Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə46/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

 Baba ocağı 
 
189
oyananda  gecəyarıydı,  ay  çıxmışdı.  Ayın  solğun 
işığında  qaralıb  şirinləşmiş  böyürtkənlərdən  yığıb 
yedi,  tədricən  qüvvəsi  bərpa  olunurdu.  Daha 
dayanmaq  olmazdı,  Tividən  –  yanan  evlərindən 
uzaqlaşmaq istəyirdi.  
 İkinci istiqamətdə Nijdehin rəhbərliyi ilə hərə-
kət edən erməni yaraqlıları Lij kəndində dayandılar. 
Nijdehin  gəlişindən  çiçəyi  çırtlayan  Lij  erməniləri 
çoxdan  ürəklərində  qalan  arzularını  həyata 
keçirməyə  fürsət  tapıb,  bir  böyük  atlı  dəstə  ilə 
Nuhgədiyi kəndinə hücum edib yandırdılar. 
 Məhərrəmin  ölümündən  sonra  yaylağa 
qalxmağı  Çiçək  istəməmişdi,  ona  görə  də  Paşa  kişi 
gözünün  ağı-qarası  bircə  qızının  istəyinə  qarşı 
çıxmamış,  kənddə  qalmalı  olmuşdu.  Oruc  kişi  də 
səhər-səhər  yaylaqdan  kəndə  qayıtmış,  sabah  Əylis 
bazarına  alış-verişə  getməyə  hazırlaşırdı.  Əlavə 
olaraq  kənddə  qalan  və  ya  yaylaqdan  qayıdanlar, 
xəstələr, hamilə qadınlar və uşaqlar gündəlik işlərlə 
məşğul  idilər.  Zavallı  Çiçəyə  sataşmaq  istəyən 
erməni  dığasını  Paşa  kişi  yabaya  keçirdi.  Çiçək 
erməni  dığasının  əlindən  qurtulub  qaçmağa  çalışdı, 
lakin namərd gülləsi onu yerə sərdi.  
Silahlı  quldurlar  Paşa  kişini  tutdular,  belinə 
qaynar  samovar  bağlayıb,  döyə-döyə  qovmağa 
başladılar. Paşa kişi qaçdıqca samovarın boğazından 
yırğalanıb  daşan  qaynar  su  cızıltılı  səslə  bədənini 
yandırır, bədənin dərisi tuluqlayır, dəhşətli dərəcədə 


Nizami Muradoğlu 
 
190
ağrı  verirdi.  Paşa  kişi  özünü  qayadan  dərin dərənin 
dibinə  atdı.  Oruc  babanı  və  məscidin  qarşısında 
yığışanları- iyirmi iki nəfəri sorğu-sualsız güllələdilər. 
Altı aylıq hamilə olan Şərəfin qarnını yırtıb cocuğunu 
süngüyə keçirdilər. 
Şükür  oğlu  Əbülfəz  yaylaqdan  təzəcə  qayıt-
mışdı,  bir  qədər  uzanıb  dincəlmək  istəyirdi  ki,  güllə 
səsləri kəndi bürüdü. Pəncərəyə yaxınlaşıb erməniləri 
gördü.  Yerini  rahatlayıb  osmanlı  türklərindən  aldığı 
çaplı  tüfəngini  sinəsinə  sıxıb  nişan  aldı,  erməni 
quldurlarından  biri  yerə  sərildi,  daha  sonra  ikincisi, 
üçüncüsü... Əks-həmlə gözləməyən ermənilər marığa 
yatdılar,  gülləni  dolu  kimi  Əbülfəzin  evinə  tərəf 
yağdırmağa başladılar. Bir saata qədər atışma davam 
etdi,  Əbülfəz  həlak  oldu.  Atışma  zamanı  evləri 
kənarda  olanlardan  qaçıb  gizlənən,  canını  qur-
taranlar oldu.  
Atışma  zamanı  qaçıb  qurtula  bilməyən  qadın, 
uşaq, xəstə kim vardısa hamısını ermənilər Ula tərəf 
sıxışdırdılar.  Ul  dərənin  dibinə  enən  dərin  sıldırım 
qayalıqdı,  ermənilər  gülləyə  qıymır,  adamları 
süngüləyərək  qayadan  aşağı  atırdılar.  Aşağıda  parça-
tikə olmuş adamların cəsədləri üst-üstə qalanmışdı. 
Bu  vəhşiliklərin  törədilməsində  Andranikin 
qoşununa  təzəcə  qoşulan  qonşu  Lij  kəndindən  olan 
ermənilər  daha  fəallıq  göstərirdilər.  Lijli  ermənilər 
Nuhgədihliləri  yaxşı  tanıyırdılar.  1906  -  cı  ildə 


 Baba ocağı 
 
191
Nuhgədihlilərin  Qafan  qaçqınlarına  göstərdikləri 
köməyi unutmayan ermənilər qisas alırdılar.  
Kənddən  kənarda  olan  nuhgədihlilərdən  başqa 
salamat qurtaran kimsə yoxdu. Qaçanların əksəriyyəti 
yaralıydı,  özlərini  kol-kosa  vura-vura  qaçır,  daşların 
arxasında  gizlənir,  atılan  güllələrdən  yayınmağa 
çalışırdılar.  Ermənilər  silahsız  binəvaların  arxasınca 
gülür,  əylənirdilər.  Bir  qədər  keçmiş  kənddə  qalmaq 
qeyri-mümkün  oldu.  Yanan  evlərin  tüstüsü 
qatılaşdıqca  hava  daha  da  boğucu  olur,  hərarət  və 
tüstü adamı boğurdu. Kənddə kimsənin qalmadığına, 
yanaraq  külə  döndüyünə  arxayın  olandan  sonra 
ermənilər  yağmaladıqları  qənimətləri  götürüb  geri 
çəkilib Lijə getdilər.  
Qulam  yaxın  dostu  Nabatalı  ilə  axşama  yaxın 
yaylaqdan  kəndə  qayıdırdı.  Qulamın  mindiyi  kəhər 
hələ kəndə çatmamış şahə qalxıb kişnədi. Sanki kəhər 
daha  qabağa  getmək  istəmirdi.  Qulam  ata  təkid  edib 
cilovunu  dartıb  oynatdı,  at  yarıkönül  irəliləməyə 
başladı.  Qulamın  burnuna  yanıq  qoxusu  gəlirdi. 
Yaxınlaşdıqca  kəndin  tüstülənən  mənzərəsi  ürək 
ağrıdıcı bir halda nəzərə çarpırdı: 
- Bu nədi?! 
Nabatalı təəccüblə Qulama baxdı: 
- Nə ola bilər? Kəndə odmu vurublar? 
- Bu o yaramaz köpəyuşağının işi olacaqdır. 
- Vallah, mən buna dözə bilmərəm, Qulam...  


Nizami Muradoğlu 
 
192
 Qarşıda  dəhşətli  bir  mənzərə  vardı.  Hələ  də 
tüstülənən  evlərin  qaralmış  divarları  vahimə 
yaradırdı.  Kəndə  yaxınlaşdıqca  faciənin  dəhşəti 
insanın  qanını  damarlarında  dondururdu.  Qulamın 
bir  anlıq  gözlərinin  qarşısına  1906-cı  ildə  ayı 
çanqıllığında  ermənilər  tərəfindən  qətl  edilib  yan-
yana səpilmiş uşaqların cəsədləri gəldi.  İndi burada 
yenə də ermənilər qətliyam keçirmiş, adamları qırıb 
töküb, evləri yandırmışdılar. Dağ boyda Nabatalı bu 
dəhşətli  səhnənin  təsirindən  ayrılanmır,  nə  deyib-
deməyəcəyini kəsdirə bilmirdi: 
 - Qulam... 
 Qulam  Nabatalıya  tərəf  döndü,  baxdı,  lakin 
dinmədi, elə bil ki, danışılası sözü yoxdu... 
 -  Qulam,  mən  bu  qisası  ermənidə  qoymaram. 
Bu  boyda  haqsızlıq  olmaz.  Məhərrəmi  vurdular, 
dinmədim,  dedim  qan  salmayaq,  biz  baiskar 
olmayaq! Biz hələ bu torpaqlarda yaşayacayıq. Buna 
nə deyəsən? Bu məzlum insanların günahı nəydi? Ya 
bizim  günahımız  nədir?  Ev-eşiyimiz  getdi, 
uşaqlarımızdan xəbər yox, hardadır bizim uşaqlar? 
-  Bilmirəm ... 
 Qulam naqanını çıxarıb havaya iki güllə atdı və 
qışqırdı: 
-  Kim var burda?.. 
 Ətrafda  sakitlikdi.  Qulam  yenidən  uca  səslə:- 
Kim  var?-  səsləndi.  Bir-bir  kolların,  daşların  arxa-
sından  çıxanlar  yaxınlaşmağa  başladı.  Nəhayət  bir 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə