Microsoft Word bank dersli doc



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə5/101
tarix31.08.2018
ölçüsü2,4 Mb.
#65849
1   2   3   4   5   6   7   8   9   ...   101

  
 
10
ə
məliyyatın adını, ödəniş sənədinin nömrəsini, valyutanın kodunu, hesabın nömrəsini, giriş qalıq 
məbləğini, debet və kredit dövriyyəsini və çıxış qalıq məbləğini. 
       Müştərilərə verilmək üçün şəxsi hesablardan çıxarışlar bankın əməliyyatçısının ştampı və imzası ilə 
təsdiqlənir. Bir neçə vərəqdə tərtib edilmiş çıxarış müştəriyə verilərkən, çıxarışın hər bir vərəqi bankın 
ə
məliyyatçısının ştampı və imzası ilə təsdiq edilməlidir.  
       Müştərilərə verilmək üçün şəxsi hesablardan çıxarışlara hesab üzrə mühasibat yazılışlarının 
aparılmasına əsas verən ilkin sənədlər (onların surəti) əlavə edilə bilər. Çıxarışa əlavə olunan sənədlərə 
ş
tamp vurulur. Ştamp yalnız çıxarışın əsas əlavəsinə vurulmalıdır.  
       Əməliyyatçı (nəzarətçi işçi) şəxsi hesablardan çıxarışı imzalayarkən çıxarışa aid lazımi əlavə 
sənədlərin mövcudluğunu, habelə onların düzgün rəsmiləşdirildiyini müəyyən etməlidir. 
       Hesablardan çıxarışlar şəxsi hesab üzrə birinci və ikinci imza etmək hüququ olan şəxslərə və ya 
müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş etibarnamə üzrə onların nümayəndələrinə imza etdirildikdən 
sonra verilir. 
       Hesabın sahibi hesabın debetinə və ya kreditinə səhvən yazılmış məbləğ barədə banka yazılı məlumatı 
təqdim etdikdə, müqavilədə ayrı şərtlər nəzərdə tutulmayıbsa, həmin ana bu hesab üzrə qanunvericiliyə 
uyğun olaraq mübahisəsiz ödənişlər aparılmadıqda, əks müxabirləşmələr verilir. 
       Müştəri şəxsi hesabın çıxarışını itirdikdə, çıxarışın dublikatı (hesabdan çıxarışın surəti) müştərinin 
ə
rizəsinə əsasən bankın rəhbərliyinin və ya onun müavininin rəsm icazəsi ilə müştəriyə verilə bilər. Bu 
zaman müştərinin ərizəsində çıxarışın itirildiyi vaxt və yer göstərilməlidir. Müştəri hüquqi şəxs olduqda, 
ə
rizə hesab üzrə sərəncam vermək hüququ olan şəxslər tərəfindən imzalanmalı və möhürlə 
təsdiqlənməlidir.  
Müştəriyə verilən dublikatın titul hissəsində bu sözlər yazılır:  
“___ ”____________ 20... tarixli çıxarışın dublikatı” 
Çıxarışın dublikatı əməliyyatçı və baş mühasib (müştəri xidmətləri göstərən struktur bölmənin rəhbəri) və 
ya onun müavini tərəfindən imzalanıb möhürlə təsdiqlənir və müştərinin nümayəndəsinə imza etdirməklə 
təqdim olunur.  
Dublikatın tərtib edilməsi üçün əsas götürülmüş şəxsi hesablardan çıxarışın titul hissəsində bu sözlər 
yazılır:  
“___ ”____________ 20... tarixdə çıxarışın dublikatı verildi”. 
Bu yazı baş mühasibin (müştəri xidmətləri göstərən struktur bölmənin rəhbəri) və ya onun müavininin 
imzası ilə təsdiq edilir. 
       Çıxarışlar müştərilərə verildikdən və ya göndərildikdən sonra hesabat dövrü üzrə şəxsi hesablardan 
çıxarışlar arxivə verilir. AB S-də şəxsi hesablar üzrə məlumatlar bazası çap edilərək, kağız və ya elektron 
daşıyıcılarında əks olunmalıdır. AB S-də isəhəmin məlumatlar ən azı iki müxtəlif informasiya 
daşıyıcılarında saxlanılmalıdır .  
       Kağız və elektron daşıyıcılarda şəxsi hesablar üzrə məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş 
müddətə arxivdə saxlanılmalıdır. 
                                                              5. Sintetik uçot 
 
       Sintetik uçot üzrə məlumatlar Baş kitab, kassa kitabı, dövriyyə cədvəlləri və balanslardan (gündəlik, 
aylıq və illik) ibarətdir. 
       Məlumatlar AB S-də işlənilərkən, sistemə daxil olunan bank sənədlərini sonradan daxil edilmiş 
sənədlərin siyahısı ilə müqayisə etmək məqsədilə hesablama lentinə köçürülə bilər. AB S vasitəsilə alınan 
balans və balansdankənar hesablar üzrə gündəlik dövriyyə-qalıq cədvəlində hesablar üzrə giriş qalığı, 
hesabın debeti və krediti üzrə dövriyyə, çıxış qalıq məbləğləri əks olunur. Təəhhüdlər və şərti 
balansdankənar hesablar üzrə dövriyyə-qalıq cədvəli icmal sənədlər əsasında tərtib olunur. Memorandum 
balansdankənar hesablar üçün isə mədaxil və məxaric haqqında jurnalın aparılması tələb olunur. 
       AB S-də gündəlik olaraq qalıq cəldvəlləri çap olunur, bankın baş mühasibi və rəhbəri tərəfindən 
imzalanır. Gündəlik olaraq, baş mühasib analitik uçot məlumatlarını sintetik uçot məlumatları ilə üzləşdirir 
və üzləşdirmənin aparılması faktını qalıq cədvəlində və balansda öz imzası ilə təsdiqləyir. Baş mühasibin 
tapşırığına əsasən üzləşdirməni digər mühasibat işçisi həyata keçirdikdə, həmin şəxs aparılmış üzləşmə 
haqqında sənədə imza edir. Üzləşmə zamanı hər hansı bir fərq müəyyən olunduqda, onun səbəbləri 


  
 
11
araşdırılır və uyğunsuzluğun aradan qaldırılmasına dair müvafiq tədbirlər həyata keçirilir. Əgər hər hansı 
səhv üzrə düzəliş mühasibat yazılışlarının aparılması tələb olunarsa, həmin yazılışlar Mərkəzi Bankın 
müvafiq normativ xarakterli aktları ilə müəyyən olunmuş qaydada həyata keçirilir.  
                           6. Analitik və
 sintetik uçot məlumatlarının yoxlanılma qaydası. 
       Analitik hesablar üzrə analitik uçot məlumatlarının yoxlanılması həmin hesablara xidmət göstərən 
ə
məliyyatçılar və həmin əməliyyatlara sonradan nəzarəti həyata keçirən mühasibatlığın müvafiq işçisi 
tərəfindən aparılır. Bu zaman həmin işçilər şəxsi hesablardakı bütün qeydlərin bankın səlahiyyətli 
işçilərinin nəzərdən keçirməsini və əməliyyatlar aparılarkən, onlar tərəfindən imzalanmasını, müvafiq 
sənədlərlə əsaslandırılmasını, müvafiq rekvizitlərin və sənədlərdəki məbləğlərin şəxsi hesablara düzgün 
işlənilməsini yoxlayır.Əməliyyatçılar tərəfindən hər bir bank əməliyyatı üzrə (əməliyyatın növü, məbləği) 
sanksiyalaşdırma səviyyəsinə uyğun səlahiyyətli şəxslərin imzalarının olub-olmamasına xüsusi diqqət 
yetirilməlidir.Bankın filialı və ya struktur bölməsi tərəfindən təqdim olunmuş sifarişdə hər hansı bir 
rekvizit düzgün göstərilmədikdə, həmin ərizə səbəbi göstərilməklə «icra olunmamışdır» qeydi ilə geri 
qaytarılır. 
Ə
lavə nəzarət tələb edən əməliyyatlar üzrə şəxsi hesablarda yazılışların yoxlanılması bu nəzarəti həyata 
keçirən işçilərtərəfindən həyata keçirilir.Analitik uçot hesabları üzrə əks olunan məbləğlər sintetik uçot 
üzrə əks olunan məbləğlərə uyğun olmalıdır.AB S-dən alınan mühasibat balansı əməliyyat gününün 
sonuna tərtib olunur. Balans və balansdankənar hesablar üzrə gündəlik balansın düzgün tərtib olunması 
aktiv və passivlərin qalıqlarının cəminin bərabər olması ilə müəyyən olunur. Bankın balansı onu tərtib 
edən əməliyyatçı, baş mühasib və bank rəhbəri tərəfindən imzalanır.Kassa kitabı və gündəlik balanslar 
aylar üzrə bölünməklə müvafiq qovluqlara tikilir. Bank rəhbəri və baş mühasib balansın vaxtında və 
düzgün tərtib olunmamasına qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 
  
                             III. Banklarda mühasibat uçotunun aparılması işinin təşkili 
                             7. Mühasibat uçotunun təşkilinə ümumi tələblər və baş mühasibin  
                                                           hüquq və vəzifələri 
 
        Bankın mühasibat uçotunun təşkili və aparılmasına, qanunvericiliyə riayət olunmasına bank rəhbərliyi 
məsuliyyət daşıyır. Bank rəhbərliyi mühasibat uçotunun düzgün aparılması üçün zəruri şərait yaratmalı, 
habelə uçot sənədlərinin və məlumatların rəsmiləşdirilməsi və təqdim edilməsi qaydası üzrə bankın uçot 
siyasətinin tələblərinin uçota aidiyyəti olan bütün bölmələr, xidmətlər və işçilər tərəfindən yerinə 
yetirilməsini təmin etməlidir. Banklarda mühasibat uçotunun aparılmasına bankın baş mühasibi başçılıq 
edir və o, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun fəaliyyət göstərir. Bankın baş mühasibi 
vəzifəsinə «Banklar haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş tələblərə cavab 
verən şəxstəyin edilir. 
       Bankın baş mühasibi qüvvədə olan qanunvericilik aktlarını, Mərkəzi Bankın normativ xarakterli 
sənədlərini, bankın daxili qaydalarını öz işində rəhbər tutur və MHBS-yə uyğun olaraq müəyyən olunmuş 
mühasibat uçotunun ümumi metodoloji prinsiplərə əməl olunmasına məsuliyyət daşıyır. 
       Baş mühasib aşağıdakıları təmin etməlidir: 
-- bankın həyata keçirdiyi bütün əməliyyatlara, o cümlədən bankın özünün fəaliyyətinə aid əməliyyatlara 
nəzarəti və onların maliyyə hesabatlarında və Baş kitabda müvafiq uçot registrlərində əks etdirilməsini; 
--  şəxsi hesablarda olunan düzəlişlərə nəzarət edilməsini; 
--  mədaxil və məxaric hesabları üzrə əməliyyatların aparılmasına nəzarət edilməsini; 
--  bankın rəhbərliyinə mühasibat uçotu məsələlərinə dair operativ məlumatın verilməsini; 
--  müəyyən olunmuş müddətlərdə maliyyə hesabatlarının tərtib edilməsini; 
--  bankın maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini (digər bölmələr və 
xidmətlərlə birlikdə). 
      Baş mühasib gündəlik olaraq aşağıdakıları yoxlamalıdır:  
-  kassa əməliyyatlarının yekununu;  
-  gündəlik balansı və dövriyyə məlumatlarını;  
-  bank sənədlərinin, şəxsi hesabların, yoxlama cədvəllərinin, habelə hesabatların düzgün 
formalaşdırılmasını və saxlanmasını. 


Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə