Microsoft Word bank dersli doc



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə3/101
tarix31.08.2018
ölçüsü2,4 Mb.
#65849
1   2   3   4   5   6   7   8   9   ...   101

  
 
6
− 
analitik və sintetik uçot sənədlərinin çapa verilməsi qaydası və dövriliyi. Bu zaman gündəlik 
olaraq, balans mühasibat jurnalı, üzərində əməliyyatlar aparılmış (əməliyyat aparılmış) şəxsi 
hesablar, həmçinin müştəri hesablarından çıxarışlar (şəxsi hesablardan 2-ci nüsxələr);  
− 
mühasibat uçotunun aparılması üçün digər lazımi qərarlar”.  
        Uçot siyasəti aşağıdakı tələblərə cavab verməlidir:  
1)  tamlıq,  yəni  mühasibat  uçotunda  təsərrüfat  fəaliyyətinin  bütün  faktlarının  əks  olunmasının 
tamlığın təmin etməlidir;  
2) vaxtlı vaxtında olma, yəni təsərrüfat həyatının faktları uçotda vaxtlı vaxtında əks edilməlidir;  
3)  ehtiyatlılıq,  yəni  itkilərin  (xərclərin)  və  passivlərin  uçotuna  daha  yüksək  hazırlığı  təmin 
etməlidir, nəinki mümkün gəlirlərin və aktivlərin uçotuna (gizli ehtiyatların yaradılmasına yol vermədən);  
4)  məzmunun  forma  qarşısında  üstünlüyü,  yəni  təkcə  hüquqi  formasına  deyil,  həm  də  təsərrüfat 
fəaliyyəti  faktlarının  iqtisadi  mahiyyətinə  və  təsərrüfatçılıq  şərtlərinə  əsaslanaraq,  həmin  faktların 
mühasibat uçotunda əks olunmasını təmin etməlidir;  
5) qeyri-ziddiyyətlilik – analitik uçot məlumatlarının hər bir ayın birinci gününə sintetik hesabatın 
hesabları  üzrə  dövriyyə  və  qalıqları  ilə,  həmçinin  mühasibat  hesabatı  göstəricilərinin  sintetik  və  analitik 
uçot məlumatları ilə eyniliyini təmin etmək 
6)  səmərəlilik,  yəni  təsərrüfatçılıq  şəraitinə  və  bankın  böyüklüyünə  əsaslanaraq,  mühasibat 
uçotunun səmərəli və qənaətli aparılmasını təmin etmək.  
Aparılmış təsərrüfat əməliyyatları haqqında qeydlər mühasibat uçotunun registrlərində, qəti olaraq 
sənədlər əsasında aparılır. Mühasibat uçotunda ilkin sənədlərin yaradılması, qəbul edilməsi və əks edilməsi 
qaydası  Sənədlər  və  sənəd  dövriyyəsi  haqqında  Əsasnamə  ilə  tənzimlənir.  lkin  sənədlər  təsərrüfat 
ə
məliyyatının  yerinə  yetirilməsi  faktını  qeydə  alır.  Onlar  səhih  məlumatlardan  ibarət  olmalı  və  vaxtında, 
ə
məliyyat yerinə yetirilərkən tərtib edilməlidir.  
 
                Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında 
                                      mühasibat uçotunun aparılması  
 1. «Banklar haqqında», «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanunlarına, 
Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına, habelə Azərbaycan Respublikası Mərkəzi 
Bankının normativ xarakterli aktlarına və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) 
tələblərinə uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit 
təşkilatlarında (bundan sonra - «bank») mühasibat uçotunun təşkili və aparılması qaydalarını müəyyən 
edir. 
                                                              2. Anlayışlar 
      Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 
      Banklarda mühasibat uçotu - bankın aktivləri, öhdəlikləri, kapitalı, gəlirləri və xərcləri haqqında 
məlumatların mühasibat hesablarında ikili yazılış üsulu ilə toplanması, qeydiyyatı və ümumiləşdirilməsi 
sistemidir. 
     Analitik hesab - subhesabın daxilindəki məlumatların təfsilatı ilə açıqlanmasını və qruplaşdırılmasını 
təmin edən hesabdır. 
     Subhesab - analitik uçot məlumatlarını özündə əks etdirməklə sintetik hesabın daxilindəki 
məlumatların təfsilatı ilə açıqlanmasını və qruplaşdırılmasını təmin edən hesabdır. 
     Sintetik hesab - aktivlərin, öhdəliklərin, kapitalın, gəlirlərin və xərclərin debeti və krediti üzrə 
dövriyyələrinin ümumiləşdirilməsinə xidmət edən hesabdır.  
      Mühasibat uçotu registrləri - ilkin uçot sənədlərinə əsasən müvafiq mühasibat jurnallarında, 
kitablarda bank əməliyyatının sistemləşdirilməsidir. 
      Bank əməliyyatları – kredit təşkilatlarının əmlakını, öhdəliklərini, kapitalını, onların hərəkətini və 
ümumiyyətlə maliyyə vəziyyətini ayrı-ayrılıqda özündə əks etdirən faktlardır. 
       lkin uçot sənədləri – bank tərəfindən əməliyyatların həyata keçirilməsi faktını təsdiqləyən və 
mühasibat yazılışlarına əsas verən sənəddir. 
lkin uçot sənədlərinə – ciddi hesabat blankları və özündə pul dövriyyəsini əks etdirməyən, lakin bu 
dövriyyələrin uçota alınmasına əsas verən digər mühasibat sənədləri daxildir. 


  
 
7
      Bank sənədləri - bank əməliyyatlarının həyata keçirilməsi üçün zəruri və kifayət qədər məlumatları 
ə
ks etdirən, onun qanuniliyini təsdiq edən və əməliyyatların mühasibat uçotunda əks olunmasına əsas 
verən sənədlərdir. Bank sənədləri müştəri sənədlərinə və bankdaxili sənədlərə bölünür. Müştəri sənədlərinə 
- ödəniş sənədləri, bankdaxili sənədlərə - kassa və memorial sənədlər daxildir. 
     Analitik uçot - bankın aktivlərinin (tələblərinin), öhdəliklərinin və kapitalının təyinatını əks etdirməklə 
onların hər biri üzrə açılan analitik hesablarda aparılan əməliyyatların təfsilatı ilə qeydiyyatı və 
qruplaşdırılmasıdır. 
     Sintetik uçot - bankın aktivləri (tələbləri), öhdəlikləri və kapitalı, gəlirləri və xərcləri üzrə sintetik 
hesablarda toplanmış məlumatların ümumiləşdirilməsidir.  
      Frant-ofis - müştərilərlə və bankın tərəfdaşları ilə müqavilələrin bağlanması və bağlanmış əqdlər üzrə 
bank sənədlərinin qeydiyyata alınması üçün bek-ofisə təqdim olunmasını həyata keçirən bank bölməsidir. 
      Bek-ofis - frant-ofisdən alınmış məlumatlar əsasında bağlanmış əqdlər üzrə sənədlərin qeydiyyata 
alınmasını həyata keçirən bank bölməsidir.  
      Mühasibatlıq - əməliyyatların aparılması barədə məlumatların MHBS-yə uyğun olaraq mühasibat 
uçotunda əks olunmasına nəzarəti həyata keçirən bank bölməsidir. 
      Hesablar planı – bank sistemi üçün mühasibat uçotunun müəyyən edilmiş əlamətləri üzrə sintetik və 
subhesabların məcmusudur. 
      Baş kitab - bank sistemi üçün hesablar planına uyğun olaraq, müvafiq mühasibat jurnallarından 
(kitablarından) alınan sintetik hesablarda toplanmış debet və kredit üzrə aylıq dövriyyələrin məcmusu 
ə
sasında məlumatları əks etdirən mühasibat uçotu registridir. 
      Köməkçi mühasibat jurnalları - analitik hesablar üzrə aparılan bank əməliyyatları haqqında ətraflı 
məlumatları əks etdirən mühasibat uçotu registridir. 
      Əməliyyatçı - bank xidmətinin göstərilməsi üzrə müvafiq əməliyyatın aparılmasına məsul edilmiş 
şə
xsdir.  
      Baş mühasib - bankın strukturuna uyğun olaraq mühasibat uçotunun aparılmasına və maliyyə 
hesabatlarının təqdim edilməsinə rəhbərlik həvalə edilmiş məsul şəxsdir. 
      Avtomatlaşdırılmış bank informasiya sistemləri (AB S) - obyektin səmərəli idarə olunması 
məqsədilə uçot prosesinin avtomatlaşdırılmasını təmin edən ardıcıl surətdə kağız və elektron daşıyıcıları 
vasitəsilə müvafiq maliyyə, iqtisadi və təhlil xarakterli digər məlumatların təqdim olunması sistemidir. 
      Məlumatların müasir texniki işlənmə vasitələri kompüter texnologiyası əsasında, bank məlumatlarının 
avtomatlaşdırılmış işlənmə sisteminin (BMA S) yaradılması yolu ilə informasiya proseslərinin yerinə 
yetirilməsini təşkil etməyə imkan verir. Bu sistemlərin yaradılmasının əsas məqsədi bankın informasiya 
proseslərinin avtomatlaşdırılması və onların yerinə yetirilməsi formasının təkmilləşdirilməsidir. 
      BMA S-in  yaradılması  və  tətbiqi  ona  gətirib  çıxarır  ki,  informasiya  proseslərinə,  onların  təşkilinə, 
layihələndirilməsinə,  hazırlanmasına  və  bankda  yerinə  yetirilməsinə  istehsalatda  olduğu  kimi  diqqət 
yetirilir.  Bankın  idarəetmə  strukturunda  ixtisaslaşdırılmış  bölmə  yaradılır  və  o,  bankın  informasiya 
proseslərinin qaydaya salınmasına, tənzimlənməsinə və bilavasitə yerinə yetirilməsinə cavabdehdir.  
      Məlumatların  müasir  texniki  işlənmə  vasitələri  prinsipcə  yeni  texnologiya  əsasında  informasiya 
proseslərinin yerinə yetirilməsini təşkil etməyə imkan verir. BMA S əvvəllər çoxlu əmək, vaxt və xərc sərf 
etdiyinə görə həll edilməyən bank məhsullarının satışının perspektiv  və operativ optimal planlaşdırılması 
kimi məsələləri həll etməyə imkan verir.  darəetmə aparatının  işi də yeni qaydada təşkil olunur.  darəetmə 
işçisi elementi BMA S olan insan-maşın idarəetmə sistemində ayrılmaz hissəyə çevrilir, onun əməyi daha 
dəqiq layihələndirilir, planlaşdırılır, tənzimlənir və yoxlanılır.  
      BMA S-in  işlənib  hazırlanmasının  mahiyyəti  –  bankın  informasiya  axınları  sisteminin  (bütün 
idarəetmə sisteminin maddi əsası kimi), perspektiv və operativ qərarların hazırlanması və qəbul edilməsi 
sisteminin  təkmilləşdirilməsidir.  darəetmədə  məhz  informasiya  funksiyalarının  təşkili  əhəmiyyətli 
dəyişikliklərə  məruz  qalır.  Bankın  lokal  hesablama  şəbəkəsində  birləşdirilmiş  kompüterlər  bütün 
informasiya  xarakterli  işləri  daim  özünə  çəkir  və  bankın  vahid  avtomatlaşdırılmış  iş  yerləri  (A Y) 
kompleksinə  çevrilir,  burada  idarəetmə  mütəxəssislərinin  bilik,  təcrübə  və  bacarıqları  informasiyanın 
avtomatik işlənməsi vasitələrinin sürətli işi ilə ən yaxşı şəkildə birləşir.  
      nformasiyanın avtomatlaşdırılmış işlənmə sistemində müasir texniki vəsaitlərin köməyi ilə informasiya 
sistemlərinə  xas  proseslər  reallaşır:    istehsal-təsərrüfat  fəaliyyətinin  proseslərində    baş  verən 


Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə