Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə48/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

 Baba ocağı 
 
197
alaçıqlar qurulur, bütün ərzaq ehtiyatı talan edilmiş 
ailələrə imkan daxilində maddi yardım göstərilirdi.  
 Nuhgədih  kəndindən  gələn  qaçqınların  Əylisə 
axını  ilə  bazarda  bahalıq  başladı.  Nuhgədiklilərin 
bütün ərzaq ehtiyatı və xüsusən də taxılı Andranikin 
quldur dəstəsi tərəfindən talan edilib aparılmışdı. Bir 
girvənkə  un  üçün  bütün  günü  işləmək  tələb 
olunurdu, iş isə yoxdu. Nuhgədiklilər əllərində qalan 
mal-heyvanı  dəyər-dəyməzinə  satır  və  ya  taxıla 
dəyişirdi.  Acından  ölməmək  üçün  ən  ağır  işləri 
görməyə məcbur olurdular. Bir tikə çörək ucbatından 
nuhgədihlilərin ən ağır və zillətli işlərdə çalışdırılması 
Rövşən  bəyin  izzətinə  toxunur,  imkan  olduqca  bu 
binəva insanlara kömək etməyə çalışırdı. 
 Erməni  icması  maddi  yardım  göstərilməsinin 
qəti  olaraq  əleyhinə  çıxdı  və  heç  bir  köməklik 
göstərmədi.  Hətta  bəzi  hallarda  qaçqınlara  təsərrüfat 
sahələrində  problemlər  yaşatdılar.  Nuhgədihlilərin 
heyvanlarının  içərisində  keçilər  çoxuydu.  Uşaqlar 
heyvanları  dağın  ətəyində  otararkən  bəzən  keçilər 
yayınıb  erməni  bağlarına  girirdi.  Keçiləri  bağdan 
çıxararkən  balaca  uşaqlar  bağlardakı  meyvələrdən 
yığıb  yeyərdilər.  Belə  vaxtlarda  erməni  uşaqları 
onlara sataşır, “qaçqın” deyib lağ edirdilər. Bu kimi 
səbəblərdən uşaqların arasında tez-tez qovğa olurdu. 
Bütün  bunları  böyük  səs-küyə  çevirən  ermənilər 
Ədif bəyə şikayət etdilər. 
 


Nizami Muradoğlu 
 
198
 
 
 
17 oktyabr 1918-ci il, hicri tarixiylə 1334-cü ilin 
məhərrəm  ayının  10-u  aşura  günüydü.  Şah  Abbas 
məscidində  Məhərrəmlik  mərasimi  keçirilirdi. 
Məscidin həyəti, qarşısındakı meydan, bütün məhəl-
lələr adamla doluydu. Uşaq, böyük, kiçik, qadın, kişi 
bir-birinə  qarışmışdı.  Molla  Nurməmməd  bir  dəstə 
ağ  geyimli  kişilərin  önündə  gedərək  sağ  əliylə 
sinəsinə çırpa-çırpa yanıqlı bir səslə oxuyurdu: 
 
Necə qan ağlamasın daş bu gün? 
Kəsilib yetmiş iki baş bu gün. 
Hüseyn vay, ağam vay! 
 
Zəngir vuranlar zəngirlərini kürəklərinə vurur, 
sinə  döyənlər  sinələrinə  döyür,  “Şah  Hüseyn,  ah 
Hüseyn”  deyib  fəryad  edirdilər.  Digər  bir  dəstə 
meydanda  gənclərdən  ibarət  təşkil  edilmişdi.  Bu 
dəstənin  də  başında  gedən  cavan  uca  səslə  oxuyur, 
sinəsinə çırpırdı: 
 
Bu gün məhşər günüdür, Kərbala viran olur
Əli-əkbər ağamız qanına qəltan olur. 
Şahi-mərdan ağamız Hüseyn vay, Hüseyn vay! 
 


 Baba ocağı 
 
199
 Molla  Nurməmmədin  başçılıq  etdiyi  dəstə 
məscidin  həyətindən  çıxıb  üzü  aşağı  Xanlar 
məhəlləsindən  keçərək  müsəlman  qəbirstanlığının 
yanındakı  düzənliyə  doğru  hərəkətə  başladı.  Mey-
danda olan gənclər, uşaqlar da Molla Nurməmmədin 
dəstəsinin ardınca gedirdi. Şaxsey gedənlərin fəryadı 
göylərə bülənd olurdu. 
Qəbirstanlığın  yanındakı  düzənlikdə  Əylisin 
bütün camaatı yığışmışdı, iynə atsan yerə düşməzdi. 
Buraya  Vırağırd,  Xoşkeşin  və  digər  məhəllə 
məscidlərindən  də  şaxsey  gedənlərin  dəstələri  gəlir, 
burada birləşib mərasimi birlikdə davam etdirirdilər. 
Dəstənin  önündə  ələm  gəzdirənlər  gedir,  oxunan 
nohələrə  uyğun  olaraq  sağa-sola  ləngər  vurur, 
mərasimin  ağırlığını  nəzərə  çarpdırırdılar.  Nohə 
deyən  şəmmaların  yanıqlı  səsləri  dağlarda  əks-səda 
verirdi.  Dəstələr  bir-birinin  ardınca  hərəkət  edirdi. 
Hər  dəstənin  önündəki  şəmmaların  oxuduqları 
nohələr bir-birindən fərqlənirdi. 
 Vəcdə  gələn  gənclərdən  xəncər  ilə  başını 
yaranları ətrafdakılar zorla dartıb sıradan çıxarır, bir-
bir  kənara  çəkib  başını  sarıyır,  su  içirdib  özünə 
gətirməyə  çalışırdılar.  Osmanlı  ordusunun  bölüm 
komutanı  Ədif  bəy  də  Rövşən  bəylə  birlikdə  Əylis 
türklərinin  “Kərbala  müsibəti”  adlandırdıqları 
mərasimi  izləyirdi.  Xəncərlə  başını  yaranların  qarşı-
sını  almağa  çalışdısa  da,  vəcdə  gəlmiş  kütlə  Ədif 
bəyi kənara tulladı: 


Nizami Muradoğlu 
 
200
- Yahu, bu nasıl olur, əfəndim Rövşən bəy! 
-  Ədif  bəy!  Bu  gün  bu  insanların  qarşısına 
çıxılmaz,  bunların  hər  biri,  İmam  Hüseyn  yolunda 
şəhid  olmağı  müqəddəs  borc  bilən  adamlardır. 
Yaxşısı budur ki, siz bunların işinə qarışmayasınız.  
Meydan  yaralılarla  doluydu.  Qadınlar  ağlayır, 
yaralı uşaqları, gəncləri evlərə aparmağa çalışırdılar. 
Adamlar  sanki  savaşdan  çıxmışdılar.  Gün  günorta 
olanda  kimsə  ucadan  “qətl  sındı”  dedi.  Səhərdən 
özlərini həlak edən, baş yaran, sinə vuran adamların 
hərəkətində birdən-birə bir sakitlik yarandı. Dəstələr 
bir-birindən  aralanıb  hərəsi  bir  tərəfə  çəkildi.  Divar 
diblərində  yaralılara  baş  çəkənlər,  cırılmış  köy-
nəklərini  sahmanlamağa  çalışanlar,  üz-gözləri  toz-
torpağın  içində  görünməz  olanlar  uşaqların  gətir-
dikləri  su  ilə  üzlərini  yuyur,  “lənət  Yezidə”  de-
yirdilər.  
Beləliklə “Kərbəla müsibəti” başa çatdı. Yaşlılar, 
bir  qədər  özünə  gələnlər  Molla  Nurməmmədin 
arxasınca məscidə tərəf getdilər. 
 
 
 
Rövşən  bəy  hələ  də  aşura  gününün  təsiri  altın-
daydı.  Xüsusən,  gənclərin,  mədrəsə  öyrəncilərinin  bu 
mərasimdə  baş  yarmaları  onu  çox  narahat  edirdi. 
Mədrəsəyə gedib Mirzə Rahab ilə danışmaq istəyirdi.  


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə