Microsoft Word bank dersli doc



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə24/101
tarix31.08.2018
ölçüsü2,4 Mb.
#65849
1   ...   20   21   22   23   24   25   26   27   ...   101

  
 
48
Birinci imza 
 
 
 
 
 
İ
kinci imza 
 
 
 
 
 
 
 
 
Notariusun təsdiq qeydləri  
«______» _____________20___il  
Mən,________________________________________________________________________________ 
____________________________________________________________________________________  
(notariat kontorunun adı)  
notariusu___________________________________________________________________________  
___________________________________________________________________________________  
(adı, atasının adı, soyadı)  
Vətəndaşlar__________________________________________________________________________  
____________________________________________________________________________________  
(adı, atasının adı, soyadı)  
şə
xsiyyətinə şəhadət verirəm.  
Reyestrdə __________ № ilə qeyd edilib, ___________manat dövlət rüsumu alınıb.  
M.Y.  
Notarius __________________________  
                                        (İmza) 
 
 
 
Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə 
dair Metodiki Göstərişlər aşağıdakı kimidir 
 
Azərbaycan Respublikasının bank sistemi üçün hesablar planını və onun tətbiqinə dair metodiki 
göstərişləri aşağıdakı kimi müəyyən edilir. 
 Hesablar planı və onun tətbiqinə dair Metodiki Göstərişlər Azərbaycan Respublikasının Mərkəzi 
Bankında (bundan sonra - AMB) və Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında 
mühasibat uçotu üzrə əməliyyatların MHBS-ə uyğun maliyyə hesabatlarında əks etdirilməsi üçün istifadə 
olunur. 
Hesablar Planı və onun tətbiqinə dair Metodiki Göstərişlər maliyyə hesabatlarının elementlərini və 
balansdankənar hesabların xüsusiyyətlərini təsvir edir, habelə bank əməliyyatlarının bu hesablarda uçotuna 
dair metodoloji əsasları müəyyənləşdirir. 
                                                             2. Anlayışlar 
 Bu sənəddə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 
«Nostro» müxbir hesablar - bankın (A bankının) digər bankda (B bankında) olan müxbir hesabları; 
«Loro» müxbir hesablar - digər bankın (B bankının) bankda (A bankında) olan müxbir hesabları; 
 Bloklaşdırılmış hesab - akkreditivlərin açılması, qarantiyaların verilməsi və digər bank əməliyyatları ilə 
ə
laqədar müəyyən müddətə dayandırılmış və ya məhdudlaşdırılmış müştəri hesabı; 
Bağlanmış hesab - hesab üzrə qalığı olan bağlanmış müştəri hesabı; 
Büdcə təşkilatı - maliyyələşdirilməsi bilavasitə Azərbaycan Res-publikasının dövlət büdcəsi və Naxçıvan 
Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar; 
Büdcədənkənar dövlət fondları - qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən hüquqi şəxs qismində 
təsis edilmiş və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondları; 
Dövlət mülkiyyətində olan hüquqi şəxslər - dövlət mülkiyyətinə əsaslanan və ya səhmlərin nəzarət zərfi 
dövlətə məxsus olan hüquqi şəxslər; 
Dövlət mülkiyyətində olmayan hüquqi şəxslər - təsərrüfat ortaqlıqları və cəmiyyətləri də daxil olmaqla 
dövlət mülkiyyətində olmayan hüquqi şəxslər; 
Fərdi sahibkar - əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər 
göstərilməsindən mənfəət götürülməsi olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 
fiziki şəxs; 
Fiziki şəxs - hüquqi münasibətlərdə öz adından iştirak edən insan fərdi; 


  
 
49
Xarici dövlətlərin rəsmi nümayəndəlikləri - Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən 
xarici dövlətlərin rəsmi nümayəndəlikləri (səfirliklər, konsulluqlar və bu statusa malik olan digər 
təşkilatlar); 
Maliyy_ə_institutları/t_əşkilatları'>Maliyyə institutları/təşkilatları - depozitlər cəlb edən/idarə edən və/və ya kreditlər verən təşkilatlar, o 
cümlədən banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, trast şirkətləri, habelə sığorta 
ş
irkətləri, pensiya fondları, brokerlər, anderrayterlər, investisiya şirkətləri; 
Beynəlxalq maliyyə institutları - Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq Maliyyə 
Korporasiyası, Avropa Yenidənqurma və  nkişaf Bankı,  slam  nkişaf Bankı və maliyyə sahəsində 
beynəlxalq razılaşmalar əsasında yaradılan digər beynəlxalq maliyyə institutları; 
Maliyyə sektoru - iqtisadiyyatın maliyyə institutlarının/ təşkilatlarının fəaliyyət göstərdiyi hissəsi; 
Qeyri-maliyyə sektoru - maliyyə sektoruna daxil olmayan müəssisə və təşkilatlar; 
Mərkəzi Xəzinədarlıq - Azərbaycan Respublikası Maliyyə Nazir-liyinin Dövlət  Xəzinədarlığı Agentliyi; 
Ödəniş terminalı və ya proqram-texniki kompleks - ödəyicilərə ödənişləri nağd pul vəsaiti və ya ödəniş 
kartları vasitəsilə həyata keçirmək imkanı verən və onları ödəniş əməliyyatları üzrə təsdiqləyici sənədlə 
təmin edən müvafiq proqram təminatı ilə təchiz olunmuş avadanlıq;  
Yolda olan nağd pul və digər ödəniş vasitələri - hesabat tarixinə banka aid olan, lakin hesablaşma 
hesabına mədaxil olunmamış nağd pul və digər ödəniş vasitələri.  
Yolda olan qiymətli metallar - hesabat tarixinə banka aid olan, lakin hesablaşma hesabına mədaxil 
olunmamış qiymətli metallar.  
                                       
3. Hesablar planının strukturu və təsnifləşdirilməsi 
 
Hesablar planı 5 hissədən ibarətdir: 
--  aktivlər;  
--  öhdəliklər;  
--  kapital; 
--  mənfəət və zərər;  
--  balansdankənar hesablar.  
 Hesablar planı siniflərə, siniflər qruplara, qruplar isə müvafiq hesablara ayrılır.Hesablar planında 
göstərilmiş «AMB» və «KT» işarələri hesabların müvafiq olaraq, AMB və ya kredit təşkilatları tərəfindən 
istifadə olunmasını bildirir. «AMB» və «KT» işarələri olmadıqda, hesablar həm AMB, həm də kredit 
təşkilatı tərəfindən istifadə olunur. 
Hesablar planında «A», «P», «A/P», «K-A», «K-P» işarələri hesabların müvafiq olaraq 
aktiv,passiv, aktiv-passiv, kontr-aktiv və kontr-passiv xarakterli olduğunu bildirir. Aktiv-passiv hesablar, 
eyni zamanda həm debet, həm də kredit qalığına malik ola bilməz. Kontr-aktiv hesablar aktivdə əks 
olunmaqla kredit qalığına, kontr-passiv hesablar isə passivdə əks olunmaqla debet qalığına malik olmalıdır.  
Hesablar planında hesablar milli valyuta, xarici valyuta və qiymətli metal hesablarına bölünməklə 
təsnifləşdirilir. Aktiv və öhdəliklərin müddəti bir il və ya ondan azdırsa qısamüddətli, bir ildən artıqdırsa 
uzunmüddətli hesab olunur. 



Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə