Microsoft Word bank dersli doc



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə2/101
tarix31.08.2018
ölçüsü2,4 Mb.
#65849
1   2   3   4   5   6   7   8   9   ...   101

  
 
4
bankın  informasiya  proseslərinin  avtomatlaşdırılması  və  onların  yerinə  yetirilməsi  formasının 
təkmilləşdirilməsidir.  BMA S-in  yaradılması  və  tətbiqi  ona  gətirib  çıxarır  ki,  informasiya  proseslərinə, 
onların təşkilinə, layihələndirilməsinə, hazırlanmasına və bankda  yerinə yetirilməsinə istehsalatda olduğu 
kimi  diqqət  yetirilir.  Bankın  idarəetmə  strukturunda  ixtisaslaşdırılmış  bölmə  yaradılır  və  o,  bankın 
informasiya  proseslərinin  qaydaya  salınmasına,  tənzimlənməsinə  və  bilavasitə  yerinə  yetirilməsinə 
cavabdehdir.  
Məlumatların  müasir  texniki  işlənmə  vasitələri  prinsipcə  yeni  texnologiya  əsasında  informasiya 
proseslərinin yerinə yetirilməsini təşkil etməyə imkan verir. BMA S əvvəllər çoxlu əmək, vaxt və xərc sərf 
etdiyinə görə həll edilməyən bank məhsullarının satışının perspektiv  və operativ optimal planlaşdırılması 
kimi məsələləri həll etməyə imkan verir.  darəetmə aparatının  işi də yeni qaydada təşkil olunur.  darəetmə 
işçisi elementi BMA S olan insan-maşın idarəetmə sistemində ayrılmaz hissəyə çevrilir, onun əməyi daha 
dəqiq layihələndirilir, planlaşdırılır, tənzimlənir və yoxlanılır.  
Texniki təminata BMA S-də informasiya proseslərinin avtomatlaşdırılması və mexanikləşdirilməsi 
texnikası,  həmçinin  onların  istismarına  və  etibarlı  işinin  təmin  edilməsinə  dair  təlimatlar  daxildir. 
nformasiya  təminatı  BMA S-də  informasiyanın  hazırlanması  və  axınlarını,  bankın  lokal  hesablama 
şə
bəkəsində  informasiya  proseslərinin  yerinə  yetirilməsinin  təşkilini  tənzimləyir.  Təşkilati  təminat 
BMA S-ə münasibətdə bankın hər bir işçisinin hərəkətini tənzimləyir. Proqram təminatı xüsusi və ümumi 
olur. Xüsusi proqram təminatı istehsal-təsərrüfat əhəmiyyətli sənədlərin  və məlumatların əldə edilməsinə 
yönəldilib. Ümumi proqram təminatına məlumatların, məzmunundan asılı olmayaraq, çevrilməsi (növlərə 
ayırma, qruplaşdırma, birləşmə) üçün proqramlar daxildir.  
müştəri  ilə  müqaviləsi  ikitərəfli  razılaşmanı  qeydə  alan  sənəddir,  bu  sənədə  əsasən  müştəri  – 
ödəməyi, bank isə müqavilə bağlanarkən razılaşdırılmış qaydalara əsasən kompleks xidmətləri göstərməyi 
öhdəsinə  götürür.    Bank  məhsulu  anlayışı  bankın  müştəri  ilə  müqaviləsini  bank  məhsulunun  alqı-satqısı 
üzrə razılaşma haqqında müqavilə kimi şərh etməyə imkan verir. Lakin müştəri üçün bank məhsulu deyil, 
bağlanmış  müqavilə  qüvvədə  olduğu  müddətdə  və  onun  şərtləri  ilə  müştərinin  ala  biləcəyi  xidmətlər 
istehlak  dəyərinə  malikdir.  Müqavilədə  nəzərdə  tutulan  xidmətlərdən  biri,  müştərinin  sifarişi  ilə  bankın 
istehsal  biznes-prosesinin  məzmununu  təşkil  edən  bir-biri  ilə  bağlı  əməliyyatların  cəminin  yerinə 
yetirilməsi  yolu  ilə  bank  tərəfindən  ona  təqdim  olunur.  Beləliklə,  bankın  istehsal  biznes-prosesi  bankla 
müqavilə  bağlamış  müştərinin  sifarişi  ilə  ona  xidmət  göstərilməsi  prosesidir.  Sifarişdə  müştərinin  bank 
tərəfindən  həll  olunan  biznes-məsələsinin  vaxtı  və  parametri  müəyyən  olunur.  Yəni  bankdaxili  və 
bankdankənar  maliyyə öhdəliklərinin yerinə yetirilməsi və digər maliyyə məsələlərinin yerinə yetirilməsi 
naminə  pul  vəsaitlərinin  manipulyasiyası  üzrə  bank  qarşısında  yaranan  biznes-məsələnin    həll  olunması 
vasitəsilə bankın xidməti müştəri üçün maddiləşir (istehlak dəyəri əldə edir)   
Valyuta bazarının iştirakçısı kimi, səlahiyyətli banklar xarici valyutanın əldə olunması və ya satışı 
ilə  bağlı  beynəlxalq  hesablaşmaların,  kredit  və  digər  pul  əməliyyatlarının  keçirilməsi  zamanı  fiziki  və 
hüquqi  şəxslər  arasında  vasitəçi  qismində  çıxış  edir.  Azərbaycanda  ikipilləli  valyuta  bazarı  yaranıb  və 
fəaliyyət göstərir: birja və birjadankənar. Banklararası birja valyuta bazarında banklar valyuta birjalarının 
vasitəçiliyi hesabına həyata keçirilən hesablaşmaların təminatçısı rolunda çıxış edir.  kinci pillədə banklar 
bilavasitə bir biri ilə əlaqədə olur. 
Ə
məkdaşlıq münasibətləri əhəmiyyətli əmək xərcləri və kommersiya bankının  yüksək intellektual 
potensialının  olması    ehtiyaclarına  görə,  hər  şeydən  əvvəl  VIP-müştərilərin  xidməti  sahəsində  tətbiq 
olunandır.  Müştərinin  adi  statusdan    "VIP-statusa"  köçürülməsi  üçün  əsas  meyar  bir  qayda  olaraq, 
müştərinin  bank  üçün  gəlirliliyinin  miqdarı  xidmət  edir  ki,  bunun  səviyyəsi  əsasən  müəyyən  hesabat 
dövründə  (yeni  müştəri  üçün  belə  meyar  hesablaşma  hesabına    (broker  və  s.)  ilkin  daxil  edilən    pul 
vəsaitlərinin  məhdudlaşdırılmış həcmi xidmət edir) müştərinin hesablaşma və ya depozit hesablarında pul 
vasitələrinin  orta  qalıqlarının  səviyyəsindən  və    vasitəçilik  xidmətləri  üçün  daxil  olan  və  ya 
proqnozlaşdırılan komissiyanın səviyyəsindən asılıdır.  
 
 
 
                                 
                              


  
 
5
                                                 BANKLARDADA MÜHASIBAT UÇOTU SISTEMI 
                      Mühasibat  uçotu  sistemi  –  vəsaitlərin  və  təsərrüfat  əməliyyatlarının  dinamikasının  pul 
formasında,  sənədlərə  əsaslanan  fasiləsiz  və  bir-biri  ilə  əlaqəli  əks  etdirilməsidir.  Dövlət  idarəetmə 
orqanları  tərəfindən  qanuniləşdirilmiş  statistik  məlumat  massivlərinin  formalaşdırılması  naminə  vahid 
qayda  və  formalarda  həyata  keçirilir.  Mühasibat  uçotunun  məlumatları  əsasında    mühasibat  hesabatı  – 
bankın  hesabat  dövrü  (ay,  rüb,  il)  üzrə  vəsaitlərinin  və  maliyyə-təsərrüfat  fəaliyyətinin  vəsaitlərinin 
vəziyyətini  xarakterizə  edən  göstəricilər  sistemi  tərtib  olunur.  “Mühasibat  uçotunun  əsas  məqsədi 
aşağıdakılardır:  
-  kredit  təşkilatının  fəaliyyəti  və  onun  əmlak  vəziyyəti  haqqında  mühasibat  hesabatının  daxili  – 
rəhbərlər, təsisçilər, təşkilatın iştirakçıları, həmçinin  kənar istehlakçıları  – investorlar, kreditorlar 
və mühasibat hesabatının digər istehlakçıları üçün lazımi müfəssəl, səhih və dolğun informasiyanın 
formalaşdırılması;  
-   bütün  bank  əməliyyatlarının,  tələb  və  öhdəliklərinin  mövcudluğu  və  hərəkətinin,  kredit  təşkilatı 
tərəfindən maddi və maliyyə ehtiyatlarının istifadəsinin müfəssəl, tam və səhih mühasibat uçotunun 
aparılması  kredit  təşkilatının  maliyyə  sabitliyinin  təmin  olunması,  onun  fəaliyyətinin  mənfi 
nəticələrinin qarşısının alınması üçün təsərrüfatdaxili ehtiyatların üzə çıxarılması;  
-   idarəetmə qərarlarının qəbul edilməsi üçün mühasibat uçotunun istifadə edilməsi.  
Mühasibat  uçotu  sistemi  dünya  praktikasında  qəbul  olunmuş  aşağıdakı  prinsiplərə  əsaslanır:  tam 
sənədləşdirmə; inventarlaşdırma; informasiyanın hesablarda ümumiləşdirilməsi; iki hesablı qeydlər; balans 
və hesabatın tərtib edilməsi.  
Bank, mühasibat uçotunun təşkilini həyata keçirərkən:  
− 
uçot siyasətini; 
− 
mühasib işinin təşkilati formasını (konkret təsərrüfat şərtləri əsasında);  
− 
Azərbaycanda  qüvvədə  olan  forma  və  metodlara  əsaslanaraq,  ümumi  metodoloji  prinsiplərə 
riayət  etməklə  mühasibat  uçotunun  forma  və  metodlarını,  uçot  məlumatının  işlənməsi 
texnologiyasını;  
− 
istehsaldaxili  (idarəetmə)  uçot,  hesabat  və  nəzarət  sistemini  müstəqil  surətdə  müəyyən  edə 
bilər.  
Bank öz filiallarını, nümayəndəliklərini, şöbələrini ayrıca balansa ayıra bilər. Bankın uçot siyasəti 
dedikdə,  onun  seçdiyi  mühasibat  uçotunun  aparılması  üsullarının  cəmi  –  ilkin  müşahidə,  dəyər  əsasında 
ölçmə,  təsərrüfat  fəaliyyəti  faktlarının  cari  qruplaşdırılması  və  yekun  ümumiləşdirilməsi  başa  düşülür. 
Mühasibat  uçotunun  aparılması  üsullarına  təsərrüfat  həyatının  faktlarının  qruplaşdırılması  və 
qiymətləndirilməsi, aktivlərin dəyərinin ödənilməsi, sənəd dövriyyəsinin təşkili üsulları, mühasibat uçotu 
hesablarının istifadə üsulları, uçot registrləri sistemi, informasiyanın işlənməsi və digər üsul və metodlar 
aid edilir.  
Uçot siyasətinin tərkibində aşağıdakılar təsdiq edilməlidir:  
− 
kredit  təşkilatında,  onun  filiallarında  və  tabe  təşkilatlarında  mühasibat  uçotu  hesablarının 
Mərkəzi Bankının təsdiq etdiyi hesablar planına əsaslanan iş planı;  
− 
ə
məliyyatların    rəsmiləşdirilməsi  üçün  istifadə  edilən  ilkin  uçot  sənədlərinin  formaları,  o 
cümlədən barəsində Rusiya Dövlət statistika komitəsinin albomlarında ilkin uçot sənədlərinin 
nümunə formaları nəzərdə tutulmayan daxili mühasibat hesabatı üçün sənədlərin formaları;  
− 
öz filialları (struktur bölmələri) ilə hesablaşma qaydası;  
− 
Mərkəzi  Bankının  qanunvericiliyinə  və  normativ  aktlarına  zidd  olmayan  ayrı-ayrı  uçot 
ə
məliyyatlarının aparılması qaydası;   
− 
inventarlaşdırmanın 
aparılması 
qaydası 
və 
ə
mlak 
növlərinin 
və 
öhdəliklərin 
qiymətləndirilməsi metodları;   
− 
sənəd dövriyyəsi qaydaları və uçot informasiyasının işlənməsi texnologiyası;  
− 
bank daxilində aparılan əməliyyatlara nəzarət qaydası;  


Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə