Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə55/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   49   50   51   52   53   54   55   56   57

 Baba ocağı 
 
225
Xəlil  bəyin  komandanlığı  altında  azacıq  bir  qüvvə 
saxlanılmışdı.  Hər  yerdə  sabitlik  bərqərar  olmuş, 
qayda-qanun yaradılmışdı.  
Ədif  bəyin  də  Ordubadı  tərk  edib  gedəcəyinə 
sayılı  günlər  qalmışdı.  Amma  hələ  də  qaçqınlıq 
həyatından  əziyyət  çəkən,  belə  getsə,  qarşıdakı  qışı 
da çöldə-bayırda keçirmək məcburiyyətində qalacaq-
ları qorxusu ilə yaşayan qaçqınlardan bir neçə nəfər; 
oxçulu  Mustafa  bəy,  Cəlil  paşa  və  s.  yığışıb 
Naxçıvana Xəlil paşanın yanına şikayətə getmişdilər. 
Xəlil  paşa  da  Əylisə  gəlib  Ədif  bəy,  Rövşən  bəy  və 
erməni  icmasının  rəhbərləri  ilə  görüşmüş,  qaçqın-
ların yerləşdirilməsi ilə bağlı təkliflərini vermişdi.  
Rövşən  bəyin  qərarı  qətiydi.  Bu  günkü  yığın-
caqda  konkret  olaraq  görüləcək  işlər  planlaş-
dırılmalı, qaçqınlar üçün vəsait ayrılmalı, mənzillərin 
tikilməsi işi təxirə salınmadan həll edilməliydi.  
Bu  yığıncaqda  qaçqın  həyatına  son  qoyulmalı, 
qaçqın problemi həll olunmalıydı.  
Rövşən  bəy  ötən  il  Bakı  səfərində  olarkən  de-
mokratik  cümhuriyyətin  nümayəndələri  ilə  görüş-
düyü  zaman  xatirə  olaraq  ona  cumhuriyyətin  üç 
rəngli bayrağı hədiyyə edilmişdi.  
Rövşən  bəy  də  bu  toplantıda  Azərbaycan  De-
mokratik  Cumhuriyyətinin  üç  rəngli  bayrağını 
qaldırmağı  qarşısına məqsəd qoymuşdu. 
Yığıncağın vaxtına isə hələ çox vardı. 


Nizami Muradoğlu 
 
226
 Ağ  at  səhərdən  kişnəyir,  dırnaqları  ilə  yeri 
eşirdi.  Rövşən  bəy  gəncliyində  də  tez-tez  at  minər, 
çapar,  at  yarışlarında  iştirak  edərdi.  Həmişə  də 
özünün ağ atı olmasını arzulamışdı. Hələ uşaq vaxtı 
Əylisdə gördüyü bir ağ at vardı, kimin atı olduğunu 
unutmuşdu, amma o yadındaydı ki, ona “soldat atı” 
deyirdilər.  Belə  bir  at  istəyirdi.  Əylisə  qayıdandan 
sonra  at  satanlar  ilə  əlaqə  saxlayıb  uzun  soraq-
laşmaların nəticəsində tapıb ala bildiyi ağ atın misli 
yoxuydu,  həmişə  də  Rövşən  bəyə  uşaq  vaxtı 
gördüyü ağ “soldat atını” xatırladırdı.  
Rövşən bəy geyinib bayıra çıxdı, ağ ata yaxınla-
şıb  alnını  qaşıdı,  at  burnunu  Rövşən  bəyin  qoltu-
ğunun altına uzadıb iylədi. Rövşən bəy atı yəhərləyib 
küçəyə  çıxartdı,  sıçrayıb  atın  belinə  qalxdı,  vaxtını 
keçirmək, əzginliyini çıxartmaq məqsədi ilə Ala daşın 
dibində yaratdığı cənnət guşəsinə baş çəkmək istədi. 
Payızın yelləri cənnət guşəsini soldurub saraltmış, 
təbiətin  hüsnünə  bir  məhzunluq  çəkmişdi.  Rövşən 
bəyə  elə  gəlirdi  ki,  qoca  təbiət  insanlara  görə  dəyişir, 
yoxsul,  səfalət  içərisində  yaşayan,  həyatda  qalmağa 
can  atan  qaçqınlar  ilə  təbiətin  arasında  gözə  görün-
məyən bir bağlılıq yaranırdı. Bəlkə də bu bağlılıq ona 
görəydi  ki,  bu  il  hələ  də  qar  yağmamışdı,  bəlkə  də 
təbiət  qaçqınlara  rəhm  edir,  onların  yurd-yuva  qura 
biləcəyi  günü  gözləyirdi.  Bilmirdi,  onu  bilirdi  ki,  bu 
gün  sonuncu  gündür,  bu  gün  qaçqınların  taleyində 
mütləq dəyişiklik olmalıydı, olacaqda da.  


 Baba ocağı 
 
227
Rövşən bəy bu xəyallar içərisində gəlib Ala daşın 
yanına  çatdı,  atdan  endi,  cilovun  kəmərini  yəhərin 
qaşına  bağlayıb  atı  çəmənliyə  buraxdı.  Ağ  at 
çəmənlikdə  balaca-balaca  göyərən  otların  başını 
qırpıb yeyirdi. 
 Anastas  neçə  müddətdi  Rövşən  bəyi  güdür, 
tapşırığı  yerinə  yetirməyə  fürsət  axtarırdı.  Anastas 
bilirdi  ki,  Rövşən  bəy  tez-tez  Ala  daşın  dibindəki 
cənnət  guşəsinə  gəlir.  Bura  sakit,  kənddən  kənar 
olduğundan  Anastas  fikirləşirdi  ki,  həm  də  öz 
məqsədini yerinə yetirməyə münasib yerdir.  
 Rövşən  bəy  onu  gözləyən  xəyanətdən  xəbər-
sizdi, Ala daşın üstünə qalxıb oturdu. Buradan Araz 
və  Arazın  cənub  sahilindəki  dağlar  əl  içi  kimi 
görünürdü.  Yadına  Araz  dərdini  içindən  keçirib 
oxunan bir xalq mahnısı düşdü, dodaqları titrədi:  
 
  Arazı ayırdılar, 
  Su ilə doyurdular. 
  Mən səndən ayrılmazdım, 
  Zülmünən ayırdılar.  
 
 Mahnı yarımçıq qaldı, kürəyində bir yanğı hiss 
etdi,  düşmən  onu  arxadan  vurmuşdu.  İsti-isti 
yarasının  dərinliyini  aydınlaşdıra  bilmədi,  arxaya 
çevrilib  Anastası  gördü.  Anastas  arxayın-arxayın 
qürurlu  şəkildə  ayaq  üstə  durub  baxır,  bəlkə  də 
Rövşən  bəyin  qıvrılıb  öləcəyi  anı  gözləyirdi,  amma 


Nizami Muradoğlu 
 
228
yanılmışdı.  Rövşən  bəyin  özündən  asılı  olmayaraq 
dilindən  çıxan  “namərd”  sözü  Anastasa  yetməmiş, 
naqanının  qızıl  gülləsi  ürəyini  deşib  keçdi.  Anastas 
müvazinətini  saxlaya  bilməyib  dərəyə  yuvarlandı, 
parça-parça oldu.  
 Rövşən  bəy  son  qüvvəsini  toplayıb  ayağa 
qalxdı, Ala daşın ətəyinə endi, ağ kəhəri səslədi. Ağ 
at  kişnəyib  özünü  Rövşən  bəyə  yetirdi.  Rövşən  bəy 
ağ atın belinə qalxdı, atın cilovunu boşladı.  
  
 
 
   Arakel  çox  nigarandı.  Əgər  bu  yığıncaq  baş 
tutarsa,  Arakel  xeyli  torpaq  sahəsi  itirəcəkdi,  ona 
görə də  mümkün  qədər  bu  işə maniəçilik  törətmək, 
erməni qüvvələrini toplayıb türklərin baş bilənlərini 
bir-bir sıradan çıxartmaq, Əylisi əllərində saxlamağa 
çalışırdı.  Amma  Arakel  qəzəbi  içində  vulkan  kimi 
püskürməyə  hazır  olan  qaçqınların  səbir  kasasının 
dolduğu  haqqında  nəinki  fikirləşmir,  hətta,  tezliklə 
onları  buradan  uzaqlaşdırmaq,  yox  etmək  istəyirdi.  
Arada Anastasa və erməni dığalarına verdiyi sonun-
cu  tapşırığı  yada  salıb  bir  qədər  təskinlik  tapır, 
Rövşən  bəyin  ölüm  xəbərini,  Nijdehin  və  parağalı 
Aşotun  silahlı  dəstəsinin  gəlişini  səbirsizliklə  gözlə-
yirdi. 
 Arakelin təlimatı ilə qurulmuş plana görə erməni 
dığaları  yaxınlıqdakı  etibarlı  yerlərdə  silahlarını 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə