Microsoft Word bank dersli doc



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə14/101
tarix31.08.2018
ölçüsü2,4 Mb.
#65849
1   ...   10   11   12   13   14   15   16   17   ...   101

  
 
28
 
                                   6. Restrukturizasiya olunmuş
 aktivlərin təsnifləşdirilməsi 
 
Restrukturizasiya olunmuş aktivlər standart aktivlər kimi təsnifləşdirilə bilməz,Restrukturizasiya 
olunmuş aktivlər yuxarıda qeyid edilimiş bəndində nəzərdə tutulmuş kateqoriyalar üzrə 
təsnifləşdirilir.Restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyasının yaxşılaşdırılması yalnız 
aktivin əsas məbləğinin 50%-nin ödənilməsi və bu zaman əsas məbləğ və ona hesablanmış faiz borcları 
üzrə öhdəliklərin vaxtında və tam həcmdə icra olunması şərti ilə həyata keçirilir. 
 
                                     7. Banklararası tələblərin təsnifləşdirilməsi. 
 
Banklararası tələblər aşağıdakı qaydada təsnifləşdirilir: 
--gecikdirilməsi olmayan banklararası tələblər - qənaətbəxş aktivlər kimi; 
--7 günədək gecikdirilmiş banklararası tələblər - nəzarət altında olan aktivlər kimi; 
-- 8 gündən 30 günə kimi gecikdirilmiş banklararası tələblər - qeyri-qənaətbəxş aktivlər kimi; 
--31 gündən 60 günə kimi gecikdirilmiş banklararası tələblər - təhlükəli aktivlər kimi; 
-- 61 gündən çox gecikdirilmiş banklararası tələblər - ümidsiz aktivlər kimi. 
 Bank lisenziyası məcburi ləğv edildikdə və ya bankın iflası ilə bağlı “Banklar haqqında” Azərbaycan 
Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirlərin görülməsinə başlandıqda banklararası tələblər 
ümidsiz aktivlər kateqoriyasına aid. 
 
                          8. Qiymətli kağızlara və hüquqi şəxslərin kapitalında iştirak payı. 
 
Qiymətli kağızlara və hüquqi şəxslərin kapitalında iştirak payına vəsait qoyuluşunun  təsnifləşdirilməsi 
Qiymətli kağızlar (ödənilməmiş borclar müqabilində balansa götürülmüş qiymətli kağızlar istisna olmaqla) 
təsnifləşdirmə məqsədləri üçün yüksək, orta və aşağı keyfiyyətli qiymətli kağızlar qruplarına 
bölünür.Yüksək keyfiyyətli qiymətli kağızlar beynəlxalq reytinq agentliklərinin investisiya reytinqinə 
malik olmalıdır. Bu məqsədlər üçün yüksək reytinqli qiymətli kağızlara Azərbaycan Respublikasının 
dövlət qiymətli kağızları da aiddir.Yüksək keyfiyyətli qiymətli kağızlara investisiya qoyuluşu aparıldıqda 
onlar üçün ehtiyat yaradılmır. Orta keyfiyyətli qiymətli kağızlara Bakı Fond Birjası tərəfindən birinci 
səviyyəli kotirovka vərəqəsinə daxil edilmiş və ya gündəlik qiyməti müəyyən olunan qiymətli kağızlar 
aiddir.Orta keyfiyyətli qiymətli kağızlara investisiya qoyuluşu aparıldıqda onlar bu Qaydaların 3-cü 
hissəsində müəyyən olunmuş qaydada təsnifləşdirilir. 
 Aşağı keyfiyyətli qiymətli kağızlara beynəlxalq reytinq agentlikləri tərəfindən investisiya reytinqindən 
aşağı reytinqlə qiymətləndirilmiş qiymətli kağızlar, yaxud heç bir reytinq almamış və bankda qiymətli 
kağızın qiymətini müəyyənləşdirmək üçün emitentin maliyyə vəziyyəti barədə kifayət qədər məlumat 
olmayan qiymətli kağızlar aid edilir. 
 Aşağı keyfiyyətli qiymətli kağızların balans dəyərinin onların bazar qiymətindən çox olmayan hissəsi ən 
azı qeyri-qənaətbəxş aktivlər kimi, bazar qiymətindən çox olan hissəsi isə ümidsiz aktivlər kimi 
təsnifləşdirilir. Gündəlik əsasda bankın məcmu gəlir haqqında hesabatında (mənfəət və zərərlər haqqında 
hesabat) nəzərə alınan qiymətli kağızlar üzrə ehtiyat yaradılmır. Hüquqi şəxslərin kapitalında iştirak payı 
bu Qaydaların 3-cü hissəsində müəyyən olunmuş keyfiyyət meyarlarına əsasən təsnifləşdirilir. Qənaətbəxş 
aktiv kimi təsnifləşdirilmiş bu növ aktivlər üzrə ehtiyat yaradılmır. Hüquqi şəxsin fəaliyyəti 
dayandırıldıqda və ya onun fəaliyyətinə xitam verildikdə iştirak payı ümidsiz aktivlər kateqoriyasına aid 
edilir. 
                       9. Bank işində istifadə olunmayan aktivlərin (əmlakın) təsnifləşdirilməsi. 
 
 Ödənilməmiş borclar müqabilində bankın balansına götürülmüş və bank işində istifadə olunmayan 
daşınmaz əmlak balansa götürüldüyü tarixdən aşağıdakı kimi təsnifləşdirilir və onun üçün müvafiq 
ehtiyatlar yaradılır: 
--daşınmaz əmlakın bazar qiyməti onun balans dəyərindən çox olduqda o, birinci il balans dəyəri 
məbləğində ən azı qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdirilir; 


  
 
29
--daşınmaz əmlakın bazar qiyməti balans dəyərindən az olduqda o, birinci il bazar qiyməti məbləğində ən 
azı qeyri-qənaətbəxş aktiv kimi, fərq isə ümidsiz aktiv kimi təsnifləşdirilir; 
-- bir illik müddət başa çatdıqdan sonra ödənilməmiş borclar müqabilində bankın balansına götürülmüş 
daşınmaz əmlak ən azı təhlükəli aktiv kimi təsnifləşdirilir. 
Ödənilməmiş borclar müqabilində bankın balansına götürülmüş daşınmaz əmlak, habelə əvvəllər istifadə 
etdiyi əsas vəsaitlər istifadə olunmadığı andan üç ildən artıq balansda saxlanıla bilməz. Müddət başa 
çatdıqdan sonra həmin daşınmaz əmlak balansdan silinir və balansdankənar hesabda uçota alınır. 
Ödənilməmiş borclar müqabilində bankın balansına götürülmüş daşınar əmlak, o cümlədən qiymətli 
kağızlar, habelə bank işində istifadə olunmayan daşınar əmlak balansa götürüldüyü tarixdən aşağıdakı kimi 
təsnifləşdirilir və onun üçün müvafiq ehtiyatlar yaradılır: 
--daşınar əmlakın bazar qiyməti balans dəyərindən çox olduqda o, 60 gün ərzində balans dəyəri 
məbləğində ən azı qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdirilir; 
-- daşınar əmlakın bazar qiyməti balans dəyərindən az olduqda o, 60 gün ərzində bazar qiyməti məbləğində 
ə
n azı qeyri-qənaətbəxş aktiv kimi, fərq isə ümidsiz aktiv kimi təsnifləşdirilir; 
-- 60 günlük müddət başa çatdıqdan sonra daşınar əmlak ən azı təhlükəli aktiv kimi təsnifləşdirilir. 
-- 120 günlük müddət başa çatdıqdan sonra daşınar əmlak ümidsiz aktivlər kimi təsnifləşdirilərək 
balansdan silinir və balansdankənar hesabda uçota alınır. 
                                   10. Balansdankə
nar öhdəliklərin təsnifləşdirilməsi. 
 
        Balansdankənar öhdəliklər təsnifləşdirilmə məqsədləri üçün iki qrupa bölünür: 
--birinci qrup - müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam və ya qismən yerinə yetirməmək 
hüququ verir, 
-- ikinci qrup - öhdəliyin icrası şərtsiz olaraq həyata keçirilir. 
        Balansdankənar öhdəliklərin təsnifləşdirilməsi balans aktivləri üzrə müəyyən olunmuş qaydada 
aşağıdaklar nəzərə alınmaqla həyata keçirilir: 
--birinci qrup balansdankənar öhdəliklər - balansdankənar öhdəliyin balans hesablarına keçirildiyi 
andan; 
-- ikinci qrup balansdankənar öhdəliklər - balansdankənar öhdəliyin yarandığı tarixdən; 
--bank tərəfindən verilən qarantiya (zaminlik) və akkreditivlər balans hesablarına keçirildiyi andan ən azı 
nəzarət altında olan aktivlər kimi təsnifləşdirilir. 
                  11. Ümidsiz aktivlər üzrə ehtiyatların yaradılmasında təminatın rolu 
        Bank ümidsiz aktivlər kateqoriyası üzrə ehtiyatların yaradılması zamanı təminatın xalis bazar 
qiymətini aşağıdakı şərtlər daxilində nəzərə alır: 
--hesablamada nəzərə alınan xalis bazar qiyməti aktivin ümumi məbləğindən artıq olmamalıdır; 
-- təminatın satışı üçün bütün lazımi hüquqi sənədlər olmalıdır; 
-- təminatın satışı üçün likvid bazar olmalıdır; 
-- təminatın bazar qiyməti müstəqil qiymətləndiricilər tərəfindən müəyyən edilməlidır. 
        Bu 11.-ci bəndində müəyyən edilmiş şərtlər təmin edildikdə ümidsiz aktivlər üzrə ehtiyatlar aşağıdakı 
qaydada hesablanır: 
E= (A-Ld) x 100%, 
burada: E - ehtiyatın məbləği, A - aktivin ümumi məbləği, Ld - təminatın nəzərə alınan likvid dəyəridir. 
 Aktivin likvid dəyərinin hesablanması məqsədi ilə kreditlər və digər aktivlər üzrə təminatlar dörd qrupa 
bölünür. 
 Birinci qrup təminatlar
--banka girov qoyulmuş (saxlanc) qiymətli metallar (bank metalları istisna olmaqla); 
-- Mərkəzi Bankın verdiyi bank lisenziyası əsasında fəaliyyət göstərən banklar tərəfindən verilmiş 
qarantiyalar (zaminlik); 
-- Bakı Fond Birjasında alınıb-satılan və ya beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum 
“A” kredit reytinqinə malik  Ə T ölkələrinin şirkətlərinin buraxdığı qiymətli kağızlar. 
--
kinci qrup təminatlara daşınmaz əmlak. 
--Üçüncü qrup təminatlara avtomobil nəqliyyatı vasitələri. 
-- Dördüncü qrup təminatlara əvvəlki qruplara daxil olmayan digər təminatlar. 


Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə