Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə49/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

 Baba ocağı 
 
201
Mirzə Rahab gənc və yenilikçi bir müəllimiydi. 
Rövşən bəy Mirzə Rahabın son zamanlar mədrəsədə 
tətbiq  etdiyi  yeni  üsullu  dərs  prosesi  haqqında  da 
eşitmişdi.  Mirzə  Rahab  əlavə  dərs  saatlarında 
öyrəncilərə rus dilini öyrədirdi.  
Rövşən  bəy  mədrəsəyə  gələndə  dərslər  qurtar-
mışdı.  Mirzə  Rahab  da  evə  getməyə  hazırlaşırdı. 
Mirzə  Rahab  Rövşən  bəyi  mədrəsənin  qapısı 
qarşısında qarşıladı: 
- Xoş gəlibsiniz, Rövşən bəy! 
-Xoş gördük, Mirzə.  
- Necəsiniz, Rövşən bəy? 
- Şükür Yaradana. 
- Xeyir ola, Rövşən bəy?! 
-  Xeyirdi,  Mirzə.  Çoxdan  mədrəsəyə  baş 
çəkmək istəyirdim, qismət bu günəymiş.  
   Rövşən  bəy  məhrəmcəsinə  Mirzə  Rahabın 
qoluna girdi: 
- Bilirsiz, Mirzə. Mədrəsədə apardığınız yenilik-
lər  haqqında  eşitmişəm.  Bu  gün  bir  daha  öz 
gözlərimlə  görmək,  məni  narahat  edən  məsələlər 
haqqında  sizinlə  məsləhətləşmək  istədim.  Əvvəl 
başdan deyim ki, avropa sayağı dərs keçmək üsulu-
nuz  məni  xeyli  sevindirir.  Mən  özüm  də  bu  məd-
rəsədə  oxumuşam.  Bizim  vaxtımızda  köhnə  üsul-
qayda ilə dərs keçirilirdi. Mən o küncdə oturardım... 
Rövşən  bəy  susdu.  Bir  anlıq  sükut  yarandı. 
Mirzə  Rahab  Rövşən  bəyi  xatirələrdən  ayırmaq 


Nizami Muradoğlu 
 
202
istəmir,  onun  yenidən  danışacağı  anı  gözləyirdi. 
Rövşən  bəy  dərindən  bir  nəfəs  aldı,  qeyri-ixtiyari 
olaraq ah çəkdi.  
-  Hə,  nə  isə...  Amma,  Mirzə,  aşura  günündə 
mədrəsə  öyrəncilərinin  baş  yarması,  düzü,  məni 
narahat edir. Biz hələ də cəhalətdən ayrıla bilmirik. 
-  Düz  buyurursuz,  Rövşən  bəy.  Mən  də 
fikirləşirəm  ki,  bu  cəhaləti  aradan  qaldırmağın 
zamanı çoxdan gəlmişdir. 
-  Fikirlərimizin ortaq olduğuna sevindim.  
 Rövşən bəy Mirzə Rahab ilə mədrəsənin ikinci 
mərtəbəsinə qalxdı. Otaqlara baxdılar, sonra yenidən 
daxili pillələr ilə aşağı enib həyətə çıxdılar. Mirzə Ra-
hab  Rövşən  bəyin  bunları  demək  üçün  gəlmədiyini 
anlayırdı, amma əsas məqsədini nə olduğunu anlaya 
bilmirdi.  Səbirsizliklə  Rövşən  bəyin  mətləb  üstünə 
gələcəyi  anı  gözləyirdi.  Rövşən  bəy  Mirzə  Rahabın 
nigarançılığına son qoymaq qərarına gəldi: 
-  Mirzə, mədrəsəyə kömək etmək istəyirəm.  
-  Buyurun, Rövşən bəy! 
-  İstəyirəm, 
Mirzə, 
mədrəsəyə 
təzə 
avadanlıqlar  alaq.  Yeni  mizlər,  masalar,  dərsliklər, 
dərs  ləvazimatları  alaq.  Qoy  bizim  mədrəsəmiz 
rusların şkolasından geri qalmasın.  
Mirzə Rahabın üzü güldü. Yatsa yuxusunda da 
görəməyəcəyi  arzusu  həqiqətə  çevrilməkdəydi. 
Mirzə  necə  təşəkkür  edəcəyini  bilmədi,  sadəcə 
bunları deyə bildi: 


 Baba ocağı 
 
203
-Allah  razı  olsun,  Rövşən  bəy!  Məni  sevindir-
diniz. Öyrəncilərimiz sizi heç vaxt unutmayacaqlar. 
Mirzə  Rahab  iki  günün  içində  mədrəsə  üçün 
yeni  avadanlıqlar  alıb  gətirdi.  Mədrəsə  yeni  bir 
görkəm  aldı.  Rövşən  bəy  bütün  avadanlıqların 
xərcini  ödədi,  əlavə  olaraq  mədrəsənin  cari  təmiri 
üçün pul da verdi. 
  
 
 
Nuhgədiyi  kəndinin  yandırılıb  talan  edilmə-
sindən sonra Qafanın Oxçu, Şabadın, Pirdavdan, At-
qız  kəndlərində  qırğınlar  başladı.  Nijdehin  quldur 
dəstələri silahsız və köməksiz qalmış kəndlərə girir, 
əhalini qırır, əmlakını talan edirdi.  
 Soyuq  qövs  ayının  birinci  günüydü.  Pirdav-
danlılar  isti  ocaqlarında  narın-narın  yağan  qarın 
dağların  ətəklərini  ağ  kəlağayı  kimi  örtməsini  seyr 
edir, Allaha şükür edirdilər ki, yeməyə bir tikə çörək-
ləri,  qızınmağa  isti  ocaqları  var.  Son  zamanlarda 
qonşu  kəndlərdə  yaşayan  ermənilərin  münasi-
bətlərində soyuqluq hiss etsələr də, Nijdehin quldur 
dəstəsinin  gəlib  türkləri  ucdantutma,  sorğu-sualsız 
həm  də  tanıdıqları,  yaxın  qonşuluq  əlaqələri  olan, 
xeyir-şərlərində  yaxından  iştirak  etdikləri  yerli 
ermənilərin  bilavasitə  iştirakı  ilə  qıracaqlarını  heç 
xəyallarına  da  gətirmirdilər.  Ona  görə  də  dost 
ermənilərdən  Məşə Məkkərənin,  Yaqubun  əvvəldən 


Nizami Muradoğlu 
 
204
etdiyi  xəbərdarlığı  qulaqardına  vurub  belə  bir 
hadisənin  yaşanacağına  inanmırdılar.  Amma  hər 
ehtimala  qarşı  Mir  Yəhya  ağagil  kəndin  Qasımlılar 
məhəlləsində  səngər  qurmuşdular.  Səngərin  arxa 
tərəfində  dağa  yaxın  evlərdən  birinə  qadınları  və 
uşaqları  yığmışdılar.  Mir  Yəhya  ağa  və  Ədif  bəyin 
təlimatçılarından olan Osmanlı türkü çavuş Əli, Ab-
əzər  kişi,  Cəfərqulu  kişi,  Mədət,  Ramazan,  Nəbi, 
Bəşir,  Nəzərəli,  gənclərdən  Qaraş,  Bilal,  Ağalar 
səngərdə oturmuşdular. Qadınlar, uşaqlar, hadisələri 
izləyir, necə sonluğa çatacağını gözləyirdilər.  
Pirdavdana ilk qar yağırdı. Qarşı dağın başında 
qonşu  kənddən  olan  dörd  nəfər  silahlı  erməni 
göründü:  Mir  Yəhya  ağa  gələnlərdən  üçünü  tanıdı: 
Hamas, Tumas, Avetis, o biri isə bu yerlərin adamına 
oxşamırdı,  ona  görə  də  tanıya  bilmədi.  Gələnlər 
kəndə endilər, ağsaqqallardan biri bunları evə dəvət 
etdi. Lakin onlar ağsaqqalın dəvətini qəbul etməyib, 
dedilər ki, biz  Cəlil paşanın  evinə gedəcəyik,  siz də 
gəlin Andranikin yeni hökümətinin qanun-qaydaları 
ilə  tanış  olun,  müqavilələri  imzalayın,  həm  də  sizə 
sözümüz var.  
Cəlil  paşanın  evində  heç  kəs  yoxuydu,  Cəlil 
paşa isə sübh tezdən harasa iş dalınca getmişdi. lakin 
ermənilər  öz  evləri  kimi  qapını  açıb  içəri  keçdilər, 
biri samovarı qaynatdı, sandığı sındırıb içindən kəllə 
qənd  çıxartdı,  çay  qoyub  içdilər.  Hamas  birinci 
göstəriş  verdi  ki,  gənclərdən  Hafizi  tapıb  gətirin,  o 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə