, içindən gələn ilahi qüvvəyə arxalanıb heç kimə, heç nəyə 

məhəl qoymadan irəli gedir,  sanki olacaqlardan da xəbərdar idi: 

 

Neyləyək biz 

Əlac yoxdur, 

olmalıdır, olacaqdır. 

... Dünya qədim bir ocaqdır. 

Həm közü var 

həm külü var. 

Həm tikanı 

həm gülü var. 

Və ya  


Mən hansı xanədən tutdumsa qərar, 

Hər yetən piyada “şah”, “şah” eylədi. 

Neyləyim ki, belə kür taleyim var, 

Məni nadanlara ürcah eylədi. 

 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə