Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə45/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   41   42   43   44   45   46   47   48   ...   57

 Baba ocağı 
 
185
olacağı təqdirdə Əylis erməniləri bu zaman daha çox 
zərər  görəcəklər.  Osmanlı  bölüyü  də  bizimlədir. 
Gəlin  fikirləşək.  Arakel  ağa,  sən  öz  var-dövlətini 
itirmək  istərmisən?  Ya  Saşa  ağa,  sən?  Biləsiniz, 
Əylisdə ola biləcək hər hansı bir hadisə, Arakel ağa, 
sizdən  görüləcəkdir.  İndi  söz  sizindir,  buyurun 
ağalar!  
Arakel ağa yerində qurcalandı, sifəti qıpqırmızı 
oldu. Keşiş Mikayıl söz aldı: 
-  Allah  bağışlasın.  Rövşən  bəyin  necə  sağlam 
düşüncəli bir insan olduğunu bilirik. Xeyirxah işləri 
də  gözlərimizin  qarşısındadır.  Bu  gün  onun  de-
diklərinə çox hassaslıqla baxmalıyıq. Bu kənd bizim 
göz  bəbəyimizdir.  Ona  görə  də  biz  bu  kəndi  qoru-
malıyıq. 
Hacı Nəcəf ağa təklif verdi: 
 -  Mənə  elə  gəlir  ki,  biz  gedib  Andranikin 
adamlarıyla  görüşməli,  onları  Əylisə  girmək 
fikrindən uzaqlaşdırmalıyıq.  
- Amma necə?- yerdən suallar verildi. 
-  Onu  Arakel  ağa  həll  etməlidir,-  deyə  Rövşən 
bəy müdaxilə etdi,- Arakel ağa Andranikin adamları 
ilə  əlaqə  yaratmalı,  bizim  nümayəndələr  onlarla 
görüşməli,  Arakel  ağa  özü  və  ailəsi  burada  girov 
qalmalıdır. 
-  Sən  nə  danışdığının  farqındamısın?-  deyə 
Arakel bozardı. 


Nizami Muradoğlu 
 
186
 - Mən dediyim sözün fərqindəyəm. Əylisdə baş 
verə  biləcək  hadisələrə  bilavasitə  siz  cavab 
verəcəksiniz,  ona  görə  də  biz  sizi  girov  saxlamaq 
məcburiyyətindəyik.  
Söhbətin gərcinləşdiyini hiss edən Ədif bəy hər 
iki tərəfi sakitləşdirməyə çalışdı: 
-Arkadaşlar,  bana  müsaidə  edərmisiniz?  Ben 
buraya  sülh  namına  gəldim.  Maramım  da  burada 
sülhü  korumaqdır.  Andranikin  qoşunu  kapının 
ağzında. Burada kan tökülürsə, kimsə bundan fayda 
görməz.  Biz  birlik  olub  Andranikin  buradan 
uzaqlaşmasına çalışmalıyıq.  
Saşa ağa,- doğru, - deyə əlavə etdi,- man And-
ranik  ilə  gedib  görüşə  bilərəm.  Hacı  Nəcəf  ağa  da 
manımla gedərsə daha yaxşı olar. 
 Hacı Nəcəf ağa bu təklifə razılıq verdi. Qərara 
alındı  ki,  Andranikin  adamları  ilə  görüşsünlər. 
Andranikin  adamlarına  xəbər  göndərilib  Əylisin 
nümayəndələrinin  onlarla  görüşmək  istədikləri 
bildirildi.  Arakeli  könüllü  dəstələr  tərəfindən 
Əylisdə girov saxladı. 
 Andranikin  quldur  dəstələri  Vənəndin  yu-
xarısında  Disər  kəndində  düşərgə  salmışdı.  Hacı 
Nəcəf ağanı və Saşa ağanı qəbul edib onlardan xeyli 
təzminat  aldılar,  Əylisə  girmədən  dağ  yolu  ilə 
Zəngəzura tərəf getdilər. 
 Bu, Rövşən bəyin ən böyük qələbəsiydi. 
 


 Baba ocağı 
 
187
 
 
 
Andranikin  qoşunu  əsasən  iki  istiqamətdə: 
Vənənd  çayı  və  Gilançayı  boyunca  hərəkət  edərək 
Zəngəzura  girmək  istəyirdi.  Gilançayı  boyunca 
hərəkət edənlər qarşılarına çıxan kəndləri viran edir, 
əhalini  qılıncdan  keçirirdilər.  İstinad  duracaqları 
Parağa  kəndiydi.  Burada  Parağalı  Aşot  Tivililərə 
sifariş  göndərib  danışıqlar  aparmaq  məqsədi  ilə 
onları  Parağaya  dəvət  etdi.  Tividən  16  nəfər 
nümayəndə  heyəti  Parağalıların  təklifinə  inanaraq 
danışıq  üçün  Parağaya  gəldilər.  Qaçaq  Süleymanın 
başçılıq  etdiyi  dəstəni  danışıq  adı  ilə  aldadıb  tələyə 
saldılar,  hamısını  qırdılar,  dəstədən  təkcə  İbiş  adlı 
birisi qaçıb salamat qurtara bildi. Aşotun bələdçiliyi 
ilə  Andranikin  quldur  dəstəsi  Tiviyə  hücum  edib 
dinc  əhalini  qılıncdan  keçirdi.  Quldur  dəstələri 
kəndin hər tərəfini mühasirəyə alıb təkcə aşağı hissə-
də  dar  keçidi  açıq  saxlamışdılar.  Silahsız,  əliyalın 
adamlar  heç  nə  düşünmədən  qaçıb  qurtulmağa 
çalışırdılar.  On  beş  yaşlı  Babaxan  gizləndiyi  ağacın 
arxasından  baş  verənləri  izləyirdi.  Budur  kəndin 
sayılı  igidlərindən  olan  düşmənə  qarşı  durub 
vuruşan,  lakin  yetərli  gücün  olmadığını  görən  Nəbi 
damın  üstünə  çıxır,  əlində  bir  yaylıq  tutub 
yelləndirir: 


Nizami Muradoğlu 
 
188
-  Atəş  açmayın,  mən  Nəbiyəm,  gəlin  danışıq 
aparaq. 
Nəbinin  sözü  ağzında  yarımçıq  qaldı,  namərd 
düşmən  snayperi  Nəbinin  düz  ürəyindən  vurdu, 
Nəbi  damın  üstünə  yıxıldı,  elə  bil  ki,  bir  dağ  uçdu. 
Düşmənin  amansızlığını  görənlər  sağ  qalacaqları 
ümidini  tamamilə  itirdilər.  Babaxan  da  gizləndiyi 
yerdən  çıxıb  qaçanlara  qoşuldu,  yolun  böyük 
hissəsini  arxada  qoymuşdu,  dar  keçidi  keçməyə  az 
qalırdı.  Ürəyində  Allaha  yalvarır,  onu  hifz  eləməsini 
istəyirdi.  Arxadan  ermənilər  gülləni  yağış  kimi 
yağdırır, adamlar tut kimi ələnirdi. Ətrafında yıxılanlar 
vəziyyəti daha da çətinləşdirirdilər. Az qalırdı, lap az 
qalırdı,  bircə  bu  keçidi  keçə  bilsəydi,  amma  yıxılan 
adamları adlayıb keçmək elə də asan deyildi. Babaxan 
qaçırdı,  arxasına  baxmadan  qaçırdı.  Sonuncu 
addımlarını atmırdı, sanki uçurdu, azadlığa, qurtuluşa 
uçurdu, bircə bu keçidi keçə bilsəydi qurtulacaqdı. 
 Babaxan  yıxıldı.  Öncə  nə  baş  verdiyini  özü 
üçün  aydınlaşdırmağa  çalışırdı,  ətrafı  ölülər  və 
yaralılar  ilə  sarılmışdı.  Yaralıların  zarıması  qəlbini 
parçalayırdı.  Güllə  budunu  deşib  çıxmışdı. 
Budundan  qan  axırdı,  amma  dayanmaq  olmazdı. 
Qarnı  üstə  sürünüb  dar  keçidi  keçdi,  ətrafda 
böyürtkən  kolları  vardı,  kolları  aralayıb  arasına 
girdi.  Köynəyini  cırıb  budunu  bağladı,  qaçmaq 
imkanı  yoxuydu,  yorğunluqdan,  taqəqsizlikdən 
gözləri  yumulurdu.  Nə  qədər  yatdığını  bilmədi, 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə