Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə52/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   49   50   51   52   53   54   55   56   57

 Baba ocağı 
 
213
erməni  dəyirmanına  su  tökənlər  də  varıydı.  Bu  da 
dünyanın qəribə işlərindəndi. 
 Teymur isə osmanlı təlimatçıyla Unusa gedirdi. 
Pəzməriyə  çata-çatda  Teymurun  və  osmanlı 
təlimatçının  ayaqları  soyuqdan  dondu,  daha  yeriyə 
bilmədilər.  Qarşıdan  yüklü  ulağı  qabağına  qatıb 
gələn  bir  kişi  göründü.  Baş  verən  hadisələrdən 
xəbərsiz  unuslu  kişi  yüklü  ulaqla  Qafana  getmək 
istəyirdi.  Teymur  Qafanda  baş  verən  hadisələri 
kişiyə  danışandan  sonra  unuslu  kişi  geri  qayıtdı. 
Teymur  kişidən  xahiş  etdi  ki,  unuslu  Molla  Həsənə 
Teymurun  və  osmanlı  təlimatçının  yolda  qaldığını 
çatdırsın.  
Bir  qədər  keçmiş  Molla  Həsən  iki  atlı  ilə  gəlib 
Teymurgili yolda tapdı və onları ata mindirib Unusa 
apardı. Mola Həsənin evində isti yarma aşı yedikdən 
sonra  Teymur  və  təlimatçı  bir  qədər  toxtasalar  da, 
hərəkət  edə  bilmirdilər.  Donub  taxtaya  dönmüş 
ayaqları  şişir  və  əziyyət  verirdi.  Ədif  bəyə  təlimat-
çısının  Unusda  xəstə  olduğu  haqqında  xəbər 
göndərildi.  Sabahı  günü  Ədif  bəy  qara  kəhərin, 
Rövşən  bəy  ağ  atın  belində  birlikdə  Unusa  gəldilər, 
xəstələri  Unusdan  Dırnıs  kəndinə  Kəblə  Şükür  ağa-
nın  evinə  köçürdülər. Burada  kənd  həkimi  qazanda 
isti  su  hazırladı,  xəstələrin  ayaqlarını  isti  suda 
yumşaldıb  dərisini  soydu,  sonra  məlhəm  sürtüb 
bağladı.  


Nizami Muradoğlu 
 
214
Kəblə  Şükür  ağa  xəstələri  ayrıca  otaqda 
yerləşdirib, onlara baxıcı təyin etdi. Kənd həkiminin 
gündəlik  qayğısı  və  baxıcının  xidmətləri  sayəsində 
iki  həftəlik  müalicədən  sonra  xəstələr  ayağa  qalxa 
bildilər.  
Ədif  bəy  Teymura  türk  hökuməti  və  koman-
danlıq adından bir türk beşaçılanı bağışladı.  
 
 
 
Baba  iki  gün  öncə  getdiyi  Ordubaddan  Oxçu 
kəndinə  evlərinə  qayıdırdı.  Axşamın  toranlığı 
kənddə  baş  verənləri  tam  aydınlığı  ilə  görməyə 
imkan  verməsə  də,  uzaqdan  burnuna  yanıq  qoxusu 
gəlirdi. Yatsa yuxusuna da girməzdi ki, iki gün öncə 
sağ-salamat qoyub getdiyi ailəsinin yanıb kül olmuş 
cəsədləri ilə rastlaşacaqdı. Amma işə bax ki, insanın 
ağlına gəlməyənlər çox zaman başına gəlir.  
Babagilin  evləri  dağın  döşündə  yolun  kənarın-
daydı.  Baba  evə  yaxınlaşanda  evdən  hələ  də  tüstü 
qalxırdı.  Ətrafdakı  evlərin,  demək  olar  ki,  hamısı 
tamamilə yanmışdı. Baba yanmış evin qapı yerindən 
içəriyə  keçib  kömür  kimi  kösəvləşmiş  cəsədlər  ilə 
qarşılaşdı.  Həyətdə  isə  güllələnmiş  köpəyin  cəsədi, 
mal-heyvanı  sürülüb  aparılmış  boş  tövlə  qaralırdı, 
ins-cins deyilən kimsə yoxuydu. Bir daşın qırağında 
yerə  çöküb  nə  edəcəyini  bilmirdi.  Qəhər  boğazında 
donmuşdu,  ağlaya  bilmirdi,  gözlərindən  yaş  da 


 Baba ocağı 
 
215
çıxmırdı.  Öz-özünə  sual  verirdi.  Nəyə  görə  belə 
olmalıydı? Niyə?.. 
Kəndin  mərkəzi  hissəsindən  yeni  alovların 
yüksəldiyi  bir  anda  diqqətini  cəlb  etdi.  Bayaqkı 
sakitlik  birdən-birə  pozuldu,  qarışıq,  boğuq  səslər 
uzaq  məsafəni  ötüb  gəlirdi.  Erməni  quldurlarının 
gülüşləri,  bəzən  də  mahnı  oxumaları  da  eşidilir, 
qulaqlarını  yandırırdı.  Baba  ehtiyatla  qonşu  evlərin 
hamısını  nəzərdən  keçirdi,  hamısı  dağıdılmış  və 
yandırılmışdı. Həyətlərdə, küçələrdə insan cəsədləri, 
evlərdə  yanmış  kömürlənmiş  cəsədlərdi.  Hər 
ehtimala qarşı  dəyənəyə oxşar bir ağac parçası tapıb 
əlinə  götürdü.  Gördüyü  dəhşətli  mənzərədən  beli 
əyilirdi,  elə  bil  dünyanın  ən  ağır  yükünü  Babanın 
çiyinlərinə  yükləmişdilər.  Burada  qalmaq  əzabdan 
başqa  heç  nə  vermirdi.  Bacardıqca  buradan 
uzaqlaşmaq, xilas olmaq lazımdı. Amma hara getsin, 
ne etsin, bilmirdi. Hara getdiyini bilmədən gedirdi.  
Ançaq  elə  bil  dünyanın  bütün  baç-xəraçını 
ondan istəmişdilər. Bütün yol boyu fikirləşirdi: "Niyə 
belə  olmalıydı?  Axı,  bu  ailənin  günahı  nə  idi?  Bu 
kəndin  günahı  nə  idi?  Bütün  günü  öz  həyət-
bacasında  işləyib,  çalışan  bu  insanların  günahı  nə 
idi?  Bu  boyda  düşmənçilikmi  olar?  Bu  boyda 
qansızlıqmı olar? Axı biz ermənilərə nə etmişdik ki, 
bizim millətin başına bu qədər müsibətlər gətirirlər?"  
Atasının,  anasının,  qardaşının-bütün  ailəsinin 
yanıb  kül  olmuş  cəsədlərini  gözünün  önündə 


Nizami Muradoğlu 
 
216
çanlandırır,  onların  yanında  olmadığından,  onlarla 
birlikdə məhv olmadığından sanki xəçalət çəkirdi.  
Bundan  sonra  o  nə  etməli  idi?  Arxada  ölüm 
çəhənnəm  ağzını  açaraq  alov  püskürür,  qarşıda  isə 
nə  olduğundan  xəbərsizdi.  Yol  boyu  yumruğunu 
çəkic  kimi  daşlara  çırpmaqdan  əlinin  oturaçağı 
çırılmış,  laxtalanmış  qan  sağ  əlinin  biləyinədək 
süzülüb  yayılmışdı.  Əsəbləri  o  qədər  gərgin  idi  ki, 
əlinin  ağrısını  hiss  etmirdi.  Hər  yerdə  elə  hərəkət 
etməyə çalışırdı ki, bütün bu dağları bürüyən erməni 
quldurlarına  rast  gəlməsin.  Ançaq  taledən  qaçmaq 
mümkün deyildi.  
Baba  həmişə  çöldə-bayırda  olduğundan  ən 
kiçik  bir  hənirtini  belə  hamıdan  əvvəl  sezərdi.  Kək-
liyin  pırıltısından  onun  hansı  qayanın  dibindən 
uçduğunu  fəhm  edər,  dağ  keçisinin  hənirtisindən 
onun hansı istiqamətdə hərəkət etdiyini müəyyənləş-
dirə  bilirdi.  İndi  qulağı  insan  ayağının  uzaqdan  gə-
lən  səslərini  almışdı.  Baba  çox  ehmallı  bir  tərzdə 
qulağını  yerə  söykədi.  Ayaq  səsləri  ona  tərəf 
yaxınlaşırdı.  Bir  qaya  seçib  onun  arxasında  oturdu, 
nəfəsini içinə çəkib ətrafı dinlədi. 
Gələn  bir  erməni  qulduru  idi.  Çiynində  rus 
beşaçılanı  var  idi.  Özündən  razı  və  arxayındı. 
Babanın  beynindən  sürətli  bir  fikir  keçdi  –  bir  an 
içərisində erməni quldurunu zərərsizləşdirib silahına 
sahib  olmaq.  Hər  hansı  bir  ehtiyatsızlıq  ölümə 
bərabər  idi.  Yeganə  yol  hüçum  etməkdi.  Sol  əlində 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə