129
SSRİ-nin, eləcə də başqa xarici ölkələrin teatr səhnələrini gəz-
mişdir. Ədəbiyyatımıza “Astaraya gedən yol” povestilə gələn nasir
bu əsərində yeni söz, yeni üslub, yeni nəsr haqqında orijinal fikirlər
söylədi. Bu povestindən başlayaraq onun bütün əsərləri yüksək
amalı, bədii təsvir vasitərilə, fəlsəfi dərinlikləri ilə seçilməyə
başladı. Nəsrimizdə istehsalat sahəsinin təsviri H.Seyidbəylini ciddi
düşündürən məsələrdən biri idi.
Xalq yazıçısı İlyas Əfəndiyev bədii əsərin qəhrəmanları, bu
qəhrəmanların duyğu və xəyallarının istehsalatdan ayrı təssəvür
edilmədiyini qeyd edərək yazır: “Son illər ərzində yaranmış və
bilavasitə müasir həyatımızdan bəhs edən görkəmli nəsr
əsərlərimizin, məsələn, “Abşeron”un, “Gülşən” in, “Böyük gün-
lər”in, “Ağabulaq dağlarında” romanının, “İradə”, “Bizim
Astarada”, “Bizim qızlar”, “Gənclik” povestinin, Mir Cəlalın gözəl
hekayələrinin qəhrəmanlarını, bu qəhrəmanların duyğu və
xəyallarını istehsalatından ayrı təsəvvür etmək mümkün deyil”.
Həsən Seyidbəylinin “Çiçək”, “Telefonçu qız” povestləri,
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin taleyindən bəhs
edən “Uzaq sahillərdə”, “İllər keçir” romanları (İ.Qasımovla birlik-
də yazılıb), “Bizim Astarada” povesti, “Çiçək” dedektiv povesti,
neft mədənlərində çalışan gənclərin həyatından bəhs edən
“Möcüzələr adası” hekayəsi, dənizlə əlaqədar zəhmət adamlarının
fəaliyyətinə həsr olunmuş “Tərsanə” romanı ədəbi ictimaiyyətin və
oxuyanların diqqətini cəlb etmiş, tez bir zamanda onu şöh-
rətləndirmişdir.
Həsən Seyidbəylinin yazıçı kimi yaxşı cəhətlərindən biri budur
ki, qələmə almaq istədiyi mövzunu mükəmməl öyrənir, axtarışlar
aparır, tədqiqatçı, yaradıcı insan kimi araşdırmalarla məşğul olur,
hadisələrin içində olub müşahidələr edir, prototipləri görür, duyur,
dərk edir, ümumiləşdirərək içindən keçib bütöv qavradıqdan sonra
yazıya başlayır. Biz bunu “Telefonçu qız”, “İllər keçir”, “Çiçək”,
“Cəbhədən-cəbhəyə” və “Tərsanə” kimi əsərlərin timsalında görü-
rük. Əsərləri rus, gürcü, latış, eston və macar dillərində nəşr
olunmuşdur.
Publisistikanın gözəl nümunələri olan “İyirmi gün Amerikada”
adlı səfər təəsüratları 1974-cü ildə “Gənclik” nəşriyyatında çap
130
olunubdur.
2010-cu ildə anadan olmasının 90 illiyini qeyd edəcəyimiz,
Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına yorulmaq
bilmədən ömrünü həsr edən bir sənətkarın yaradıcılığını bir
məqalədə əhatə etmək çox çətindir. Azərbaycan kino tarixinin
səhifələrinə qızıl hərflərlə yazılmış “Uzaq sahillərdə”, həmçinin
“Telefonçu qız”, “O qızı tapın” və rejissoru olduğu “Nəsimi”,
“Bizim Cəbiş müəllim” və s. bədii filimləri könülləri elə fəth
etmişdi ki, onilliklər bir-birini əvəz edib nəsillər dəyişsə də, bu sə-
nət əsərlərinə məhəbbət, ehtiva olunan məfkurə bolluğu və mənəvi
ehtiyac daima olacaqdır. Həsən Seyidbəylinin filimlərinə tamaşa
edəndə, povest və romanlarını, sənət haqqında düşüncələrini,
məqalələrini, yol qeydlərini oxuyanda duyub hiss etmək çətin deyil
ki, bütün bunlar bir sənətkarın yaradıcılıq yolu deyil, həm də
vətəndaş sənətkar qəlbinin çırpıntılarıdır.
Bədii nəsrin gözəl nümunəsi
XX əsrin Azərbaycan ədəbiyyatında və mədəniyyətində xüsusi
rolu olan yazıçı, dramturq, ssenarist və rejissor Həsən Seyidbəyli
tanınmış istedadlı sənətkarlarımızdan biri olmuşdur. “Bizim
Astarada” (1952), “Kür sahillərində” (1953), “Uzaq sahillərdə”
(1953) (İ.Qasımovla müştərək), “Telefonçu qız” (1960), “Çiçək”
(1978) povestləri, “Cəbhədən cəbhəyə” (1960), “İllər keçir” (1955)
(İ.Qasımovla müştərək), “Tərsanə” (1975) romanları, “Dəniz
cəsurları sevir” (1954), “Sən nə üçün yaşayırsan” (1959, hər iki əsər
(İ.Qasımovla müştərək yazılıb) pyesləri müasirlərimizin (o dövr
üçün – B. B.) əməyindən, mənəvi-əxlaqi saflığından bəhs edir.
Yazıçının lirik-psixoloji üslubda yazdığı, 1978-ci il “Azər-
baycan” juranalında çap olunan “Çiçək” povesti isə özünəməx-
susluqları ilə seçilən bədii nəsr nümunəsidir. Azərbaycan ədəbiy-
yatının yazılma, yaranma tarixindən asılı olmayaraq səciyyəvi
cəhətlərindən biri bədii əsərlərdə fikrin, məqsədin təqdimində,
münasibət bildirmədə ifadəsinə yardımçı olan hissə, duyğuya,
emosionallığa geniş yer verilməsi olmuşdur.
Deyilənlər sadəcə lirik növün deyil, həm də epik və dramtik
131
növlərin də xarakterik cəhətlərinə çevrilmişdir, - desək səhv etmiş
olmarıq. “XX əsrin ortalarından etibarən liriklik artıq epik növdən
ayrıca status qazandı, tədricən lirik üslub, onun təzahürü olan lirik
hekayə, povest, toman, dram yarandı. Nəsrdə lirizmin xüsusi
təzahürünün obyektiv və subyektiv səbəbləri vardır. Bəzi hallarda
lirizmin fərdi yaradıcılıq üslubu kimi təzahür edirdisə, digər
hallarda sənətkarın dövrün taleyüklü problemlərinə, ümumiyyətlə
gerçəkliyə özünəməxsus münasibətlərinin məntiqi nəticəsi idi”.
(B.Nəbiyev) Lirik psixoloji üslubda nəsr əsərləri yazan ədiblər o
illər daha çox tanınıb seçilsələr də bu üslub Həsən Seyidbəyli
nəsrində az və ya çox dərəcədə sezilir. “Çiçək”, “Telefonçu qız”,
“İllər keçir”, “Tərsanə” və “Cəbhədən cəbhəyə” əsərlərində dedik-
lərimizin bariz nümunələrinin elementlərini görmək olar.
“Çiçək” həyati povestdir. Biz əsərdə Çiçəyin timsalında onun
əhatəsində baş vermiş ailə-məişət məsələləri, neqativ hallar,
mənəviyyatsızlıq və s. haqqında bilgilər alırıq. Sadəcə, zaman
daxilində öz-özlüyündə dəyərli və ya dəyərsiz olan hadisələr Həsən
Seyidbəylini obrazların xarakterinə təsir nöqtəyi-nəzərindən
maraqlandırdığı üçündür ki, bunlar ayrı-ayrı fərqlərin bioqrafi-
yasından keçərək canlandırılır. Həsən Seyidbəyli “Çiçək” povestini
yazana qədər “Uzaq sahillərdə”, “Telefonçu qız”, “Cəbhədən
cəbhəyə” kimi ədəbi ictimaiyyat arasında əks-səda doğuran bədii
nəsr nümunələrini yaratmışdır. “Çiçək”də maraqlı surətlər, bədii
səhnələr yaratmaqla o, sanki yaradıcılığında irəliyə doğru bir addım
atmışdır. Çünki povestdə cərəyan edən hadisələr bəlkə onun şahidi
olduğu, müşahidə etdiyi olayların inikaısıdr. Təbii ki, məsələ yalnız
şahidi olduğu, müşahidə etdiyi hadisələri situasiyalardan asılı olaraq
oxucuya bədii surətdə, inandırıcı, səmimi təqdim etmədədir. Bu
cəhətdən əsər qüsursuz deyildir. Povestin qəhrəmanı mübariz
deyildir. Qorxu xofu, gücsüzlük və daha nələr-nələr bəzi vaxtlarda
Çiçəyi mütiləşdirir. İdealına çatmaq üçün var gücü, gənclik
potensialı ilə mübarizə aparmır. Əsərdə konfliktlər yaratmamaq,
tipikləşdirmə aparmamaq və yaxud satiradan, yumordan istifadə
etməmə də nəzəri cəhətdən əsəri cılız, çılpaq göstərir. Lakin bədii
dil, süjet inkişafı, kompozisiyası kimi məsələlərdən istifadə
qənaətləndiricidir. Sənətkarlığın mühüm cəhətlərindən olan bədii dil
Dostları ilə paylaş: |