Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə56/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   49   50   51   52   53   54   55   56   57

 Baba ocağı 
 
229
hazır saxlamışdılar. Aşotun quldur dəstəsi meydana 
girər-girməz  dığalar  silahlanıb  onlara  kömək  edə-
cəkdilər.         
Əylisin  mərkəzi  meydanında  iynə  atsan  yerə 
düşməzdi. O gün bütün dükanlar bağlanmışdı, bircə 
qəssab Yaqubun dükanı açıqdı. Qəssab Yaqub səhər 
sübh  tezdən  kəsib  qənarədən  asdığı  dana  ətinin 
yanında  əlləri  qoynunda  dayanmışdı,  çünki 
kimsənin  ət  almaq  həvəsi  yoxuydu.  Hamı  intizarla 
yığıncağın  başlamasını  gözləyirdi.  Bir  tərəfdə 
ermənilər,  qarşı  tərəfdə  yerli  türklər,  aşağı  başda 
qaçqınlar dayanmışdı.  
Ədif bəyin yanında Əylisin mötəbər şəxsləri Hacı 
Nəcəf  ağa,  Mirzə  Tahir  Əfəndi,  Əyyub  kişi,  Məm-
məd  Səfi,  Molla  Nurməmməd,  Aslan  baba,  Məşədi 
Bağır,  Mirzə  Rahab,  Arakel,  Saşa,  keşiş  Mikayıl, 
Petros    dayanmışdılar.  Osmanlı  ordusunun  Ədif 
bəyin  rəhbərliyi  altında  olan  əsgərləri  kütlənin  qar-
şısında hər on addımdan bir dayanmışdı. Onlar baş 
verə  biləcək hər hansı  bir hadisənin  qarşısını almaq 
üçün təlimatlandırılmışdılar.  
 Ədif bəy qızıl sepli cib saatını   döşlüyünün yan 
cibindən  çıxarıb  baxdı,  vaxt  keçirdi,  amma  hələ  də 
Rövşən bəydən bir xəbər yoxdu, öz-özünə pıçıldadı: 
  - Rövşən bəy nerədə kaldı? 
    Ədif  bəyin  pıçıltı  ilə  dediyi  söz  bir  an  da  bir 
uğultuya  çevrilib  kütlənin  içində  dolaşdı.  Bütün 
türklər  və  qaçqınlar:-  Rövşən  bəy  harada  qaldı?- 


Nizami Muradoğlu 
 
230
deyərək  bir-birinə  müraciət  etdi.  Gözlər  Ala  daş 
tərəfdən gələn yola dikildi. 
Rövşən  bəy  dəqiq  adamıydı,  vaxtını  qiymət-
ləndirməyi  bacarırdı.  Zamanı  saatlara,  saatları 
dəqiqələrə  ayırıb  vaxtı  itirməkdən  xoşlanmazdı.  Bu 
günkü  azacıq  gecikməyi  də    məlum  səbəbdən  baş 
vermişdi.  Azacıq  yubansa  da,  Rövşən  bəy  ağ  atın 
belində,  əlində  Azərbaycan  cümhuriyyətinin  üç 
rəngli bayrağı  meydana daxil oldu.  
Səhərdən  gözlədiyi  xəbərin  əvəzində  Rövşən 
bəyin ağ atın belində, əlində Azərbaycan Demokratik 
Cümhuriyyətinin üç rəngli bayrağı meydana girdiyini 
görüncə    Arakelin  rəngi  ağardı,  ayaqları  titrədi, 
qəzəbindən yerində əsməyə başladı. Arakelin bu halını 
görən  erməni  dığaları  nə  etmək  lazım  gəldiyini 
araşdırmaqda  çətinlik  çəkirdilər.  Gözlərini  Arakelə 
dikib  durur,  Arakeldən  bir  işarə gözləyirdilər.  Arakel 
hər  tərəfdən  türklərin  mühasirəsindəydi,  çıxılmaz 
duruma  düşmüşdü.  Arakelin  hesabıyla  Aşotun  qo-
şunu  çoxdan  Əylisə  girməliydi.  Təlimata  görə  Səbət-
keçməzə yaxınlaşanda Aşot atəş açaraq işarə verməli, 
burada  dığalar  fəaliyyətə  başlamalı,  türklərin  başı 
daxildəki münaqişəyə qarışdığı zaman Aşotun quldur-
ları onları mühasirəyə alıb qırmalıydı.   
Arakel  bu  durumu  düşünürkən  uzaqdan  açılan 
atəş səsi eşidildi, meydana toplananların diqqəti bir 
anlığa  səs  gələn  tərəfə  yönəldi.  Fürsətdən  istifadə 


 Baba ocağı 
 
231
edən  Arakel  qaşlarını  oynadaraq  dığalardan  birinə 
işarə verib Rövşən bəyi göstərdi.  
İkinci  gülə  açıldı.  Atəş  lap  yaxından,  meydanın 
içindən açılmışdı. Xain düşmənin gülləsi bu dəfə də 
Rövşən bəyin sinəsini yandırdı.     
Rövşən bəy müvazinətini itirib  atın yalına yıxılsa 
da,  əlindəki  üç  rəngli  bayrağı  saxlamağa  çalışırdı. 
Əsgərlərdən  biri  bayrağı  Rövşən  bəyin  əlindən 
ehmalca  alıb  göyə  qaldırdı.  Ədif  bəy  çaşqın 
vəziyyətə  düşdü,  gözləmədiyi  halda  Rövşən  bəyin 
vurulması onu sarsıtmışdı: 
  - Rövşən bəy, sana kim qıydı? 
Türk  əsgərləri  Rövşən  bəyi  ağ  atın  belindən 
endirib  bir  kənara  çəkdilər.  Türklərin  arasında 
uğultu  başladı,  əsgərlər  Rövşən  bəyi  vuran  adamı 
axtarıb  tapmağa  cəhd  göstərir,  qaynayan  kütlənin 
qarşısını almağa çalışırdılar.  
Yerli  türklər  də,  qaçqınlar  da  yaxşı  başa 
düşürdülər  ki,  bu  iş  ermənilər  tərəfindən  qurulmuş 
planın  tərkib  hissəsidir.  Bununla  belə  yenə  də  hər 
kəs bir mülahizə irəli sürürdü. 
 
 
 
 
 Qulam alaqaranlıqdan kəhəri minib Nüs-nüsə iş 
dalınca  getmişdi.  Nüs-nüsdə  onu  nahara  saxlamaq 
istəsələr də, oturmadı, bacardıqca tez qayıdıb kəndin 


Nizami Muradoğlu 
 
232
mərkəzində  günorta  saatlarına  təyin  olunmuş 
toplantıda  iştirak  etməyə  tələsirdi.  Qulama  “od 
almağamı  gəlmişdin?”  dedilər.  Qulam  da  ;-  vallah, 
elə od almaq kimi bir şeydi- deyib kəhərin cilovunu  
tərpətdi.  Kəhər  bir  anda    Nüs-nüs  dağlarını  aşıb 
Əlmüzür dərəsinə keçdi. Qulam Əlmüzür dərəsində 
atın  cilovunu  boşladı,  at  da  yorğa  yerişlə  tənbəl-
tənbəl  yeriməyə  başladı.  Ala  daşın  yaxınlığında, 
dərənin dibində bir meyid vardı, yaxınlaşıb diqqətlə 
baxıb  Anastası  tanıdı,  bu  alçağı  özü  imkan  tapıb 
öldürə  bilmədiyi  üçün  özünü  danladı,  ürəyini 
Anastasın ünvanına bir-iki söyüş deməklə soyutdu : 
    -  Daşnak  köpəyoğlu,  it  kimi  cəbər,  səni  bura 
azdıranın...    
  Kəndin  ümumi  toplantısının  keçiriləcəyi  bir 
gündə  Anastasın  Ala  daşın  dibində  vurulması  çox 
ciddi  mətləblərdən  xəbər  verirdi.  Ala  daş  və  Ala 
daşın ətrafı Rövşən bəyin müntəzəm gəlib getdiyi bir 
məkandı.  Qulam  başa  düşürdü  ki,  nəsə  qeyri-adi 
hadisə  baş  veribdi.  Kəhəri  mahmızladı,  bir  an  öncə 
özünü mərkəzi meydana çatdırdı, atdan endi.  
Rövşən  bəyi  arxası  üstə  daşların  üstünə 
uzatmışdılar.  Ədif  bəy  onun  yanında  durmuşdu, 
fikirliydi.  Rövşən  bəyin  kürəyindən  axan  qan 
daşların  üzəriylə  süzülüb  gedirdi.  Gözləri  açıqdı, 
göy  üzünə  baxırdı,  Qulamın  səsini  eşidib  başını 
qaldırmaq  istədi,  lakin  qaldıra  bilmədi.  Qulam  tez 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə