Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə38/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   34   35   36   37   38   39   40   41   ...   57

Nizami Muradoğlu 
 
156
məngənəsində boğulurdu. Günortadan bir az keçmiş 
dükanı bağlayıb evinə getdi. Qaş qaralanda türklərin 
qaladıqları  tonqalların  işığı  göylərə  bülənd  olanda 
Arakelin qəlbinə qaranlıq çökür, onu vahimə basırdı. 
“Xain  xoflu  olar”  deyərlər,  Arakel  öz  əməllərinin 
qarabasması ilə yaşayırdı. 
Axşama  yaxın  türk  gənclərin  dağların  başına 
daşıyıb  yığdıqları  odun  qalaqlarından  hazırlanmış 
çox  böyük  tonqallara  od  vuruldu.  Tonqalların 
alovları  Ordubaddan,  Dəştdən,  Nüs-nüs  və  Ən-
dəmicdən  görünürdü.  O  zamankı  yazılmamış  qay-
dalara görə ətraf kəndlər Əylisdən işarə gözləyər və 
sonra  tonqallarını  yandırardılar.  Bir  azdan  qonşu 
dağların  başında  tonqallar  qalandı.  Gənzəlilərin 
Ələngəzin  başında  qaladığı  tonqal,  hətta,  Arazın  o 
biri  sahilindən  görünürdü.  Cənublu  azərbaycanlılar 
da  Arazın  o  biri  tərəfində  olan  Kəmki  dağında 
qaladıqları tonqallar ilə ordubadlıları salamlayıb, öz 
sevgilərini bildirdilər.  
 Bu  minvalla  üç  gün  Novruz  bayramı  Əylisdə 
böyük  coşqu  və  təmtəraqla  keçdi.  At  yarışları 
keçirildi, pəhləvanlar güləşdi, qoçlar döyüşdürüldü, 
axırda  Xanılı  xan  qaliblərə  ənam  verdi,  təbrik  etdi. 
Təlxək  bayram  tədbirinin  yekununda  son  sözünü 
Xanılı xana sataşaraq dedi: 
 
Ay camaat, xandı bu. 
Xan deyil aslandı bu. 


 Baba ocağı 
 
157
Nə güldü, nə danışdı,  
Kif atdı, paslandı bu. 
 
Daha  bunu  taxtdan  salmaq  lazımdı.  Xanılı  xan 
yedi,  içdi,  kef  çəkdi.  Bir  dəfə  də  gülmədi  ki,  biz  də 
onu  suya  basıb  kef  çəkək.  Dünyanı  bizə  dar  elədi, 
gələn  novruzda  biz  də  onu  seçmərik,  gələr  rəiyyət 
olar.  Gələn  Novruzda  özüm  xan  olacağam,  deyin, 
inşallah! 
Camaat bir ağızdan “inşallah” dedi. 
 
Təlxək:  
Xanılı xanı var olsun, 
Dağlarında qar olsun. 
Bir də onu seçməyin
Dünya ona dar olsun! 
 Deyin, inşallah! 
 - İnşallah... 
 
 
 
Rövşən bəyin kəndə qayıdışının on ikinci iliydi. 
Bu  müddətdə  kənddə  xeyli  dəyişikliklər  olmuşdu, 
yenə  də  ermənilər  türklərlə  mehribanlaşmış,  çiyin-
çiyinə  çalışmış,  kəndin  ümumi  işlərində  birlikdə 
iştirak  etmişdilər.  Amma  son  günlərdə  digər 
yerlərdən, xüsusilə də Bakıdan və Zəngəzur tərəflər-
dən  gələn  xəbərlərdə  bir  narahatçılıq  vardı.  Az 


Nizami Muradoğlu 
 
158
keçmiş  Bakıda  müsəlmanların  qətliamı  haqqında 
məlumatlar  yayılmağa  başladı.  Bakıda  ermənilər 
tərəfindən  müsəlman-türk  əhaliyə  qarşı  aparılan 
qətliama Stepan Şaumyanın rəhbərlik etdiyi  deyilir-
di. Milli burjuaziya başını itirmişdi. Xəbərlərdə o da 
deyilirdi  ki,  ayrı-ayrı  qoçu  dəstələri  ermənilərin 
qarşısına  çıxmasaydı,  Bakıda  bir  nəfər  də  türk  bu 
davadan salamat qurtara bilməyəcəkdi. Ələlxüsus da 
Qoçu  Nəcəfqulu  öz  dəstəsi  ilə  silahsız  və  köməksiz 
türklərin  etibarlı  yerlərdə  gizlədilməsi  ilə  məşğul 
olmuş,  qadınları,  uşaqları  Fatmayi  bağlarına 
köçürmüş,  əli  silah  tutanları  silahlandırıb  erməni 
daşnaklarına qarşı vuruşmuşdu.  
Kənddə  gəzən  xəbərlərdə  isə  Arakelin  evində  
tez-tez  xüsusi  məclislərin  təşkili  haqqında  bilgilər 
verilirdi.  Bütün  bu  hadisələri  diqqətlə  izləyən 
Rövşən bəy sayıqlığını bir an da olsa, itirmir, Əylisdə 
əmin-amanlığın qorunmasına çalışırdı.  
 Ötən il Bakıya getdiyi zaman köhnə dostlarını 
başına  yığıb  bir  vida  məclisi  düzəltmişdi,  indi  o 
məclisdə olanları kiçik detallarına qədər xatırlayırdı; 
Vida məclisində Qoçu Nəcəfqulu başda oturmuşdu. 
Atamoğlan,  Behzat,  Malik  Qoçu  Nəcəfqulunun 
ətrafındaydı.  Hələ  o  vaxt  Qoçu  Nəcəfqulu 
ermənilərin  yenidən  fəallaşması haqqında  danışırdı. 
Qoçu  Nəcəfqulunun  nədənsə  ermənilərə  ümu-
miyyətlə,  etibarı  yoxdu.  Rövşən  bəy  indi  bütün  bu 
olanları  beyninin  süzgəcindən  keçirərkən  Qoçu 


 Baba ocağı 
 
159
Nəcəfquluya  haqq  verir,  onun  uzaqgörənliyini 
yüksək qiymətləndirirdi.  
 İntiligentdən  də  söz  düşmüşdü,  onun  şeirləri, 
həcvləri dillər əzbərinə çevrilmişdi. Xüsusilə də həcv 
xarakterli şeirləri daha tez yayılırdı. Stepan Şaumyan 
haqqında  da  yazmışdı.  Onun  bu  həcvində  hələ  o 
zaman Şaumyanın qaniçənliyi təsvir edilmişdi: 
 
 Daşnak keçir, yan görünür
 Hər tərəf al qan görünür. 
 Hər kimin qarnı ağrıyır, 
 Orda Şaumyan görünür. 
 
Məclis  əhli  bu  həcvi  dəfələrlə  səsləndirib  gül-
müşdülər.  
O  gecə  vida  məclisi  səhərə  yaxın  qurtarmışdı. 
Dostlarından bəziləri nə qədər təkid etsə də, Rövşən 
bəy  spirtli  içki  içməmişdi.  Hamı  Rövşən  bəyin 
tövbəsini  yüksək  qiymətləndirib  alqışlamışdı. 
Xüsusilə  Qoçu  Nəcəfqulu  Rövşən  bəyi  öz  qardaşı 
kimi  çox  sevirdi.  O,  deyirdi  ki,  bu  ayrılıq  əbədi 
ayrılıq  deyildi,  yenə  də  bir-birləri  ilə  əlaqə 
saxlayacaq,  xeyirdə-şərdə  birlikdə  iştirak  edəcəklər. 
Sonda Rövşən bəy bir neçə kəlmə söz demişdi: 
-  Əziz  dostlarım,  iyirmi  il  sizinlə  oturub  dur-
dum.  Sizi  ən  yaxınım,  doğmalarım  qədər  sevdim, 
ağrımız,  acımız  bir  yerdə  oldu.  On  ildi  sizdən 
ayrılmışdım,  doğma  dədə-baba  ocağına  qayıt-


Nizami Muradoğlu 
 
160
mışdım.  On  ildən  sonra  gəlib  sizi  bir  daha  sağ-
salamat  gördüyümə  çox  şad  oldum.  Siz  mərd  və 
namuslu  adamlarsınız.  Birincisi  budur  ki,  mənim 
burada  olan  evim  necə  vardısa,  eləcə  də  durur,  bu, 
sizin qayğınızın nəticəsidir. İkincisi də budur ki, siz 
məni heç unutmamısınız.  
- Unutmaq olarmu?-yerdən səslər eşidildi. 
- Bu gün həmin mənzili bizdən yaşda kiçik olan 
dostumuz  Atamoğlanın  qərdəşı,  hamımızın  qərdəşi 
Ənvərə bağışlayıram. Qoy bu mənzil ona xoş günlər 
yaşatsın.  Əylis  mənim  dədə-baba  yurdumdur. 
Mənim  də  ilk  və  son  mənzilim  oradadır.  Mən 
sabahdan yenə də baba ocağına qayıdacağam. Necə 
demişlər: 
Vətən yaxşı, 
Geyməyə kətən yaxşı. 
Gəzməyə qürbət ölkə,  
Ölməyə vətən yaxşı. 
 
Xəyallar  bir-birini  əvəz  edirdi.  Rövşən  bəy  na-
rahatdı.  Gec-tez  Azərbaycanın  az  qala  bütün 
ərazisini  sarmış  erməni  virusunun  Əylisdəki 
ermənilərə  də  sirayət  edəcəyi  şübhəsizdi.  Amma 
bunun  qarşısını  almaq,  dinc  əhalini  bu  keçici 
dönəmdə  erməni  şovinizminin  qurbanı  olmaqdan 
qorumaq böyük təcrübə, cəsarət və mübarizlik tələb 
edirdi.  Əhalinin  sayıqlığını  artırmaq,  müxtəlif  fitnə-
fəsadlara  uymamaq  üçün  Rövşən  bəy  gənclər  ilə 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə