Microsoft Word bank dersli doc



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə9/101
tarix31.08.2018
ölçüsü2,4 Mb.
#65849
1   ...   5   6   7   8   9   10   11   12   ...   101

  
 
18
                                                              11.  nventarizasiya 
 
      nventarizasiya - bankın əmlakının, öhdəliklərinin, hesablaşmaların faktiki vəziyyətinin 
qiymətləndirilməsi, rəsmiləşdirilməsi və mühasibat uçotu məlumatı ilə uyğunluğunun yoxlanılmasıdır. 
     Mühasibat uçotu məlumatlarının düzgünlüyünü təmin etmək məqsədilə bank azı ildə bir dəfə əmlakın 
və maliyyə öhdəliklərinin inventarizasiyasını keçirməlidir. Hesabat ilində keçirilən inventarizasiyaların 
sayı, onların keçirilmə tarixləri, hər inventarizasiya zamanı yoxlanılan əmlakın və maliyyə öhdəliklərinin 
siyahısı bank tərəfindən müəyyən edilir. 
     Aşağıdakı hallarda inventarizasiya məcburi qaydada keçirilir: 
- maddi məsul şəxslər dəyişdikdə (təhvil-təslim gününə); 
- oğurluq və ya sui-istifadə faktı, habelə mal-material ehtiyatlarının korlanması  müəyyən edildikdə; 
- təbii fəlakətlər, yanğın, qəzalar və ya ekstremal səbəblərin doğurduğu digər fövqəladə vəziyyətlər 
yarandıqda; 
-bank ləğv edilərkən (yenidən təşkil olunarkən) ləğvetmə balansının tərtib edilməsi və Azərbaycan 
Respublikasını qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda. 
      nventarizasiyanın əsas məqsədləri aşağıdakılardır: əmlakın faktiki mövcudluğunun aşkar edilməsi, 
ə
mlakın faktiki mövcudluğunun mühasibat uçotu məlumatı ilə tutuşdurulması, öhdəliklərin uçotda tam əks 
etdirilməsinin yoxlanılması, əmlakın qiymətləndirilməsinin düzgün əks etdirilməsinin yoxlanılması, 
inventarizasiya tarixinə əmlakın vəziyyətinin müəyyənləşdirilməsi. Bankın əmlakının və öhdəliklərinin 
inventarizasiyasının keçirilməsi üçün inventarizasiya komissiyası yaradılır. Onun tərkibi bankın rəhbəri 
tərəfindən təsdiq edilir.  nventarizasiya komissiyasının tərkibinə rəhbərliyin nümayəndələri, mühasibat 
xidməti, informasiya texnologiyaları üzrə mütəxəssis, daxili audit xidməti və başqa mütəxəssislər, habelə 
lazım gəldikdə xarici audit xidmətinin nümayəndələri daxil edilə bilər. Bu zaman maddi məsul şəxslər 
inventarizasiya komissiyasının tərkibinə daxil edilmir. 
     Yerləşməsindən asılı olmayaraq (o cümlədən məsul qorunmada, yolda olan, icarəyə götürülmüş, icarəyə 
verilmiş və s. əmlak) inventarizasiya vaxtında bankın balansında və balansdankənar hesablarda uçota 
alınan, habelə hər hansı səbəblərə görə uçota alınmamış əmlak və öhdəliklərin bütün növləri 
inventarizasiya edilməlidir. Bu zaman debitor və kreditor borcu və hesablaşmalar üzrə üzləşdirmə aktları 
tərtib edilir.Mülkiyyət hüququ ilə banka məxsus olmayan, lakin bankda yerləşən, habelə yararsız hala 
düşmüş əmlak da inventarizasiya edilməlidir. Bu zaman ayrıca inventarizasiya siyahısı tərtib edilə bilər. 
Ə
mlakın inventarizasiyası bankın hər bir struktur bölməsi üzrə aparılır və bu əmlak müvafiq işçiyə, habelə 
maddi-məsul şəxsə təhkim olunur və bu barədə uçot kartında müvafiq qeydlər aparılır. 
       nventarizasiya siyahıları inventarizasiyanın keçirildiyi tarixə tərtib olunan və həmin tarixə əmlakın və 
öhdəliklərin faktiki mövcudluğunu təsdiq edən sənədlərdir.  nventarizasiya siyahıları inventarizasiya 
komissiyasının bütün üzvləri və maddi məsul şəxs tərəfindən imzalanır. Siyahının sonunda maddi məsul 
şə
xs onun iştirakı ilə əmlakın komissiya tərəfindən yoxlanılmasını, komissiyanın üzvlərinə qarşı hər hansı 
iddianın olmadığını öz imzası ilə təsdiq edir. nventarizasiya zamanı uçot məlumatlarından kənarlaşma 
hallarının aşkar edildiyi hallarda bankın əmlakı üzrə komissiya tərəfindən müqayisə cədvəlləri tərtib edilir. 
Müqayisə cədvəllərində inventarizasiyanın nəticələri, yəni mühasibat uçotunun məlumatı və əmlak 
siyahıları üzrə göstəricilər arasındakı fərqlər əks etdirilir. Banka məxsus olmayan, lakin bankın mühasibat 
uçotunda əks olunan (məsul qorunmada olan, icarəyə götürülmüş, icarəyə verilmiş və s.) əmlak üçün 
ayrıca müqayisə cədvəlləri tərtib edilir. 
       nventarizasiya zamanı bankın əmlakının faktiki mövcudluğu ilə mühasibat uçotu məlumatları arasında 
aşkara çıxarılmış fərqlər aşağıdakı qaydada nizama salınır: 
-- artıq olan əsas vəsait, azqiymətli və tezköhnələn əşyalar, pul nişanları və başqa əmlak qiymətləndirilməli 
və müvafiq surətdə balansa və qeyri-adi gəlirlərə daxil edilməklə mədaxil edilməli və artıqlığın meydana 
çıxmasının səbəbləri müəyyənləşdirilməklə, bu səbəblərin aradan qaldırılması üçün qanunvericiliklə 
nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər həyata keçirilir; 
-- əsas vəsait, azqiymətli və tezköhnələn əşyalar, pul nişanları və digər əmlak çatışmazlığı, Azərbaycan 
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada təqsirkar şəxslərə aid edilir. Təqsirkar şəxs 
müəyyən edilmədikdə və ya məhkəmə məbləğlərin həmin şəxslərdən tutulması tələbini rədd etdikdə və ya 


  
 
19
başqa obyektiv səbəblərə görə (oğurluq, qarşısıalınmaz qüvvə nəticəsində korlanma) çatışmazlıq bankın 
zərəri kimi tanınır. 
       nventarizasiya başa çatdıqdan sonra inventarizasiya zamanı aşkara çıxarılmış qiymətlilərin faktiki 
mövcudluğu ilə mühasibat uçotu məlumatları arasında fərqlərin aradan qaldırılması barədə təkliflər 
komissiyanın müzakirəsinə verilir.  nventarizasiyanın nəticələri müvafiq inventarizasiya hesabatlarında və 
maliyyə hesabatında əks etdirilməlidir. nventarizasiyanın nəticələrinin mühasibat uçotunda əks etdirilməsi 
üçün məsuliyyəti bankın mühasibat xidməti daşıyır. 
 
                                                       12. Bank sənədləri 
 
    Bank tərəfindən aparılan əməliyyatların sənədləşdirilməsi və onların mühasibat uçotunda əks olunması 
  Mühasibat yazılışları bankın əməliyyat aparması faktını qeydə alan ilkin uçot sənədləri əsasında aparılır. 
    lkin uçot sənədinin elektron surəti kağız daşıyıcılarda ilkin uçotsənədi qüvvəsinə malikdir.  
    Elektron daşıyıcılarında ilkin sənədlər tərtib edilərkən bank, əməliyyatların icrasını təmin edən başqa 
iştirakçılar üçün, habelə qanunvericilikdə nəzərdə tutulmuş nəzarəti həyata keçirən orqanların tələbi ilə 
kağız daşıyıcılarda sənədlərin surətlərini təqdim etməlidir. 
    Mühasibat uçotu registrlərində qeydə alınmış ilkin sənədlərdən təkrar istifadə edilməsinə imkan 
verməyən işarə olmalıdır. Mühasibat uçotu mərkəzləşdirilmiş qaydada aparılan banklarda, filialların ilkin 
sənədləri günün sənədlərinə tikilir, baş bank isə filialların mühasibat yazılışlarının qeydiyyat jurnalını 
aparmaqla kifayətlənə bilər.  
    Sənədlərin vaxtında və keyfiyyətlə tərtib olunmasına, onların mühasibat uçotunda əks etdirmək üçün 
müəyyən olunmuş müddətlərdə digər bölmələrə ötürülməsinə və sənədlərdəki məlumatların dürüstlüyünə 
bu sənədləri tərtib edən və imzalayan şəxslər məsuliyyət daşıyır.  
       Bankların bütün əməliyyatları onların xarakteri barədə məlumatlardan ibarət olan, əməliyyatların 
qanuniliyini təsdiq edən və onların uçotda əks etdirilməsi üçün əsas olan sənədlərlə rəsmiləşdirilir.  
      Qanunvericilikdə başqa hal nəzərdə tutulmadıqda, müştərilərin sənədləri banklar tərəfindən ödəniş 
sənədlərinin elektron mübadilə sistemlərindən istifadə edilməsi haqqında müqavilə və benefisiarla onun 
bankı arasında, yaxud pul göndərənlə onun bankı arasında proqram-kriptoqrafik mühafizə və elektron imza 
sistemindən istifadə edilməsi haqqında müqavilə əsasında elektron üsulla qəbul edilə bilər.  
      Müştərilərin kağız daşıyıcılarda təqdim etdikləri sənədlərdə imzaları, müştəri hüquqi şəxs olduqda isə 
möhür və müvəkkil vəzifəli şəxslərinin imzaları olmalıdır. Müştərilərin elektron üsulla təqdim etdikləri 
sənədlərdə elektron imza olmalıdır, belə sənədlər elektron imza olmadan verildikdə, onlar kağız 
daşıyıcılarda olan sənədlərlə təsdiq edilməlidir. 
      Uçota qəbul edilmiş ilkin sənədlərdə mühasibat uçotunda əks etdirilmək üçün zəruri olan məlumatlar 
toplanılır və uçot registrlərində sistemləşdirilir. Mühasibat uçotu registrlərinin məlumatları, qruplaşdırılmış 
şə
kildə maliyyə hesabatında əks etdirilir. 
      Elektron ödəniş tapşırıqları bank tərəfindən elektron sənədin nömrəsini, ödəyicinin adını, onun hesab 
nömrəsini, ödəniş məbləğini, habelə alıcının və onun bankının rekvizitlərini göstərməklə elektron 
sənədlərin uçotu jurnalında qeydə alınır. 
       cra olunmuş elektron sənədlər kağız daşıyıcılarda çap edilir, məsul işçilər tərəfindən imzalanır və 
xüsusi qovluğa tikilir. Elektron sənədlərin uçotunu əks etdirən jurnalın aparılmasına baş mühasib və ya 
onun müavini nəzarət edir. 
      Kassa və bank sənədlərində düzəlişlər edilməsinə yol verilmir. Həmin sənədlərdə məbləğ, müştərinin 
adı, hesab nömrələri kimi rekvizitlərdə düzəlişlər olduqda, həmin ödəniş sənədi etibarsız sayılır və bank 
tərəfindən icraya qəbul edilmir. Qalan ilkin sənədlərdə yalnız bankın apardığı əməliyyatın iştirakçıkarı ilə 
razılaşma əsasında düzəlişlər edilə bilər ki, bu da düzəlişlərin tarixlərini göstərməklə sənədləri imzalamış 
şə
xslərin imzaları ilə təsdiq olunmalıdır. 
 
                                       
 
 
 


Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə