Microsoft Word bank dersli doc



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə12/101
tarix31.08.2018
ölçüsü2,4 Mb.
#65849
1   ...   8   9   10   11   12   13   14   15   ...   101

  
 
24
Təminatsız kredit - təminatı olmayan kreditdir və ya təmin edilən təqdirdə, bu təminatın bazar dəyəri 
yoxdur, etibarlı şəxs tərəfindən verilməmişdir, yaxud dəyərindən asılı olmayaraq qanunvericiliyə uyğun 
olaraq rəsmiləşdirilməmişdir.    
Restrukturizasiya olunmuş kredit – bu elə kreditdir ki, adi şəraitdə bankın güzəştə getmədiyi,  lakin 
borclunun maliyyə vəziyyətinin pisləşməsi səbəbindən o, qaytarılmasını təmin etmək məqsədilə 
müqavilədə nəzərdə tutulduğundan daha əlverişli  şərtlərlə yenidən  rəsmiləşdirilmişdir (məsələn, faiz 
dərəcəsi azaldılmış, yaxud hesablanmış faizlərin alınması hüququndan tam və ya qismən imtina edilmiş, 
yaxud borcalan tərəfindən ödəniş aparılmadan əsas və faiz borclarının məbləği azaldılmış və qaytarılma 
müddəti uzadılmış kreditlər). 
Yüksək risklə təsnifləşdirilmiş aktiv - qeyri-qənaətbəxş, təhlükəli və ya ümidsiz  təsnifləşdirmə 
kateqoriyasına aid edilmiş aktivdir. 
Bazar dəyəri - "ədalətli satışın" bütün şərtlərinə əməl etməklə açıq bazarda əmlakı almaq üçün ehtimal 
olunan ən münasib qiymətdir.  
Ə
dalətli satış dedikdə aşağıdakılar başa düşülür:  
tam məlumatlı satıcının və alıcının hərəkətləri müstəqildir; 
onların hər ikisi kənardan təsir olmadan maraqları mövqeyindən çıxış edir. 
Hesablama metodu ilə hesablanmayan aktiv 

 faizlərinin hesablanması dayandırılmış aktivdir.  
ğılma prosesində olan kredit - borcalan  tərəfindən  ödəniş şərtləri pozulmuş elə kreditdir ki,  onun 
məhkəmə iddiası irəli sürmədən  borcalan tərəfindən, yaxud zəruri  tədbirlər  görməklə təminat  hesabına  
qaytarılması  və ya əlavə təminat hesabına  onun qaytarılması üçün məhkəmə qərarının  müvafiq  vaxt 
ə
rzində verilməsi ehtimalı  vardır. 
Faizin kapitallaşdırılması 

 
müqaviləyə əsasən ödənilmə vaxtı çatmış faizlərin ödənilməmiş hissəsinin 
kreditin qalıq məbləğinə əlavə olunmasıdır. Kapitallaşdırılmış faizə müddəti uzadılmış, yaxud yeni kredit 
kimi rəsmiləşdirilmiş faizlər də aiddir. 
Qeyri-i_şl_ək_kredit'>Qeyri-işlək kredit faizinin  hesablanması dayandırılmış, yaxud əsas məbləğinin və ya faizinin ödənişi 
müqavilədə nəzərdə tutulmuş müddətlərdən  
90 gün
 və ya daha çox gecikdirilmiş,  faizi kapitallaşdırılmış 
və ya yeni kredit kimi rəsmiləşdirilmiş, yaxud  faizinin ödəniş müddəti  uzadılmış kreditlər, habelə  
faizinin ödəniş müddəti  90 gün və ya daha çox  gecikdirilmiş overdraftlardır.  
Qeyri-işlək kreditin məbləği - ödənilməmiş faiz məbləği istisna olmaqla kreditin əsas məbləğinin 
ödənilməmiş qalığıdır. 
ş
lək kredit - qeyri-işlək kredit kateqoriyasına daxil edilməyən  kreditdir. 
Zərərin ödənilməsi üçün ehtiyatlara ayırmalar - təsnifləşdirilən aktivlər üzrə mümkün (gözlənilən və ya 
gözlənilməyən) zərərin ödənilməsi üçün xərclərə aid edilən 
xüsusi 
ehtiyatların məbləğidir. 
Xüsusi ehtiyatlar- aktivlər üzrə zərərin ödənilməsi üçün 
“adi ehtiyatlar”
a və 
“məqsədli ehtiyatiar”

bölünür. Xüsusi ehtiyatlar konkret bir və ya bir qrup aktivlə əlaqədar mümkün zərərin ödənilməsi üçün 
istifadə olunur. 
Aktivl_ər_üzr_ə_z_ər_ərin_öd_ənilm_əsi_üçün_"adi_ehtiyatlar"'>Aktivlər üzrə zərərin ödənilməsi üçün "adi ehtiyatlar" - bankın “standart  aktivlər”i üzrə mümkün 
zərərin ödənilməsi üçün yaradılmış ehtiyatdır. 
Aktivlər üzrə zərərin ödənilməsi üçün "məqsədli ehtiyatlar" - bankın “qeyri-standart aktivlər”i üzrə 
mümkün zərərin ödənilməsi üçün yaradılmış  ehtiyatdır.  


  
 
25
Banklararası tələblər - müəyyən müddətə və ya tələb olunanadək bir  bank tərəfindən digər bankda 
yerləşdirilmiş depozitlər və ya “nostro”müxbir hesab qalıqlarıdır.   
Ödəməmələrə görə balansa götürülmüş daşınmaz əmlak - borcalanın borcunun tam və ya qismən 
ödənilməsi məqsədi ilə bank tərəfindən balansa götürülən daşınmaz əmlakdır. Təsnifləşdirmə məqsədi ilə 
bu anlayışa əldə edılməsı mənbəyindən asılı olmayaraq keçmişdə bankın və ya onun struktur bölmələrinin 
ofisləri kimi istifadə edilmiş, hazırda istifadə olunmayan və istifadəsi nəzərdə tutulmayan binalar və 
tikililər də daxildir. 
Ödəməmələrə görə balansa götürülmüş daşınar əmlak - nəqliyyat vasitələri, avadanlıqlar (daşınmaz 
ə
mlaka birbaşa bağlanmamış daşınar əmlak), qiymətli kağızlar, digər daşınar əmlak və maliyyə aktivləri 
daxil olmaqla, borcalanın borcunun tam və ya qismən ödənilməsi məqsədi ilə bank tərəfindən üzərində 
mülkiyyət hüququ əldə edilən daşınar əmlakdır. 
Qeyd olunmuş dəyər
 - kreditin əsas məbləğinin ödənilməmiş hissəsidir. Kredit olmayan aktivin “qeyd 
olunmuş dəyəri” onun əldə edilməsi qiymətidir. 
Kreditin ümumi dəyəri – kreditin 
“qeyd olunmuş dəyər”
i ilə bu kredit üzrə bütün hesablanıb alınmamış 
faizlər, komissiyon haqları və digər ödənişlər daxil olmaqla ödənilməmiş məbləğlərin cəmidir. 
      Bankda aktivlərin təsnifləşdirilməsi və onlar üzrə ehtiyatların yaradılması bu Qaydalara və bankın 
daxili qaydalarına əsasən həyata keçirilir. Daxili qaydalarda aktivlərin təsnifləşdirilməsinin tənzimlənməsi, 
uçotda əks etdirilməsi, o cümlədən aktivlərin keyfiyyətinin təhlili meyarları və nəzarət prosedurları, 
həmçinin ümidsiz aktivlərin balansdan silinməsi qaydaları müəyyən olunur.Təsnifləşdirilmə maraqlar 
münaqişəsinə yol verməmək prinsipi əsasında bankın daxili qaydaları ilə müəyyən olunmuş məsul struktur 
bölmə tərəfindən həyata keçirilir. 
Aktivlər standart və qeyri-standart aktivlərə bölünür. Standart aktivlərə qənaətbəxş və nəzarət altında 
olan aktivlər, qeyri-standart aktivlərə isə qeyri-qənaətbəxş,təhlükəli və ümidsiz aktivlər aiddir. Aktivlərin 
təsnifləşdirilməsi gecikmə müddəti və keyfiyyət meyarları nəzərə alınmaqla həyata keçirilir. Qənaətbəxş 
aktivlər ən yüksək kateqoriyalı, ümidsiz aktivlər isə ən aşağı kateqoriyalı aktivlər kimi təsnifləşdirilir. 
 
                                              3. Aktivlə
rin təsnifləşdirilməsi 
 
 Bu Qaydalarda ayrı hal nəzərdə tutulmadıqda, gecikmə müddəti və keyfiyyət meyarlarına əsasən müəyyən 
edilmiş nəticələr uzlaşdırılır və bu Qaydaların aşağıda verilmiş cədvələ uyğun aktivin təsnifləşdirmə 
kateqoriyası müəyyən edilir. 
Təsnifləşdirmə məqsədi ilə aktivlər 30 günədək, 31 gündən 90 günədək, 91 gündən 180 günədək, 181 
gündən 270 günədək və 270 gündən çox gecikdirilmiş aktivlərə bölünür. Aktivin gecikməsi müddəti (əsas 
məbləği və ya faiz borcları üzrə) müvafiq müqavilədə əsas məbləğin və faiz borclarının ödənilməsi üçün 
müəyyən edilmiş tarixdən hesablanır. 
Keyfiyyət meyarlarına görə aktivlər yüksək, orta və aşağı keyfiyyətli akivlərə bölünür.Aktivin keyfiyyəti 
aşağıdakı bütün tələblərə uyğun olduğu hallarda yüksək hesab olunur,borclunun maliyyə vəziyyəti və 
fəaliyyətinin gəlirliliyi müqavilə üzrə öhdəlikləri vaxtında və tam həcmdə ödəmək üçün məqbul olduqda, 
borclunun ödəmə qabiliyyətinə təsir edən hər hansı neqativ amillər (istehsalın artım tempinin aşağı 
düşməsi, kreditor və debitor borclarının kəskin artması və digər iqtisadi faktorlar) müşahidə olunmadıqda, 
borclunun son altı ay ərzində vaxtı keçmiş kreditləri olmadıqda,aktivin keyfiyyəti aşağıdakı bir və ya bir 
neçə hal baş verdikdə orta hesab olunur 
--borclu maliyyə hesabatlarını, biznes-planını və ya öhdəlikləri vaxtında ödəmək qabiliyyətini sübut edən 
digər sənədləri təqdim etmədikdə; 
--borclunun fəaliyyəti üzrə pul axınları borca xidmət şərtlərinə adekvat olmadıqda; 
-- iqtisadi şəraitin dəyişməsinin borclunun ödəmə qabiliyyətinə mənfi təsir göstərə bilən meyllər (məsələn, 
borclunun satdığı məhsula tələbat aşağı düşdükdə, məhsulun istehsalına sərf olunan xammalın qiyməti 
artdıqda) müşahidə olunduqda və ya bu cür təsir ehtimalı yarandıqda; 
--borclu zərərlə işlədikdə və ya öhdəliyinin icrası üçün yetərli gəlir əldə etmədikdə; 


Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə