Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə47/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

 Baba ocağı 
 
193
neçə  nəfər  gəlib,  məscidin  qabağındakı  meydanda 
toplaşdı.  Qulamı,  dostu  Nabatalını  görən  qadın-
lardan biri əllərini dizlərinə çırpıb ağladı: 
 -  Evimiz  yıxıldı,  evləri  yıxılsın  ermənilərin, 
qapımız  bağlandı,  qapısı  bağlansın  onların.  Vay, 
qundaqda  ölən  balam,  vay...  Ağam  Əülfəzlabbasdan 
istəmişəm,  tifaqı  dağılsın  onların,  hara  baxırsan, 
Allahım!  Niyə  onları  qırmırsan,  vay,  balam,  vay!.. 
Bizim günahımız nədi?!. 
 - Tayqulaq köpəyoğlu, Allah onu yox eləsin!.. 
 Səs səsə qarışdı, qadınlar, uşaqlar ağlayır, yaralı 
insanların fəryadı göylərə bülənd olurdu.  
 Qulam  nə  qədər  çətin  olsa  da,  vəziyyətin  get-
dikcə  gərginləşməsinin  qarşısını  almaq  məqsədiylə 
dedi:  
 -  Camaat,  başımıza  gələn  müsibət  böyükdür. 
Allah  hamımıza  səbir  versin.  Acımız  nə  qədər  böyük 
olsa  da,  biz  bu  meyitləri  dəfn  etməliyik.  Kimin 
qazmaya, belə gümanı gəlirsə gətirsin, qəbir qazaq. 
 Yaralılar  sızıldayır,  uşaqlar  ağlayır,  az-çox 
özündə  təpər  tapanlar  qəbir  qazırdı.  Axşam  düşmüş, 
göy  üzündə  ulduzlar  sayrışırdı.  Sanki  göy  üzündəki 
ulduz  dünyasının  bu  faciədən  xəbəri  yoxdu.  Köçeli 
dağının  qoynundakı  bu  kiçik  Nuh  peyğəmbərin 
dövründən qalan kəndin isə acı taleyinin son akkord-
ları  çalınırdı.  Kənddə  bir  ədəd  də  olsun  sığınacaq 
qalmamışdı.  Bütün  evlər  yandırılıb  kül  edilmiş, 
pəyələrə, tövlələrə od vurulmuş, məscid dağıdılıb talan 


Nizami Muradoğlu 
 
194
edilmişdi.  Məscidin  mollasını  məscidin  içərisində 
güllələyib  yandırmışdılar.  Nabatalının,  Qulamın  və 
düşmən gülləsindən yayınaraq qurtula bilmiş bir neçə 
nəfərin  iştirakı  ilə  qəbirlər  cəsədlərin  düşdüyü  yerdə 
qazılır,  dəfn  edilirdi.  Cəsədləri  yumağa,  kəfənləməyə 
heç bir imkan yoxuydu, kənd başdan-başa xarabalığa 
çevrilmiş, yaşamaq üçün heç bir şərait qalmamışdı.  
 Gecə yarıydı, Ay işığında uzaqdan gələn atların 
ayaq  səsləri  eşidildi.  Gələnlər  xəbəri  alar-almaz  yola 
düşən  Rövşən  bəy  və  Osmanlı  ordusunun  bölük 
komandiri  Ədif  bəylə  birlikdə  könüllülərdən  ibarət 
on  nəfərlik  dəstəydi.  Gördüyü  mənzərədən  bərk 
sarsılan  Rövşən  bəy  Nuhgədiyi  kəndinin  müdafiəsi 
haqqında düşünmədiklərinin xəcalətini çəkirdi. Belə 
bir kiçik, kasıb dağ kəndini ermənilərin girib dağıdıb 
talan  edəcəklərini  kimsə  ağlına  da  gətirə  bilməzdi. 
Bu kənd nə üçün belə tarimar edilmişdi? Çox təəssüf 
ki, vacib bir məqam həmişəki kimi türklər tərəfindən 
əhəmiyyətsiz  sayılaraq  unudulmuşdu.  Rövşən  bəy 
indi  anlayırdı  ki,  Nuhgədiyi  kəndinin  1906-cı  il 
davasında  oynadığı  dayaq  məntəqəsi  rolunu 
ermənilər unutmamışdı.  
 Hələ  o  zaman  Qafandan  gələn  qaçqınlar 
burada  qarşılanır,  yerləşdirilir,  hər  cür  yardım 
alırdılar.  Eyni  zamanda  Ordubaddan  gələn  könüllü 
silahlı  dəstələr  də  burada  dayanır,  silah-sursatını 
burada  sahmana  salır,  atlarını  yemləyir,  dincəlir  və 
buradan  da  döyüşə  gedirdilər.  O  zaman  Qafanın 


 Baba ocağı 
 
195
bütün  kəndlərində  baş  verən  münaqişələr  yatırılmış, 
türk qaçqınların hamısı yurd-yuvalarına qaytarılmışdı. 
Bu  böyük  qələbənin  əldə  edilməsində  Nuhgədiyi 
kəndinin aralıqda olması, çox böyük strateji əhəmiyyət 
kəsb  etməsi  əsas  olmuşdu.  Artıq  bu  strateji  məntəqə 
itirilmişdi,  gələcəkdə  daha  hansı  böyük  faciələrin 
yaşanacağı  hələlik  bəlli  olmasa  da,  ipin  ucu  görü-
nürdü.  
 Rövşən bəy Qulama və Nuhgədihlilərə təskinlik 
verməyə çalışsa da, daxilən narahatlıq keçirir, çəkdiyi 
mənəvi iztirabı gizlətməyə çalışırdı: 

deyəcəyimi bilmirəm, Qulam! 
 -  Bu  işlər  belə  getməz,  Rövşən  bəy!  Bu 
köpəyuşağının kökünü kəsmək lazımdı.  
 - Tələsmə, Qulam... 
 Ədif bəy daha soyuqqanlıydı: 
 - Yapılacaq bir şey yox,- deyirdi. 
 Rövşən  bəy  Nuhgədiyi  kəndinin  salamat  qalan 
adamlarının  Əylisdə  yerləşdirilməsinin  vacibliyindən 
danışdı  və  sabah  axşama  yaxın  ölüləri  dəfn  edib 
qurtardılar.  Uldan  atılanları  kəfənləmək,  ayırmaq 
mümkün olmadığından dərədə bir yamaca quyladılar. 
Axşam  Rövşən  bəy  və  könüllülər  ilk  köç  ilə  birlikdə 
geriyə - Əylisə qayıtdılar.  
 Yaylaqda  olanlara  xəbər  göndərildi.  Acı  xəbər 
alanlardan  biri  də  Nübardı.  Nübar  o  zaman  iki  oğlu 
İman,  Murad  və  qızı  Telli  ilə  yaylaqdaydılar.  Həyat 
yoldaşı Orucun yolunu gözləyirdilər. Oruc gedib Əylis 


Nizami Muradoğlu 
 
196
bazarında  pendir  satıb,  bazarlıq  edib  qayıtmalıydı. 
Amma  Oruc  daha  qayıtmadı,  onun  vay  xəbəri  gəldi, 
vay  xəbəri  yaylaqda  olanların  hamısına  gəlmişdi. 
Nübar  ağlayırdı.  Qonşu  alaçıqlarda  bütün  qadınlar, 
qızlar,  gəlinlər  ağlayırdı.  Bığ  yerləri  təzəcə  tərləyən 
cavan  oğlanlar  bir  tərəfə  çəkilib,  nə  edəcəklərini 
bilmirdilər. İman Muradı qucaqlamışdı, qardaşından 
üç  yaş  böyük  olması  on  yeddi  yaşlı  İmanın  çiyninə 
ağır  bir  yük  qoyurdu.  Ailənin  bundan  sonrakı 
yaşayışı-  anası  Nübarın,  bacısı  balaca,  zərif  Tellinin 
taleyi iki qardaşın ümidinə qalırdı.  
 Qulam  dostu  Nabatalı  ilə  yaylaqda  olanları 
arana  endirmək  üçün  yaylağa  qalxmışdı.  Onsuz  da 
payızın  acı  ruzgarları  əsməyə  başlamışdı.  Daha 
gözləmək  olmazdı,  yaylağa  hər  an  tayqulaq  An-
dranikin  ac-yalavac  qoşununun  hücumlarının  ola 
biləcəyi,  olan-qalan  adamları  da  qırıb,  mal-heyvanı 
aparacaqları  gözləniləndi.  Hələlik  hər  kəs  taleyinə 
baş  əyib  alaçığını  Əylisin  qaçqınlar  üçün  ayrılmış 
yerində qurmalı və ya Aşağı Nuhgədiyin çərəzlərinə 
sığınıb  qışa  hazırlıq  görməliydi.  Yuxarı  Nuhgədiyi 
kəndində qışı keçirməyə heç bir imkan qalmamışdı.  
 Nuhgədiklilərin  Əylisdə  yerləşdirilməsi  məsə-
ləsi kəndin ermənilərini narazı salsa da, azərbaycanlı 
türklərin  qərarlığı,  xüsusən  də  Rövşən  bəyin  təkidi 
və  bilavasitə  rəhbərliyi  nəticəsində  kəndin  yuxarı 
hissəsində  baş  tutdu.  Ayrılan  ərazilərdə  müvəqqəti 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə