Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə54/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   49   50   51   52   53   54   55   56   57

 Baba ocağı 
 
221
əməyini  qiymətləndirəcəkdir.  Bunu  bir  sirr  kimi 
yadında  saxla,  bu  günlərdə  Nijdehin  və  parağalı 
Aşotun  əsgərləri  bizim  köməyimizə  gələcəklər.  Bizim 
kifayət qadar güclü qüvvəmiz var. 
 Arakel  ağa  mizin  üzərinə  qoyulmuş  qrafindən 
balaca bardaqlara tut arağı süzdü: 
 - Böyük Hayastan namına! 
 Arakel  ağa  tut  arağını  bardağın  yarısına  qədər 
içdi və Anastasın üzünə baxdı. Anastas başa düşürdü 
ki,  onun  başqa  çarəsi  yoxdu,  etiraz  edərsə,  daha  pis 
günlərə  qala  bilər,  Arakel  ağa  onu  bağışlamazdı. 
Arakel  ağanı  eşitməyən  onlarla  erməninin  acınacaqlı 
taleyi  bir  anda  gözlərinin  qarşısından  keçdi.  Bardağı 
qaldırdı: 
 - Böyük Hayastan namına!- deyib tut arağını son 
damlasına qədər içdi. 
 Arakelin gözləri güldü: 
 - Afərin, bax belə. 
 Anastas  razılıq  versə  də,  bilirdi  ki,  Rövşən  bəyi 
aradan qaldırmaq o qədər də asan olmayacaq.  
 
 
 
Rövşən bəy axşamdan narahatıydı. Evdə o tərəf 
-  bu  tərəfə  gedir,  özünə  yer  tapa  bilmirdi,  Selcanın 
portreti  önündə  saatlarla  dayanıb  baxdı.  Ömründə 
bircə  dəfə  anasına  göndərdiyi  güllü  yaylığın  ucuna 
düyünlənmiş  qızıl  üzüyü  anası  həmayil  kimi 


Nizami Muradoğlu 
 
222
portretin  qırağına  bağlamışdı.  Rövşən  bəy  anasının 
sanki  gəlini  olacaq  qızın  barmağına  üzük  taxması 
kimi  qiymətləndirdiyi  bu  hərəkətini  ürəyində  yenə 
də  təqdir  etdi.  Sonra  da  özünü  qınadı,  ürəyindən 
qara  qanlar  axdı,  peşimançılıq  çəkdi,  amma  nə 
fayda?!  Nə  ana  vardı,  nə  ata,  təkcə  xatirələr 
yaşayırdı. Selcanın məktubunu pencərənin önündən 
götürüb  sığalladı,  qoxuladı,  Selcanın  ətrini  duydu. 
Nəhayət  məktubu  oxumaq  qərarına  gəldi.  Məktubu 
açdı, içindən Selcanın son zamanlarda çəkilmiş foto-
şəkli çıxdı. Bəyaz saçları çiyninə dağılmış, pərişanlığı 
sifətinin  cizgilərini  daha  da  dərinləşdirən  Selcanın 
məktubunda yazılanları sanki şəkil dil açıb danışırdı: 
Salam, Rövşən. Bəlkə də yazdığım bu məktub mənim 
duyğularımı əks etdirməyəcək. Çünki bir günahkar bəndə 
kimi  mən  sənin  sevginə  layiq  ola  bilmədim.  Özümü  heç 
vaxt  bağışlamayacağam. Səndən  ayrıldığım  hər gün  mən 
ölüb  dirilmişəm.  Hər  gün  sənə  uzun-uzun  məktublar 
yazmışam,  amma  sonra  da  cırıb  atmışam.O  məktubları 
sənə göndərməyə cəsarətim çatmayıbdı. 
 Allah  Arakelin  tifaqını  dağıtsın,  ona  lənət  etsin. 
Tifaqım dağıldı. 
 Başıma  gələ  biləcək  müsibətləri  anlamadım, qoruya 
bilmədim sənin sevgini, özümü də qoruya bilmədim. Məni 
bağışlamağını  istəmirəm,  bunu  istəməyə  haqqım  yoxdur. 
Amma  istəyirəm,  biləsən  ki,  ömrümün  bütün  gecələrini 
sənin  xəyalınla  keçirmişəm.  Soyuq  gecələrdə  yatağımı 
sənin xəyalın isidibdi. 


 Baba ocağı 
 
223
Halıma  acımağını  da  istəmirəm.  Halımı  surətim 
bəyan  eylər.  Yalnız  istədiyim  budur:  biləsən  ki,  tək  səni 
sevdim, ölənə qədər də sevəcəyəm. 
Acı taleyimiz bizi ayırsa da, sən həmişə mənimləsən.  
Son  dəfə  uzaqdan-uzağa  da  olsa,  bir  daha  səni 
görmək istəyirdim, amma qismət olmadı. Selcan.  
Pəncərəyə  yaxınlaşdı,  qaranlıq  gecədə  uzanıb 
gedən bir işıq axtardı. O işığın içində Selcanı görmək 
istəyirdi.  Doğrudan  da  bir  işıq  zolağı  gördü.  O  işıq 
zolağı  uzanıb  sonsuzluğa  gedirdi  sanki.  O  işıq 
zolağının sonunda isə gördüyü Selcan deyildi, anası 
Güllübəyimiydi. Anası ağ ipək paltardaydı, əllərində 
bir  dəstə  gül  tutmuşdu.  Güllübəyim  ana  gülümsə-
yirdi. Güllübəyim ananın arxasından bir kölgə keçdi, 
aydınlaşanda  atası  Novruz  kişi  göründü.  İndi  onlar 
ikisi də bir yerdəydilər, məsuddular, Rövşənə baxıb 
gülümsəyirdilər.  
Rövşən  bəy  pəncərənin  qabağından  çəkildi. 
Gecədən  xeyli  keçmişdi,  yatmaq  istəyirdi,  soyunub 
yatağına  girdi,  yatmağa  çalışdı,  yerində  vurnuxdu, 
gah  sağa,  gah  sola  döndü,  ancaq  yata  bilmədi. 
Qaçqınların bu qışı da alaçıqda, yaxşı halda təndirdə 
və  pəyələrdə  keçirəcəyi  yadına  düşdükcə  isti 
yatağında  üşüyürdü.  Rövşən  bəy  yata  bilməsə  də 
vaxt keçir, səhərin gözü açılırdı. 
Dünəndən  yığıncaq  elan  edilmişdi.  Bu  yığın-
cağın əsas məqsədi qaçqınlar üçün münasib bir şərait 
yaratmaq,  türk  və  erməni  icmasının  –  hər  ikisinin 


Nizami Muradoğlu 
 
224
birgə  qərarı  ilə  əsaslı  yardım  etmək,  qaçqınların  ev 
tikməsi  üçün  torpaq  sahələrinin  ayrılmasına  nail 
olmaqdı.  
 Əzgin-əzgin  yerindən  qalxdı.  Payız  günəşinin 
solğun  və  zəif  işıltısı  pəncərədən  içəri  süzülürdü, 
yerdə  qırov  vardı.  Bu  il  hələ  ki,  qış  yubanır,  sanki 
qaçqınlara  rəhm  edirdi.  Ötən  ilki  sərt  qışdan  qaç-
qınların  bir  çoxu  əziyyət  çəkmiş,  yaz-yay  aylarında 
da  iqlimə  uyğunlaşa  bilmədiklərindən  xeyli  qoca, 
xəstə  adamlar  və  uşaqlar  yatağa  düşmüş,  bir  çoxu 
yataqdan qalxa bilməmişdi.  
 Bu il nəyin bahasına olursa olsun qaçqınlara bir 
şərait  yaratmaq  zərurəti  hava-su  kimi  meydana 
çıxırdı,  çünki  qaçqınların  gəlib  Əylisdə  yerləş-
mələrindən düz bir il ötürdü. Bir il ərzində çox sular 
axıb durulmuş, çox məsələlərə aydınlıq gətirilmişdi. 
Qaçqınların  öz  dədə-baba  yerlərinə  qaytarılması 
məsələsi  baş  tutmamışdı.  Bakıda  müvəqqəti  höku-
mət ləğv edilmiş, demokratik cümhuriyyət öz yerini 
möhkəmlətmişdi.  Stepan  Şaumyanın  başçılığı  ilə 
erməni  daşnaklarının  türk  müsəlman  əhaliyə  qarşı 
apardıqları soyqırımın qarşısı Osmanlı Qafqaz ordu-
sunun  komandanı  Nuru  paşanın  rəhbərliyi  ilə  alın-
mış, Azərbaycan dövlətinin qanuni hüquqları bərpa 
edilmişdi.  
Naxçıvanda erməni-daşnak zülmünə son qoyul-
muş,  Kazım  Qara  Bəkir  paşanın  rəhbərlik  etdiyi 
qoşun  hissəsi  çəkilib  Türkiyəyə  getmiş,  Naxçıvanda 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə