Microsoft Word bank dersli doc



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə11/101
tarix31.08.2018
ölçüsü2,4 Mb.
#65849
1   ...   7   8   9   10   11   12   13   14   ...   101

  
 
22
hazırlanmış çek kitabçaları 30 gün ərzində müştərilər tərəfindən alınmazsa, müştərinin ərizəsi, bankın 
rəhbəri, baş mühasibi və xəzinə müdiri tərəfindən imzalandıqdan sonra çeklərin imza üçün təyin olunmuş 
hissəsi kəsilir və məxaricə silinir. Ləğv edilmiş çek kitabçaları məxaric orderinə tikilir. 
       Əmanət kitabçaları əmanətlər üzrə şəxsi hesablar aparan mühasibə kassa tərəfindən baş mühasibin və 
ya onun müavinin, yaxud da şöbə rəisinin imzası olan yazılı tələblə verilir. Hər gün əməliyyatlar 
qurtardıqdan sonra əmanətçilərə verilmiş əmanət kitabçaları silinib məxaricə yazılır. Məxaric orderinə baş 
mühasib və ya onun müavini, yaxud da uçot-əməliyyat şöbəsinin rəisi nəzarət imzasını edir. Silinib 
məxaricə yazılan kitabçaların sayı əmanətçilərin gün ərzində açılmış şəxsi hesablarının sayı ilə 
tutuşdurulur.  stifadə edilməmiş əmanət kitabçaları xəzinədara təhvil verilir və xəzinədar kitabçaların 
avansla alınması barədə mühasibin verdiyi iltizamı ona qaytarır. 
 
                                  15. Uçot sənədlərinin saxlanmasının təmin edilməsi 
 
       Banklar mühasibat sənədlərinin etibarlı şəkildə saxlanmasını təmin etməlidirlər. 
       Banklarda ilkin uçot sənədlərinin, mühasibat uçotu registrlərinin və maliyyə hesabatlarının saxlanması 
qaydası və müddətləri müvafiq qanunvericiliklə tənzimlənir. Uçot sənədlərinin düzgün arxivləşdirilməsinə 
görə məsuliyyət bank rəhbərlərinin və baş mühasiblərin ( rəhbərlik tərəfindən müvəkkil edilmiş digər 
məsul şəxsin) üzərinə düşür. Rəhbər və baş mühasib bu sahə üzrə müvafiq əməkdaşları təlimatlandırmalı,  
sənədlərin saxlanması üçün şkaflar və digər qorunan yerləri müəyyən edərək müvafiq əməkdaşları ora 
təhkim etməli, lazım gələrsə, sənədlərin təhlükəsiz yerlərə çıxarılmasını və növbəliyini təmin etməlidir. 
       Bu Qaydalara və bankın daxili qaydalarına uyğun olaraq, kitabça şəklində formalaşdırılmış uçot 
sənədləri iş günü ərzində gündəlik balans tərtib edildikdən və bütövlükdə yoxlama aparıldıqdan sonra 
istifadəsi məhdudlaşdırılmaqla arxivə göndərilir. Arxivdə cari ilin və əvvəlki ilin sənədləri ayrı-ayrılıqda 
metal şkaflarda (seyflərdə) saxlanılır.  llik hesabat təhvil verildikdən sonra hesabat ilindən əvvəlki ilin 
sənədləri ümumi əsaslarla saxlanmaq üçün arxivdə yerləşdirilir. 
      Daimi istifadə olunan sənədlərin (hüquqi işlər, kredit işləri, müqavilələr, kontraktlar,  müddətli 
öhdəliklər və s.) saxlanması qaydası, bankın rəhbəri və baş mühasib tərəfindən müəyyən edilir.Kassa 
sənədləri, əmanətçilərin sənədləri, kreditlər üzrə, qiymətli metallarla, xarici valyuta ilə əməliyyatlar, 
bankın təsərrüfat və başqa əməliyyatlar üzrə sənədləri ayrı-ayrı qovluqlarda saxlanılır. Kitabça halına 
salınmış sənədlər hesablama lenti üzrə sayılır və onların məbləği mühasibat jurnalı üzrə dövriyyələrin 
yekunu ilə tutuşdurulur. Əgər ümumi yekunlar və dəstlər üzrə yekunlar üst-üstə düşmürsə, sənədlər və 
dövriyyələr ayrı-ayrılıqda balans hesabları üzrə yoxlanılır. Memorial orderlər və digər sənədlər günün 
sənədlərində yerləşdirilir və onlarla birlikdə kitabça şəklinə salınır. Bu sənədlərin məbləğləri mühasibat 
jurnalları ilə tutuşdurulur. Sənədlərin formalaşdırılması həvalə olunmuş işçilər memorial orderlərə əlavə 
edilmiş vərəqlərin sayının düzgünlüyünü və əlavələrin mövcudluğunu yoxlamalıdırlar.Kağız daşıyıcılarda 
çap olunmuş icra edilmiş elektron ödəniş tapşırıqları bankın gündəlik sənədlərinə daxil edilir və Mərkəzi 
Bankın normativ aktları ilə müəyyən olunmuş müddətdə saxlanılır. Xarici və daxili maqnit daşıyıcılarda 
(disketlərdə,  maqnit lentlərdə və s.) elektron ödəniş tapşırıqlarının saxlanması da eyni qaydada müəyyən 
edilir. 
     Telefonla əqd bağlanarkən dilerlərin danışıq yazılarının maqnit daşıyıcılara köçürmək və əqdin 
bağlandığı tarixdən başlayaraq 1 (bir) ildən az olmayaraq odadavamlı metal şkaflarda saxlamaq lazımdır. 
Sənədlərin saxlanmasının həvalə olunduğu işçilər onların tam mühafizəsini təmin etməlidirlər. Bankın baş 
mühasibinin, onun müavinin və ya baş mühasibin müvəkkil şəxsinin icazəsi olmadan, hər hansı bir işçinin 
həmin sənədlərə baxmasına icazə verilmir. Hesab açılması üçün müştərinin təqdim etdiyi sənədlər xüsusi 
qovluqlara tikilməli və bankda saxlanılmalıdır. Bu qovluqlardan hər hansı bir sənədin çıxarılmasına yol 
verilmir. Hesabların rəsmiləşdirilməsi üzrə sənədlərin saxlanması baş mühasibə və ya onun müavininə 
həvalə edilir. Bu sənədlər bağlı şkaflarda saxlanılmalıdır. Qüvvədə olan imza nümunələri mühasibat 
işçilərində bağlanan şkaflarda saxlanılmalıdır.  Hesablaşmaların rəsmiləşdirilməsi üzrə qüvvəsini itirmiş 
sənədlər qovluqlarda qalır,  lakin onların üstündən çarpaz xətt çəkilir.  mza nümunələri olan sənədlər 
dəyişdirilərkən, köhnə imza sənədləri nümunələri hesabın rəsmiləşdirilməsi qovluğunda saxlanılır. 
      Mühasibat uçotunun bütün sənədləri (ötən ayların memorial sənədləri, şəxsi hesabları və s.) bankın 
arxivinə təhvil verilənədək stellajlarla və dəmir şkaflarla təchiz olunmuş mühasibat xidmətinin cari 


  
 
23
arxivində saxlanmalıdır. Bu cari arxiv sənədlərin saxlanması üçün məsul olan xüsusi işçinin sərəncamında 
olmalıdır. Mühasibatlığın anbarında və cari arxivdə saxlanılan sənədlər üzrə arayışlar baş mühasib və ya 
onun müavini (şöbə rəisi) tərəfindən imzalanmış tələblər əsasında həmin sənədlər üçün məsuliyyət daşıyan 
xəzinədarın və ya cari arxivi aparan işçinin iştirakı ilə tərtib edilir. Məlumat əldə etmək üçün icazə almış 
bank bölməsinin əməkdaşı, xəzinədarın və ya cari arxivi aparan işçinin iştirakı ilə sənədlərdən istifadə edə 
bilər. Sənədlər üçün məsul olan şəxslər, məlumat almasına icazə verilmiş əməkdaşlar tərəfindən sənədlərdə 
hər hansı bir düzəliş və qeydlər edilməməsinə nəzarət etməlidirlər. Anbardan və cari arxivdən uçot 
sənədlərin verilməsi baş mühasibin yazılı icazəsi əsasında həyata keçirilir.  ş günün sonunadək sənədlər 
mütləq geri qaytarılmalı və onların tamlığı, düzəlişlərin olmaması yoxlanılmalıdır. 
       Bank, uçot sənədlərini kompüter texnikasından istifadə etməklə formalaşdırılmış elektron məlumat 
bazaları (fayllar, kataloqlar) şəklində saxlanmasını da təşkil edə bilər. Bu zaman həmin mühasibat 
sənədlərinin Mərkəzi Bankın normativ-hüquqi aktlarında müəyyən olunmuş formalar üzrə kağız 
daşıyıcılarında çap edilməsi imkanını təmin etmək lazımdır. Mühasibat sənədlərinin məlumat bazalarının 
strukturunu elə qurmaq tövsiyə olunur ki, həmin sənədləri müəyyən olunmuş tələblərə uyğun 
qruplaşdırmağa imkan yaradılsın. 
      Uçot sənədləri yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada 
səlahiyyətli dövlət orqanları tərəfindən bank rəhbərliyinin icazəsi ilə bankdan götürülə bilər. Götürülmüş 
sənədin baş mühasib tərəfindən təsdiqlənmiş surəti, götürülmə protokolunun bir nüsxəsi sənədin əslinin 
yerinə qoyulur. Baş mühasib sənədlərin olduğu qovluğun üstündə götürülmə barədə qeyd apararaq 
imzalayır.  
      Eyni zamanda bir ilin müxtəlif tarixləri üçün uçot sənədləri götürüldükdə, götürülmüş bütün sənədləri 
siyahıya daxil etməklə protokol tərtib edilir. Bu sənədlərdən birinin yerinə onun surəti və götürülmüş 
protokolun bir nüsxəsi qoyulur,  qalan sənədlərin yerində isə onların üzərində götürmə tələbinin saxlandığı 
yerin qeyd olunduğu surətləri qalır 
 
Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması  
   
         Bankların daxili təsnifləşdirmə qaydalarında istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:  
Aktivlər – bankın bütün kreditləri, investisiyaları, pul vəsaitləri və əmlakıdır (bank işində istifadə 
olunmayan əmlak da daxil olmaqla). Aktivlər  standart və qeyri-standart aktivlər qrupuna bölünürlər. 
Standart aktivlər qrupuna "qənaətbəxş aktivlər" və "nəzarət altında olan aktivlər", qeyri-standart aktivlər 
qrupuna "qeyri-qənaətbəxş aktivlər", "təhlükəli aktivlər" və "ümidsiz aktivlər" aiddir. 
Kredit – bank tərəfindən borcalanla bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə 
(müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqları) ödənilmək şərti ilə, təminatla və ya 
təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Bu anlayışa bank fəaliyyəti ilə əlaqədar birbaşa 
və ya dolayı yol ilə bank tərəfindən nağd pul şəklində verilən ssudalar, yaxud bank tərəfindən üzərinə 
götürülən öhdəliklər, o cümlədən overdraftlar, akkreditivlər, qarantiyalar və sair gözlənilən və  
qözlənilməyən öhdəliklər aiddir.  
  Vaxtı keçmiş kredit - əsas məbləğ (və ya onun hissəsi), yaxud onlara hesablanan faizlər və ya hər hansı 
birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən 30 təqvim gündən artıq 
gecikdirilən kreditdir. 
 Tam təminatlı kredit – elə kreditdir ki, onun vaxtında və tam qaytarılmasını təmin etmək üçün həmin 
bankda yerləşdirilmiş depozitlərlə və ya bazar dəyəri bu kreditin ödənilməmiş məbləğinə bərabər və ya 
ondan artıq olan girovla və ya digər təminatla təmin edilmişdir (bu Qaydalarda girov dedikdə ipotekalar da 
başa düşülür). 
Qismən təminatlı kredit - bazar dəyəri kreditin ödənilməmiş məbləğindən aşağı olan girovla və ya digər 
təminatla təmin edilmiş kreditdir. 


Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə