Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə50/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   46   47   48   49   50   51   52   53   ...   57

 Baba ocağı 
 
205
da  akta  qol  çəkməlidir.  Hafiz  çox  məşhur  atıcı  idi, 
dəfələrlə  yarışlarda  uzaq  məsafədən  yumurtanı, 
hətta  çöpü  vurmaqla  birincilik  qazanmışdı.  Hamas 
bilirdi  ki,  atışma  olarsa  Hafiz  təkbaşına  ermənilərin 
axırına  çıxa  bilərdi.  Sonra  adbaad  kəndin  sayılan 
kişilərini  Cəlil  paşanın  evinə  çağırdılar.  Bu  əsnada 
Niydehin  silahlı  quldurları  kəndə  daxil  oldular. 
Təsadüfən Cəlil paşa da gəlib çıxdı. Cəlil paşa evinə 
girmiş  quldurları  görəndə  başa  düşdü  ki,  ermənilər 
onları  tələyə  salıblar.  Ermənilərdən  biri  guya 
zarafatla  Cəlil  paşaya  dedi  ki,  bəs  Cəlil  paşa,  sən 
evdə  yoxdun,  biz  dost  kimi  ərk  edib  sandığı 
sındırdıq, oradan qənd götürüb çay qoyub içdik.  
 Sonra  ermənilərdən  ikisi  öz  aralarında  da-
nışdılar.  Biri  dedi  ki,  “bir  saatlıq  dostluğun  içinə 
lənət,  burada  nələr  olacağını  heç  Allah  da  bilməz”. 
Cəlil paşanın qulağı bu sözləri aldı. Cəlil paşa yəqin 
etdi  ki,  bu  məsələ  göründüyündən  daha  ciddidir. 
Bundan  xeyli  əvvəl  erməni  dostu  Yaqubun  xəbər-
darlığını  xatırladı,  ürəyində  özünü  danladı,  kənd 
adamlarının ona inanmamasına təəssüf etdi. Nijdehin 
adamları  qapının  ağzını  kəsib  durmuşdular,  bir-bir 
kəndin sayılan adamlarını tapıb gətirir, tərkisilah edib 
otağa toplayırdılar. 
 Ermənilər  Cəlil  paşanın  evinə  Pirdavdanın  əsas 
adamlarını  yığmışdılar.  Hamı,  o  cümlədən  Cəlil  paşa 
da  bu   oyu nu n  nə  ilə  nəticələnəcəyini  gözləyirdi.  Bu  
zaman  silahlı  ermənilərdən  biri  içəri  girib  məlumat 


Nizami Muradoğlu 
 
206
verir ki, kənddə olan kişilərin hamısını yığmışıq, bircə 
Mir Yəhyadan başqa. Deyirlər ki, Mir Yəhya haradasa 
səngərdədir. 
 Hamas  Cəlil  paşanı  arxayın  salmaq  məqsədi  ilə 
dedi: 
 -  O  kimdi  Cəlil  paşanın  yanında.  Biz  hamımız 
oturmuşuq  burda  onu  gözləyirik.  Cəlil  paşa,  dur  get, 
tut  onun  qulağından  gətir  bura,  müqaviləmizi 
imzalayaq, söhbətimizi edək, çıxıb gedək! 
Bu  göstəriş  sanki  Allah  tərəfindən  Cəlil  paşaya 
açılan  yoluydu.  Cəlil  paşa,-  baş  üstə,  mən  bu   dəqiqə 
tapıb gətirərəm,- deyib bayıra çıxdı. 
 Cəlil paşa fürsətdən istifadə edib tələsik Qasımlı 
məhəlləsinə  gəldi,  vəziyyəti  Mir  Yəhya  ağaya,  çavuş 
Əliyə və orada yığışanlara izah etdi.  
Cəlil  paşa  evdən  çıxandan  sonra  Hamas  səhv 
etdiyini  başa  düşdü  və  Cəlil  paşanın  ardınca  silahlı 
göndərdi.  Silahlı  quldur,  səngərə  yaxınlaşanda  Bilalla 
rastlaşdı,  silahını  çəkib  Bilalı  vurdu,  eyni  zamanda 
Bilal  da  onu  vurdu,  hər  ikisi  öldü.  Bilalın  anası 
Güləbətin  qarı  nalə  çəkdi,  oğlunu  vuran  dığanın 
qarnını  yırtıb  ciyərini  çıxartdı,  aparıb  qancıq  itin 
qabağına  atdı  ki,  it  yesin,  erməni  hökmdən  düşsün. 
Güləbətin arvad inanırdı ki, belə bir iş görərsə, mütləq 
arzuları çin olacaqdı.  
Hamas  göstəriş  verdi,  qapıları  bağlayıb  Cəlil 
paşanın  evinə  od  vurdular.  Bayıra  çıxmağa  cəhd 
edənləri  yerindəcə  güllələdilər.  Tüstü-duman  diri-diri 


 Baba ocağı 
 
207
yananların  fəryadına  bürünüb  göylərə  bülənd  oldu. 
Nijdehin  quldurları  evlərə  girib  yağmalayır,  evlərdə 
tək-tək qalmış əlsiz-ayaqsız qocaları, ağbirçək qadınları 
və uşaqları güllələyirdilər. Mir Yəhya ağanın və çavuş 
Əlinin  qurduğu  səngərdə  atışma  gedirdi.  Nəzərəli, 
Güləbətin  arvad  vuruldu.  Nijdehin  adamları  səngəri 
üç tərəfdən mühasirəyə almışdılar. Mir Yəhya ağa başa 
düşürdü ki, sursatları azalır, adamları qırılır, Nijdehin 
quldurları isə həlqəni getdikcə daraldırdılar.  
Qurtuluş  yolu  ancaq  burada  olanları  aradan 
çıxartmaqdı.  Mir  Yəhya  ağa,  Cəlil  paşa,  çavuş  Əli 
ayaqüstü məsləhətləşib  qərar  qəbul  etdilər.  Göstəriş 
verildi,  sağ  qalanlar  bir-bir  evdən  çıxıb  meşəyə 
girdilər  və  dağ  yoxşa  dırmaşmağa  başladılar.  Kəndin 
sağ  qalan  adamlarının  köçü  başladı,  Ailə  başçısını 
itirmiş qadınların əksəriyyəti balaca uşaqların hamısını 
götürə  bilmirdilər,  yol  uzaq,  hava  soyuq,  arxadan  da 
düşmən  gülləni  yağış  kimi  yağdırırdı.  Dörd-beş  və 
hətta daha çox uşağı olanlar vardı, məcbur olub ən çox 
iki  uşağını  özüylə  apara  bilirdi,  qalanını  evdə  qoyub 
çıxmalı olurdu. İki uşağını evdə qoyub çıxanlardan biri 
də  Zeynəbiydi.  Zeynəb  7-9  yaşlarında  iki  qızını  evdə 
qoyub çıxmaq məcburiyyətində qaldı. Beş yaşlı oğlunu 
arxasına bağladı, bir əlinə silah aldı, o biri əliylə də on 
iki  yaşlı  böyük  qızının  əlindən  yapışıb  yola  düşdü. 
Zeynəb  gənc  yaşlarından  dul  qalmışdı,  əri  cavan 
ikən  xəstələnib  ölmüşdü,  təkiydi,  heç  nəyə  ümidi 
gəlmirdi.  Fikirləşirdi  ki,  kənddən  bir  qədər 


Nizami Muradoğlu 
 
208
aralandıqdan  sonra  böyük  qızını  və  oğlunu  bir 
daldanacaq  yer  tapıb  gizlədər,  sonra  da  digər  iki 
qızının  ardınca  gələr.  İki  gün  öncə  bişirdiyi  fətirin 
arasına yağ sürtüb qızlarına vermişdi, tapşırmışdı ki, 
samanlıqda gizlənib bayıra çıxmasınlar.  
Qar  getdikcə  şiddətlənir,  soyuq  neştər  kimi 
kəsirdi. Sam yeli əsir, tufan cövlan edir, camaatı qırıb 
tökürdü. Nə qədər ermənilər qırmışdısa, bir o qədər 
də  insanlar  yallarda  soyuqdan  donub  ölürdü. 
Uşaqlar  yollarda  buz  bağlayır,  donur,  adamların 
əlini,  ayağını  soyuq  aparırdı.  Zeynəbin  bir  ayağını, 
Mehrinisənin  (Elçibəyin  anası)  bir  ayağını,  Qaraşın 
iki ayağını, Cavad kişinin dabanını soyuq apardı.  
Köçdən  salamat  qalanlar  Pəzməri  və  Unus 
kəndlərinə  gəlib  çatdılar.  Bir  müddət  burada  tanış 
adamların,  qohumu  olanlar  qohumlarının  yanında 
qalandan sonra Əylisə gəldilər.  
Zeynəb və digər uşaqları Pirdavdanda qalanlar 
ağır  duruma  düşdülər,  uşaqlarını  gətirmək 
məqsədilə daha geri qayıda bilmədilər.  
Əylisdə  ermənilər  öz  evlərində  oturmuşdular, 
Ədif  bəy  burada  sabitliyi  qoruyub  saxlamağa 
çalışırdı.  Rövşən  bəy  Əylis  türkləriylə  birlikdə 
Nuhgədihdən gələn qaçqınları ancaq yerləşdirirdilər. 
Ermənilər  qaçqınların  yerləşdirilməsinə  nəinki 
köməklik  göstərmir,  əksinə  bu  gün-sabah  And-
ranikin qoşununun yenidən Əylisə gələcəyi haqqında 
şaiyələr yayırdılar. Belə olan təqdirdə qaçqınlar burada 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə