Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə51/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

 Baba ocağı 
 
209
da  özlərinə  münasib  yer  tapa  bilməyib,  məcbur  olub 
pələynən  Arazdan  keçib  o  biri  sahildə  Dizarıya  get-
dilər.  Pirdavdandan  gələnlər  Dizarıda  məskunlaşmaq 
istəyirdilər  ki,  farslar  başlarının  üstünü  kəsdirib 
torpaqbasdı pulu istədilər, pul verə bilməyənləri şallaq 
ilə  döyüb,  geri  qaytardılar.  Qaçqınlar  məcbur  olub 
yenidən  bu  tərəfə  keçdilər,  gəlib  Aşağı  Əylisin  kə-
narında bir yer tapıb hamısı bir yerdə qalmalı oldular.  
Nijdeh  isə  türklərdən  bir  qrup  adamın  qaçıb 
aradan  çıxmasını  həzm  edə  bilmirdi,  qəzəbi  aşıb 
daşırdı.  Göstəriş  vermişdi  kəndin  hər  tərəfini,  kol-
kosların  dibini,  uçulub-dağılmış  tövlələri,  təndirləri, 
ev  xarabalıqlarını  axtarır,  gizlənənləri  aşkara 
çıxarırdılar.  Quldurlar  Pirdavdan  kəndini  tar-mar 
etdi.  Kənddə  qalıb  gizlənən  uşaqları  sorğu-suala 
çəkir, güllələyirdilər. Zeynəbin kəndə qalan iki qızı da 
güllələnənlər  arasındaydı.  Bir  neçə  14-15  yaşlarında 
olan oğlanları əsir götürmüşdülər. Əsir oğlanları Nij-
dehin  özü  danışdırır,  hər  biri  haqqında  ayrılıqda 
hökm  çıxarırdı.  İşləmək  qabiliyyəti  olan  oğlanları 
quldurların ağır işlərini görməyə yönəldirdilər. 
Əsir düşən uşaqlardan biri də Fatalıydı. Nijdehin 
yanında  erməni  yaraqlıları  oturmuşdu.  Nijdeh 
uşaqları bir-bir qəbul edir, sorğulayırdı. Fatalı erməni 
dilini bilirdi. Onu təzəcə içəri salmışdılar ki, bir nəfər 
silahlı təlaşla içəri girib dedi: 


Nizami Muradoğlu 
 
210
-  Zəngilan  tərəfdən  türklər  hücuma  keçib, 
bizimkilər  davam  gətirə  bilməyib  geri  çəkilirlər,  bir 
nəfər də ölübdür.  
 Nijdeh naqanı çəkib bu sözləri deyəni alnından 
vurdu,  adam  yerə  yıxılıb  öldü.  Ara  qarışdı, 
ermənilərin danışıqlarından məlum oldu ki, bu adam 
Nijdehin  doğmaca  əmisi  oğluymuş.  Onun  belə  sözü 
silahlıların  yanında  deməsi  Nijdehi  əsəbiləşdirmişdi, 
guya  belə  sözlər  erməni  döyüşçülərində  ümidsizlik 
yaradırdı.  
Fatalı  gördü  ki,  ona  əhəmiyyət  verən  yoxdu, 
yavaşca  həyətə  çıxıb  oradan  qaçdı.  Buxçar  yoluyla 
Ələngəzdən aşıb gəlib Nüsnüsə çıxdı.  
 Fatalı  nüsnüslülərin  yanında  başlayır  işləməyə. 
Bir  dəfə  Xəlil  kişi  Ordubadda  bir  nüsnüslüylə 
rastlaşır.  Söhbət  əsnasında  nüsnüslü  deyir  ki,  Fatalı 
adında bir Qarabağ uşağı gəlib Nüsnüsə çıxıbdı. Xəlil 
kişi başa düşür ki, bu doğma qardaşı Fatalıdır, gedib 
onu da Əylisə gətirir.  
 
 
 
Qövs ayının ikinci, üçüncü günləri eyni ssenari 
Oxçuda  və Şabadında  təkrar edildi. Oxçu  camaatını 
danışıq  aparmaq  bəhanəsi  ilə  “Zejidom”(jeleznıy 
dom,  dəmir  ev)  deyilən  bir  evə  toplayıb  qırdılar, 
Şabadın  camaatını  isə  məsciddə  və  məscidin 
qabağındakı düzənliyin ortasında gülləbaran etdilər. 


 Baba ocağı 
 
211
 Şabadın  kəndində  qırğının  təşkilatçıları  keşiş 
və  Nuvarsat  adlı  erməniydi.  Ordubadda  rus-tatar 
məktəbində  dünyəvi  təhsil  almış  Ağabala  da 
ermənilər  tərəfindən  aldadılaraq  əhalinin  bir  yerə 
toplanması işinə cəlb edilmişdi.  
Ağabala  dövrünə  görə  savadlı  adamdı  və 
savadlı  olduğuna  görə  də  guya  onu  Andranik 
hökuməti  Şabadın  kəndi  üzrə  səlahiyyətli  nüma-
yəndəsi təyin edəcəkmiş. Bu minvalla kəndin bütün 
problemləri  Ağabala  vasitəsi  ilə  Andranik  höku-
mətinə  çatdırılacaq  və  vaxtında  həllini  tapacaqmış. 
Ermənilərin  bu  cür  boş  və  mənasız  təkliflərinə 
aldanan  Şabadın  kəndinin  məscidinə  və  məscidin 
həyətinə  yığılmış  adamları  Nijdehin  quldurları  hər 
tərəfdən  güllə-baran  etdi.  Birinci  güllə  də 
Ağabalanın sinəsində partladı. Ağabala yerə yıxıldı, 
ümidsiz  halda  ətrafına  baxdı,  ətrafında  yüzlərlə 
qadın,  kişi,  uşaq  meyidləri  səpələnmişdi.  Yaralılar 
sıızıldayır,  sağ  qalanlar  qaçıb  qurtulmağa  çalışırdı. 
Qaçanlar təqib olunur, erməni snayperləri tərəfindən 
bir-bir  vurulurdu.  Sonra  quldurlar  yerə  yıxılmış 
yaralıları süngüləməyə başladılar. Yaralı Ağabalanın 
bir neçə süngü zərbəsindən sonra sızıltısı ilə birlikdə 
nəfəsi də kəsildi. 
Ədif  bəyin  Şabadın  kəndi  üzrə  təlimatçısı  və 
Teymur  yaxınlıqdakı  dağın  döşündə  qurduqları 
səngərdən  bu  mənzərəni  izləyirdilər.  Teymur 
qırğından  əvvəl  təlimatçıya  keşişin  və  Nuvarsatın 


Nizami Muradoğlu 
 
212
vurulması  haqqında  təklif  versə  də,  təlimatçı,-  “biz 
bura  sülh  yaratmaq  naminə  gəlmişik”,  deyib  bu  işə 
razılıq verməmişdi.  
Təlimatçı  gördüyü  mənzərədən  sarsılmışdı, 
vicdan əzabı çəkirdi.  
Teymur  ermənilərə  tərəf  bir  neçə  güllə  atdı, 
təlimatçı  da  yerini  möhkəmlədib  atmağa  başladı. 
Atılan  güllələrin  yerini  müəyyənləşdirən  ermənilər 
hücuma  keçdilər.  Teymurgil  vəziyyətin  ağırlığını 
görüb atışa-atışa geri çəkildilər. 
 Məscidin  içində  və  həyətində  insan  cəsədləri 
bir-birinin  üstünə  qalanmışdı.  Axşam  düşürdü, 
narın-narın yağan qar cəsədlərdən axan isti, qırmızı 
qanların  üstünü  örtür,  sırsıra  bağlayırdı.  Qalaqlan-
mış  insan  cəsədlərinin  altında  bayılıb  qalan,  onlarla 
süngü  zərbəsinə  hədəf  olan  Sona  gecədən  xeyli 
keçəndən  sonra  özünə  gəldi,  bütün  qüvvəsini 
toplayıb cəsədlərin altından çıxdı, dişini dişinə sıxıb 
səsini  çıxartmadan  Əylisə  tərəf  yol  başladı.  Ətraf 
sakitlikdi,  dağ  yolunda  tapdanmış  cığırı  qar  hələ 
tamamilə  örtməmişdi.  Sona  bu  cığırları  yaxşı 
tanıyırdı,  hələ  uşaqlıqdan  dəfələrlə  atası  ilə  Əylisə 
gedib gəlmişdi. Bir qədər gedəndən sonra qorxudan 
kolların,  daşların  dibində  gizləndikləri  yerlərdən 
çıxıb  Sonaya  qoşulanların  sayı  artdı.  Yaralı,  üzgün, 
təhqir  edilmiş,  döyülmüş  adamların  sərgərdan 
köçün  ümid yeri  Əylisdi. Nə  yazıq  ki, köçün  içində 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə