Microsoft Word bank dersli doc



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə8/101
tarix31.08.2018
ölçüsü2,4 Mb.
#65849
1   ...   4   5   6   7   8   9   10   11   ...   101

  
 
16
imzanın həqiqi olmasını yoxlayır,  əməliyyatın düzgün rəsmiləşdirildiyini müəyyən etdikdən sonra, 
ə
məliyyatı icra edir və sənədlərin surətləri şəxsi hesabların çıxarışlarına əlavə olunur 
    Hesablar üzrə əməliyyatlara əlavə nəzarət tələb olunan hallarda, vəsaitin bir hesabdan digərinə nağdsız 
köçürülməsi üçün əməliyyatçı sənədləri öz imzası ilə rəsmiləşdirdikdən sonra onların hər iki nüsxəsini 
nəzarətçiyə verir. Nəzarətçi əməliyyatın düzgünlüyünü yoxlayır, sənədin birinci və ikinci nüsxələri 
arasında tam uyğunluğu müəyyən etdikdən sonra onları imzalayır və birinci nüsxəni debet əməliyyatlarının 
ə
ks etdirilməsi üçün işlənməyə, ikinci nüsxəni isə kreditləşdirilən hesabı aparan əməliyyatçıya göndərir.  
     Bütün kassa sənədlərinə əlavə nəzarət həyata keçirilməlidir. Nəzarətçi əməliyyatçılar tərəfindən 
aparılan kassa məxaric əməliyyatlarına mərkəzləşdirilmiş qaydada nəzarət edir. Məxaric əməliyyatlarına 
nəzarət elə təşkil olunmalıdır ki, aşağıdakı hallara şərait yaranmasın: 
-- düzgün rəsmiləşdirilməmiş sənədlərin, imzaları və möhürü verilmiş nümunələrə uyğun olmayan çeklərin 
və həmin müştəriyə məxsus olmayan kitabçadan çıxarılmış çeklərin ödənilməsinə; 
--  çeklərin və digər kassa məxaric sənədlərinin bankın müvafiq əməliyyat işçilərinin və nəzarətçilərin 
imzası olmadan kassaya daxil olmasına; 
-- kassa sənədlərində və jurnallarında əsaslandırılmamış düzəlişlərin və əlavələrin aparılmasına. 
     Məxaric üzrə kassa jurnalı müvafiq olaraq iki nüsxədə tərtib olunur, jurnalın birinci nüsxəsində 
xəzinədar imza etdikdən sonra kassaya verilir, ikinci nüsxəsi nəzarətçi işçidə qalır və nəzarətçi birinci 
nüsxəyə hər hansı düzəliş və ya əlavələr edilibedilmədiyini yoxlayır.Əgər kassa məxaric əməliyyatlarına 
nəzarət edən şəxsin iş yeri kassanın yaxınlığındadırsa və ya kənardan müdaxiləyə imkan verməyən 
nəqliyyat qurğusu ilə kassaya birləşdirilibsə, bankın daxili qaydalarına əsasən kassa məxaric sənədlərinin 
kassirə nəzarətçinin imzası olmadan verilməsi qaydası müəyyən edilə bilər. 
     Mədaxil kassa əməliyyatları üzrə sənədlər dövriyyəsi elə təşkil edilməlidir ki, müştərilərə qəbzlərin 
verilməsi və vəsaitin onların hesablarına daxil edilməsi, yalnız faktiki olaraq nağd pul kassaya daxil 
olduqdan sonra həyata keçirilsin. 
     Əməliyyatçı tərəfindən qəbul olunmuş və ya tərtib edilmiş mədaxil kassa sənədi onun tərəfindən 
imzalanaraq, kassa jurnalına daxil edilir və kassaya verilir. Bankdaxili hesablara daxil etmək üçün bank 
işçilərindən pulun qəbulu zamanı mədaxil kassa orderi iki nüsxədə yazılır, bunlardan biri qəbzi əvəz 
edir.Əməliyyatçı, kassirin imzası ilə nağd pulun qəbul edildiyini təsdiq edən orderi kassadan aldıqdan 
sonra kassirin orderdəki imzasının həqiqi olub-olmadığını imza nümunəsi ilə yoxlayır, bu sənədin 
qaytarılması barədə kassa jurnalına qeyd etdikdən sonra mühasibat uçotunda həmin əməliyyatın əks 
etdirilməsi üçün müvafiq mühasibat sənədlərinin nəzarət bölməsinə göndərilməsini təmin edir. 
     Bank sənədlərində bank işçilərinin imzalarının, habelə müştərilərin hesab nömrələrində düzəlişlərin 
düzgünlüyünün yoxlanması bank sənədlərinin təhlili və müvafiq informasiyanın AB S-ə daxil edilməsi ilə 
məşğul olan işçilərə həvalə edilir.  Göstərilən yoxlamanı aparmaq üçün bankın vəzifəli şəxsləri tərəfindən 
ə
lavə nəzarət olunan əməliyyatların, habelə bank işçiləri tərəfindən bank sənədlərində müştərilərin hesab 
nömrələrində edilə biləcək mümkün dəyişikliklərin siyahıları tərtib edilir.  
       craya qəbul edilən bank sənədlərində olan bankın səlahiyyətli, vəzifəli şəxslərinin imzalarının 
həqiqiliyini yoxlamaq üçün müvafiq işçilərdə onların imza nümunələri olmalıdır. Bankın daxili prosedur 
qaydalarına əsasən bu imza nümunələri müvafiq işçilərə elektron daşıyıcıları vasitəsi ilə ötürülə bilər. 
      Bank hesabları rəsmiləşdirilərkən, baş mühasib və ya onun müavini müştərinin verdiyi sənədləri qəbul 
edir, onların qüvvədə olan qaydalara və qanunvericiliyə uyğunluğunu hüquq şöbəsi ilə birlikdə yoxlayır, 
hesab açılmasına icazə verilməsi üçün rəhbərliyə təqdim edir. Hesab açıldıqdan sonra imza və möhür 
nümunələrinin vərəqləri bankın müvafiq işçilərinə verilir.  mza və möhür nümunələrinin vərəqələri və 
bank hesabı üzrə digər sənədlər dəyişdirildikdə, həmin sənədlər əməliyyatçılar tərəfindən qəbul edilir. 
Ə
məliyyatçılarbu sənədləri ləğv olunan sənədlərlə birlikdə yoxlayır və öz imzası ilə təsdiq etmək üçün baş 
mühasibə və ya onun müavininə, yaxud müvafiq vəzifəli şəxsə təqdim edir. Hesab bağlandıqda, habelə 
müştərinin, təşkilatın adı və ya hesab nömrəsi dəyişdikdə, hesabın sahibi istifadə olunmamış çekləri və çek 
kötüklərlərini, onların nömrələri göstərildiyi ərizə ilə birlikdə banka qaytarmalıdır. Əgər hesab bağlanırsa, 
həmin ərizədə onun bağlandığı gün hesabdakı vəsaitin qalığı təsdiq edilməlidir. Mühasibat uçotu 
mərkəzləşdirilmiş şəkildə aparılan banklarda hesabların açılması, bankdaxili prosedur qaydaları ilə 
tənzimlənməklə bu maddənin tələblərinə uyğun olaraq həyata keçirilir. 


  
 
17
     Bağlanan, habelə bankın digər bölməsinə verilən hesablar üzrə istifadəsiz qalmış çekləri müştərilərdən 
yalnız baş mühasib və ya onun müavini qəbul edə bilər. O, təhvil verilmiş çeki qəbul edərək, çekin 
imzalanmaq üçün nəzərdə tutulmuş hissəsini gələcəkdə istifadə olunmaması məqsədilə kəsir və bundan 
sonra çeklər müvafiq əməliyyat işçisinə təqdim edilir. Həmin işçi hesabın bağlanması barədə order tərtib 
etməli və onu, yoxlamaq və imzalamaq üçün baş mühasibə və ya onun müavininə təqdim etməlidir. 
      Bankın sərəncamı ilə bank hesabı müqavilələri ləğv edildikdə və hesablar planına müvafiq olaraq 
bağlanmış müştəri hesablarına mədaxil edildikdə, bankın baş mühasibi və ya müavini hesabdan axırıncı 
çıxarışın  müştəriyə təqdim edildiyi gündən başlayaraq bağlanan hesabdakı sənədlər üzrə bütün mühasibat 
yazılışlarını diqqətlə yoxlamalı və çıxarılmış qalığın düzgünlüyünü müəyyən etdikdən sonra, bu barədə öz 
imzası ilə bağlanan şəxsi hesabdan çıxarışda müvafiq qeyd etməlidir.  
      Əməliyyat işi üzrə şikayət və digər məktubları müştərilərdən bank ekspedisiyası bölməsi (xüsusi olaraq 
ayrılmış şəxslər) və ya şəxsən baş mühasib qəbul edir. Bu qayda haqqında məlumat elanlar vasitəsi ilə 
müştərilərə bildirilir. Əməliyyat işçilərinə belə məktubları qəbul etmək qadağan olunur. Müştərilərdən 
ş
ikayət və digər məktubları qəbul etmək üçün bankın müəyyənləşdirdiyi yerlərdə xüsusi bağlı qutular 
quraşdırıla bilər.  
      Uçot-əməliyyat və kassa işinin bütün sahələrində nəzarətin təşkil edilməsi və onun həyata keçirilməsi 
baş mühasibə tapşırılır. 
      Bankda daxili nəzarətin bir hissəsini aparılan ardıcıl yoxlamalar təşkil edir. Bankın rəhbəri uçot-
ə
məliyyat işinin vəziyyətini, balansın, hesabatların vaxtında tərtib olunmasını yoxlamalı, müştərilərin 
hesablarına vəsaitin vaxtında və tam köçürülməsinə, hesablaşma-pul sənədlərinin digər banklara vaxtında 
və tam göndərilməsinə vaxtaşırı nəzarət etməlidir. 
       Bankların baş mühasibləri, onların müavinləri, şöbə rəisləri və nəzarət işçiləri öz vəzifələrinə müvafiq 
olaraq uçot əməliyyat işini müntəzəm surətdə ardıcıl olaraq yoxlamalıdır. Yoxlamalar zamanı uçotun və 
aparılmış əməliyyatların lazımi sənədlərlə rəsmiləşdirilməsinin düzgünlüyünə nəzarət edilməlidir. 
       Yoxlamalar prosesində əməliyyatların yerinə yetirilməsində və mühasibat uçotunun aparılmasında 
aşkar olunmuş nöqsanların səbəbləri araşdırılmalı və onların aradan qaldırılması üçün müvafiq tədbirlər 
görülməlidir. Yoxlamalar elə aparılmalıdır ki, hər uçot-əməliyyat işçisinin işi bir qayda olaraq, ildə bir 
dəfədən az olmayaraq yoxlanılsın. Yoxlamaların aparılmasına cəlb olunan işçilərin tərkibi xüsusi nəzarət 
işçilərindən, baş mühasibin müavinlərindən və şöbə (qrup) rəislərindən başqa, habelə baş mühasib 
tərəfindən müəyyən olunmuş digər mütəxəssislərdən təşkil olunmalıdır. 
       Yoxlamaların nəticələri qısa arayışlarla rəsmiləşdirilməlidir. Bank rəhbəri yoxlama zamanı aşkar 
edilmiş nöqsanlar haqqında arayışı qəbul etdikdən sonra uçot - əməliyyat əməkdaşlarının iştirakı ilə arayışı 
şə
xsən nəzərdən keçirməli və qeyd edilmiş nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər 
görməlidir. 
       Baş mühasib yoxlamaların gedişində aşkar edilmiş nöqsanların aradan qaldırılmasına nəzarət etməli və 
tələb olunduqda, təkrar yoxlama təşkil etməlidir. 
       Bank sənədlərində məbləğlərin pozulması və düzəlişlərin aparılması yolu ilə dəyişikliklərin edilməsi 
qadağandır. Səhv yazılışların düzəldilməsi onların aşkara çıxarılması vaxtından və mühasibat 
registrlərindən asılı olaraq aşağıdakı qaydada həyata keçirilir: 
--  Cari yoxlamada əməliyyatçı və ya nəzarətçilər tərəfindən aşkara çıxarılmış səhvlər, mühasibat jurnalı 
bağlananadək düzgün yazılmamış məbləğlərin üstündən  xətt çəkilib onların yuxarısında düzgün 
məbləğlərin yazılması yolu ilə aradan qaldırılır. Bu yazılar əməliyyatçının imzası ilə təsdiqlənir. Əgər yazı, 
səhv yazı kimi ləğv olunmalıdırsa, mühasibat işçisi bütün yazının üstündən xətt çəkir və üstündən xətt 
çəkilmiş məbləğin yanında “nəzərə alınmamalı” sözünü yazıb bu yazını öz imzası ilə təsdiqləyir. Eyni 
zamanda bütün əlaqəli mühasibat uçotu registrlərində düzəlişlər edilir; 
-- Əgər işlənmə şərtlərinə görə belə üsulla düzəlişlər etmək mümkün deyilsə, səhv yazılar, onların ləğv 
edilməsi və yeni, düzgün yazılışın verilməsi yolu ilə düzəldilir. Köçürmə üçün cari gündə iki order – ləğv 
edilmiş order və düzgün order tərtib edilir. Orderlər əməliyyatçıdan başqa, nəzarət işçisi tərəfindən 
imzalanır; 
--  Mühasibat jurnalı bağlandıqdan və ya balans tərtib olunduqdan sonra aşkara çıxarılmış səhv yazılışlar 
üzrə əks mühasibat yazılışları verilməklə düzəlişlər aparılır. 
 


Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə