Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə28/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   24   25   26   27   28   29   30   31   ...   89

84 

ictimai-siyasi vəziyyət də  dəyişmiş, insalarda mübarizə ruhu 

artmışdı. Molla Nəsrəddin”dəki tənqid də həqiqəti göstərir, yaxşını, 

pisi bir-birindən seçir, insanların gözünü açırdı. Jurnalın səhi-

fələrindən qan qoxusu, dava, mübarizə, üsyan iyi gəlirdi. Realist 

satirik əsərlər ictimai şüura fəal təsir edən, onu tərbiyələndirən əsas 

vasitələrdəndir. “...Tənqid siyasi azadlığın silahıdır” - deyən 

akademik M.Cəfər müəllim fıkirlərində doğru qənaətdədir. 

Mənbələrdə göstərildiyi kimi, Y.V.Çəmənzəminli “Qurbanəli 

bəy” (1907) (C.M.) hekayəsini oxuduqdan sonra bu hekayənin təsiri 

ilə  “Şahqulunun xeyir işi”  əsərini yazır və yazıçı  Ə.Haqverdiyevə 

göstərir. Tanınmış yazıçı hekayəni bəyənir, Y.Vəzirə bildirir ki, 

əsəri “Molla Nəsrəddin” jurnalında nəşr etdirəcəkdir. Lakin 

Y.V.Çəmənzəminlinin “İqtibas, təqlid və  təsir” adlı 1935-ci il 13 

sentyabrda “Ədəbiyyat” qəzetində çap etdirdiyi məqalədə diqqəti 

çəkən məqamlar var ki, maraq doğurmaya bilməz. Yazıçıya görə 

hər bir yaradıcı  şəxs ilk addımlarında kiminsə  təsiri altına düşə 

bilər, sadəcə bu təsir ya dərin, ya da səthi olar, ya uzun müddət 

davam edər, ya ötəri olaraq görünüb yox olar. Bu vəziyyət yaradıcı 

şəxsin qüvvətindən, istedadının gücündən asılıdır. Yuxarıda qeyd 

etdiyimiz kimi, görkəmli  ədib  ədəbi fəaliyyətinin ilk illərində 

yazdığı  bədii nəsrin mövzu və ideya istiqamətinə, dil-üslub məsə-

ləsinə görə  nəinki C.Məmmədquluzadə ilə, bütövlükdə molla-

nəsrəddinçilərlə eyni mövqedə dayanırdı. 

Məsələyə aydınlıq gətirən, yazıçının fıkirlərini təsdiq, de-

yilənləri inkar edən professor T.Hüseynoglu yazır  “Qurbanəli bəy” 

in təsiri ilə yazılan Şahqulunun xeyir işi” hekayəsi heç bir cəhətdən 

“Qurbanəli bəy”ə oxşamır və onu xatırlatmır. Yəni Y.V.Çəmən-

zəminli “Qurbanəli bəy” heakəyəsinin nə mövzusundan, nə süje-

tindən, nə  də ondakı  əsas tipdən təsirlənib istifadə etmişdi. 

Y.V.Çəmənzəminli “Molla Nəsrəddin” jurnalında ilk dəfə 1907-ci 

ildə (2 oktyabr, № 37) “Müdiri-möhtərəm” adlı yazı ilə çıxış etmiş-

dir. Lakin bir nüansı da vurğulayaq ki, buna qədər gənc yazıçının 

“Molla Nəsrəddin” jurnalında “Miryusif Vəzirov” imzası ilə yox, 

jurnalın rəssamı  Şmerlinqin adı ilə karikaturası çap olunmuşdur. 

“Molla Nəsrəddin”in Y.Vəzirin həyatında, yaradıcılığında oynadığı 

roldan bəhs edərkən jurnalın təsiri haqqında onun “Həyatım” və 



85 

“Ədəbi dövrün başçısı”ndakı qeydlərdən məlum olur ki, yazıçını 

yazmağa və mətbuatda çıxış etməyə sövq edən əsas amillərdən biri 

“Molla Nəsrəddin” jurnalı olmuşdur. Bu jurnalın təsiri ilə ilk qələm 

təcrübələrindən siyasi və ictimai məzmun kəsb edən mövzulara və 

satirik üsluba daha çox maraq göstərmişdir. Jurnalın ideyası, dil- 

üslub xüsusiyyətləri gənc nasirdə  həyat gerçəkliklərini və mühitin 

yaramazlıqlarını, bütünlülkdə  tənqid etmək meyilini gücləndirirdi. 

“Ədib yazırdı ki, “Molla Nəsrəddin” məndə yazıçılıq həvəsi 

oyandırdı”. Təkcə 1911-ci ildən 1934- cü ilədək çap olunmuş on üç 

kitabında yazıçının yetmişdən çox hekayəsi toplanmışdır. Bütün 

bunlar haqq verir deyək ki, kəsb etdiyi ideya-bədii xüsusiyyətlərinə, 

orijinallığına, janr xüsusiyyətlərinə görə Y.Vəzirin realist Azər-

baycan nəsrinin (əsasən də hekayəsinin - B.B.) inkişafındakı xid-

mətləri qədərindədir. Yazıçı  sənətkarlıq cəhətdən də mükəmməl 

obrazlar silsiləsi yaratmış  və bu tiplərin hər biri özünəməxsus 

xüsusiyyətləri ilə maraq doğurur. 

Obrazların düşdüyü vəziyyətlərdən asılı olaraq doğurduğu 

gülünclük Y.V.Çəmənzəminlinin “Cənnətin qəbzi”, “Ağ buxaqda 

qara xal”, “Mərsiyəxan” və s. hekayələrində müşahidə olunur. 

Dünyəvi gözəlliklərin dini uydurmalar üzərində  qələbəsi bu 

hekayələrdə yüksək sənətkarlıqla  əks etdirilmişdir. Y.V.Çəmən-

zəminli dini fanatizmə satirik münasibətini bir çox publisist 

əsərlərində  də bildirmişdir. Yazıçı belə  qənaətdə idi ki, fanatizm 

əməkçiləri zülm altında saxlayır, onaların gözləri qarşısından qəflət 

pərdəsinin götürülməsinin, savadlanmasının, dünyagörüşlərinin 

artmasının qarşısını alır, mütərəqqi işlər görməyə mane olur, faydalı 

iş görməkdən çətindirir. Y.Vəzir də dini fanatizmə münasibətdə 

N.Nərimanov, C.Məmmədquluzadə,  Ə.Haqverdiyev, Ü.Hacıbəyov 

yolu ilə gedirdi. Cənnətin qəbzi hekayəsində  ədib qüvvətli təzad 

yaradaraq usta Ağabalanın gülünclüyünü onun öz sözləri, flkirləri 

ilə göstərir. Obrazlarm gülüş doğuran xüsusiyyətlərini bu hekayədə 

təkcə usta Ağabalanın deyil, dəllək Kərbəlayi Qulunun da yadda 

qalan surətində görürük. Kərbəlayi Qulu qısa boyu, qızarmış iri 

burnu, nazik bığları ilə  fərqlənir.  О da usta Ağabalanın tayıdır, 

bəlkə ondan da fanatikdir. “Mərsiyəxan” hekayəsində  ədib 

məharətlə maraqlı, yumorlu, orijinal bir sonluq tapmışdır. Bu bədii 



86 

kəşfi ilə oxucunu heyrətdə qoymağa nail olmuşdur. 

Müasirləri kimi Y.V.Çəmənzəminlini də Azərbaycan qadın-

larının hüquqsuzluğu, çətin həyat yolları daima narahat etmişdir. 

“Şahqulunun xeyir işi”, “Müsəlman arvadının sərgüzəşti”, “Toy”, 

“Qız məktəbində”, “Divanə”, “Dərdli Züleyxa”, “Yuxu”, “Üç 

gecə”, “Qumarbazın arvadı” hekayələrində ötən  əsrin  əvvəllərində 

yaşamış Azərbaycan analarının, qız-gəlinlərinin bir çoxuna xas olan 

qəribə  əhvalatlar bədii  əksini tapmışdır. Y.V.Çəmənzəminlinin 

nəsrə  gətirdiyi bu mövzular, burada qaldırılan ictimai problemlər 

əslində “Molla Nəsrəddin” jurnalının ayrı-ayrı nömrələrində  işıq 

üzü görən bədii nümunələrdən qaynaqlanırdı. “Dərs” hekayəsində 

qəhrəman Həmzə  bəy gülünc vəziyyətə düşür, gözlənilməzliklə 

qarşılaşır. Tələbə  Həmzə  bəy təhsil almaq, gecəli-gündüzlü 

kitabxanalarda elm öyrənmək  əvəzinə, təhsil aldığı  şəhərin 

küçələrində boş-boşuna veyillənir, qızlara, xanımlara soz atmaqla 

gün keçirir. Bir gün də yaraşıqlı bir xanımı ələ almaq üçün cəhd edir 

və onun qadın adamları  tərəfindən döyülüb təhqir olunduğunu 

görürük. Hekayədə obrazın gülünclüyü oxucuda ikrah hissi doğurur. 

Yazıçı ustalıqla kontrast yaratmışdır. Tələbə öz-özlüyündə gözəl 

xanımla keyf çəkməyi düşündüyü, xəyallara daldığı bir məqamda 

möhkəmcə döyülür, “möhtəşəm” bir dərs alır. Y.V.Çəmənzə-

minlinin obraza gülüşü istər satira olsun, istər yumor, zahiri 

əlamətlərdən yaranmır, intişar tapmır, hadisə  və sürətlərin zahiri 

gülünclüyünə əsaslanmır. Bu gülüşün əsas tənqidi məzmunu, ifşa və 

ittiham gücü daha çox hadisələrin məzmunundan, məntiqindən, 

obrazların psixoloji varlığından doğur. Nəticədə ictimai kəsəri, bədii 

vüsəti etibarilə  dərin və qüdrətli olur. Əksər məqamlarda ustad 

yazıçı  tənqid hədəfini səliqə  və  səbrlə, aram-aram elə nöqtədən 

işıqlandırır ki, tipin çatışmazlığı fonunda onun mənəvi eybəcərliyi -

dolğunluğu ilə rüsvayçı  vəziyyətə düşür. Tənqidi gülüş isə gözlə-

nilməz görünür. Gülüşdəki bu gözlənilməzlik onun islah və ifşa 

qüdrətini daha da artırır. 

Mir Qasım da tələbədir (Üç gecə). O, Həmzədən (“Dərs”) fərqli 

xüsusiyyətlərə malikdir. Mir Qasımı evləndirmək məsələsi ortaya 

çıxır, o istəməsə  də gözəl – göyçək Matanı  gəlin gətirirlər. Mir 

Qasım sevmədiyi qızla evlənməni əzab, həyatını isə məhbəs hesab 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə