Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə36/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   32   33   34   35   36   37   38   39   ...   89

108 

Rəsul Rza bəzi müasirləri kimi yaradıcılığa gözəllərin vəsfi ilə 

gəlmədi. Sevgi yaşları dünyanın hər addımının keşməkeşli kon-

filiktlərlə dolu olan vaxtlarına düşürdü. Bu onun şair taleyinin alın 

yazısı idi. Lap sonralar müdriklik çağında, nə az, nə çox 54 yaşı 

olanda məhşur “Soruş” seirində: 



 

... Mən kölgəsiz görmədim, 

El dərdi tək dağ görmədim, 

Gözlərimi yumub açdım  

Neçə dostu sağ görmədim – deyirdi.  

 

“Mən gedəsi deyiləm” şerində şair həyat eşqiylə: 



 

Əvəzi yola saldıq  

Xəstəliyi: Diabet 

Bir gün Mikayılsız qaldıq  

Xəstəliyi: Diabet! 

Su oymuş qaya kimi  

uçulur dörd bir yanım. 

Bilirəm gec-tez gəlib  

çatar mənə də növbət. 

Hələlik növbət var

bir il, bir gün, bir saat. 

Yaratmaq istəyirəm, 

Sənə eşq olsun həyat! 

 

- deyərək yazmaq, yaratmaq sövqünü bildirir, həyata nikbin baxır. 

XX  əsrin 30-cu illərindən təşəkkül tapıb formalaşmağa 

başlayan yeni üslub Azərbaycan poeziyasının ilk nəslinə  mənsub 

olan,  şöhrəti sərhədləri keçərək bütün qitələrə yayılan Rəsul Rza 

Ədəbiyaşar sənətkarlarımızdandır. Akademik Bəkir Nəbiyev yazır: 

“Bir sənətkar kimi Rəsul Rzanın ədəbiyyatımızda öz sözü, öz səsi, 

öz yeri olmuş, fərdi yaradıcılıq siması  və orijinal manerası onu 

başqa qələm yoldaşlarından fərqəndirmişdir”. 

Rəsul Rza ilk yaradıcılığında poetik mövzunun müqayisələrlə 

ifadə olunması, bizcə, 30-cu illər poeziyası üçün əlamətdar 




109 

cəhətlərdən idi. Fikrimizi əsaslandırmaq üçün “Şairin andı” (Səməd 

Vurğun), “Ələmdən nəşəyə” (Süleyman Rüstəm), “Küləklər”, 

“Vuruşmalar” (Mikayıl Müşviq), “Bolşevik yazı” (Rəsul Rza) və s. 

əsərləri nümunə  gətirə bilərik. Çünki bu əsərlərdə  bədii keyfiyyət 

özünü xüsusi qabarıqlığı ilə göstərirdi. 

Rəsul Rza ədəbi yaradıcılığa şair kimi başlamışdır. Lirik, siyasi, 

yoxsa... Hər nə isə... Kapital dünyasının fitnə-fəsadları da, neft 

sənayesinin baronlarının insanları aclıq-səfalət içində saxlamaları da 

onun gənc şair olaraq ətrafında cərəyan edən hadisələr idi. O, nədən 

yazır yazsın, içində olduğu, yaşadığı ictimai formasiyanın bəhrəsi 

olan mühitin insana necə qorxunc fəsadlar törətdiyi və ya 

törədəcəyini görüb, duyub dərk edərkən olaylara özəlliklə biganə 

qalmayıb gələcəyə baxırdı. Lap uzaqlarda, qaranlıq zülmət içində 

parlayan gələcəyi görə bilmək üçün həyat haqqında nikbin 

nəticələrə  gəlib çıxır.  İnamlı  və ümidli olduğu üçün o uzun yolu 

aydın təsəvvür etdiyi üçün bu şövq-həvəslə nadir poetik nümunələr 

yaradır. Bu gün anadan olmasının yüz illiyi qeyd olunduğu bir 

vaxtda cəsarətlə demək olar ki, Rəsul Rza XX əsrin yox, üçüncü 

minilliyin – XXI əsrin, daha da gələcəyin  şairidir. Məmməd Araz 

onun böyüklüyünə, poeziyasına qiymət verərkən poetik bir dillə 

“Zaman bir də doğa o planeti”- fikrində çox haqlıydı. Qorxmaz, 

dönməz, cəsarətli filosof şair Rəsul Rza çinar ağacını da çox sevirdi, 

doğma torpağını da. Məhz onun mehr-ülfət bağladığı, daha çox 

sevdiyi uzun ömürlü çinar ağacı ancaq belə torpaqda uca, nəhəng, 

qollu-budaqlı, qüvvətli, kölgəli və uzunömürlü ola bilər. 

Rəsul Rza ilk şerlərində  ədəbi prosesə  də diqqəti çəkirdi. Bu 

diqqətçəkmədə ilkin şərtlərdən biri fikirlərini, istək-arzularını 

müasirliyi, mövzularının aktuallığı, orijinallığı idisə, digər tərəfi 

poeziyada təzə-tər bədii şəkil axtarışları idi. 

Rəsul Rza yaradıcılığının ilkin illəri əsrin çətin, sərt dövründə, 

sərt üzünə  təsadüf etdi. İctimai formasını  dəyişməsi Moskvada da, 

Kiyevdə  də, Bakıda da yaradıcılıqla məşğul olanları dilemma 

qarşısında qoyurdu. Bu tərəddüdlər və seçim qarşısında qalmalara 

Mayakovski də, Mikayıl Rəfili, Süleyman Rüstəm, Səməd Vurğun

Mikayıl Müşviq də aid idi. Çünki bu illərdə  ənənə  qəlibindən 

kənara çıxa bilməyən epiqonçu şairlər də yox deyildir. Ancaq milli, 



110 

müasir ruhlu, bütün mütərəqqi poeziya yaradıcıları novotor yolla 

gedirdilər. Novatorluq axtarışları  məhz 1930-cu illərin poeziyası 

üçün səciyyəvi bir müsbət hal kimi güclənmək üzrəydi. Təbii ki, 

sovet  ədəbiyyatının novatorluq xüsusiyyəti kimi meydana 

çıxmışdır. Lakin sözü gedən illərdə novatorluq bir konsepsiya kimi 

yuxarıda qeyd etdiyimiz sənətkarlardan daha çox Rəsul Rza və 

Mikayıl Rəfili kimi gənc  şairlərin poeziyasında özünü göstərirdi. 

Tarixi sınaqlar göstərir ki, bu iki şairin sərbəst şeir axtarışlarında da 

bir-birini inkar edən cəhətlər də oldu. Mikayıl Rəfilinin sərbəst 

vəzndə yazdığı  şeir nümunələri baxış nöqteyi-nəzərdən yaşadığı 

cahana  əsasən subyektiv münasibətin, fərdiyyətçilik psixologi-

yasının ifadə forması olduğu halda, Rəsul Rza bu yoldan imtina 

edərək öz yolunu seçdi. Təkcə  məzmun yeniliyi ilə deyil, forma 

yeniliyinin də  gərgin axtarışlar tələb etdiyini bilən  şair az bir vaxt 

ərzində poeziya yollarında özünəməxsus üslubunu, onun inkişaf 

yolunu təyin etdi. Otuzuncu illərin  əvvələrində çapdan çıxan 

“Çapey” (1932), “Qanadlar” (1934) kitabları mövzu və sənətkarlıq 

baxımından şairin doğru yolda, ağır bir səfərə hazırlıqlı, silahlanmış 

çıxdığından xəbər verirdi. Bu illərdə  gənc  şairin V.Mayakovski 

yaradıcılığından bəhrələndiyini, ona yaxınılaşdığını, ona məhəbbət 

və ehtirasını da, ən nəhayəti  Mayakovski əleyhinə  çıxanlara qarşı 

mübarizəni də “Mayakovski” və başqa nümunələrdə görmək olar: 

 

Neçinmi sevdim Mayakovskini mən, oxu bəlkə anladın  

Bu sözlərdən: 

Mən tüpürdüm hüsnə xal yapışdıran şairlərin yoluna. 

Durdum yenə şeirin qarovuluna. 

 

Ancaq bu o demək deyildi ki, Rəsul Rza Mayakovskinin 



əsiridir , onun poeziyasının burulğanına düşüb, çıxa bilmir. 

Dediyimiz kimi otuzuncu illərin birinci on illiyi dövründə 

Mayakovski seir dünyası ilə birbaşa yaxud dolayısı ilə əlaqədar idi, 

onun  şeir məktəbini qəbul edirdi. Sadəcə görmək mümkün deyildi 

ki, elə o vaxtlar Rəsul Rza poeziyasının novatorluğu ilə Sabir kimi 

dahi sənətkarlara daha çox arxalanırdı. Rəsul Rza yazır:  “Mənim 

ilk əsərimə ən böyük təsir milli ədəbiyyatımız və ilk növbədə Sabir  



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə