Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə53/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   49   50   51   52   53   54   55   56   57

 Baba ocağı 
 
217
saxladığı  ağac-dəyənəyi  ehmalca  sağ  əlinə  keçirdi. 
Nəfəsini içinə çəkdi, yaxınlaşan erməni quldurunun 
üzərinə atıldı. Qəfil hüçumdan özünü itirən düşmən 
əl-qol açınça Baba dəyənəyini onun boğazına keçirib, 
var  qüvvəsi  ilə  sıxdı,  düşmən  xırıldayırdı.  Artıq 
taqətdən  düşən,  nəfəsi  kəsilmiş  düşmən  üzüqoyulu 
yerə yıxıldı. Baba çəld hərəkətlə düşmənin beşaçılan 
və  qılınçını  götürdü.  Beşaçılanın  lüləsini  yerdə 
uzanıb  keçinmiş  düşmənə  tərəf  tuşlayıb  yoxlamaq 
istədisə, ehtiyatlanıb bu fİkrİndən vaz keçdi.  
Baba  çox  heyvan  öldürmüşdü,  hətta  vəhşi 
heyvanları bəzən balaca bir bıçaq, yaxud dəyənək ilə 
vurub öldürmüşdü, amma insan öldürməyi xəyalına 
belə  gətirməmişdi.  Baba  ilk  dəfəydi  ki,  adam 
öldürürdü,  bu  adam  erməni  qulduru  olsa  da,  yenə 
də  adamıydı.  Öldürdüyü  adama  acıyırdı,  amma 
görəsən onun qoca atasını, günahsız anasını öldürən 
erməni  quldurları  da  heç  olmasa  ürəklərində 
binəvalara  acıyırdılarmı?  Bəlkə  elə  onun  əzizlərini 
öldürən  elə  bu  erməni  qulduruydu?  Kim  bilir?! 
Ürəyində - bu, anamın intiqamı olsun, - dedi. 
 Baba  rus  beşaçılanını  bir  neçə  dəfə  əlində  atıb 
tutdu.  Nişangahını  gözlərinə  yaxınlaşdırıb  yoxladı. 
Bir gözünü yumub, o biri gözü ilə nişan aldı. Amma 
atmadı.  Gülləyə  heyfi  gəlirdi.  Bu  güllələr  intiqam 
atəşi  ilə  açılaçaqdır,  -  deyə  düşündü.  Qılınçı  belinə 
bağladı.  Patrondaşı  sinəsindən  aşırdı.  Babanı  görən 
tanımazdı.  Baba  indi  özündə  bir  yüngüllük,  əzəmət 


Nizami Muradoğlu 
 
218
və  qüvvə hiss  edirdi. O,  indi  bir orduya qarşı  təkçə 
vuruşmağa  hazırdı.  Oxçulu  Baba  yamaçlarda  quş 
kimi səkirdi. 
Bu  minval  ilə  Ayı  çınqıllığını  keçmişdi,  Saq-
qarsuyu  adlamışdı,  yaxında  başıqarlı  Əylis  dağları 
görünürdü.  
 
 
 
Rövşən  bəy  son  zamanlar  çox  əziyyət  çəkirdi. 
Artıq  qaçqınların  Əylisdə  yerləşdirilməsindən  xeyli 
müddət  keçirdi.  Nuhgədihlilər  də,  Qafandan  gələn 
qaçqınlar da yeni həyata alışır, min zəhmət bahasına 
da  olsa,  yurd-yuva salmağa  çalışırdılar. Rövşən  bəy 
Ədif  bəylə  birlikdə  dəfələrlə  qaçqınların  Əylis 
ermənilərinə  hücum  etmək  təşəbbüslərinin  qarşısını 
almış,  nahaq  qan  tökülməsinə  imkan  verməmişdi. 
Amma gərginlik davam edir, üstəlik aclıq, səfalət baş 
alıb  gedirdi.  Arakel  erməni  tacirlərini  taxılı 
gizlətməyə,  qiymətləri  qaldırmağa  təhrik  edir, 
qaçqınları çörək problemi ilə üz-üzə qoyurdu. Çörək 
almaq  imkanı  olmayan  qaçqınların  içərisində 
dilənçilik,  oğurluq  halları  baş  verirdi.  Rövşən  bəy 
rəsmən  Ədif  bəyə  müraciət  etmək  məcburiyyətində 
qaldı. 
Müraciətdə 
taxılın 
qiymətinin 
sabitləşdirilməsi,  Arakelin  və  taxıl  alveri  ilə  məşğul 
olan  digər  erməni  tacirlərinin  anbarlarında  olan 
taxılın  qeydiyyatdan  keçirilməsi,  norma  daxilində 


 Baba ocağı 
 
219
satılması  əsas  prinsip  olaraq  qərarlaşdırılırdı.  Ədif 
bəy bu işdə bir qədər tərəddüd etsə də, Rövşən bəyin 
əsaslı  dəlilləri  qarşısında  razılaşmağa  məcbur  oldu. 
Beləliklə,  Ədif  bəy  vasitəsi  ilə  taxılın  satışının 
nəzarətə götürülməsi Arakelin kefinə soğan doğradı.  
 Ədif  bəy  rəsmən  Rövşən  bəylə  hesablaşırdı. 
Mühim  məsələlərin  müzakirəsi  zamanı  Arakelin  və 
digər  imkanlı  adamların  fikri  soruşulsa  da,  əksər 
vaxt onların dediklərinin əksinə qərar çıxarılır, sonda 
Rövşən  bəyin  mülahizələri  əsas  götürülürdü.  Digər 
bir  ciddi  məsələ  də  Əylislilərin  örüş  yerlərinin 
qaçqınların  mal-heyvanlarının  otarılması  üçün  açıq 
elan  edilməsiydi.  Bütün  bunlar  Arakeli  cin  atına 
mindirmişdi.  Arakel  başa  düşürdü  ki,  Rövşən  bəy 
durduqca  onun  artan  nüfuzu  erməni  icmasının 
üzvlərinə  də  təsirsiz  qalmır,  erməni  daşnaklarının 
gələcəyə  hesablanmış  planlarını  alt-üst  edir, 
türklərsiz Əylis planı iflasa uğrayırdı.  
 Arakel  vəziyyətin  dözülməz  bir  hala  gəldiyi 
haqqında  düşünür,  Rövşən  bəylə  haqq-hesabı 
çürütməyin  yollarını  arayırdı.  Türkləri  təşkilat-
lanmağa qoymaq olmazdı. Onların irəlidə olanlarını 
bir-bir  aradan  götürmək,  camaatı  başsız  buraxmaq 
lazımdı.  Ondan  sonrası  asan  olacaqdı,  turklər  bu 
torpaqlardan  birdəfəlik  didərgin  düşəcək,  erməni-
lərin  durumu  xeyli  yaxşılaşacaqdı.  Güzəştə  getmək 
ölümə  bərabərdi,  hər  nəyin  bahasına  olsa  da, 
türklərə indiki vəziyyətdə arxadan zərbə vurmaq ən 


Nizami Muradoğlu 
 
220
düzgün  yoldu.  Arakel  Niydehə  və  parağalı  Aşota 
məktub  yazıb  təyin  edilmiş  gün  silahlı  quldur 
dəstəsini  Əylis  ermənilərinin  köməyinə  gətirməsini 
xahiş  etdi.  Sonra  da  Anastası  yanına  çağırtdırıb  ona 
belə bir xüsusi tapşırıq verdi: 
 - Rovşanı aradan qaldırmaq lazımdı. 
 Anastas  fikrə  getdi,  bilirdi  ki,  hazırkı  durumda 
belə bir işə qol qoymağın nəticəsi yaxşı olmaya bilərdi. 
Ürəyindən keçənləri dilinə gətirdi:  
 - Arakel ağa, indiki zamanda bu, çox qorxuludu.  
 - Canındanmı qorxursan? 
 - Yox, canımdan qorxmuram, bunun yaxşı nəticə 
verməyəcəyindən qorxuram. Rövşən bəyi başqaları ilə 
bir  sıraya  qoymaq  olmaz.  Onun  ölümü  bizə  bəla 
gətirər.  Türklər  onu  çox  sevirlər,  gizlin  deyil  ki, 
bizimkilərdən də onu eşidənlər az deyil. 
 -  Bunu  yaxşı  dedin,  “bizimkilərdən  də  onu 
eşidən az deyil”. Məni də narahat edən elə budur. Belə 
getsə,  biz  gərək  namusumuzu  Rövşən  bəyin 
ayaqlarının  altına  atıb  tapdalayaq.  Sən  buna  necə 
dözə  bilərsən?  Yadındadı  Aykanı  aparıb  müsəl-
manların qəbirstanlığında basdırdılar. Tamaranı türkə 
ərə  verdilər.  Petrosu  yoluq  cücəyə  döndəriblər.  Mani 
girov  götürdülər.  Buna  nə  deyirsən?  Bir  o  qalıb  ki, 
gəlib  altımızdan  döşəyimizi  də  çəkib  aparsınlar.  Yox, 
Anastas! Yox! İlanın başını əzərlər. Nə olur olsun sən 
bunu  etməlisən.  Böyük  Hayastan  namına  etməlisən. 
Haylar  səni  unutmayacaq,  Hayastan  dövləti  sənin 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə