Microsoft Word bank dersli doc



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə10/101
tarix31.08.2018
ölçüsü2,4 Mb.
#65849
1   ...   6   7   8   9   10   11   12   13   ...   101

  
 
20
                                        13. Baş kitab və köməkçi mühasibat jurnalları 
 
       Baş kitab ümumi məlumatların saxlanmasına xidmət edir və bankın səmərəli idarə olunması məqsədilə 
bank rəhbərliyi üçün tələb olunan, Hesablar Planına əsaslanan bankın maliyyə vəziyyətini əks etdirən 
dəqiq məlumatdan ibarətdir. Bankın gündəlik həyata keçirdiyi əməliyyatlar Baş kitaba işlənir.  
        Baş kitab bankın rəhbərliyinə (idarəetmə), nəzarət orqanlarına (vergi və tənzimləyici), bankın 
səhmdarlarına (maliyyə) və digər istifadəçilərə hesabatların tərtib edilməsi üçün əsasdır. Bu zaman cari 
vəziyyətə, hesabat tarixinə, habelə istənilən tarixə olan vəziyyətə görə hesabatların tərtib edilməsinin 
mümkünlüyünü təmin etmək lazımdır. 
        Baş kitab mühasibat yazılışlarının daxil edilməsi yolu ilə təzələnir. Baş kitaba mühasibat yazılışlarının 
daxil edilməsi ümumi paket halında və ya fərdi olaraq real vaxt rejimində həyata keçirilə bilər. Real vaxt 
rejimində yazılışlar daxil edilərkən, bu yazılışlar üzrə ümumi məlumatları əks etdirən yekunları təqdim 
etməklə hesabatlar yoxlanıla bilər. 
        Maliyyə informasiyasının ətraflı şəkildə əldə olunması məqsədilə köməkçi mühasibat jurnallarından 
istifadə edilir. Bu jurnallar kredit təşkilatlarının fəaliyyətinin müvafiq sahələrinə aid olan nəzarətin 
aparılması üçün tələb olunan ətraflı məlumatların saxlanması üçün nəzərdə tutulmuşdur. 
       Bankın köməkçi mühasibat jurnalları, ətraflı məlumatların saxlanılmasına müəyyən məsuliyyət 
daşıyan bank bölməsində (məsələn, valyutaların uçot jurnalı valyuta departamentində) və ya mühasibat 
uçotu bölməsində ola bilər.  
 
                                           14.  lkin uçot sənədlərinin rəsmiləşdirilməsi 
 
      Banklarda əməliyyatlar elektron ödəniş sənədləri əsasında aparıla bilər. Elektron ödəniş sənədlərində 
müəyyən olunmuş qaydada bank sənədləri üçün nəzərdə tutulmuş bütün rekvizitlər olmalıdır. 
      Bank sənədlərinə - mühasibat uçotu və nəzarət üçün kredit şöbəsinin sərəncamları, bankın istifadə 
etdiyi ciddi hesabat blankları və digər sənədlər də aiddir. Ciddi hesabat blankları qanunvericiliklə müəyyən 
olunmuş qaydada Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir. 
       Əks etdirilən əməliyyatların xarakterinə görə bütün bank sənədləri kassa, memorial və balansdankənar 
sənədlərə bölünür. Kassa sənədləri ilə pulların mədaxil və məxarici üzrə əməliyyatlar rəsmiləşdirilir və 
mədaxil və məxaric sənədlərinə bölünür. Mədaxil kassa sənədlərinə - pulların bankların kassalarına daxil 
edilməsi üçün müştərilərin elanları, mədaxil kassa orderləri, pulların qəbul edilməsi barədə qəbzlər aiddir. 
Məxaric kassa sənədlərinə nağd pulun alınması üçün çeklər və məxaric kassa orderləri aiddir. 
        Memorial sənədlərdən hesablar üzrə nağdsız köçürmələr üçün istifadə edilir. Onların tərkibinə 
müştərilər tərəfindən banka təqdim olunan hesablaşma sənədləri (ödəniş tapşırıqları, inkasso tapşırıqları, 
akkreditivlər, vergi orqanlarının sərəncamları və s.)  daxildir. 
       Balansdankənar sənədlərə balansdankənar mədaxil və məxaric orderləri, şərti tələblər və öhdəliklər 
üzrə əqdlərin qeydiyyat sənədləri aiddir. Pul çeki üzrə nağd pul, çekdə adı göstərilmiş şəxsə verilir. Çek 
üzrə nağd pulu almaq hüququnun başqasına etibar edilməsinə yol verilmir. Müəssisənin (təşkilatın, 
idarənin) baş mühasibinin və ya çeki ikinci imzalamış digər işçinin adına yazılmış çek üzrə nağd pul 
verilməsinə yol verilmir.Hesabın sahibi ödəniş tapşırıqlarında, habelə pul çeklərinin arxa tərəfində 
ödənişin təyinatını göstərməlidir. Pul çeklərinin arxasında ödənişin təyinatı haqqında məlumat çek verənin 
imzası ilə təsdiq edilir.Xüsusi əhəmiyyətli dövlət qurumlarının ödəniş tapşırıqlarında və çeklərində 
ödənişin təyinatı göstərilmədən təqdim oluna bilər. Banklar çek və ödəniş sənədlərini, onların yazıldığı 
günü hesaba almadan, 3 iş günü ərzində icraya qəbul edir. Nağd pulun verilməsi üçün tərtib olunan 
elanlarda onların banka faktiki təqdim edildiyi tarix göstərilməlidir.  
       Çek və ödəniş tapşırıqları üzrə məbləğ, mütləq sətrin əvvəlində yazı ilə başlanır, boş yerdə və yazı ilə 
göstərilmiş məbləğdən sonra qoşa xətt çəkilir. Sənədlərdə əməliyyatın mahiyyəti dəqiq şərh edilməlidir. 
Hər sənəddə müştərinin səlahiyyətli şəxslərinin imzaları və möhürü olmalıdır. Nağd pulun verilməsi 
haqqında elanları onu ödəyən şəxs imzalayır. Sənədlərin doldurulmamış hissəsinin üstündən xətt 
çəkilməlidir.  Sənəd, imzalar və möhür şübhəli hesab olunduqda, bank çek və ya ödəniş tapşırığını qəbul 
etməkdən imtina edir və bunun üçün məsuliyyət daşımır. Bank, hesab sahibinin çeki itirməsi və ya 
oğurlanması haqqında məlumatını almazdan əvvəl itirilmiş və ya oğurlanmış çek üzrə nağd pul verərsə, 


  
 
21
bunun üçün məsuliyyət daşımır. Bank hesablaşma sənədlərində məlumatın və riyazi hesablamaların 
düzgün olub – olmamasına məsuliyyət daşımır.  mzaları, möhürü və ya mətni saxta olan çekin və ya ödəniş 
tapşırığının ödənilməsində bankın təqsiri sübut edilmədikdə, bunun nəticəsində dəyən zərər üzrə 
məsuliyyət hesab sahibinə aid edilir. 
       Nağd pulun və digər qiymətlilərin verilməsi üçün əsas olan pul çeklərində, məxaric kassa orderlərində 
və balansdankənar orderlərdə alıcıların imzaları olmalıdır. Bundan başqa, həmin sənədlərdə alıcının 
şə
xsiyyət vəsiqəsinin (pasportunun) və ya onu əvəz edən sənədin təqdim olunduğu barədə qeydlər 
edilməlidir. Bu qeydlərin alıcıların özləri tərəfindən aparılmasına yol verilmir, əməliyyat işçisi alıcının 
təqdim etdiyi şəxsiyyət vəsiqəsini və ya onu əvəz edən sənədi yoxladıqdan sonra həmin sənədin 
rekvizitlərinin düzgünlüyünü yoxlamalı, sənəddə olan imza nümunəsini alıcının çekdə və ya məxaric 
orderində olan imzası ilə tutuşdurmalıdır. Şəxsiyyət vəsiqəsi və ya alıcının şəxsiyyətini təsdiq edən digər 
sənəd haqqında qeydin düzgünlüyü, çekdə və ya orderdə əməliyyat işçisinin imzası ilə təsdiq olunur. 
      Nağd pulun və başqa qiymətlilərin qəbul edilməsi və verilməsi, vəsaitlərin bir hesabdan bankdakı 
başqa hesablara köçürülməsi üçün əsas olan bank sənədlərində mühasibat yazılışının tarixi, sənədi 
rəsmiləşdirmiş və onu yoxlamış bankın vəzifəli şəxslərinin imzaları, əlavə nəzarətin tələb olunmadığı 
ə
məliyyatlar üzrə sənədlərdəisə əməliyyatçının imzası olmalıdır. Bu sənədlərdə, o cümlədən həmin 
sənədlər üzrə qəbzlərdə yuxarıda göstərilmiş imzalardan başqa, nağd pulu və qiymətliləri qəbul etmiş və ya 
vermiş xəzinədarın da imzası olmalıdır. 
      Bankın qəbul etdiyi elektron ödəniş tapşırıqları kağız daşıyıcılarda bir nüsxədə çap edilir və ödəniş 
tapşırığını qəbul etmiş bankın məsul işçisi və/və ya müştərinin bankdakı hesabını aparan işçi köçürmənin 
həyata keçirildiyi tarixi öz imzası ilə təsdiqləyir. 
      Aparılmış əməliyyatlar üzrə təsdiqləyici sənədlər kimi saxlanması nəzərdə tutulmuş, habelə 
hesablardan çıxarışlara əlavə olan elektron ödəniş sənədlərinin kağız surətləri bankın məsul işçilərinin 
ş
tampı və imzaları ilə təsdiqlənir. Sənədi imzalamış bankın vəzifəli şəxsi həmin sənəd üzrə bankda 
aparılan mühasibat əməliyyatının düzgünlüyünə məsuliyyət daşıyır. Məsul şəxsə hesablaşma-pul 
sənədlərini imzalamaq hüququ bank rəhbərinin sərəncamı ilə rəsmiləşdirilir. .  
      Əlavə nəzarət tələb edən hesablaşma-pul sənədlərində aparılan əməliyyatları imzalamaq hüququna, 
vəzifəyə görə bankların rəhbərləri və baş mühasibləri, onların müavinləri və uçot- əməliyyat şöbələrinin 
rəisləri malikdirlər. Hər hansı hesablaşma-pul sənədini imzalamaq hüququ olmadan həmin sənədi 
imzalamış işçilər qanunvericiliyə müvafiq qaydada məsuliyyət daşıyırlar.  
      Baş mühasib imza nümunələrinin əməliyyat və nəzarət işçilərinə vaxtında verilməsinə nəzarət 
etməlidir. Hesablaşma-pul sənədlərinə bu və ya digər imza etmək hüququ verilmiş vəzifəli şəxslərin imza 
nümunələrinin bir nüsxəsi nəzarət üçün baş mühasibdə qalır.  
      Pul çek kitabçasının verilməsi hesab sahiblərinin hesab barəsində sərəncam verməyə vəkil edilmiş 
şə
xslər tərəfindən imzalanmış ərizəsi əsasında aparılır. Müştərinin ərizəsində müvafiq surətdə ona bir 
hesab üzrə eyni vaxtda yalnız bir pul çek kitabçası verilə bilər və bu zaman çeklərin nömrələrinin 
ardıcıllığına əməl edilməlidir.Çek kitabçasının verilməsi üçün banka bir nüsxədə ərizə təqdim olunur. 
Ə
məliyyat işçisi ərizənin düzgünlüyünü, ərizədəki imzaların və möhürün, hesab üzrə sərəncam 
verməyə vəkil edilmiş şəxslərin imza və möhür nümunələrinə uyğunluğunu yoxlayır, çek kitabçasının 
verilməsi üçün icazəni və ərizəni talonla birlikdə kassaya verir. Xəzinədar ərizəni aldıqdan sonra bankın 
məsul işçilərinin ərizədə imzalarının olub-olmadığını yoxlayır, verilən çek kitabçasındakı çeklərin 
nömrələrini ərizədə və ərizəyə aid talonda qeyd edir, talonda imza etdirərək, çek kitabçasını ərizə ilə 
birlikdə əməliyyat işçisinə verir. Ərizəyə aid talon kassada qalır.  
    Əməliyyat işçisi kitabçada bütün çeklərin olub-olmadığını yoxlayır və kitabça müştəriyə verilməzdən 
ə
vvəl mütləq doldurulmalı rekvizitləri (müəssisənin adını və kitabça bir hesab üçün tələb olunduqda, 
hesablaşma hesabının və ya cari hesabın nömrəsini) bütün çeklərdə əks etdirir və ərizəni xəzinədara verir. 
Xəzinədar çek kitabçasında bütün çeklərin olub-olmadığını yoxlayır, talonuimzalayır. Məxaric orderinin 
yazılması üçün çek kitabçası verildikdən sonra talonlar əməliyyat işçisinə qaytarılır. Xəzinədar müştərinin 
ə
rizədəki imzasını onun imza nümunəsi ilə əvvəlcədən tutuşdurub imza etdirdikdən sonra kitabçanı 
müştəriyə təqdim edir. Məxaric orderi yazıldıqdan sonra çek kitabçalarının verilməsi üçün ərizələrə aid 
talonlar məhv edilir. Çek kitabçalarının verilməsi üçun müştərilərin ərizələri gün ərzində verilmiş 
kitabçaların ümumi sayı üzrə tərtib edilən məxaric orderi ilə birlikdə saxlanılır.Müştəriyə verilmək üçün 


Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə